Şə`ban ayının fəziləti və
əməlləri
Mübarək Şə`ban ayının
gəlişi münasibəti ilə siz əziz müsəlmanlar və mö`minləri təbrik edir və ümid
edirik ki, bu müqəddəs aydan lazım olan mə`nəvi bəhrələri ala bilək. İnşaallah.
Şə`ban ayının fəziləti
Şə`ban ayı çox böyük fəzilətə
malikdir və hədislərə əsasən bu ay, İslam peyğəmbərinə (s) aid edilmişdir.
Həzrət Peyğəmbər (s) bu ayda
oruc tutaraq, onu mübarək Ramazan ayına birləşdirirdi.
Həzrət Məhəmməd (s) buyurur:
Şə`ban mənim ayımdır. Hər
kəs mənim ayımda bircə gün oruc tutarsa, Behişt ona vacib olar.
İmam Sadiq (ə)
buyurur:
Şə`ban ayı daxil olduqda,
İmam Zeynul-abidin (ə) öz səhabələrini yanına çağırıb, buyururdu:
Ey mənim səhabələrim! Bu
ayın hansı ay olduğunu bilirsiz. Bu ay Şə`ban ayıdır. Həzrət Peğəmbər (s)
buyururdu ki, bu ay mənim ayımdır.
Siz də bu ayda Peyğəmbərin
(s) məhəbbətinə görə oruc tutun...
Əmirəl-mö`minin imam Əli
(ə) buyururdu: Hər kəs Şə`ban ayında Peyğəmbərin (s) məhəbbətinə görə və Allaha
yaxınlaşmaq üçün oruc tutarsa, Allah da onu sevər, Qiyamət günündə onu öz
kəramətinə yaxınlaşdırar və Behişti ona vacib edər.
İslam peyğəmbəri həzrət
Məhəmməd (s) buyurmuşdur:
...Agah olun! Həqiqət
Şə`ban mənim ayımdır. Allah bu ayda mənə kömək edənə -yəni bu ayda oruc tutana-
rəhm etsin...
Şə`ban ayının əməlləri:
Şə`ban ayının əməlləri iki
hissəyə bölünür:
Birinci: Müştərək əməllər;
İkinci: Məxsus əməllər;
Şə`ban ayının müştərək
əməlləri
Şə`ban ayının müştərək
əməlləri aşağıdakılardan ibarətdir:
1-Hər gün yetmiş dəfə -Əstəğfirullah və əsəluhut-təvbə- sözünü demək;
2- Hər gün yetmiş dəfə -Əstəğfirullahəlləzi la ilahə illa
huvər-Rəhmanur-Rəhimul-Həyyul-Qəyyum və ətubu iləyh- sözünü demək;
3-Sədəqə vermək;
4- Bu ay boyu min dəfə -La ilahə illəllah və la nə`budu illa iyyahu muxlisinə
ləhuddin və ləv kərihəl-muşrikun- sözünü demək;
5-Bu ayda
Məhəmməd və Ali Məhəmmədə (səlləllahu ələyhi və Alihi və səlləm) çoxlu salavat
göndərmək;
6-Məfatihul-cinan kitabında qeyd olunmuş məxsus namazı qılmaq;
7-Məfatihul-cinan kitabında imam Zeynul-abidindən (ə) nəql olunmuş məxsus
salavatı məğrib, və habelə bu ayın yarısının gecəsi çağlarında oxumaq;
8-Məfatihul-cinan kitabında İbni Xaləveyhin imam Əlidən (ə) nəql etdiyi münacatı
oxumaq;
Şə`ban ayının məxsus
əməlləri
Şə`ban ayının məxsus əməlləri
Məfatihul-cinan kitabında ətraflı şəkildə bəyan olunmuşdur.
Burada isə onlardan bir
neşəsini diqqətinizə çatdırırıq:
1- Bu ayın birinci günündə
oruc tutmaq;
(Bu günün orucunun fəziləti
və faydaları barədə hədis və rəvayətlər də mövcuddur).
2- Bu ayın üçüncü günündə
imam Hüseyn (ə) dünyaya gəlmişdir və bu gündə oruc tutmaq daha fəzilətlidir.
3- Şə`ban ayının on dördüncü
gününün gecəsi, çox fəzilətli bir gecə sayılır.
Hətta bə`zi hədislərə əsasən,
bu gecə Qədr gecəsindən sonra üstün sayılan bir gecə kimi adlanmışdır.
Bu müqəddəs gecədə, qüsl
etmək və səhərədək oyaq qalıb namaz, istiğfar və dua etməyə məşğul olmaq,
həmşinin Kumeyl duasını oxumağa tövsiyə olunmuşdur.
4- Şə`ban ayının 15-ci günü,
imam Mehdi Sahibəz-Zamanın (ə) anadan olduğu müqəddəs bir gündür.
Bu gündə O həzrəti (ə)
ziyarət etmək, Onun üşün dua etmək və Allahdan Onun zühürunun tezliklə həyata
keşməsini diləmək müstəhəb sayılır.
5- Şə`ban ayının son üş
günündə oruc tutmaq;
İmam Rza (ələyhis-salam)
buyurmuşdur:
Hər kəs Şə`ban ayının son üş
günündə oruc tutub, onu Ramazan ayına çatdırarsa, Allah-taala ona iki ardıcıl
ayın oruc savabını verər.
6- Həmçinin bu ayda çoxlu
tövbə və istiğfar etmək barədə tövsiyə olunmuşdur.
Bu haqda ətraflı mə`lumat
üçün, Şeyx Abbas Qumminin (r.ə.) Məfatihul-cinan kitabında Şə`ban ayının
əməlləri bölməsinə baxa bilərsiniz.