Şiə məzhəbinin görkəmli mərcəyi-təqlidi 
Ayətullahil-üzma 
Hacı
Şeyx Məhəmməd Fazil Lənkərani ilə tanışlıq
Təvəllüd:
Şiə məzhəbinin görkəmli mərcəyi-təqlidi 
Ayətullahil-üzma Hacı 
Şeyx Məhəmməd Fazil Lənkərani miladi tarixi ilə 1931-ci ildə müqəddəs Qum 
şəhərində dünyaya 
ğöz 
açmışdır. 
Onun atası 
mərhum Ayətullah Fazil Lənkərani Qum elmi hövzəsinin böyük alimləri və ustadlarından 
olmuş, anası 
isə tanınmış 
və hörmətli seyyidə bir qadın 
olmuşdur.
Təhsil:
Ayətullahil-üzma Hacı 
Şeyx Məhəmməd Fazil Lənkərani ibtidayi təhsilini bitirdikdən sonra, böyük şövqlə 
Qum elmi hövzəsində dini-İslami 
elmlərə yiyələnməyə başlamışdır. 
O, elmi hövzənin dərslərini altı 
il müddətində bitirərək, on doqquz yaşında 
ikən Ayətullahil-üzma Brucerdinin (r.ə.) "Fiqh" və "Üsul" elmlərinin ali 
dərslərində iştirak etmiş və yaşının 
azlığına baxmayaraq, elə o vaxtlar ustadı 
və tələbələrin diqqətini özünə cəlb etmişdir. 
Qeyd etmək lazımdır 
ki, o İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə.) 
böyük oğlu Ayətullah 
şəhid Mustafa Xomeyni (r.ə.) ilə tələbə yoldaşı olmuşdur.
Ustadları:
Ayətullahil-üzma Hacı 
Şeyx Məhəmməd Fazil Lənkərani on bir il müddətində Ayətullahil-üzma Brucerdinin 
(r.ə.) "Fiqh" və "Üsul" elmləri, doqquz il müddətində isə 
İmam Xomeyninin (r.ə.) ali 
(xaric) dərslərində iştirak etmiş və bu iki böyük şəxsiyyətdən elmi və mə`nəvi 
bəhrə almışdır.
Həmşinin bir neçə il müddətində Ayətullah Əllamə 
Təbatəbainin (r.ə.) fəlsəfə və təfsir dərslərində də iştirak etmişdir.
Ayətullahil-üzma Hacı 
Şeyx Məhəmməd Fazil Lənkərani iyirmi beş yaşında 
ikən ictihad dərəcəsinə nail olmuş, Ayətullahil-üzma Brucerdi (r.ə.) də onun 
ictihad dərəcəsinə nail olduğunu 
təsdiq etmişdir.
Tədris:
Ayətullahil-üzma Hacı 
Şeyx Məhəmməd Fazil Lənkərani Qum Elmi Hövzəsində uzun illər boyu bir çox 
tələbələr üçün dərs vermiş və otuz beş il müddətində "Fiqh" və "Üsul" elmlərinin 
ali dərslərinin tədrisinə məşğuldur. 
Belə ki, onun dərslərində yeddi yüzdən çox tələbə və alim iştirak edir və habelə 
onun "Fiqh" elminin ali dərsləri neçə ildir ki, 
İran
İslam 
Respublikasının 
radiosundan efirə verilir.
Siyasi fə`aliyyətlər: 
İmam 
Xomeyninin (r.ə.) şah rejimi əleyhinə olan siyasi mübarizələri başlayan vaxtdan 
Ayətullahil-üzma Hacı 
Şeyx Məhəmməd Fazil Lənkərani də bu mübarizəyə qoşulmuş və dəfələrlə şah rejimi 
tərəfindən tutulmuş, həmçinin 
İranın 
Bəndər Ləngə və Yəzd şəhərlərinə sürgün edilmişdir.
Mərcəiyyət məqamı:
İmam 
Xomeyninin (r.ə.) vəfatından 
sonra bir çox mö`minlər Ayətullahil-üzma Hacı 
Şeyx Məhəmməd Fazil Lənkəraniyə təqlid etmiş, Ayətullahil-üzma Ərakinin (r.ə.) 
vəfatından 
sonra isə Qum Elmi Hövzəsinin müəllimlər icması 
tərəfindən müsəlmanlar üçün mərcəyi-təqlid kimi tanıtdırılmışdır.