Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

Şə`ban ayının fəziləti və əməlləri


 Mübarək Şə`ban ayının gəlişi münasibəti ilə siz əziz müsəlmanlar və mö`minləri təbrik edir və ümid edirik ki, bu müqəddəs aydan lazım olan mə`nəvi bəhrələri ala bilək. İnşaallah.

Şə`ban ayının fəziləti

Şə`ban ayı çox böyük fəzilətə malikdir və hədislərə əsasən bu ay, İslam peyğəmbərinə (s) aid edilmişdir.
Həzrət Peyğəmbər (s) bu ayda oruc tutaraq, onu mübarək Ramazan ayına birləşdirirdi.
Həzrət Məhəmməd (s) buyurur:
Şə`ban mənim ayımdır. Hər kəs mənim  ayımda  bircə gün oruc tutarsa, Behişt ona vacib olar.
İmam Sadiq (ə) buyurur:
Şə`ban ayı daxil olduqda, İmam Zeynul-abidin (ə) öz səhabələrini yanına çağırıb, buyururdu:
Ey mənim səhabələrim! Bu ayın hansı ay olduğunu bilirsiz. Bu ay Şə`ban ayıdır. Həzrət Peğəmbər (s) buyururdu ki, bu ay mənim ayımdır.
Siz də bu ayda Peyğəmbərin (s) məhəbbətinə görə oruc tutun...
Əmirəl-mö`minin imam Əli (ə) buyururdu: Hər kəs Şə`ban ayında Peyğəmbərin (s) məhəbbətinə görə və Allaha yaxınlaşmaq üçün oruc tutarsa, Allah da onu sevər, Qiyamət günündə onu öz kəramətinə yaxınlaşdırar və Behişti ona vacib edər.
İslam peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur:
...Agah olun! Həqiqət Şə`ban mənim ayımdır. Allah bu ayda mənə kömək edənə -yəni bu ayda oruc tutana- rəhm etsin...

Şə`ban ayının əməlləri:

Şə`ban ayının əməlləri iki hissəyə bölünür:
Birinci: Müştərək əməllər;
İkinci: Məxsus əməllər;

Şə`ban ayının müştərək əməlləri

Şə`ban ayının müştərək əməlləri aşağıdakılardan ibarətdir:
1-Hər gün yetmiş dəfə -Əstəğfirullah və əsəluhut-təvbə- sözünü demək;
2- Hər gün yetmiş dəfə -Əstəğfirullahəlləzi la ilahə illa huvər-Rəhmanur-Rəhimul-Həyyul-Qəyyum və ətubu iləyh- sözünü demək;
3-Sədəqə vermək;
4- Bu ay boyu min dəfə -La ilahə illəllah və la nə`budu illa iyyahu muxlisinə ləhuddin və ləv kərihəl-muşrikun- sözünü demək;
5-Bu ayda Məhəmməd və Ali Məhəmmədə (səlləllahu ələyhi və Alihi və səlləm) çoxlu salavat göndərmək;
6-Məfatihul-cinan kitabında qeyd olunmuş məxsus namazı qılmaq;
7-Məfatihul-cinan kitabında imam Zeynul-abidindən (ə) nəql olunmuş məxsus salavatı məğrib, və habelə bu ayın yarısının gecəsi çağlarında oxumaq;
8-Məfatihul-cinan kitabında İbni Xaləveyhin imam Əlidən (ə) nəql etdiyi münacatı oxumaq;

Şə`ban ayının məxsus əməlləri

Şə`ban ayının məxsus əməlləri Məfatihul-cinan kitabında ətraflı şəkildə bəyan olunmuşdur.
Burada isə onlardan bir neşəsini diqqətinizə çatdırırıq:
1- Bu ayın birinci günündə oruc tutmaq;
(Bu günün orucunun fəziləti və faydaları barədə hədis və rəvayətlər də mövcuddur).
2- Bu ayın üçüncü günündə imam Hüseyn (ə) dünyaya gəlmişdir və bu gündə oruc tutmaq daha fəzilətlidir.
3- Şə`ban ayının on dördüncü gününün gecəsi, çox fəzilətli bir gecə sayılır.
Hətta bə`zi hədislərə əsasən, bu gecə Qədr gecəsindən sonra üstün sayılan bir gecə kimi adlanmışdır.
Bu müqəddəs gecədə, qüsl etmək və səhərədək oyaq qalıb namaz, istiğfar və dua etməyə məşğul olmaq, həmşinin Kumeyl duasını oxumağa tövsiyə olunmuşdur.
4- Şə`ban ayının 15-ci günü, imam Mehdi Sahibəz-Zamanın (ə) anadan olduğu müqəddəs bir  gündür.
Bu gündə O həzrəti (ə) ziyarət etmək, Onun üşün dua etmək və Allahdan Onun zühürunun tezliklə həyata keşməsini diləmək müstəhəb sayılır.
5- Şə`ban ayının son üş günündə oruc tutmaq;
İmam Rza (ələyhis-salam) buyurmuşdur:
Hər kəs Şə`ban ayının son üş günündə oruc tutub, onu Ramazan ayına çatdırarsa, Allah-taala ona iki ardıcıl ayın oruc savabını verər.    
6- Həmçinin bu ayda çoxlu tövbə və istiğfar etmək barədə tövsiyə olunmuşdur.
Bu haqda ətraflı mə`lumat üçün, Şeyx Abbas Qumminin (r.ə.) Məfatihul-cinan kitabında Şə`ban ayının əməlləri bölməsinə baxa bilərsiniz.