|
||||||||||||||||||||
|
Ayətullah ozma Fazil Lənkəraninin (r) müqəllidlərinin dəfələrlə təqliddə baqi qalmaq barədə olan suallarını nəzərə alaraq diqqətinizə çatdırırıq ki, indiki zamanda təqliddə baqi qalmaq barədə müctehidlərin əksəriyyətinin nəzəri budur: "Əgər rəhmətə gedən müctehid ələm olsa onun təqlidində baqi qalmaq lazımdır". Bu nəzərə əsasən rəhmətlik ağanın ələmliyinə qail olanların təqliddə baqi qalması lazımdır. Əgər başqa müctehidlərlə ələmlikdə bərabər də bilsələr yenədə rəhmətlik ağanın təqlidində baqi qala bilərlər. Bunu da diqqətinizə çatdıraq ki, dünyadan getmiş müctehidin təqlidində baqi qalmaq gərək diri olan ələm müctehidin icazəsi ilə olsun. Əgər ələm müctehid ki, onun fətvası əsasında təqliddə baqi qalırsınız bütün məsələlərdə təqliddə baqi qalmağa icazə versə bütün məsələlərdə təqliddə baqi qala bilərsiniz. Ancaq əgər təqliddə baqi qalmağa fəqət öncədən əməl olunan məsələlərdə və ya əməl etmək üçün öyrənilən məsələlərdə icazə versə də rəhmətlik ağanın müqəllidləri fəqət əvvəlcədən əməl etdikləri və ya əməl etmək üçün öyrəndikləri məsələlərdə rəhmətlik ağanın (r) təqlidində baqi qalsınlar və qarşıya çıxan yeni məsələlərdə diri olan ələm müctehiddən təqlid etsinlər. |