|
||||||||||||||||||||
|
Ayətullahil üzma Fazil Lənkəraninin möhtərəm övladı haqqında ictihad icazəsi.Onun möhtərəm oğlu ictihad icazəsinin on il bundan qabaq yazılmasına baxmayaraq, çapına razı olmasa da böyük alimlərin və çoxsaylı möminlərin istəyi ilə saytda nəşr olunmasına icazə verdi.
Bismillahirrəhmanirrəhim.
Gözümün işığı və ömrümün hasili cənab Hüccətül islam vəl müslimin, hacı şeyx Məhəmmədcavad Fazil Lənkərani – ömrü və izzəti daim olsun, Allah onu İslam və müsliminin, xüsusilədə ruhaniyyət və füzəlanın xidmətində müvəffəq etsin – elə bir kəslərdəndir ki, hövzə elmlərini və Cəfəri məarifini əldə etmək üçün çox çalışmış, ömrünün iyirmi ildən çoxunu fiqh və üsul elmlərini mənimsəmək yolunda sərf etmiş və bu illərin coxunda elmi hövzədə tədris etmiş, beləliklə də xaric dərslərinin tədrisi mərhələsinə yetişmiş və Allaha şükür, daimi çalışqanlığla mütləq ictihad mərhələsinə çatmışdır. Ona görə də o, öz nəzərlərinə əməl etməlidir və başqasına təqlid etməsi haramdır. فله ان يحمد الله تبارک و تعالي علي ما اعطاه و الشکره علي ما انعمه و رعاية<الاحتياط الکامل في جميع الحالات فانه سبيل النجاة و السلام عليه و رحمة الله وبرکاته 22 ramazan 1418 hicri qəməri.Məhəmməd Fazil Lənkərani. |