Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

TƏXƏLLİNİN HÖKMLƏRİ

Məsələ: 60. Vacibdir ki, insan təxəlli halında (ayaq yoluna getdiyi vaxt) və s. vaxtlarda öz ovrətini mükəlləf şəxslərdən, hətta ana, bacı, qardaş kimi məhrəm olan şəxslərdən, həmçinin, dəlidən və yaxşını-pisi seçə bilən müməyyiz uşaqlardan örtsün. Amma ər-arvadın ovrətlərini bir-birindən örtməsi lazım (ilzami) deyil.

Məsələ: 61. Ovrəti məxsus şeylə örtmək ilzami deyil; hətta əllə də örtsələr, kifayətdir.

Məsələ: 62. Təxəlli halında gərək bədənin qabaq hissəsi (qarın, sinə) üzü, yaxud arxası qibləyə olmasın.

Məsələ: 63. Əgər təxəlli halında bir kəsin bədəninin qabaq, yaxud arxa tərəfi qibləyə olsa, amma ovrətini qiblədən başqa tərəfə döndərsə, kifayət deyildir. Əgər bədənin qabağı, yaxud arxası qibləyə tərəf olmasa, ehtiyat-vacib budur ki, ovrətini üzü, yaxud arxası qibləyə etməsin.

Məsələ: 64. Bovl və qaitin məxrəcini paklayanda, istibra edəndə bədənin üzü, yaxud arxası qibləyə olmasının maneəsi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, bu halda da üzü, yaxud arxası qibləyə olmasın.

Məsələ: 65. Bir kəs, naməhrəm onu görməsin deyə, üzü, yaxud arxası qibləyə oturmağa məcbur olsa, gərək üzü, yaxud arxası qibləyə otursun. Həmçinin, əgər başqa səbəblər üzündən də üzü, yaxud arxası qibləyə oturmağa məcbur olsa, maneəsi yoxdur.

Məsələ: 66. Ehtiyat-vacib budur ki, uşağı, təxəlli halında üzü, yaxud arxası qibləyə oturtmasınlar. Amma əgər uşağın özü otursa, qarşısını almaq vacib deyil.

Məsələ: 67. Aşağıdakı yerlərdə təxəlli etmək haramdır:

1-Sahibi icazə verməyən bağlı küçələrdə (dalanlarda);

2-Təxəlli üçün icazə verməyən kəsin mülkündə;

3-Məxsus insanlar üçün vəqf edilən yerlərdə (bə”zi mədrəsələr kimi);

4-Ehtiramsızlıq olacağı halda, mö”minlərin qəbirlərinin üstünə.

Məsələ: 68. Üç halda qaitin məxrəci təkcə su ilə paklanar:

1-Qaitlə başqa nəcasət (qan kimi) çölə gələrsə;

2-Xaricdən bir nəcis qaitin məxrəcinə dəymiş olarsa;

3-Məxrəcin kənar hissələri adi qaydadan artıq nəcasətə bulaşmış olarsa. Bunlardan başqa hallarda məxrəci həm su ilə yumaq olar, həm də sonradan deyiləcəyi qaydada parça, daş və s. kimi şeylərlə paklamaq olar. Amma su ilə yumaq daha yaxşıdır.

Məsələ: 69. Bovlun məxrəci sudan başqa şeylə paklanmır. Əgər bovl aradan qaldırılandan sonra bir dəfə su ilə yuyulsa, kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, iki dəfə yuyulsun. Bovlu özünün təbii məcrasından gəlməyən şəxslər iki dəfə yumalıdırlar. Xüsusilə, əgər bovlun o məcradan çölə gəlməsi qeyri-adi olarsa.

Məsələ: 70. Əgər qaitin məxrəcini su ilə yusalar, gərək qaitdən bir şey orada qalmasın. Amma onun rəngi və iyinin qalmasının maneəsi yoxdur. Əgər birinci dəfədə yuyulanda qaitin zərrələri orada qalmasa, ikinci dəfə yuyulması lazım deyil.

Məsələ: 71. Əgər qaiti məxrəcdən daş, kəsək və bu kimi şeylərlə təmizləsələr, pak olmasının təəmmül-məhəlli olmasına baxmayaraq, namaz qılmağın maneəsi yoxdur.

Məsələ: 72. Məxrəci üç daşla, yaxud üç parça ilə paklamaq lazım (ilzami) deyildir; Hətta bir daşın və ya parçanın müxtəlif tərəfləri ilə də paklamaq kifayətdir. Amma üç dəfədən az olmamalıdır. Məxrəci sümük, peyin, yaxud ehtiramı lazım olan şeylərlə (məsələn, Allahın adı yazılan kağız ilə) paklasalar, onunla namaz qılmaq olmaz.

sələ: 73. Bir kəs məxrəci paklayıb-paklamamasında şəkk etsə, həmişə bovl, yaxud qaitdən sonra adəti dərhal paklamaq olmasına baxmayaraq, ehtiyat-vacibə görə, paklamalıdır.

Məsələ: 74. Əgər namazdan sonra namazdan əvvəl məxrəci paklayıb-paklamamasında şəkk etsə, qıldığı namazlar səhihdir, amma sonrakı namazlar üçün paklamalıdır.

İSTİBRA

Məsələ: 75. İstibra müstəhəb bir əməldir ki, kişilər bovl xaric olandan sonra (bovl kanalını tam təmizləmək üçün) yerinə yetirirlər. Bunun bir neçə yolu vardır. Ən yaxşısı budur ki, bovl kəsiləndən sonra əgər qaitin məxrəci nəcisdirsə, əvvəlcə onu paklasın, sonra üç dəfə sol əlin orta barmağı ilə qaitin məxrəcindən alətin dibinə qədər çəksin, sonra baş barmağı alətin üstünə, onun yanındakı barmağı isə alətin altına qoyub üç dəfə dəllək kəsən yerə qədər sıxaraq, daha sonra alətin başını üç dəfə sıxsın.

Məsələ: 76. İnsandan mazaqlaşma zamanı xaric olan su (bu, məzi adlanır) pakdır. Həmçinin, bə”zi vaxtlar mənidən sonra gələn su (bu vəzi adlanır) da pakdır. Amma bə”zi vaxtlar bovldan sonra gələn suya (bu, vədi adlanır) əgər bovl dəyməsə, pakdır. Əgər insan bovldan sonra istibra etsə və sonra ondan su xaric olsa, onun ya bovl, yaxud bu (pak) sulardan biri olmasında şəkk etsə, pakdır.

Məsələ: 77. Əgər insan istibra edib-etməməsi barədə şəkk etdikdən sonra ondan rütubət çıxsa, və o, bu rütubətin pak olub-olmamasını bilməsə, nəcisdir. Dəstəmaz almış olsa, dəstəmazı da batildir. Amma əgər etdiyi istibranın səhih olub-olmaması barədə şəkk etsə və bu halda ondan pak olub-olmamasını bilmədiyi rütubət xaric olsa, bu rütubət pakdır, dəstəmazı da batil etmir.

Məsələ: 78. Bir kəs istibra etməsə və bovl etməsindən uzun müddət keçməsi səbəbi ilə bovlun məcrada qalmaması barədə yəqin etsə, sonra rütubət görüb pak olub-olmamasında şəkk etsə, o rütubət pakdır, dəstəmazı da batil etmir.

Məsələ: 79. Əgər insan bovldan sonra istibra edib dəstəmaz alsa və sonra rütubət görüb ya bovl, yaxud da məni olmasını bilsə, vacibdir ki, ehtiyatən həm qusl, həm də dəstəmaz alsın. Amma əgər dəstəmaz almamış olsa, təkcə dəstəmaz alması kifayətdir.

Məsələ: 80. Qadınlar üçün bovldan sonra istibra yoxdur və əgər bir rütubət görüb pak olub-olmaması barədə şəkk etsələr, pakdır, dəstəmaz və qusul da batil olmaz.