|
||||||||||||||||||||
|
TƏXƏLLİNİN MÜSTƏHƏB VƏ MƏKRUHATIMəsələ: 81. Müstəhəbdir ki, insan təxəlli vaxtında elə yerdə otursun ki, heç kəs onu görməsin. Təxəlli yerinə (ayaq yoluna) sol ayaqla daxil olub sağ ayaqla çıxsın. Həmçinin müstəhəbdir ki, təxəlli halında başını örtsün, bədənin ağırlığını sol ayağının üstünə salsın.Məsələ: 82 . Təxəlli vaxtında günəş və ay ilə üzbəüz oturmaq məkruhdur. Amma əgər öz ovrətini müəyyən bir şeylə örtsə, məkruh deyil. Həmçinin təxəlli vaxtında küləklə üzbəüz, yolda, xiyabanda, küçədə, evin qapısında, meyvə verən ağacın altında oturmaq, həmçinin təxəlli halında bir şey yemək, çox qalmaq, sağ əllə təharət almaq məkruhdur. Həmçinin təxəlli halında danışmaq da məkruhdur. Amma danışmağa məcbur olsa, yaxud Allah zikri desə eybi yoxdur. Məsələ: 83 . Ayaq üstə bovl etmək, habelə, bərk torpağın üstünə, heyvanların (həşəratların) yuvasına, suya, xüsusilə axarı olmayan (bir yerə yığılmış) suya bovl etmək məkruhdur. Məsələ: 84. Bovl və qaitin qarşısını almaq məkruhdur, amma insana zərər versə, gərək qarşısı alınmasın. Məsələ: 85. Müstəhəbdir ki, insan namaz, yuxu və cimadan əvvəl, həmçinin məni gələndən sonra bovl etsin. |