Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

NƏCASƏTLƏR

Məsələ: 86. Nəcasət on bir şeydən ibarətdir: bovl, qait, məni, murdar olmuş heyvan, qan, it, donuz, kafir, şərab, pivə və nəcasət yeyən dəvənin təri.

1 Və 2-BOVL VƏ QAİT (İFRAZAT)

Məsələ: 87. İnsanın və atıcı qanı olan (yə”ni damarını kəsdikdə qanı sıçrayışla gələn) haram ətli heyvanların bovl və qaiti nəcisdir.

Məsələ: 88. Əti haram olan quşların fəzləsi pakdır.

Məsələ: 89. Nəcis yeyən heyvanların bovl və qaiti nəcisdir. Habelə, insanın yaxınlıq etdiyi heyvanın və əti donuz südündən qidalanmaqla möhkəmlənən qoyunun bovl və qaiti nəcisdir.

3-MƏNİ

Məsələ: 90. Atıcı qanı olan heyvanların mənisi nəcisdir.

4-MURDAR (ÖLÜ HEYVAN)

Məsələ: 91. Atıcı qanı olan heyvanın ölüsü nəcisdir–istər özü ölmüş olsun, istərsə də başı Şəriətdə müəyyən olunmuş qaydaların əksinə olaraq kəsilmiş olsun. Balığın isə atıcı qanı olmadığından, hətta suda da ölsə pakdır.

Məsələ: 92. Ölmüş heyvandan ayrılan və ruhu olmayan hissələri (yun, kürk, tük, sümük, diş kimi), it kimi zatən nəcis olan heyvanlardan olmazsa, pakdır.

Məsələ: 93. Əgər insanın bədənindən, yaxud atıcı qanı olan heyvanın bədənindən diri halda ət, yaxud ruhu olan başqa bir şey qoparılsa, nəcisdir.

Məsələ: 94. İnsan dodağın və başqa bədən üzvlərinin kiçik dərilərinin, düşmə vaxtı çatanda, qopartsa pakdır.

Məsələ: 95. Ölü toyuğun qarnından çıxan yumurtanın üstü və qabığı bərkiməmiş olsa da pakdır.

Məsələ: 96. Əgər quzu və ya çəpiş ölsə onun qursağında olan pendir mayası pakdır. Amma onun üstünü, zahirini suya çəkmək lazımdır.

Məsələ: 97. İnsanın qeyri-müsəlman ölkələrindən gətirilən dava-dərman, ətir, yağ, krem, maz və sabunların nəcis olmasına yəqinliyi olmazsa pakdır.

Məsələ: 98. Müsəlmanın əlində olan ət, piy, dəri pakdır. Əgər bir kəs o müsəlmanın bunları kafirdən aldığını bilsə və Şəriətdə müəyyən olunmuş qayda-qanun üzrə kəsilməsi barədə axtarış aparmasa nəcis deyil, amma onu yemək haramdır və o dəridən hazırlanan paltarlarda namaz qılmaq caiz deyil.

5-QAN

Məsələ: 99. İnsanın və atıcı qanı olan (yə”ni damarını kəsdikdə qanı sıçrayışla gələn) hər heyvanın qanı nəcisdir. Deməli atıcı qanı olmayan heyvanların (balıq və milçək kimi) qanı pakdır.

Məsələ: 100. Əgər əti halal olan heyvanı Şəriət qanunlarına müvafiq olaraq kəssələr və onun bədənindən normal qaydada qan getsə, bədənində qalan qan pakdır. Amma heyvanın nəfəs çəkməsi, yaxud başqa səbəblər ilə (məsələn, heyvanın başının ucada olması kimi) bədəninə qayıdan qan nəcisdir.

Məsələ: 101. Yumurtanın içində olan qan nəcis deyildir, amma ehtiyat-müstəhəbbə görə ondan ictinab etmək lazımdır.

Məsələ: 102. Yara sağalan zaman onun ətrafında olan sarı rəngli suyun qanla qarışması mə”lum olmazsa, pakdır.

Məsələ: 103. Heyvanları sağanda heyvanın döşündən gələn qan nəcisdir və südü də nəcis edir.

Məsələ: 104. Dişlərin dibindən gələn qan, ağız suyu ilə qarışaraq aradan getsə pakdır və bu halda onu udmağın eybi yoxdur.

Məsələ: 105. Əgər dırnağın, dərinin əzilməsi səbəbilə, onun altında olan ölü qanlara artıq qan deyilməzsə pakdır; yox əgər, onlara qan deyilsə, dırnaq və ya dəri deşildiyi halda nəcis sayılır. Əgər məşəqqəti olmasa qusul və dəstəmaz üçün o qan təmizlənməlidir. Amma məşəqqəti olsa nəcasətin artıq yayılmaması şərti ilə onun ətrafı yuyulmalı, sonra onun üstünə parça və bu kimi şeylər qoyulmalı, yaş əllə parçanın üstünə çəkilməlidir.

Məsələ: 106. Əgər insan, qanın dərinin altında ölməsini, yoxsa ətin əzilməsi səbəbilə bu hala düşməsini bilməsə pakdır.

Məsələ: 107. Əgər xörək qaynayan zaman içinə bir zərrə qan düşsə, xörək və onun qabı nəcis olur. Odun hərarəti və ya suyun qaynaması nəcisi paklamaz.

6 VƏ 7-İT VƏ DONUZ

Məsələ: 108. Quruda yaşayan it və donuz, hətta onların tükü, sümüyü, pəncəsi, dırnağı və rütubəti nəcisdir. Amma su iti və su donuzu pakdır.

8-KAFİR

Məsələ: 109. Kafir–yə”ni Allaha e”tiqadı olmayan və ya Ona şərik qoşan, yaxud Həzrət Mühəmməd ibni Əbdillah (səlləllahu əleyhi və alihi və səlləm)-i qəbul etməyən şəxs nəcisdir. Əhli-kitaba gəlidikdə isə onlar pakdır (114-cü məsələdə qeyd olunacaq). Həmçinin dinin zəruri məsələlərini (müsəlmanların İslam dininin bir hissəsi saydıqları şeyləri) inkar edən şəxs, o şeyin dinin zəruri məsələlərindən olduğunu bilsə və o şeyi inkar etməsi nübüvvətin inkarına qayıtsa, həmin şəxs nəcisdir; yox əgər bu işi bilməsə ehtiyatən ondan ictinab etmək lazımdır.

Məsələ: 110. Kafirin bədəninin hamısı: tükü, dırnağı və rütubəti nəcisdir.

Məsələ: 111. Həddi-büluğa çatmamış bir uşağın atası, anası, babası, nənəsi kafir olsa o uşaq da nəcisdir. Amma onlardan biri müsəlman olsa, uşaq da pakdır.

Məsələ: 112. Əgər bir nəfərin müsəlman və ya kafir olması mə”lum olmasa, keçmişdə də onun müsəlman və ya kafir olması mə”lum olmasa pakdır, lakin müsəlmanların sair hökmləri ona aid edilmir. Məsələn, müsəlman qadınla evlənə, yaxud müsəlmanların qəbiristanlığında dəfn oluna bilməz.

Məsələ: 113. Əgər müsəlman şəxs on iki İmam (əleyhimüs-salam)-dan birinə nalayiq söz desə (söysə), yaxud onlarla düşmən olsa nəcisdir.

Məsələ: 114. Mürtəd–istər milli olsun, istərsə də fitri –nəcisdir. Amma əhli-kitab (yəhudilər və məsihilər kimi) pakdırlar.

9-ŞƏRAB

Məsələ: 115. Şərab və insanı məst edən hər bir şey əgər öz-özlüyündə, zatən maye olsa nəcisdir; yox əgər narkotik maddələr olan həşiş kimi zatən maye olmasa, hətta bir şeydə həll edilib məhlul halına salınmaqla da axıcı olsa pakdır.

Məsələ: 116. Qapı, stol, stul və s.-nin rənglənməsində işlənən texniki spirtin, məstedici şeylərdən hazırlanması və zatən maye (axıcı) olması mə”lum olmasa, pakdır.

Məsələ: 117. Əgər üzüm və onun suyu öz-özlüyündə qaynasa (qıcqırsa), yeyilməsi haramdır, amma nəcis deyildir. Əgər bişirilməklə qaynasa, yeyilməsi haramdır, amma nəcis deyilidir.

Məsələ: 118. Xurma, meviz, kişmiş və onların suyu qaynadıldıqda pak, yeyilməsi də halaldır.

10-PİVƏ

Məsələ: 119. Arpadan alınan və “arpa suyu” deyilən pivə nəcisdir. Amma təbibin göstərişi ilə arpadan alınan və “mauş-şəir” adlanan su pakdır.

HARAMDAN CÜNUB OLANIN TƏRİ

Məsələ: 120. Haramdan cünub olan şəxsin təri nəcis deyil. Amma ehtiyat-vacib budur ki, o tərə bulaşan bədən və ya paltarda namaz qılınmasın.

Məsələ: 121. Əgər insan, qadınla yaxınlıq etməyin haram olduğu vaxt (məsələn, Ramazan ayının gündüzündə) öz qadını ilə yaxınlıq etsə, ehtiyat-vacibə görə namazda öz tərindən qorunmalıdır.

Məsələ: 122. Əgər haram yolla cünub olan şəxs qusul edə bilməyib qusul əvəzindən təyəmmüm etsə, ehtiyat-vacibə görə gərək namazda öz tərindən qorunsun.

Məsələ: 123. Əgər bir kəs haram yolla cünub olsa və sonra öz halalı ilə yaxınlıq etsə, ehtiyat-vacibə görə namazda öz tərindən qorunmalıdır. Amma əgər əvvəlcə öz halalı ilə yaxınlıq edib sonra haram yolla yaxınlıq etsə, tərindən qorunması vacib deyil.

11-NƏCASƏT YEYƏN DƏVƏNİN TƏRİ

Məsələ: 124. Nəcasət yeyən dəvənin təri nəcisdir, amma başqa heyvanlar nəcasət yeməyə adət etsələr, onların tərindən qorunmaq lazım deyil.