Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

NƏCASƏTİN SÜBUT OLUNMASI YOLLARI

Məsələ: 125. Hər şeyin nəcis olması üç yolla sübut olunur:

1-İnsanın özü bir şeyin nəcis olmasına yəqin etsin. Amma ki, bir şeyin nəcis olmasına güman etsə, ondan qorunması lazım deyil. Amma gümanı səbəbi ilə, adi camaatın yəqin hesab etdikləri xatircəmlik hasil olsa, bu halda ictinab etmək lazımdır. Buna əsasən, laqeyd və nəcis-paklıq məsələlərinə riayət etməyən şəxslərin yemək yedikləri mehmanxanalarda, qəhvəxanalarda yemək yeyən zamanı onun üçün gətirilən şeyin nəcis olmasına yəqini olmasa, yeməyin eybi yoxdur.

2-İnsanın ixtiyarında olan bir kəs, hər hansı şeyin nəcis olmasını xəbər versə (məsələn, insanın həyat yoldaşı, nökəri, yaxud ailə üzvləri müəyyən bir qabın, yaxud nəcis olmasını xəbər versə);

3-İki nəfər adil şəxs hər hansı bir şeyin nəcis olmasını desələr, ehtiyat-vacibə o şeydən ictinab etmək lazımdır.

Məsələ: 126. Əgər məsələni bilməməzlik üzündən müəyyən bir şeyin nəcis və ya pak olmasını (məsələn, haram yolla cünub olan şəxsin tərinin nəcis və ya pak olmasını) bilməsə, məsələni soruşmalıdır. Amma məsələni bildiyi halda bir şeyin nəcis və ya pak olması barəsində şəkdə olsa (məsələn, bir şeyin qan olub-olmaması barəsində şəkk etsə, yaxud insanın və ya milçəyin qanı olmasını bilməsə) pakdır.

Məsələ: 127. Bir kəs nəcis şeyin pak olub-olmamasında şəkk etsə, nəcisdir; pak bir şeyin nəcis olub-olmamasında şəkk etsə, pakdır. Hətta əgər onun pak və ya nəcis olmasını başa düşə bilməsi mümkün olsa da, təhqiqat aparması lazım deyil.

Məsələ: 128. Hər ikisindən istifadə etdiyi iki qab, yaxud iki paltardan birinin nəcis olmasını bilsə, amma müəyyən şəkildə hansının nəcis olmasını bilməsə, hər ikisindən ictinab etmələdir. Hətta əgər öz libasının, yaxud ümumiyyətlə istifadə etmədiyi və başqasının olan paltarın nəcis olması barəsində şəkk etsə yenə də ehtiyat budur ki, öz paltarından ictinab etsin. Lakin bu, ilzami deyildir.

PAK ŞEYLƏRİN NƏCİS OLMASI YOLLARI

Məsələ: 129. Əgər pak şey nəcis bir şeyə toxunsa və hər ikisi, yaxud biri, digərinə sirayət edə bilən həddə yaş olsa, pak şey də nəcis olur. Amma əgər rütubət çox az olsa və ona toxunan pak şeyə sirayət etməsə, əvvəldə pak olan şey nəcis olmaz.

Məsələ: 130. Əgər pak bir şey nəcis şeyə toxunsa və insan onlardan hər ikisinin, yaxud birinin rütubətli olub-olmaması barədə şəkk etsə, pak şey nəcis olmaz.

Məsələ: 131. Əgər pak bir şey, insanın hansının pak, hansının nəcis olmasını bilmədiyi iki şeydən birinə, rütubətli halda dəysə, nəcis olmaz; amma onlardan biri əvvəlcə nəcis olsa və insan pak olub-olmamasını bilməsə və pak şey ona toxunsa, nəcis olar.

Məsələ: 132. Torpaq, parça və bu kimi şeylər rutubətli olsa nəcasətin onlara toxunduğu yerləri nəcis, qalan hissələr isə pakdır. Xiyar, qovun və s. kimi şeylər də bu qayda ilə.

Məsələ: 133. Əgər maye halda olan şirə və yağın bir nöqtəsi nəcis olsa, hər yeri nəcis olur. Amma axıcı olmasa (bərk olsa) hamısı deyil, yalnız nəcasət dəyən yerlər nəcis olur.

Məsələ: 134. Əgər milçək və s. kimi həşəratlar yaş və nəcis bir şeyin üstünə qonub sonradan rutubətli və pak bir şeyin üstündə otursa, bu halda insan o həşəratın üstündə nəcasətin olmasını bilsə, bu halda pak şey nəcis olur; yox əgər həşəratla birlikdə nəcasətin olmasını bilməsə, onun qonduğu pak şey nəcis olmaz.

Məsələ: 135. Əgər bədənin tərləmiş bir yeri nəcis olsa və tər oradan başqa yerlərə axsa, tərin dəydiyi hər yer nəcis olur. Amma tər başqa yerlərə axmasa, bədənin sair yerləri pakdır.

Məsələ: 136. Burun və ya boğazdan gələn sularda qan olsa, qan olan yerləri nəcis, qalan yerləri isə pakdır. Deməli əgər bu sular ağızın çöl tərəfində dodaqlara və yaxud buruna dəysə o suyun nəcis yerinin dəydiyinə yəqin etdiyi yerlər nəcisdir. Amma suyun nəcis yerinin həmin yerlərə dəyib-dəyməməsində şək etsə, pakdır.

Məsələ: 137. Altı deşik olan aftafanı nəcis torpağın üstünə qoysalar və aftafadan axan su onun altında bir yerə yığışıb onun suyu ilə bir hesab olunsa, aftafanın suyu nəcis olar. Amma əgər aftafanın altından çıxan su yerə batsa, yaxud axıb getsə, bu halda aftafanın deşiyi nəcis torpağa birləşmiş olsa, aftafanın suyu da nəcis olur. Əgər deşiyi nəcis torpağa birləşməmiş olsa və aftafanın altında olan su onun daxilindəki su ilə bir hesab olunmasa, aftafanın daxilindəki su nəcis olmaz.

Məsələ: 138. Əgər bir şey bədənə daxil olub nəcisə dəysə və çölə çıxandan sonra nəcasətə qarışmamış olsa pakdır. Deməli imalə avadanlıqları, yaxud onun suyu qaitin məxrəcinə daxil edilsə, yaxud iynə, bıçaq və s. kimi şeylər bədənin hər hansı yerinə batsa və çölə çıxandan sonra nəcasətə bulaşmamış olsa, nəcis deyildir. Həmçinin əgər burunun, ağızın suyu daxildə qana dəyib çıxandan sonra qanla qarışmamış olsa (pakdır).