Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

NƏCASƏTİN HÖKMLƏRİ

Məsələ: 139. Quranın vərəqini, xəttini (yazısını) nəcisləmək haramdır; əgər nəcis olsa dərhal onu suya çəkmək lazımdır.

Məsələ: 140. Əgər Quranın cildi nəcis olsa, onu suya çəkmək lazımdır.

Məsələ: 141. Quranı nəcasətin eyni olan şeyin (qan, ölü heyvan və s.) üstünə, hətta nəcisin eynin quru da olsa, haramdır və Quranı o nəcis şeyin üstündən götürmək vacibdir.

Məsələ: 142. Quranı, hətta bir hərfini də belə, nəcis mürəkkəblə yazmaq haramdır və əgər yazılsa onu suya çəkmək lazımdır, yaxud yonmaq və s. kimi işlərlə aradan aparmaq lazımdır. Əgər aradan aparmaq mümkün olmasa, suya çəkmək lazımdır.

Məsələ: 143. Quranı kafirə vermək olmaz; amma Quran onun əlində olsa mümkün olan surətdə ondan almaq lazımdır. Amma Quranın kafirə verməkdə məqsəd, yaxud onun özünün Quranı olmaqda məqsədi din barəsində mütaliə, təhqiqat aparmaq olsa, habelə, insan bilsə ki, kafir yaş əllə Qurana ləms etməyəcək, bu halda eybi yoxdur.

Məsələ: 144. Əgər Quranın vərəqi, yaxud ehtiram qoyulması vacib olan bir şey (Allahın, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in və İmamlar (əleyhimüs-salam)-ın adları yazılan kağız kimi) tualetə düşsə, onu oradan çıxardıb suya çəkmək–hətta xərci olsa belə vacibdir. Əgər onu tualetdən çıxarmaq mümkün olmasa ehtiyat-vacibə görə, o vərəqlərin çürüməsi barədə yəqin hasil olana qədər o tualetə gedilməməlidir. Həmçinin əgər İmam Hüseyn (əleyhissalam)-ın türbəti (qəbrinin torpağı) tualetə düşsə və onun çölə çıxarmaq mümkün olmasa, o torpağın tamamilə aradan getməsinə yəqinlik hasil olmayınca o tualetə gedilməməlidir.

Məsələ: 145. Nəcis şeyi yemək, içmək haramdır. Həmçinin nəcisin eynini uşağa yedizdirmək də haramdır. Amma əgər uşağın özü nəcis xörəyi, yaxud sair qida məhsullarını yesə, yaxud nəcis əl ilə yeməyi murdarlayıb sonra yesə, onun qarşısını almaq lazım deyil.

Məsələ: 146. Suya çəkilməsi mümkün olan nəcis bir şeyi satanda, yaxud ariyə verəndə nəcis olmasını deməməyin eybi yoxdur. Amma insan, alıcı və yaxud ariyə götürənin həmin şeyi yemək-içməkdə istifadə edəcəyini bilsə, nəcis olmasını həmin şəxsə deməlidir.

Məsələ: 147. Əgər bir kəs başqa bir kəsin nəcis şeyi yeməsini, yaxud nəcis paltarda namaz qılmasını görsə, ona xəbər verməsi lazım deyil.

Məsələ: 148. Əgər bir kəsin evinin, yaxud xalça, palaz kimi şeylərinin müəyyən bir yeri nəcis olsa və onun otağına daxil olan kəslərin paltarı və ya bədənin bir hissəsi rütubətli halda nəcis olan yerə dəydiyini bilsə, onlara deməsi lazım deyildir.

Məsələ: 149.
Əgər ev sahibi yemək əsnasında yeməyin nəcis olduğunu başa düşsə, qonaqlara deməlidir. Amma qonaqlardan biri bu məsələni başa düşsə, sair qonaqlara xəbər verməsi lazım deyil.

Məsələ: 150. Bir şəxsin icarəyə götürdüyü şey nəcis olsa və mal sahibinin həmin şeyi yeyib-içməkdə istifadə etməsini bilsə, ona xəbər verməsi vacibdir.

Məsələ: 151. Əgər uşaq əlində olan bir şeyin nəcis olmasını, yaxud nəcis şeyi suya çəkdiyini desə, sözünü qəbul etmək olmaz–amma yaxşını-pisi seçə bilən müməyyiz, yaxud mürahiq (yə”ni həddi-büluğa yaxın olan) uşağın sözünün e”tibarlı olması ehtimalı var.