|
||||||||||||||||||||
|
DƏSTƏMAZMəsələ: 238.Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Başın qabaq tərəfinə və ayaqların üstünə məsh edilsin.Məsələ: 239.Üzün yuyulan hissəsi gərək alının yuxarı hissəsindən (tüklərin bitdiyi yerdən) çənənin axırına qədər olsun. Eni isə baş barmaqla orta barmağın arası qədər olmalıdır. Əgər bu miqdardan hətta azacıq yuyulmasa, dəstəmaz batildir. Bu miqdarın tamamilə yuyulmasını yəqin etmək üçün onun ətrafını bir az artıq yumaq lazımdır. Məsələ: 240.Əgər bir kəsin üzü, yaxud əli normal insan əli və üzündən böyük, yaxud kiçik olsa, adi insanların üzlərinin hansı miqdarda yuyulduğunu mülahizə etməli, onların yuduğu qədər yumalıdır. Əgər bir insanın əlləri və üzü, yaxud hər ikisi qeyri-normal, amma bir-birinə mütənasib olsa, adi camaatı mülahizə etməsi lazım deyil, əksinə əvvəlki məsələdə qeyd olunan göstərişə uyğun olaraq, dəstəmaz almalıdır. Həmçinin əgər bir kəsin alnında tük göyərmiş olsa, yaxud alnının yuxarısında tük olmazsa, alnını və üzünü adi camaatın yuduğu qədər yumalıdır. Məsələ: 241.Əgər insan, qaşlarında, gözün künclərində, ağızın kənarlarında suyun çatmasına mane olan çirk və ya başqa şeylərin yığılmasını ehtimal versə və onun ehtimalı camaatın nəzərində yerli ehtimal olarsa, dəstəmazdan qabaq axtarış aparmalıdır ki, əgər çirkli olarsa onları təmizləsin. Məsələ: 242.Əgər üzün dərisi tüklərin arasından görünərsə, onda suyu dəriyə çatdırmaq lazımdır. Amma görünməsə, tükləri yumaq kifayətdir, suyun tüklərin altına çatdırılması lazım deyil. Məsələ: 243.Əgər insan, üzünün dərisinin tüklərin arasından görünüb-görünməməsində şəkk etsə, ehtiyat-vacibə görə tükləri yumalı, suyu dəriyə çatdırmalıdır. Məsələ: 244. Burunun içi, dodaqlar və gözün içi yumulduğu halda görünməyən yerləri yumaq vacib deyildir. Amma yuyulmalı yerlərin tam yuyulmasına yəqin etmək üçün onlardan bir qədər yuyulmalıdır. Məsələ: 245.Ehtiyat-vacibə görə üzü yuxarıdan aşağı yumaq lazımdır: aşağıdan yuxarı yuyularsa, dəstəmaz batildir. Əlləri də dirsəkdən barmaqların ucuna tərəf istiqamətdə yuyulmalıdır. Məsələ: 246.Əgər insan əllərini isladıb üzünə və əllərinə çəksə, və əlinin yaşlığı çox olub üzə, əllərə çəkilməsi vasitəsilə su oradan axmağa başlasa, kifayətdir. Məsələ: 247.Üzü yuyandan sonra əvvəlcə sağ əli, sonra isə sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır. Məsələ: 248.Dirsəyin tamamilə yuyulmasını yəqin etmək üçün bir az dirsəkdən yuxarı yuyulmalıdır. Məsələ: 249.Üzünü yumamışdan qabaq, əllərini biləyə qədər yuyan bir kəs, dəstəmaz vaxtı barmaqların ucuna qədər yumalıdır; əgər biləyə qədər yusa dəstəmazı batildir. Məsələ: 250.Dəstəmazda üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə caiz, üçüncü və daha artıq dəfələrdə isə haramdır. Əgər bir ovuc su ilə bütün üzv yuyulsa və dəstəmaz niyyətilə bu su, üzvlərə tökülsə–istər birinci dəfəni qəsd etsin, istərsə də etməmiş olsun–birinci dəfə hesab olunur. Məsələ: 251.Əlləri yuduqdan sonra əldə qalan dəstəmaz suyu ilə başın qabaq tərəfinə məsh edilməlidir. Sağ əllə, yaxud yuxarıdan aşağı olması vacib deyildir. Məsələ: 252.Başın alın tərəfində olan dörd qismətdən biri məsh yeridir. Onun hər hansı yerinə, məsh qədərində çəksələr kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, uzunluğu bir barmağın uzunluğu, eni isə üç bağlı barmaq qədər məsh etsin. Məsələ: 253.Məshin başın dərisinə çəkilməsi vacib deyildir: başın qabaq tərəfindən olan tüklərə çəkilsə də səhihdir. Amma əgər bir kəsin başının qabaq tərəfinin tükləri çox uzun olsa (məsələn, darananda alının bir hissəsinə tökülsə, yaxud başın başqa bir yerinə çatsa), tüklərin dibinə məsh çəkməlidir. Yaxud başının tüklərini ortadan aralamalı və dəriyə məsh etməlidir. Əgər üzünə tökülən, yaxud başının başqa yerlərinə çatan tükləri başın qabağında bir yerə yığıb məsh etsə, yaxud başın, sair yerlərindən qabaq tərəfinə gələn tükünə məsh etsə batildir. Məsələ: 254.Başı məsh etdikdən sonra, əldə qalan dəstəmaz suyu ilə ayaqlara–barmaqlardan birinin ucundan, ayağın üstündə olan çıxıntıya qədər məsh etməlidir. Məsələ: 255. Ayağa çəkilən məshin eni nə qədər olur-olsun, kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, əlin içinin hamısı ilə ayağın üstünə məsh edilsin. Məsələ: 256.Ehtiyat-vacibə görə ayaqların məshində əl barmaqların ucuna qoyulub ayağın üstündə tədricən məsh edilsin. Əgər bir kəs əlin içinin hamısını ayağın üstünə qoyub bir az çəksə səhih deyildir. Məsələ: 257.Başa və ya ayağın üstünə məsh çəkməkdə əli onların üstünə çəkmək lazımdır; əgər əli saxlayıb başı və yaxud ayağı hərəkət etdirsələr, dəstəmaz batildir. Amma əli məsh üçün çəkəndə baş və yaxud ayaq azacıq hərəkət etsə eybi yoxdur. Məsələ: 258.Məsh çəkilən yer quru olmalıdır. Əgər çox yaş olsa və əlin rütubətinin əsər-əlaməti olmasa, məsh batildir. Amma məsh yerinin rütubəti çox az olsa və məsh çəkiləndən sonra əlin rütubəti məsh yerində görünüb “təkcə əlin rütubətidir”-deyilsə, eybi yoxdur. Məsələ: 259.Əgər məsh üçün əldə rütubət qalmasa onu başqa su ilə islatmaq olmaz. Əksinə, dəstəmazın başqa üzvlərindən rütubət götürüb onunla məsh edilməlidir. Məsələ: 260.Əgər əlin rütubəti yalnız başın məshinə çatarsa, əldə olan həmin rütubətlə başa məsh çəkə bilər və ayaqların məshi üçün dəstəmazın başqa üzvlərindən rütubət götürməlidir. Məsələ: 261.Corabın və ya ayaqqabının üstündən məsh çəkmək batildir. Amma kəskin soyuq, yaxud oğru, yırtıcı heyvan və s. kimi şeylərdən qorxu törənərsə və ayaqqabını, yaxud corabı çıxarmaq mümkün olmasa, onların üstünə məsh çəkməyin eybi yoxdur. Bu halda ayaqqabının üstü nəcis olsa, pak bir şeyi onun üstünə atıb onun üstündən məsh etmək lazımdır. Məsələ: 262.Əgər ayağın üstü nəcis olsa və məhs üçün onu suya çəkmək mümkün olmasa, təyəmmüm edilməlidir. |