|
||||||||||||||||||||
|
İRTİMASİ DƏSTƏMAZMəsələ: 263.İrtimasi dəstəmaz budur ki, insan üzünü, əllərini dəstəmaz almaq niyyəti və yuxarıdan-aşağıya yumaq qaydasına riayət etməklə suya batırsın, yaxud onları suya batırıb sonra dəstəmaz niyyəti ilə çölə çıxartsın. Əgər əllərini suya batırdığı vaxt, dəstəmaz niyyəti etsə və onları sudan çıxarana və suyun tökülməsi qurtarana qədər dəstəmaz niyyətində olsa, dəstəmazı səhihdir.Məsələ: 264.İrtimasi dəstəmazda da üz və əllər yuxarıdan-aşağıya tərəf yuyulmalıdır. Deməli əgər bir kəs üzü və əlləri suya batırdığı vaxt dəstəmaz niyyəti etsə, gərək üzünü alın tərəfdən, əllərini isə dirsək tərəfdən suya batırsın; yox əgər sudan çıxartdığı vaxt dəstəmaz niyyəti etsə gərək üzünü alın, əllərini isə dirsək tərəfdən sudan çıxartsın. Məsələ: 265.Əgər dəstəmaz üzvlərindən bə”zilərini irtimasi, bə”ziləri isə qeyri-irtiması yolla yerinə yetirsə, eybi yoxdur. |