|
||||||||||||||||||||
|
DƏSTƏMAZIN HÖKMLƏRİMəsələ: 301.Əgər bir kəs dəstəmazın işlərində və onun şərtlərində (suyun pak olması, qəsbi olmaması) çox şək etsə gərək öz şəkkinə e”tina etməsin.Məsələ: 302.Əgər onun dəstəmazının batil olub-olmamasında şəkk etsə, niyyəti buna qoymalıdır ki, dəstəmazı qalır. Amma əgər bovldan sonra istibra etməmiş dəstəmaz alsa və dəstəmazdan sonra ondan rütubət xaric olsa, bovl və başqa şey olmasını bilməsə dəstəmazı batildir. Məsələ: 303.Dəstəmaz alıb-almamasında şəkk edən şəxs dəstəmaz almalıdır. Məsələ: 304.Əgər bir kəs dəstəmaz aldığını və ondan hədəs baş verdiyini (məsələn bovl etməsini) bilsə, amma hansının qabaq və hansının sonra olduğunu bilməsə, onda bu, namazdan əvvəldirsə, dəstəmaz almalıdır; əgər namaz əsnasındadırsa, namazı pozub dəstəmaz almalıdır; əgər namazdan sonra olsa dəstəmaz alıb qıldığı namazı yenidən qılmalıdır. Məsələ: 305.Əgər namazdan sonra, dəstəmaz alıb-almamasında şəkk etsə, namazı səhihdir, amma sonrakı namazlar üçün dəstəmaz almalıdır. Məsələ: 306.Əgər namaz əsnasında dəstəmaz alıb-almamasında şəkk etsə, namazı batildir və dəstəmaz alıb yenidən namaz qılmalıdır. Məsələ: 307.Əgər namazdan sonra, dəstəmazının namazdan əvvəl yoxsa sonra batil olmasında şəkk etsə, qıldığı namaz səhihdir. Məsələ: 308.Əgər xəstəlik səbəbi ilə bir kəsin bovlu damcı-damcı axsa, yaxud qaitin çıxmasının qarşısını ala bilməsə, bu halda namazın vaxtının əvvəlindən axırına qədər dəstəmaz alıb namaz qılmaq miqdarında vaxt tapa biləcəyinə yəqin etsə, gərək namazı fürsət tapan vaxt qılsın. Əgər onun vaxtı namazın yalnız vacib əməlləri miqdarında olsa, fürsət olan vaxtda namazın yalnız vacib əməllərini yerinə yetirməli, müstəhəbb əməllərini isə (azan, iqamə, qunut və s. kimi) tərk etməlidir. Məsələ: 309.Əgər dəstəmaz və namaz miqdarında vaxt tapmasa, belə ki, namaz əsnasında ondan bir neçə dəfə bovl xaric olsa, bu halda hər dəfədən sonra dəstəmaz ala bilsə və bu iş onun üçün çətin olmasa, onda öz yanında bir qabda su qoymalıdır ki, bovl xaric olan hər dəfədə ehtiyat-vacibə görə dəstəmaz alıb namazın qalan hissəsini qılsın. Həmçinin əgər insandan, xəstəlik səbəbi ilə namazın əsnasında qait bir neçə dəfə xaric olsa, bu halda hər dəfədən sonra dəstəmaz almaq istəsə və bu işin onun üçün çətinliyi olmasa, onda yanına bir qab su qoymalıdır ki, hər dəfə qait xaric olanda dəstəmaz alıb namazının qalanını qılmalıdır. Məsələ: 310.Qaitin dalbadal xaric olduğu bir kəs namazının müəyyən miqdarını dəstəmaz ilə qıla bilsə, bu halda hər dəfə xaric olandan sonra, nə qədər ki, onun üçün çətin deyil öz dəstəmazını təkrarlamalıdır. Məsələ: 311. Bovlu ardıcıl olaraq xaric olan bir kəsdən iki namaz arasında bovl xaric olmasa, bir dəstəmaz ilə hər iki namazı qıla bilər. Namazın əsnasında xaric olan qətrələrin eybi yoxdur. Məsələ: 312.Bovl və qaiti fasiləsiz olaraq xaric olan bir şəxs namazın heç bir hissəsini dəstəmazla qıla bilməsə, bir neçə namazı bir dəstəmazla qıla bilər. Amma ixtiyar üzündən bovl və qait xaric etsə, yaxud dəstəmazı batil edən başqa işlər baş versə, qeyd olunan kimi əməl edə bilməz. Məsələ: 313.Əgər bir kəs xəstəlik səbəbi ilə hava çıxmasının qarşısını ala bilməsə, qaitin çölə gəlməsinin qabağını ala biməyən şəxslər kimi əməl etməlidir. Məsələ: 314.Əgər bir kəsdən dalbadal qait xaric olursa, gərək hər namaz üçün dəstəmaz alıb dərhal namaza başlasın. Amma yerinə yetirilməsi namazdan dərhal sonra olan unudulmuş səcdə, təşəhhüd və ehtiyat namazı kimi işləri dərhal namazdan sonra yerinə yetirsə, dəstəmaz alması lazım deyil. Məsələ: 315.Əgər bir kəsdən damcı-damcı bovl xaric olursa, namaz üçün əlində pambıq və başqa şey olan, bovlun və bədəninin başqa yerlərinə dəyməsini qabağını alan bir kəsin vasitəsi ilə özünü qorumalıdır. Ehtiyat-vacib budur ki, hər namazdan qabaq bovlun nəcis olmuş məxrəcini suya çəksin. Həmçinin qaitin çölə gəlməsinin qarşısını ala bilməyən şəxs, imkan daxilində, namaz qıldığı müddətdə qaitin başqa yerlərə sirayət etməsinin qarşısını almalıdır. Ehtiyat-vacib budur ki, məşəqqəti olmayan halda hər namaz üçün qaitin məxrəcini suya çəksin. Məsələ: 316.Əgər bir kəs bovl və qaitin çölə çıxmasının qarşısı ala bilmirsə, mümkün olan halda namaz qıldığı müddətdə hətta xərci də olsa, bovl və qaitin çıxmasının qarşısını alsın. Ehtiyat-vacibə əsasən onun xəstəliyi asan yolla müalicə olunarsa gərək özünü müalicə etsin. Məsələ: 317 Bovl və qaitin xaric olmasının qarşısını ala bilməyən kəsin xəstəliyi sağalandan sonra xəstəlik halında öz vəzifəsinə uyğun olaraq qıldığı namazları qəza etməsi lazım deyil. Amma əgər namaz əsnasında xəstəliyi sağalsa gərək həmin namazı yenidən qılsın. |