|
||||||||||||||||||||
|
CƏBİRƏ DƏSTƏMAZININ HÖKMLƏRİYara və sınıq yerin bağlandığı şey, həmçinin yaranın üstünə qoyulan dərman cəbirə adlanır.Məsələ: 326.Əgər dəstəmaz üzvlərinin birində yara, çiban, yaxud sınıqlıq olsa və onun üstü açıq olsa və suyun da zərəri olmasa, adi qaydada dəstəmaz almalıdır. Məsələ: 327.Əgər yara, çiban, yaxud sınıqlıq üzdə, əllərdə olsa və onların üstü açıq, suyun tökülməsinin də zərəri olsa, onun ətrafını yumaq, sonra yaş əllə onların üstünə çəkilməsinin zərəri olmasa, ehtiyata görə yaş əllə onun üstünə çəkmək, sonra pak bir parçanı yaranın üstünə qoyub yaş əllə o parçanın da üstünə çəkmək lazımdır. Əgər bu qədərin də zərəri olsa, yaxud yara nəcis olsa və suya çəkilməsi mümkün olmasa, bu halda, dəstəmazın qaydalarında deyildiyi kimi, yaranın ətrafını yuxarıdan-aşağı yuyub ehtiyat-vacibə görə, sonuncu xəstəlikdə təyəmmüm də edilməlidir. Məsələ: 328.Əgər yara, çiban, yaxud sınıqlıq başın qabaq tərəfində, yaxud ayağın üstündə olsa və onların üstü də açıq olsa, bu halda ona məsh edilməsi mümkün olmazsa, pak bir parçanı onun üstünə qoyub, parçanın üstünə dəstəmazın yaşlığı ilə məsh çəkilməlidir. Əgər parça qoyulması mümkün olmazsa məsh lazım deyil, amma dəstəmazdan sonra təyəmmüm də etməlidir. Məsələ: 329.Əgər yara, çiban, yaxud sınıqlığın üstü bağlı olsa, açılması mümkün olsa və (açmağın) zəhməti, məşəqqəti; suyun da zərəri olmazsa, onun üstü açılmalı və dəstəmaz alınmalıdır–istər yara və bu kimi şeylər üzdə və əllərdə olsun, istərsə də başın qabaq tərəfində, yaxud ayağın üstündə. Məsələ: 330.Əgər yara, çiban, yaxud sınıqlıq üzdə və əllərdə olsa və üstünü açmaq mümkün olsa, bu halda suyu onun üstünə tökməyin zərəri olsa, amma yaş əl çəkməyin zərəri olmasa, vacibdir ki, yaş əllə onun üstünə çəkilsin. Məsələ: 331.Əgər yaranın üstünü açmaq mümkün olmasa, amma yara və onun üstünə qoyulmuş parça və bu kimi şeylər pak, suyun da dəriyə çatdırılması mümkün olsa və zərəri, məşəqqəti olmasa, bu halda suyu yaranın üstünə çatdırmaq lazımdır. Əgər yara və ya onun üstünə qoyulan şey nəcis olsa, bu halda onu suya çəkmək və suyu yaranın üstünə çatdırmaq mümkün olsa və məşəqqəti olmasa, onu suya çəkmək, dəstəmaz alanda suyu yaraya çatdırmaq lazımdır. Amma əgər, suyun yaraya zərəri olsa, yaxud suyu yaranın üstünə çatdırmaq mümkün olmasa və ya yara nəcis olsa və suya çəkilməsi də mümkün olmasa, yaranın ətraf hissələrini dəstəmazda deyildiyi kimi, yumalıdır. Əgər cəbirə pak olsa, onun üstünə məsh edilməlidir. Amma nəcis olsa, yaxud onun üstünə yaş əllə çəkmək mümkün olmasa (məsələn, dərman ələ yapışırsa) pak bir parçanı cəbirənin bir hissəsi hesab olunduğu şəkildə onun üstünə qoyub, yaş əllə onun üstünə çəkmək lazımdır. Əgər bu da mümkün olmasa, ehtiyat-vacib budur ki, dəstəmaz alıb təyəmmüm də etsin. Məsələ: 332.Əgər cəbirə üzün, yaxud əllərdən birinin hər yerini örtmüş olsa, yenə də cəbirənin hökmləri tətbiq olunacaq və cəbirə dəstəmazı kifayətdir. Amma əgər dəstəmaz üzvlərindən çox yeri tutmuş olsa, cəbirənin hökmləri tətbiq olunmayacaq: təyəmmüm alınmalıdır. Məsələ: 333.Əgər cəbirə dəstəmaz üzvlərinin hamısını tutmuş olsa, gərək təyəmmüm edilsin. Məsələ: 334.Əgər bir kəsin əlinin içində və barmaqlarında cəbirə olsa, dəstəmaz alan zaman yaş əllə onun üstünə çəkibsə, başına və ayaqlarına həm həmin rütubətlə məsh çəkə bilər, həm də başqa dəstəmaz üzvlərindən rütubət götürə bilər. Məsələ: 335.Əgər cəbirə ayağın üstünün hamısını örtsə, amma bir az barmaqların tərəfindən, bir az da ayağın yuxarı tərəfindən açıq qalsa, açıq olan yerlərin özünə, cəbirə olan yerlərdə isə cəbirənin üstünə məsh etməlidir. Məsələ: 336.Əgər üzdə və əllərdə bir neçə cəbirə olsa, onların arası yuyulmalıdır. Əgər cəbirələr başda və ya ayaqların üstündə olsa onların arası məsh edilməli, cəbirə olan yerlərdə isə cəbirə göstərişlərinə uyğun əməl olunmalıdır. Məsələ: 337.Əgər cəbirə, yaranın ətrafını adi qaydadan artıq tutsa və onu götürmək mümkün olmasa, bu halda cəbirə göstərişlərinə əməl etməli, ehtiyata əsasən təyəmmüm də almalıdır. Əgər cəbirəni götürmək mümkün olsa, götürməlidir. Deməli, yara üzdə və əllərdə olarsa onun ətrafını yumalıdır; başda və yaxud ayaqların üstündə olsa onun ətrafına məsh çəkməli, yara olan yer üçünsə cəbirə göstərişlərinə əməl etmək lazımdır. Məsələ: 338.Əgər dəstəmazın yerində yara, çiban və yaxud sınıqlıq yoxdursa, amma başqa səbəblərə görə suyun əlin və üzün hamısına zərəri olsa, təyəmmüm etməlidir. Ehtiyat-vacibə görə əgər əllər və üzün müəyyən hissəsi üçün zərəri olsa, onun ətrafını yumalı və təyəmmüm etməlidir. Məsələ: 339.Əgər dəstəmaz üzvlərinin bir yerinin damarı kəsilibsə və onu suya çəkmək mümkün deyilsə, yaxud suyun ona zərəri varsa, üstü bağlı olan halda cəbirə qaydalarına əməl etməlidir; yox əgər üstü açıqdırsa onun ətrafını yuyandan sonra ehtiyat-vacibə əsasən, üstünə bir parça qoyub yaş əllə onun üstünə çəkməlidir. Məsələ: 340.Əgər dəstəmaz və qusul yerlərinə qoparılması mümkün olmayan, yaxud qoparıldıqda dözülməsi mümkün olmayan qədər əziyyəti olan bir şey yapışıbsa, cəbirəyə əməl olunmalıdır. Məsələ: 341.Cəbirə quslu cəbirə dəstəmazı kimidir. Amma ehtiyat-vacibə əsasən onu irtimasi deyil, tərtiblə yerinə yetirmək lazımdır. Məsələ: 342.Vəzifəsi təyəmmüm etmək olan bir kəsin təyəmmüm üzvlərinin bə”zisində yara, çiban, yaxud sınıqlıq olsa cəbirə dəstəmazının qaydalarına uyğun olaraq cəbirə təyəmmümü almalıdır. Məsələ: 343.Cəbirə dəstəmazı və ya cəbirə quslu ilə namaz qılmalı olan şəxs namaz vaxtının axırına qədər üzrünün aradan qalxmayacağını bilsə, namaz vaxtının əvvəlində namaz qıla bilər. Amma vaxtın axırına qədər üzrün aradan qalxmasına ümidi olsa, ehtiyat-vacibə görə gözləməlidir: əgər üzrü aradan qalxmasa, namazı axır vaxtda cəbirə quslu, yaxud cəbirə dəstəmazı ilə qılmalıdır. Məsələ: 344. Əgər insan gözündə olan xəstəlik üçün gözünün tüklərini yapışdırsa, cəbirə dəstəmazı almalıdır. Məsələ: 345.Əgər bir kəs vəzifəsinin təyəmmüm, yaxud cəbirə dəstəmaz olduğunu bilmirsə, ehtiyat-vacibə görə hər ikisini yerinə yetirməlidir. Məsələ: 346.İnsanın cəbirə dəstəmazı ilə qıldığı namazları səhihdir və üzrü aradan qaldırılsa, sonrakı namazlar üçün dəstəmaz almamalıdır. Amma əgər vəzifəsinin cəbirə, yaxud təyəmmüm olduğunu bilmədiyi üçün hər ikisini yerinə yetirən şəxs sonrakı namazlar üçün dəstəmaz almalıdır. |