|
||||||||||||||||||||
|
QUSULLARVacibi qusullar yeddi qismdir: 1-Cənabət quslu; 2-Heyz quslu; 3-Nifas quslu; 4-İstihazə quslu; 5-Meyyit quslu; 6-Məss-meyyit quslu; 7-Nəzir, and içmə sair səbəbilə vacib olan qusullar.CƏNABƏTİN HÖKMLƏRİMəsələ: 347.İnsan iki yolla cünub olur: 1-Cima etməklə; 2-Məninin çölə gəlməsi ilə (istər yuxuda olsun, istərsə də ayıq olan vaxt; istər az olsun, istərsə də çox; istər şəhvətlə olsun, istərsə də şəhvətsiz; istər ixtiyar üzündən olsun, istərsə də ixtiyarsız).Məsələ: 348.Əgər insandan bir rütubət xaric olsa və onun bovl, məni və ya başqa şey olmasını bilməsə, bu halda əgər şəhvətlə, sıçrayışla çölə gəlsə və gələndən sonra bədən süstləşsə, o rütubət məni hökmündədir. Əgər onda bu üç əlamətdən heç biri, yaxud bə”zisi olmasa, məni hökmündə deyil. Amma qadında və xəstədə onun sıçrayışla gəlməsi ilzami deyil; hətta əgər təkcə şəhvətlə gəlsə, məni hökmündədir, bədənin də süstləşməsi lazım deyil. Məsələ: 349.Müstəhəbdir ki, insan, məni gələndən sonra bovl etsin. Əgər bovl etməsə və qusuldan sonra məni və ya başqa bir şey olmasını bilmədiyi bir rütubət görsə, məni hökmündədir. Məsələ: 350.Əgər insan cima etsə və dəllək kəsən yerə qədər, yaxud daha çox daxil olsa, istər kişidə olsun, istərsə də qadında; istər qabaqdan olsun, istərsə də arxadan; istər baliğ olsunlar, istərsə də olmasınlar; hətta məni gəlməsə də hər ikisi cünub olur. Məsələ: 351.Əgər dəllək kəsən yerə qədər daxil olub-olmamasında şəkk etsə, qusul vacib deyil. Məsələ: 352.Əgər (nəuzu billah!) heyvanla yaxınlıq etsə və məni də gəlsə, təkcə qusul kifayətdir. Amma əgər məni gəlməsə, bu halda vətydən əvvəl dəstəmazlı olsa, yenə də qusul kifayətdir. Amma əgər dəstəmazlı olmasa, ehtiyat-vacib budur ki, qusul alandan sonra dəstəmaz da alsın. Məsələ: 353.Əgər məni öz yerindən hərəkət etsə, amma çölə gəlməsə;, yaxud məninin çölə gəlib-gəlməməsində şəkk etsə, qusul vacib deyil. Məsələ: 354.Qusul ala bilməyən, amma təyəmmüm ala bilən bir kəs namaz vaxtı daxil olandan sonra səbəb olmadan öz əyalı ilə yaxınlıq etsə, işkalı var. Amma əgər ləzzət almaq, yaxud özü üçün qorxudan olsa, eybi yoxdur. Məsələ: 356.Əgər bir şəxs öz bədənində məni görüb onun üçün qusul etmədiyi öz mənisindən olduğunu bilsə, qusul almalı, məninin gəlməsindən sonra qıldığına yəqini olan namazların qəzasını etməlidir. Amma məninin gəlməsindən sonra qılmasına ehtimal verdiyi namazların qəzasını etməsi lazım deyil. CÜNUBA HARAM OLAN ŞEYLƏRMəsələ: 356.Cünub şəxsə beş şey haramdır:1-Bədənin hər hansı bir yerini Quranın yazısına, yaxud Allahın mübarək adına vurmaq; Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in və İmamlar (əleyhimüs-salam)-ın adları da ehtiyat-vacibə görə Allahın adının hökmündədir. 2-Məscidül-Hərama və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidinə getmək; hətta əgər bir qapısından daxil olub digərindən çıxmaq kimi olsa da. 3-Başqa məscidlərdə dayanmaq; amma bir qapısından daxil olub, başqa qapısından çıxsa, yaxud hər hansı bir şeyi götürmək üçün məscidə daxil olsa eybi yoxdur. Ehtiyat-vacib budur ki, İmamlar (əleyhimüs-salam)-ın hərəmində də dayanmasın. Hərçənd daha üstün (hökm) budur ki, Məscidül-Həram və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidinin hökmünə, İmamlar (əleyhimüs-salam)-ın da hərəmində riayət olunsun. 4-Məscidə bir şey qoymaq; 5-Vacibi səcdəsi olan surələri oxumaq. O surələr bunlardan ibarətdir: a) Quranın 32-ci Surəsi (“Əlif, Lam, Mim, Tənzil”); b) 41-ci Surə (“Ha-mim” (“Səcdə”) Surəsi); v) 53-cü Surə (“Vən-nəcm” Surəsi); q) 96-cı Surə (“İqrə” bismi”). Bu Surələrin hətta bir hərfini belə oxumaq haramdır. CÜNUB ŞƏXSƏ MƏKRUH OLAN ŞEYLƏRMəsələ: 357.Doqquz şey cünub şəxsə məkruhdur:1 və 2-Yemək və içmək; (amma əgər dəstəmaz alsa məkruh deyil.) 3-Vacibi səcdəsi olmayan Surələrin hər hansı birindən yeddi ayədən artıq oxumaq; 4-Bədənin hər hansı bir yerini Quranın cildinə, haşiyəsinə və yaxud yazılarının arasına vurmaq; 5-Quranı özü ilə gəzdirmək; 6-Yatmaq; (amma əgər dəstəmaz alsa, yaxud su olmaması səbəbilə qusul əvəzindən təyəmmüm etsə, məkruh deyil.) 7-Həna qoymaq; 8-Bədənə yağ çəkmək; 9-(Möhtəlim olduqdan sonra) cima etmək. |