Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

CƏNABƏT QUSLU

Cənabət quslu öz-özlüyündə müstəhəbdir, amma vacibi namazlar və s. kimi işlər üçün vacibdir. Amma meyyit namazı, şükr səcdəsi və Quranın vacibi səcdələrini etmək üçün cənabət quslu lazım deyil.

Məsələ: 359.Qusul alanda “vacib (və, yaxud müstəhəb) niyyəti ilə qusul alıram”-deyə niyyət etməsi lazım deyil. Əgər fəqət qürbət, yə”ni Allah-Təalanın fərmanını yerinə yetirmək məqsədi ilə qusul etsə kifayətdir.

Məsələ: 360.Əgər namaz vaxtının daxil olmasını yəqin edib vacib qusul niyyəti etsə sonradan namaz vaxtından əvvəl qusul etdiyi mə”lum olsa, quslu səhihdir.

Məsələ: 361.İstər vacib, istərsə də müstəhəb quslu iki cür almaq olar–tərtibi və irtiması.

TƏRTİBİ QUSUL

Məsələ: 362.Tərtibi qusulda, qusul niyyəti ilə əvvəlcə başı və boynu, sonra bədənin sağ tərəfini, daha sonra isə sol tərəfini yumaq lazımdır. Əgər bir kəs qəsdən, yaxud unutqanlıq, və ya məsələni bilməməzlik üzündən bu tərtibə riayət etməsə, quslu batildir.

Məsələ: 363.Göbək və ovrətin bir yarısını bədənin sağ tərəfi ilə, o biri yarısını isə sol tərəfi ilə yumaq lazımdır. Üstəlik daha yaxşı olar ki, göbəyin və ovrətin hamısı hər iki tərəflə yuyulsun.

Məsələ: 364.Bədənin üç hissəsini, (yə”ni baş, sağ tərəf və sol tərəfini) tamamilə qusul etməsini yəqin etmək üçün hər tərəfi yuyanda, başqa tərəfdən də bir miqdarını yusun. Hətta ehtiyat-müstəhəb budur ki, boyunun sağ tərəfinin hamısını bədənin sağ tərəfi ilə, sol tərəfini isə bədənin sol tərəfi ilə yusun.

Məsələ: 365.Əgər qusul alandan sonra bədəninin hər hansı bir yerinin yuyulmadığını, bilsə, amma hansı yeri olmasını dəqiq bilməsə yenidən qüsül almalıdır.

Məsələ: 366. Əgər qusuldan sonra bədənin bir hissəsinin yuyulmadığını başa düşsə, bu halda: yuyulmayan sol tərəfdən olsa, həmin miqdarı yumaq kifayətdir. Amma sağ tərəfdən olsa o miqdarı yuduqdan sonra yenidən sol tərəfi yumalıdır. Əgər baş və boyun tərəfdən qalmış olsa həmin miqdarı yuduqdan sonra, yenidən bədənin sağ tərəfini və daha sonra sol tərəfini yumalıdır.

Məsələ: 367.Əgər qusul qurtarmamışdan qabaq sol tərəfin bir hissəsinin yuyulub-yuyulmamasında şəkk etsə, həmin miqdarı yumaq kifayətdir. Amma əgər sol tərəfi yumağa başlayandan sonra sağ tərəfin, yaxud onun bir miqdarını yuyulub-yuyulmamasında şəkk etsə;, yaxud sağ tərəfi yumağa başlayanda baş və boyunun, yaxud onlardan bir miqdarının yuyulub-yuyulmamasına şəkk etsə, gərək şəkkinə e”tina etməsin.

İRTİMASİ QUSUL

Məsələ: 368.İrtimasi qusulda gərək su bir anlığa bədənin hər yerini əhatə etsin. Deməli əgər irtimasi qusul niyyəti ilə bir dəfəyə, yaxud tədrici olaraq suya girsə və bədəni suyun altında olsa, onun quslu səhihdir.

Məsələ: 369.İrtimasi qusulda bədənin hamısını suyun altına aparıb sonra qusul niyyəti etsə və bədənini hərəkət etdirsə quslu səhihdir.

Məsələ: 370.Əgər irtimasi qusldan sonra, bədəninin bir hissəsinin suya çatmadığını başa düşsə, istər onun müəyyən şəkildə hansı yer olduğunu bilsin, istərsə də bilməsin, yenidən qusul etməlidir.

Məsələ: 371.Əgər tərtibi qusul üçün vaxt olmasa, amma irtimasi qusul üçün vaxt olsa, gərək irtimasi qusul etsin.

Məsələ: 372.Vacib oruc tutan, yaxud Həcc və ya Ömrə üçün ehram bağlayan bir kəs irtimasi qusul edə bilməz.

Amma əgər unutqanlıq üzündən irtimasi qusul etsə səhihdir.