Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

QUSLUN HÖKMLƏRİ

Məsələ: 373.İrtimasi qusulda bədənin hər yeri pak olmalıdır. Amma tərtibi qusulda bədənin hamısının pak olması lazım deyil. Belə ki, əgər bədənin hamısı nəcis olsa və hər qisməti qusul etməmişdən qabaq suya çəksə, kifayətdir.

Məsələ: 374.Haram yolla cünub olan şəxsin təri nəcis deyil. Və haram yolla cunub olan şəxs isti su ilə də qusul etsə, səhihdir.

Məsələ: 375.Əgər qusulda bir yer iynənin ucu qədər yuyulmamış qalsa, quslu batildir. Amma bədənin görünməyən yerlərini (qulağın, burnun içi kimi) yumaq vacib deyil.

Məsələ: 376.Bir yerin bədənin zahirindən, yaxud batinindən olmaması barədə şəkk etdikdə ehtiyat-vacibə görə o yeri yumaq lazımdır.

Məsələ: 377. Əgər sırğanın deşiyi və s. kimi yerlər çox geniş olub daxili görünsə və bədənin zahiri hesab olunsa, onu yumaq lazımdır. Amma görünmürsə və bədənin zahiri hesab olunmursa, onun daxilini yumaq lazım deyil.

Məsələ: 378.Suyun bədənə çatmasına mane olan şeylər aradan qaldırılmalıdır. Əgər aradan qaldırılmasına yəqin etmədən qusul etsə, quslu batildir.

Məsələ: 379.Əgər qusul edən vaxt, bədənində suyun bədənə çatmasına mane olan bir şeyin olub-olmamasında şəkk etsə, bu halda onun şəkkinin mənşəyi əql olsa axtarış aparmalıdır ki, maneənin olmamasına yəqin etsin.

Məsələ: 380.Qusulda bədənin hissələrindən sayılan qısa tüklər yuyulmalıdır. Ehtiyata əsasən uzun tüklərin də yuyulması lazımdır.

Məsələ: 381.Dəstəmazın səhih olması üçün qeyd olunan bütün şərtlər (suyun pak olması, qəsbi olmaması) quslun də səhih olmasında şərtdir. Amma qusulda bədəni yuxarıdan aşağı yumaq vacib deyil. Həmçinin tərtibi qusulda hər üç qisməti, yuyandan sonra, növbəti hissəni dərhal yumaq vacib deyil. Belə ki, başı, boyunu yuduqdan sonra bir az gözləyib sonra sağ tərəfi yusa, sonra müəyyən fasilədən sonra sol tərəfi yusa, eybi yoxdur. Amma bovl və qaitin çölə gəlməsinin qarşısını ala bilməyən bir kəs əgər qusul edib namaz qıla biləcəyi vaxtda bovl və qait çölə gəlməsə, bu halda bədənin qusul üzvlərinin hər birinə, digərindən sonra dərhal qusul verməlidir. Qusuldan sonra da dərhal namaz qılmalıdır. Həmçinin (sonradan deyiləcək) müstəhazə qadın da belədir.

Məsələ: 382.Bir kəs hamamçının pulunu verməməyi niyyət etsə, yaxud hamamçının nisyə, qusul etməyə razı olub-olmamasını bilmədən qusul etsə, hətta sonradan hamamçı razı olsa da, quslu batildir.

Məsələ: 383.Əgər hamamçıya haram, yaxud xumsu verilməyən puldan vermək istəsə, quslu batildir.

Məsələ: 384.Əgər hamamçı nisyə qusul etməyə razı olsa, amma qusul edən kəsin məqsədi onun pulunu verməmək, yaxud haram puldan vermək olsa, quslu işkallıdır.

Məsələ: 385.Əgər qaitin məxrəcini hamamın xəzinə suyu ilə paklayıb sonra, qusuldan qabaq hamamın suyundan pakladığı üçün hamamçının onun qusul etməsinə razı olub-olmamasında şəkk etsə, onun quslu batildir. Amma, qusul almamışdan qabaq hamamçını razı salsa, batil olmaz.

Məsələ: 386.Əgər bir kəs qusul edib-etməməsində şəkk etsə, qusul etməlidir. Amma qusuldan sonra, aldığı quslun səhihliyində şəkk etsə, yenidən qusul etməsi lazım deyil.

Məsələ: 387.Əgər qusul əsnasında insandan kiçik hədəs baş versə (məsələn, bovl etsə), bu halda quslu tamamlayıb, sonradan dəstəmaz ala bilər. Daha yaxşı olar ki, ehtiyatən, boynunda olması qəsdi ilə, quslu tamamlamaq, yaxud yenidən təkrarlamağın boynunda olması məqsədilə yenidən başlasın. Amma, bu halda qusuldan sonra dəstəmaz alması da vacibdir.

Məsələ: 388. Əgər qusul və namaz üçün lazımi qədər vaxtın olduğunu güman edib namaz üçün qusul etsə və qusuldan sonra qusul qədərində vaxt olmadığını başa düşsə, quslu səhihdir.

Məsələ: 389.Cünub olan şəxs qusul edib-etməməsi barədə şəkk etsə, qıldığı namazlar səhihdir. Amma sonrakı namazlar üçün qusul almalıdır.

Məsələ: 390.Boynunda bir neçə vacibi qusul olan bir kəs həm onların hamısını niyyət edərək bir qusul ala bilər, həm də onların hər biri üçün ayrılıqda qusul ala bilər.

Məsələ: 391.Cünub olan bir şəxsin bədəninin müəyyən yerində Quran ayəsi və ya Allah-Taalanın adı yazılmış olsa, əlini onun üstünə vurması haramdır. Əgər qusul etmək istəsə suyu bədəninə elə tökməlidir ki, əli o yazılara dəyməsin.

Məsələ: 392.Cənabət quslu alan bir kəs namaz üçün dəstəmaz almamalıdır. Amma başqa qusullar ilə namaz qılmaq olmaz: dəstəmaz da almaq lazımdır.