Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

HEYZ

Heyz, əksərən, hər ayda, bir neçə gün müddətində, qadınların bətnindən xaric olan bir qandır. Qadın heyz gördükdə haiz adlanır.

Məsələ: 435.Heyz qanı əksər hallarda qəliz və istidir, rəngi qaraya çalan qırmızı, yaxud qara-qırmızıdır. Təzyiqlə və azacıq yandırıcılıqla çölə gəlir.

Məsələ: 436.Seyyid olan qadınların altmış, seyyid olmayan qadınların isə əlli yaşları tamam olduqdan sonra yaisə olurlar, yə”ni heyz qanı görmürlər.

Məsələ: 437.Qızın doqquz yaşı tamam olmamışdan əvvəl və qadının yaisə olduqdan sonra gördüyü qan heyz deyildir.

Məsələ: 438.Hamilə və uşağa süd verən qadının heyz görməsi mümkündür.

Məsələ: 439.Doqquz yaşının tamam olub-olmamasını bilməyən bir qız uşağı heyzin əlamətləri olmayan qan görsə, heyz deyildir. Həmçinin əgər heyzin nişanələri onda olsa, heyz olduğunu demək olmaz.

Məsələ: 440.Yaisə olub-olmamasında şəkk edən qadın qan görsə və heyz olub-olmamasını bilməsə, yaisə olmamasına hökm etməlidir.

Məsələ: 441.Heyzin müddəti üç gündən az, on gündən çox olmur, əgər üç gündən azacıq az olsa heyz deyildir.

Məsələ: 442.Heyzin üç günü ardıcıl gəlməlidir. Deməli əgər misal üçün, iki gün qan görüb bir gün paklansa və yenidən bir gün qan görsə, heyz deyildir.

Məsələ: 443.Tamam üç gün ərzində qanın çölə gəlməsi lazım deyil; hətta əgər ovrətinin daxilində də qan olsa kifayətdir. Bu üç gün müddətində müxtəsər olaraq pak olsa, belə ki, onun pak olma müddəti çox az olub nəzərə çarpmasa və nəticədə “üç gün onun ovrətində qan vardır” deyilsə, yenə də heyzdir.

Məsələ: 444.Birinci və dördüncü gecədə qan görməsi lazım deyil. Amma ikinci və üçüncü gecələrdə qan dayanmamalıdır. Deməli əgər birinci günün sübh azanından üçüncü günün qürubuna qədər ardıcıl olaraq qan gəlsə;, yaxud birinci günün ortalarında başlayıb dördüncü günün həmin vaxtında dayansa və ikinci və üçüncü günün gecələrində heç dayanmasa, heyzdir.

Məsələ: 445.Əgər üç gün ardıcıl olaraq qan görüb sonra pak olsa və yenidən qan görsə, bu halda qan gördüyü və arada pak olduğu günlər üst-üstə on günü keçməsə, arada pak olduğu günlərdə də heyzdir.

Məsələ: 446.Əgər üç gündən artıq, on gündən az müddətdə qan görüb onun çiban qanı, yaxud heyz qanı olduğunu və çibanın sağ və ya sol tərəfdə olmasını bilməsə, mümkün olan surətdə bir miqdar pambığı içəri daxil etməli, sonra çölə çıxardıb baxmalıdır: əgər qan sol tərəfdən gəlirsə heyz, sağ tərəfdən gəlirsə çibandır.

Məsələ: 447.Əgər üç gündən artıq, on gündən az olan müddətdə qan görsə və bu qanın heyz və ya yara qanı olduğunu bilməsə, bu halda əgər əvvəldə heyz olubsa bu da heyzdir; yox əgər (əvvəldə heyzdən) pak olubsa, pak hesab etməlidir. Həmçinin, pak və yaxud heyz olduğunu bilməsə, haizə haram olan bütün şeyləri tərk etməli, haiz olmayan qadınlara vacib olan bütün ibadətləri yerinə yetirməlidir.

Məsələ: 448.Əgər qan görüb heyz, yaxud nifas olmasında şəkk etsə, bu halda heyzin şərtləri varsa, heyz hesab etməlidir.

Məsələ: 449.Əgər qan görüb heyz, yaxud bakirəlik qanı olmasını bilməsə özünü yoxlamalıdır. Belə ki, bir miqdar pambığı fərcin içinə daxil edib bir az gözləməli, sonra çıxartmalıdır. Əgər onun ətrafı qana bulaşsa, bakirəlik, hər yerinə dəymiş olsa, heyz qanıdır.

Məsələ: 450.Əgər üç gündən az müddətdə qan görüb pak olsa və sonra yenidən üç gün qan görsə, ikinci dəfə gördüyü qanda heyzin əlamətləri olsa heyzdir. Əvvəlki qanlar isə heyz deyildir.