|
||||||||||||||||||||
|
HAİZİN HÖKMLƏRİMəsələ: 451.Haiz qadına bir neçə şey haramdır:1-Dəstəmaz, qusul, yaxud təyəmmüm ilə yerinə yetirilməli olan ibadətlər; amma dəstəmaz, qusul və təyəmmüm lazım olmadığı ibadətləri (meyyit namazı kimi) yerinə yetirməsinin eybi yoxdur. 2-Cünub şəxsə haram olan şeylər; (Cənabətin hökmlərində deyilib.) 3-Fərcinə (cinsiyyət üzvünə) cima etmək; həm kişi, həm də qadın üçün–hətta əgər dəllək kəsən yerə qədər daxil olsa və məni gəlməsə də–haramdır. Hətta ehtiyat-vacib budur ki, dəllək kəsən yerdən az da daxil etməsin. Haiz qadına (razı olduğu halda) arxadan yaxınlıq etməyin kəskin kərahəti var. Məsələ: 452.Heyz olması qəti olmayan və şər”ən özünü heyz hesab etdiyi günlərdə qadınla cima etmək haramdır. Deməli, on gündən artıq qan görən və (qeyd olunacaq) əməllərə riayət edərək qadın, öz qohumlarının adətini götürməli olan qadının əri o günlərdə onunla yaxınlıq edə bilməz. Məsələ: 453.Əgər qadının heyz günləri üç yerə bölünsə və kişi onlardan birincidə öz qadını ilə qabaq tərəfdən cima etsə, ehtiyat-vacibə görə on səkkiz noxud qızıl, ikinci hissədə cima etsə, doqquz noxud qızıl, üçüncü hissədə cima etsə dörd noxud yarım qızıl kəffarə fəqirə verməlidir Məsələn, altı gün heyz görən qadının əri birinci və ikinci gecədə (yaxud onun gündüzündə) onunla yaxınlıq etsə on səkkiz noxud, üçüncü və ya dördüncü gecədə (yaxud onun gündüzündə) yaxınlıq etsə doqquz noxud, beşinci və ya altıncı günün gecələrində (yaxud gündüzlərində) yaxınlıq etsə, dörd noxud yarım qızıl kəffarə verməlidir. Məsələ: 454.Heyz halında olan qadına arxadan yaxınlıq etməyin kəffarəsi yoxdur. Məsələ: 455. Əgər qızılın yaxınlıq etdiyi vaxtdakı qiyməti kəffarəni fəqirə vermək istədiyi vaxtla fərqlənsə, fəqirə vermək istədiyi vaxtın qiyməti ilə hesab etməlidir. Məsələ: 456.Əgər bir kəs heyzin həm birinci, həm ikinci, həm də üçüncü hissəsində öz qadını ilə yaxınlıq etsə, hər üç kəffarəni verməlidir ki, bu da 31,5 noxud qızıla bərabərdir. Məsələ: 457.Əgər kişi heyz halında qadını ilə cima etsə və onun kəffarəsini verdikdən sonra, yenidən cima etsə, yenə də kəffarə verməlidir. Məsələ: 458.Əgər heyz halında olan qadını ilə bir neçə dəfə yaxınlıq etsə və onların arasında kəffarə verməsə, ehtiyat-vacib budur ki, hər yaxınlıq üçün bir kəffarə versin. Məsələ: 459.Əgər kişi yaxınlıq halında qadının heyz olmasını başa düşsə, dərhal ondan ayrılmalıdır. Əgər ayrılmasa, ehtiyat-vacibə görə, kəffarə verməlidir. Məsələ: 460.Əgər bir kişi heyz halında olan qadınla zina etsə və ya heyz halında olan naməhrəm qadınla, öz əyalı olduğu güman edərək cima etsə, ehtiyat-vacibə görə, gərək kəffarə versin. Məsələ: 461.Kəffarə verməyən bir şəxs, ehtiyata əsasən bir fəqiri doyuzdurmaq qədərində sədəqə verməlidir. Əgər bunu da edə bilməsə Allahdan bağışlanmaq istəməli, tövbə etməli, hər vaxt imkanı olsa, kəffarə verməlidir. Məsələ: 462.Qadına heyz halında təlaq vermək (təlaq kitablarında deyildiyi kimi) batildir. Məsələ: 463.Əgər qadın “heyzəm”, yaxud “heyzdən pak olmuşam” desə onun sözü qəbul edilməlidir. Məsələ: 464.Əgər qadın namaz əsnasında heyz olsa namazı batildir. Məsələ: 465.Əgər qadın namaz əsnasında heyz olub-olmamasında şəkk etsə, namazı səhihdir. Amma namazdan sonra, namaz əsnasında heyz olduğunu başa düşsə, qılıdığı namaz batildir. Məsələ: 466. Qadın heyzdən pak olduqdan sonra, namaz, habelə dəstəmaz, qusul, yaxud təyəmmümlə yerinə yetirilməli olan sair ibadətlər üçün qusul almalıdır. Bu qusul da eynilə cənabət quslu kimidir. Amma namaz üçün qusuldan qabaq, yaxud sonra dəstəmaz da almalıdır. Əgər qusuldan əvvəl alsa, daha yaxşıdır. Məsələ: 467.Qadın heyzdən pak olandan sonra qusul etməmiş olsa da təlaq vermək səhihdir, əri də onunla yaxınlıq edə bilər. Amma ehtiyat-müstəhəb budur ki, qusuldan qabaq onunla yaxınlıq etməsin. Heyz vaxtında ona haram olan şeylər (məsciddə dayanmaq, Quranın yazısına əl vurmaq və s.) isə qusul etməyincə ona halal deyil. Məsələ: 468.Əgər həm qusul, həm də dəstəmazın hər ikisi üçün deyil, təkcə dəstəmaz almaq qədərində su olsa, dəstəmaz almalı, qusul əvəzindən təyəmmüm etməlidir. Əgər bunlardan heç biri üçün su olmasa, iki təyəmmüm etməlidir: biri qusul əvəzindən, digəri isə dəstəmaz əvəzində. Məsələ: 469.Qadının heyz halında qılmadğı gündəlik namazların qəzası yoxdur. Amma vacibi orucların qəzasını tutmalıdır. Məsələ: 470.Əgər namazın vaxtı daxil olsa və namazı tə”xirə salarsa, heyz olacağını bilsə, dərhal namazını qılmalıdır. Məsələ: 471.Əgər qadın namazını tə”xirə salsa və namazın əvvəlindən, bir namazın vacibi əməllərini yerinə yetirmək miqdarında keçsə və sonra heyz görsə, o namazın qəzası ona vacibdir. Amma namazın tez və ya gec qılmasında və s. işlərdə öz halını mülahizə etməlidir. Məsələn, müsafir olmayan bir qadın zöhrün əvvəlində namazını qılmasa, onun qəzası o halda vacib olur ki, dörd rəkət namaz qılmaq miqdarında (qeyd olunan göstərişlərə əsasən) zöhrün əvvəlindən keçmiş olsun və o qadın da heyz görsün. Səfərdə olan qadın üçün isə iki rəkət namaz qılmaq miqdarında vaxt kifayətdir. Həmçinin mövcud olmayan şərtləri hazırlamaqda da öz halını mülahizə etməlidir. Deməli əgər o müqəddimati işləri hazırlamaq və bir namaz qılmaq miqdarında vaxt keçsə və haiz olsa onun qəzası vacibdir. Əgər o miqdarda vaxt keçməsə vacib deyildir. Məsələ: 472.Əgər qadın namazın axır vaxtında qandan paklansa və qusl, dəstəmaz və namazın sair müqəddimati işlərini görüb (paltar hazırlamaq, yaxud onu suya çəkmək) və bir rəkət və daha artıq namaz qılmaq üçün vaxtı olsa, gərək namazı qılsın. Əgər qılmasa, qəzasını yerinə yetirməlidir. Məsələ: 473.Əgər heyzli qadının qusul və dəstəmaz üçün vaxtı yoxdursa, amma namazı təyəmmüm ilə vaxtında qıla bilərsə, o namaz o qadına vacib deyildir. Amma əgər vaxtın azlığından əlavə, vəzifəsi də təyəmmüm etmək olsa, (məsələn, suyun ona zərəri varsa) təyəmmüm etməli, sonra namaz qılmalıdır. Məsələ: 474.Əgər qadın heyzdən pak olandan sonra namaz üçün vaxt olub-olmamasında şəkk etsə, namazı qılmalıdır. Məsələ: 475.Əgər namazın müqəddimati işlərini hazırlayıb bir rəkət namaz qılmaq üçün vaxt olmadığını güman edərək namaz qılmasa və sonradan vaxt olduğunu başa düşsə, o namazın qəzasını yerinə yetirməlidir. Məsələ: 476.Müstəhəbdir ki, heyzli qadın namaz vaxtında qanlarını təmizləsin, pambığı və dəstmalı dəyişsin, dəstəmaz alsın, (əgər dəstəmaz ala bilmirsə təyəmmüm etsin) və namaz qıldığı yerdə üzü qibləyə oturub zikr, dua, salavat desin. Məsələ: 474.Quran oxumaq, Quranı özü ilə aparmaq, bədənin hər hansı yerini onun haşiyəsinə, yaxud yazılarının arasına vurmaq, həna və s. kimi şeylər ilə rənglənmək haiz qadına məkruhdur. |