|
||||||||||||||||||||
|
HAİZ QADINLARIN NÖVLƏRİMəsələ: 478.Heyz görən qadınlar altı qismdir:1-Vəqtiyyə və ədədiyyə adət sahibi olan qadın; o qadındır ki, iki ayda, hər ayın müəyyən vaxtlarında heyz görsün, heyz olduğu günlərin sayı da hər iki ayda bir-birinə bərabər olsun. Məsələn, iki ayın hər birində, ayın əvvəlindən yeddisinə qədər qan görsün. 2-Vəqtiyyə adət sahibi olan qadın; o qadındır ki, hər iki ayın müəyyən günlərində heyz qanı görsün. Amma hər iki ayda heyz gördüyü günlərin sayı bir-birinə bərabər olmasın. Məsələn, iki ayda hər ayın əvvəlindən qan görsün, amma birinci ayda yeddinci gün, ikinci ayda isə səkkizinci gün qandan paklansın. 3-Ədədiyyə adət sahibi olan qadın; o qadındır ki, heyz günlərinin sayı iki ayda bir qədərdə olsun, amma o iki qanın görünmə vaxtı eyni olmasın. Məsələn, birinci ayda ayın beşindən onuna qədər, iki ayda isə on ikisindən on yeddisinə kimi qan görsün. 4-Müztəribə; o qadındır ki, bir neçə ayda qan görsün amma müəyyən bir adəti olmasın, yaxud adəti pozulusun və təzə bir adət də tapmamış olsun. 5-Mübtədiə; o qadındır ki, ilk dəfə olaraq qan görsün. 6-Nasiyə; o qadındır ki, öz adətini unutmuş olsun. (Bunlardan hər birinin özünə məxsus hökmləri vardır ki, gələcək məsələlərdə deyiləcək.) 1-VƏQTİYYƏ VƏ ƏDƏDİYYƏ ADƏT SAHİBLƏRİ OLAN QADINLARMəsələ: 479.Vəqtiyyə və ədədiyyə adəti olan qadınlar üç qismdir:1-İki ayda ardıcıl olaraq eyni vaxtda heyz qanı görüb eyni vaxtda da pak olanlar. Məsələn, iki ayda, hər ayın birinci günü qan görüb yeddinci günü pak olsa, onun heyz adəti hər ayın birindən yeddisinə qədərdir. 2-O qadınlardır ki, (arada) qandan pak olmur, amma iki ay ardıcıl olaraq müəyyən günlərdə (məsələn, ayın əvvəlindən səkkizinə qədər) gördüyü qanda heyzin əlamətləri vardır. Yə”ni qəliz, qara və istidir, təziqlə, yandırıcılıqla çölə gəlir. Onun qanının qalanında isə istihazənin əlamətləri vardırsa, adəti ayın əvvəlindən səkkizinə qədərdir. 3-O qadınlardır ki, iki ay ardıcıl olaraq müəyyən vaxtda heyz qanı görsün və üç gün, yaxud daha artıq qan görüb sonra bir və ya bir neçə gün pak olsun və yenidən qan görsün. Bu halda qan gördüyü günlərlə arada pak olduğu günlərin cəmi on gündən keçməsə və iki ayda qan gördüyü günlərlə pak olduğu günlərin sayı üst-üstə eyni olsa, belə qadının adəti qan gördüyü günlərlə arada pak olduğu günlərin cəmisinə bərabərdir. Arada pak olduğu günlərin hər iki ayda sayı bərabər olması lazım deyil. Məsələn, əgər birinci ayda ayın birindən üçünə kimi qan görüb arada üç gün pak olsa və yenidən üç gün qan görsə, ikinci ayda da yenə üç gün qan görüb sonra üç gündən artıq və ya az pak olsa və yenidən qan görsə, üst-üstə doqquz gün olsa bu günlərin hamısı (doqquz gün) heyz olub o qadının adət dövrüdür. Məsələ: 480.Vəqtiyyə və ədədiyyə adəti olan qadın əgər adəti dövründə, yaxud iki-üç gün əvvəl və ya sonra qan görsə, bu halda “heyz irəliyə atmışdır” və ya “tə”xirə düşmüşdür” deyilsə, hətta bu qanda heyzin əlamətləri olmasa da, haiz qadın üçün deyilən hökmlərə əməl etməlidir. Əgər sonradan heyz olmadığını başa düşsə (məsələn, üç gün tamam olmamış pak olsa), bu müddətdə yerinə yetirmədiyi ibadətlərin qəzasını etməlidir. Məsələ: 481.Vəqtiyyə və ədədiyyə adəti olan qadın əgər adətindən bir neçə gün qabaq, adətinin bütün günləri və adətdən bir neçə gün sonra qan görsə, qan gördüyü günlər üst-üstə on gündən çox olmazsa, hamısı heyzdir. Əgər on gündən artıq olsa, öz adəti günlərində gördüyü qan heyz, ondan əvvəl və sonra gələn qanlar isə istihazədir. Adətindən sonra və əvvəl yerinə yetirmədiyi ibadətlərin qəzasını etməlidir. Əgər adət günlərinin hamısı və adətindən bir neçə gün əvvəl gördüyü qanlar üst-üstə on gündən çox olmasa, hamısı heyzdir. Amma on gündən artıq olsa, təkcə adət günləri heyz, ondan qabaq gördüyü qanlar isə istihazədir. Və o günlərdə ibadətlərini tərk edibdirsə, qəzasını etməlidir. Əgər adət günlərinin hamısını və bir neçə gün adətindən sonra qan görsə və üst-üstə on gün olmazsa, heyzdir; yox əgər on gündən artıq olsa, adət günləri heyz, yerdə qalanlar isə istihazədir. Məsələ: 482.Vəqtiyyə və ədədiyyə adəti olan qadın əgər bir miqdar adət günlərində və ondan əvvəl bir neçə gün qan görsə və üst-üstə on gündən artıq olmasa, onda hamısı heyzdir. Əgər on gündən artıq olsa, adət günlərində gördüyü qan, adətindən bir neçə gün qabaq gördüyü qanın adəti miqdarına çatanı heyz, əvvəlki günləri isə istihazə hesab edilməlidir. Əgər adət günlərindən bir miqdarını və adətindən bir neçə gün sonra qan görsə və üst-üstə on gündən çox olmasa, hamısı heyzdir; əgər on gündən artıq olsa, adəti günlərində gördüyü qanla sonrakı bir neçə gün gördüyü qanın adət günlərinə çatdığı qədəri heyz, qalanlarını isə istihazə hesab etməlidir. Məsələ: 483.Adəti olan qadın üç gün, yaxud üç gündən daha artıq qan görüb paklansa və yenidən qan görsə, bu iki qan arasındakı zaman fasiləsi on gündən az olsa və qan gördüyü günlərin hamısı arada pak olduğu günlərlə birlikdə on gündən artıq olsa, (məsələn, beş gün qan görüb sonra beş gün pak olsa və yenidən beş gün qan görsə), bu halda bir neçə fərz ola bilər: 1-Birinci dəfə gördüyü qanın hamısı, yaxud bir miqdarı adət günlərində olsa və paklandıqdan sonra gördüyü ikinci qan adət günlərində olmasa, birinci dəfədəki qanın hamısını heyz, ikinci dəfədəkini isə istihazə hesab etməlidir. 2-Birinci qan adət günlərində olmasa və ikinci qanın hamısı, yaxud bir miqdarı adət dövrünə düşsə, onda ikinci qanın hamısı heyz, birinci isə istihazədir. 3-Birinci və ikinci qanın bir miqdarı adət vaxtına düşsə və adət vaxtına düşən birinci qan üç gündən az olmasa və ortadakı paklıq və adət dövründə olduğu ikinci qan qan ilə birlikdə on gündən çox olmasa, bunların hamısı heyzdir. Birinci qanın adət günlərindən əvvəl olan hissəsi və ikinci qanın adət günlərindən sonra olan hissəsi istihazədir. Məsələn, əgər qadının adəti ayın üçündən onuna qədər olsa, bu halda birinci ayın əvvəlindən altısına qədər qan görüb iki gün paklansa və sonra ayın on beşinə kimi qan görsə, üçündən onuna qədər heyz, birindən üçünə və onundan on beşinə qədər istihazədir. 4-Birinci və ikinci qanın bir miqdarı adət günlərində olsun, amma adət günlərində olan birinci qan üç gündən az olsa, bu halda gördüyü birinci və ikinci qanın hamısı və aradakı paklıq müddətində haiz qadına haram olan işləri (əvvəldə deyildiyi kimi) tərk etməli, istihazənin əməllərini yerinə yetirməlidir. Yə”ni müstəhazə qadın üçün deyilən göstərişlərə uyğun olaraq öz ibadətlərini yerinə yetirməlidir. Məsələ: 484.Vəqtiyyə və ədədiyyə adəti olan qadın adəti dövründə qan görməsə və ondan başqa vaxtlarda heyz günləri qədər qan görsə və bu, adət vaxtından sonra olsa, qan görən kimi heyz hesab etməlidir. Amma adət vaxtından əvvəl görsə və onda heyzin əlamətləri olsa, onu heyz hesab etməlidir; yox əgər heyzin əlamətləri olmasa, üç gün müddətində haizə haram olan əməlləri tərk, istihazə əməllərini yerinə yetirməlidir ki, heyz, yaxud istihazə qanı olması mə”lum olsun. Məsələ: 485.Vəqtiyyə və ədədiyyə adəti olan qadın əgər öz adəti vaxtında qan görsə, amma onun günlərinin sayı adətinin vaxtından az və ya çox olsa, pak olduqdan sonra da yenidən öz adəti müddətində qan görsə, qan gördüyü hər iki müddətdə haizə haram olan işləri tərk, istihazə göstərişlərinə əməl etməlidir. Məsələ: 486.Vəqtiyə və ədədiyyə adəti olan qadın əgər on gündən artıq qan görsə adəti günlərində gördüyü qan–hətta heyzin əlamətləri onda olmasa da–heyzdir; və adəti günlərindən sonra gördüyü qan–hətta heyz əlamətləri də onda olsa istihazədir. Məsələn, bir qadının heyz adəti ayın əvvəlindən yeddisinə qədər olsa və ayın əvvəlindən on ikisinə qədər qan görsə, əvvəldəki yeddi günü heyz, qalan beş günü isə istihazədir. 2-VƏQTİYYƏ ADƏT SAHİBİ OLAN QADINLARMəsələ: 487.Vəqtiyyə adəti olan qadınlar üç qismdir:1-İki ayın hər birində müəyyən vaxtda heyz qanı görüb bir neçə gündən sonra paklanan, amma qan gördüyü günlərin sayı hər ayda bir-birinə bərabər olmayan qadın. Məsələn iki ayın hər birində ayın əvvəlindən qan görsə, amma birinci ayda yeddinci gün, ikinci ayda isə səkkizinci gün qandan paklansa ayın birinci gününü heyz adəti günü hesab etməlidir. 2-O qadınlardır ki, (arada) qandan pak olmurlar, amma iki ayın hər birində müəyyən vaxta qan görürlər və onların qanında heyzin əlamətləri (yə”ni qəliz, qara və isti olub, təziqlə, yandırıcılıqla çölə gəlir) və onun qalan qanlarında istihazə əlamətləri var. Heyzin əlamətləri olan günlərin sayı hər iki ayda eyni deyil. Məsələn, birinci ayda, ayın əvvəlindən yeddisinə qədər, ikinci ayda isə ayın əvvəlindən səkkizinə qədər qanında heyz, qalan günlərdə isə istihazə əlaməti var. Bu qadınlar da ayın əvvəlini öz adətinin əvvəli hesab etməlidir. 3-O qadınlardır ki, iki ayın hər birində müəyyən vaxtda üç gün, yaxud daha artıq heyz qanı görüb sonra pak olurlar sonra yenidən qan görürlər. Qan gördüyü günlərlə pak olduğu günlərin cəmi on gündən keçmir. Amma ikinci ayda birinci aydan artıq, yaxud azdır. Məsələn birinci ayda səkkiz gün, ikinci ayda isə doqquz gün olsa, bu qadın ayın ilk gününü heyz adətinin ilk günü hesab etməlidir. Məsələ: 488. Vəqtiyyə adəti olan qadın əgər öz adətinin vaxtında, yaxud iki-üç gün adətdən qabaq və ya iki-üç gün sonra qan görsə, bu halda əgər “onun heyzi tez olubdur” və ya “tə”xirə düşübdür” desələr, o qanda heyzin əlamətləri olmasa belə, haiz qadınlar üçün deylən hökmlərə uyğun olaraq əməl etməlidir. Amma sonradan heyz olmamasını başa düşsə (məsələn, üç gündən tez dayansa), yerinə yetirmədiyi ibadətlərin qəzasını etməlidir. Məsələ: 489.Vəqtiyyə adəti olan qadın əgər on gündən artıq qan görsə və heyzi, onun öz əlamətləri vasitəsilə ayırd edə bilməsə, öz qohumlarının adət günlərini özü üçün heyz hesab etməlidir. Bu qohumlar istər ata tərəfdən olsun, istərsə də ana tərəfdən; istər diri olsun, istərsə də ölü; amma qohumlarının heyz adətini o vaxt özü üçün heyz adəti götürə bilər ki, onlarını heyz günlərinin hamısının miqdarı eyni olsun. Amma əgər onların heyz günlərinin sayı eyni olmasa, (məsələn, bə”zilərinin adəti beş, bə”zilərininki isə yeddi gün olarsa) onların heyz günlərini özü üçün adət götürə bilməz. Amma adətləri başqalarının adətləri ilə çox cüzi fərqlənən halda (belə ki, bu fərq onların müqabilində hesaba gəlməz) onların arasında olan ən çox heyz günlərini özü üçün heyz adəti götürməlidir. Məsələ: 490.Vəqtiyyə adəti olan və qohumlarının adətini özü üçün adət götürən qadın hər ayda adətinin əvvəli olan günü heyzinin hesab etməlidir. Məsələn, əgər bir qadın hər ayda ayın ilk günü qan görürdüsə və bə”zi hallarda yeddinci, bə”zi hallarda isə səkkizinci gün pak olurdusa, bu halda birinci ayda on iki gün qan görsə və onun qohumlarının adəti yeddi gün olsa, onda əvvəlki yeddi günü heyz, qalan günləri isə istihazə hesab etməlidir. Məsələ: 491.Vəqtiyyə adəti olan və öz qohumlarının adətini öz heyz adəti götürməli olan qadının qohumu olmasa və ya qohumlarının adət günlərinin sayı bir-biri ilə eyni olmasa, bu halda hər ayda qan gördüyü günlərdən üç, yaxud altı, yaxud da yeddisini heyz, qalanlarını isə istihazə hesab etməlidir. Sonrakı aylarda da həmin miqdarı heyz hesab etməlidir. 3-ƏDƏDİYYƏ ADƏTİ OLAN QADINLARMəsələ: 492.Ədədiyyə adəti olan qadınlar da üç qismdir:1-Heyz günlərinin sayı iki ayın hər birində eyni qədərdə olub, qan görməsi vaxtı hər iki ayda eyni olmayan qadınlar. Bu halda neçə gün qan görsə, hamısı onun adəti sayılır. Məsələn, əgər birinci ay, ayın birindən beşinə qədər, ikinci ayda isə on birindən on beşinə qədər qan görsə, onun adəti beş gündür. 2-(Arada) qandan pak olmayan, amma iki ayın hər birində bir neçə gün gördüyü qanlarda heyzin, yerdə qalanlarında isə istihazənin əlamətləri olan qadınlardır. Belə ki, heyz əlamətləri olan günlərin sayı hər iki ayda eynidir, amma onların vaxtları eyni deyildir. Belə olan halda qanında heyz əlaməti olan günlər onun adətidir. Məsələn, əgər birinci ay, ayın birindən beşinə qədər, sonrakı ay on birindən on beşinə qədər olan günlərdə heyz, yerdə qalan günlərin qanında isə istihazə əlamətləri olsa, onun adəti beş gündür. 3-İki ayın hər birində üç gün, yaxud daha artıq qan görən, arada bir gün, yaxud daha artıq pak olub yenidən qan görən və birinci ayda qan görmələrinin vaxtı ikinci aydakından fərqlənən qadınlardır. Belə ki, əgər qan gördüyü və pak olduqları günlər üst-üstə on gündən keçmirsə və iki ayda da bu günlərin sayı eynidirsə, qan gördüyü günlərin hamısı arasındakı pak olduğu günlərlə birlikdə heyz adətidir. Arada pak olduğu günlərin sayının hər iki ayda eyni olması lazım deyil. Məsələn, birinci ayda, ayın birindən üçünə qədər qan görüb iki gün paklansa və yenidən üç gün qan görsə, ikinci ayda da ayın on birindən on üçünə kimi qan görüb iki gün, yaxud az, yaxud da çox paklansa və yenidən qan görsə və üst-üstə səkkiz gündən çox olmasa, adəti səkkiz gündür. Məsələ: 493.Ədədiyyə adəti olan qadın əgər öz adət günlərindən çox qan görsə və onun sayı on gündən çox olsa, bu halda gördüyü qanların hamısı eyni cür olsa, ehtiyat-vacibə görə qan gördüyü gündən e”tibarən adət günlərinə qədər heyz, qalanlarını isə istihazə hesab etməlidir. Əgər gördüyü qanların hamısı eyni olmayıb bir neçə günündə heyz, qalan günlərində isə istihazə əlaməti olsa, bu halda heyz nişanələri olan günlərinin sayı adət günləri ilə eyni olsa, həmin günləri heyz, qalanlarını isə istihazə hesab etməlidir. Əgər qanda heyz nişanələri olan günləri adət günlərindən çox olsa, bu halda adət günləri qədərini heyz, qalanları isə istihazədir. Əgər qanın heyz əlamətləri olduğu günlərin sayı adət günlərindən az olsa, o günlərə sonrakı bir neçə günlə birlikdə (heyz günlərinə çata bilən qədər) əlavə edib heyz, yerdə qalanlarını isə istihazə saymalıdır. 4-MÜZTƏRİBƏMəsələ: 494.Müstəribə–bir neçə ay qan görüb, amma müəyyən adət tapmayan qadına deyilir. Bu qadın on gündən artıq qan görsə və gördüyü qanların hamısı eyni olsa, bu halda onun qohumlarının adəti yeddi gün olsa o da yeddi gün heyz, qalanlarını isə istihazə hesab etməlidir. Amma qohumlarının adət günləri yeddi gündən az olsa, məsələn, beş gün olsa, bu beş günü heyz hesab etməlidir. Ehtiyat-vacibə görə qohumlarının adət günlərinin yeddi gün ilə olan fərqi (yə”ni iki gün) haizə haram olan işləri tərk etməli, istihazə əməllərini yerinə yetirməlidir. Yə”ni müstəhazə qadın üçün deylən göstərişlərə əsasən öz ibadətlərini yerinə yetirməlidir. Amma qohumlarının adəti yeddi gündən çox olsa (məsələn, doqquz gün olsa) gərək yeddi gün heyz hesab etsin. Ehtiyat-vacibə görə yeddi gün ilə onun qohumlarının adəti günləri arasında olan fərqi (yə”ni iki gün) istihazə əməllərini yerinə yetirsin, haizə haram olan əməlləri isə tərk etsin.Məsələ: 495.Əgər müztəribə qadın on gündən artıq qan görsə və onun bir neçə günündə heyz, bir neçə günündə isə istihazə əlamətləri olsa, bu halda heyz əlamətləri olan qan üç gündən az, yaxud on gündən çox olmasa heyz əlamətləri olan günləri heyz, istihazə əlamətləri olan günləri istihazədir. Əgər heyz əlamətləri olan qan üç gündən az olsa, bu halda öz qohumlarının adət günlərinə baxmalıdır: əgər yeddi gündürsə, o da yeddi günü heyz, qalanlarını istihazə hesab etməlidir; yox əgər qohumlarının adət günləri yeddi gündən az və ya çox olsa, qabaqkı məsələdə deyilənlərə əsasən əməl etməlidir. Yə”ni həmin günləri heyz hesab etməli, sonrakı yeddi günə çatana qədər əməlləri qabaqda deyilən əməllərə uyğun olaraq əməl etməlidir. Həmçinin heyz əlamətləri olan qandan on gün keçməmiş yenidən, heyz əlamətləri olan qan görsə (məsələn, beş gün qara qan, sonra doqquz gün sarı qan, daha sonra yenidən beş gün qara qan görsə) birinci gördüyü qanı heyz hesab etməli, sonrakı günlərdə yeddi günə çatana qədər qabaqdakı məsələdə deyilən kimi əməl etməlidir. 5-MÜBTƏDİƏMəsələ: 496.Mübtədiə ilk dəfə qan görən qadına deyilir. Belə ki, on gündən artıq qan görsə və gördüyü qanların hamısı eyni olsa, öz qohumlarının adətlərini (vəqtiyyədə deyildiyi kimi) heyz, qalanlarını isə istihazə hesab etməlidir.Məsələ: 497.Əgər mübtədiə on gündən artıq qan görsə və onun bir neçə günündə heyz, bir neçə günündə isə istihazə əlamətləri olsa, bu halda heyz əlamətləri olan qan üç gündən az və ya on gündən çox olmasa, heyz əlamətləri olan qan heyz və heyz əlamətləri olmayan qan istihazədir. Amma əgər heyz əlamətləri obln qandan on gün keçməmişdən qabaq, yenidən heyzin əlamətləri olan qan görsə (məsələn, beş gün qara qan sonra isə doqquz gün sarı qan, daha sonra beş gün qara qan görsə), bu halda birinci gördüyü və heyzin əlamətləri olan qanın əvvəlindən heyzi hesab etməli, sayında isə öz qohumlarına müraciət edib qalanlarını istihazə hesab etməlidir. Məsələ: 498.Mübtədiə on gündən çox qan görsə və onun bir neçə günündə heyzin, bir neçə günündə isə istihazənin əlamətləri olsa, bu halda heyzin əlamətləri olan qan üç gündən az, yaxud on gündən çox olsa heyzin əlamətləri olan qanın əvvəlini heyzin əvvəli hesab etməli, heyz günlərinin sayında isə öz qohumlarına müraciət edib, qalanları isə istihazə hesab etməlidir. 6-NASİYƏMəsələ: 499. Nasiyə–öz adətini unudan qadına deyilir. Belə qadın əgər on gündən artıq qan görsə, bu qanın heyz əlamətləri olduğu günləri–on günə qədər heyz, qalanlarını isə istihazə hesab etməlidir. Amma heyzi, əlamətləri vasitəsilə ayırd edə bilməsə, ehtiyat-vacibə görə ilk yeddi günü heyz, qalanını isə istihazə hesab etməlidir. |