Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

HEYZİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ: 500. Mübtədiə, müztəribə, nasiyə və ədədiyyə adəti olan qadınlar qan görsələr və bu qanda heyzin əlamətləri olsa, yaxud üç gün davam edəcəyinə yəqinlikləri olsa, ibadətləri tərk etməlidirlər. Sonradan heyz olmadığını başa düşsələr, tərk etdikləri ibadətlərin qəzasını etməlidirlər. Amma əgər üç gün müddətində davam edəcəyinə yəqinlikləri olmasa və heyzin əlamətləri də onda olmasa, ehtiyat-vacibə görə üç günə qədər istihazənin əməllərini yerinə yetirməli, haizə haram olan işləri tərk etməlidirlər. Əgər üç gündən əvvəl pak olmasalar, heyz hesab etməlidirlər.

Məsələ: 501.Heyzində adəti olan qadın–istər heyzin vaxtında, istərsə də heyzin günlərinin sayında, yaxud həm vaxt, həm də sayında adəti olarsa–əgər iki ayın hər birində öz adətinin əksinə olaraq qan görsə və onun vaxtı, yaxud günlərinin sayı, yaxud həm sayı, həm də vaxtı eyni olsa, adəti bu iki ayda gördüyünə qayıdır. Məsələn, əvvəlki ayın birindən yeddisinə qədər qan görüb pak olurdusa, bu halda ikinci ayın onundan on yeddisinə qədər qan görüb pak olsa, bu halda ayın onundan on yeddisinə qədər onun adətidir.

Məsələ: 502.Bir aydan məqsəd ayın əvvəlindən axırına qədər deyil, qanın görünməyə başlamasından otuz gün keçənə qədərdir.

Məsələ: 503.Adət üzrə ayda bir dəfə qan görən qadın, əgər bir ayda iki dəfə qan görsə və onda heyzin əlamətləri olsa, onda arada pak olduğu günlərin sayı on gündən az olmasa hər ikisini heyz hesab etməldir.

Məsələ: 504.Əgər üç gün, yaxud üç gündən artıq heyzin əlamətləri olan qan görüb, sonra on gün, yaxud daha artıq istihazənin əlamətləri olan qan görsə və yenidən üç gün heyz əlamətləri olan qan görsə, (heyzin əlamətləri olan) birinci və axırıncı qalanları heyz hesab etməlidir.

Məsələ: 505.Əgər qadın on gündən qabaq pak olsa və batinində qan qalmadığını bilsə, hətta on gün tamam olmamışdan qabaq yenidən qan görəcəyinə gümanı olsa da öz ibadətləri üçün qusul etməlidir. Amma əgər on gün tamam olmamışdan qabaq yenidən qan görəcəyinə yəqini olsa, qusul etməməlidir: namaz qıla bilməz və haizin hökmlərinə əməl etməlidir.

Məsələ: 506.Əgər qadın on gündən qabaq pak olsa və batinində qan olmasına ehtimal versə, gərək bir miqdar pambığı ovrətinin daxilinə qoysun, bir az gözləyib sonra çıxartsın: əgər pakdırsa qusul edib ibadətlərini yerinə yetirməlidir; yox əgər pak deyilsə (bulaşıbsa), hətta əgər sarı rəngli suya bulaşmış olsa da, bu halda heyzində adəti yoxdursa və ya adəti on gündürsə, gözləməlidir ki, əgər on gündən tez pak olsa qusul etsin. Və əgər (onuncu günün tamam olduğu vaxt) pak olsa, yaxud qanı on gündən keçsə, on günün tamam olduğu vaxt qusul etməlidir. Əgər adəti on gündən azdırsa, on günü tamam olmamışdan qabaq, yaxud tamam olduğu vaxt pak olacağını bilsə qusul etməməlidir. Əgər qanın on gündən keçəcəyini ehtimal versə, ehtiyat-vacib budur ki, bir gün müddətinə qədər ibadətlərini tərk etsin. Ondan sonra on gün müddətinə qədər ibadətlərini tərk edə bilər. Daha yaxşı olar ki, on günə qədər haizə haram olan işləri tərk edib, müstəhazənin əməllərini yerinə yetirsin. Əgər on gün tamam olmamışdan qabaq, yaxud on gün tamam olan vaxt qandan pak olsa, hamısı heyzdir; yox əgər on gündən keçsə, bu halda öz adəti müddətini heyz, qalanlarını isə istihazə hesab edib adət günlərindən sonra yerinə yetirmədiyi ibadətləri qəza etməlidir.

Məsələ: 507.Əgər bir neçə günü heyz hesab edib ibadət etməsə, sonradan heyz olmadığını başa düşsə, gərək o gündə yerinə yetirmədiyi namaz və orucun qəzasını etsin. Əgər bir neçə günü heyz olmaması gümanı ilə ibadət edib sonradan heyz olmasını başa düşsə, o günlərdə oruc tutmuş olsa, tutduğu orucun qəzasını etməlidir).

NİFAS

Məsələ: 508.Uşağın ilk üzvü ananın bətnindən çıxdığı andan e”tibarən qadından gələn on gündən qabaq, yaxud on gün tamam olan müddətdə kəsilən hər qan nifas qanıdır. Nifas halında olan qadına “nəfsa” deyilir.

Məsələ: 509.Qadının uşağın ilk üzvünün çölə gəlməsindən qabaq gördüyü qan nifas deyildir.

Məsələ: 510.(Qanın nifas sayılmasında) uşağın xilqətinin kamil olması şərt deyil; hətta laxtalanmış qan surətində də bətndən xaric olsa və qadının özü bilsə, yaxud mamalardan dörd nəfəri “əgər bətndə qalsaydı, insan olacaqdı”, desə, on gün müddətində gördüyü qan nifas qanıdır.

Məsələ: 511. Nifas qanı bir anlıqdan artıq gəlməyə bilər. Amma on gündən də artıq ola bilməz.

Məsələ: 512.Əgər bir şeyin siqt olub-olmamasında şəkk etsə, yaxud siqt olan şeyin qalacağı halda insan olub-olmayacağında şəkk etsə, axtarış aparması lazım deyil; ondan xaric olan qan şər”ən nifas qanı deyil.

Məsələ: 513.Haizə haram olan işlər, o cümlədən məsciddə dayanmaq, Məscidül-Hərama, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidinə getmək, bədənin hər hansı yerini Quranın yazısına vurmaq və s. kimi işlər nifaslı qadına da haramdır. Haiz qadına vacib, müstəhəb və məkruh olan əməllər, eynilə nifaslı qadına da vacib, müstəhəb və məkruhdur.

Məsələ: 514.Nifas halında olan qadına verilən talaq batil və bu halda yaxınlıq etmək haramdır. Əgər əri onunla (nifas halında) yaxınlıq etsə, ehtiyat-müstəhəbbə görə heyz bəhslərində deyilənlərə uyğun olaraq kəffarə versin.

Məsələ: 515.Qadın nifas qanından pak olduqda, qusul etməli, öz ibadətlərini yerinə yetirməlidir. Əgər yenidən qan görsə və onun qan görüb pak olduğu günlər üst-üstə on gün, yaxud on gündən az olarsa, o günlərin hamısı nifas sayılır. Əgər pak olduğu günlərdə oruc tutmuş olsa, qəzasını yerinə yetirməlidir.

Məsələ: 516.Əgər qadın nifas qanından pak olub batinində qan qalmasına ehtimal versə, bir miqdar pambığı ovrətinə daxil edib bir az gözləməli, sonra çıxarıb baxmalıdır: əgər pakdırsa, öz ibadətləri üçün qusul etməlidir.

Məsələ: 517.Əgər qadının nifas qanı on gündən keçsə, bu halda heyzdə adəti varsa, adətlərinin günü qədər nifas, qalanlarını isə istihazə hesab etməlidir. Amma əgər heyzdə adəti yoxdursa, on günə qədər nifas, qalanları isə istihazə sayılır. Ehtiyat-müstəhəb budur ki, adəti olan şəxs adətindən sonrakı gündən, adəti olmayan isə doğuşun onuncu günündən on yeddinci gününə qədər istihazədə deyilən işləri yerinə yetirsin, nifaslı qadına haram olan işləri işə tərk etsin.

Məsələ: 518.Heyz adəti on gündən az olan qadın əgər adət günlərindən artıq nifas qanı görsə, adət günləri qədərində nifas hesab etməlidir. Ehtiyat-vacib budur ki, bir, iki və yaxud on günə qədər ibadəti tərk etsin. Əgər on gündən keçsə adət günləri heyz, qalanları isə istihazədir. Əgər ibadətləri tərk etmiş olsa, qəzasını yerinə yetirməlidir.

Məsələ: 519.Heyzdə adəti olan qadın əgər doğuşdan sonra bir ay, yaxud ondan da artıq müddətdə ardıcıl olaraq qan görsə, adət günləri qədəri nifasdır. Nifasdan sonra gördüyü qandan on günü adət günlərində də olsa istihazədir. Məsələn, əgər bir qadının heyz adəti hər ayın iyirmisindən iyirmi yeddisinə qədərdirsə, bu halda ayın onunda uşaq doğsa və bir ay, yaxud ondan da artıq ardıcıl olaraq qan görsə, ayın on yeddisinə qədər nifas, on yeddisindən on gün sonraya qədər hətta adət günlərində (iyirmisindən iyirmi yeddisiə qədər) gördüyü qan istihazədir. on gün keçdikdən sonra əgər gördüyü qan adət günlərində olsa heyzdir–istər heyzin əlamətləri olsun, istərsə də olmasın; və əgər adət günlərində olmasa, hətta heyzin əlamətləri onda olsa da, onu istihazə hesab etməlidir.

Məsələ: 520.Heyzdə adəti olmayan bir qadın əgər doğuşdan sonra bir ay, yaxud daha artıq müddətdə qan görsə, onun əvvəldəki on gününü nifas, ikinci on gününü istihazə və ondan sonra gördüyü qanda heyz əlaməti olsa heyz, əks halda istihazə hesab etməlidir.