Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

MƏSS-MEYYİT QUSLU

Məsələ: 521.Əgər bir kəs bədəni soyumuş və qusul verilməmiş bir meyyitə məss etsə, yə”ni bədəninin bir hissəsini o meyyitə vursa, məss-meyyit quslu eləməlidir–istər yuxu halında məss etsin, istərsə də ayıq; istər ixtiyari olaraq məss etsin, istərsə də ixtiyarsız. Hətta əgər onun dırnağı meyyitin dırnağına, sumüyü də meyyitin sümüyünə dəysə, qusul etməlidir. Amma ölmüş heyvana məss etsə məss-meyyit quslu vacib deyil.

Məsələ: 522. Bədəni tamamilə soyumamış ölüyə məss etdikdə–hətta bədəninin soyumuş hissələrinə məss etsə də–qusul vacib deyildir.

Məsələ: 523.Əgər insan öz tüklərini meyyitin bədəninə vursa, bu halda “meyyitə məss etmişdir”-deyilmərsə, yaxud öz bədənini meyyitin tüklərinə və ya öz tüklərini meyyitin tüklərinə vursa qusul vacib deyil.

Məsələ: 524.Ölmüş uşağa–hətta dörd ayı tamam olan siqt olunmuş uşağa məss etdikdə məss-meyyit quslu vacibdir. Hətta daha yaxşı olar ki, dörd ayı tamam olmazdan qabaq siqt olunan uşağa məss etdikdə də qusul alınsın. Buna əsasən, əgər dörd aylıq uşaq ölü halda dünyaya gəlsə, anası məss-meyyit quslu almalıdır. Hətta əgər dörd aydan da az olsa, yaxşı olar ki, onun anası qusul etsin.

Məsələ: 525.Anası öləndən sonra dünyaya gələn uşaq həddi-büluğa çatdıqdan sonra məss-meyyit quslu almalıdır.

Məsələ: 526.Əgər insan üç quslu tamamilə verilmiş bir meyyitə məss etsə, ona məss-meyyit quslu vacib deyil. Amma əgər üç quslu tamam olmamışdan əvvəl onun bədəninin bir hissəsinə məss etsə–hətta üç qusul həmin hissədə tamam olsa da belə məss-meyyit quslu etməlidir.

Məsələ: 527.Əgər dəli, yaxud həddi-büluğa çatmamış uşaq bir meyyitə məss etsə, dəli ağıllanandan, uşaq isə həddi-büluğa çatandan sonra məss-meyyit quslu almalıdır.

Məsələ: 528.Əgər diri insanın bədənindən, yaxud quslu verilməmiş ölü insanın bədənindən sümüyü olan bir hissə ayrılsa və bu hissəyə qusul verilməzdən qabaq insan ona məss etsə, gərək məss-meyyit quslu etsin. Amma əgər ayrılan hissənin sümüyü olmasa onu məss etdikdə qusul vacib deyil.

Məsələ: 529.Ölü insandan ayrılan quslu verilməmiş diş və sümüyə məss etdikdə ehtiyat-vacibə əsasən qusul alınmalıdır. Amma diri insandan ayrılan əti olmayan sümük və dişə məss etdikdə, qusul almaq vacib deyil.

Məsələ: 530.Məss-meyyit quslunu eynilə cənabət quslu kimi almaq lazımdır. Amma məss-meyyit qusulu alan bir kəs namaz qılmaq istəsə, dəstəmaz da almalıdır.

Məsələ: 531.Əgər insan bir neçə meyyitə məss etsə, yaxud bir meyyiti bir neçə dəfə məss etsə bir qusul kifayətdir.

Məsələ: 532.Meyyitə məss etdikdən sonra qusul etməyən bir şəxsin məsciddə dayanması, cima etməsi, vacibi səcdəsi olan Surələr oxumasının eybi yoxdur. Amma namaz və bu kimi işlər üçün qusul və dəstəmaz almalıdır.

MÖHTƏZİRİN HÖKMLƏRİ

Məsələ: 533. Ehtizar, yə”ni can verən halda olan müsəlmanı–istər kişi olsun, istərsə də qadın, istər böyük olsun istərsə də kiçik–arxası üstə elə yatırtmalıdırlar ki, ayaqlarının altı qiblə tərəfə olsun. Əgər onu tamamilə bu qaydada yatırtmaq mümkün olmasa, mümkün olan qədər rəcaən bu göstərişə əməl etməlidirlər. Əgər onu, qeyd olunan kimi ümumiyyətlə yatırtmaq mümkün olmazsa, rəca niyyəti ilə üzü qibləyə oturtmalıdırlar. Bu da mümkün olmasa yenə də rəca niyyəti ilə onu sağ, yaxud sol böyrü üstə üzü qibləyə uzatmalıdırlar.

Məsələ: 534.Ehtiyat-vacib budur ki, nə qədər ki, meyyitin quslu tamam olmayıb onu üzü qibləyə yatırtsınlar. Amma quslu tamam olandan sonra yaxşı olar ki, onu meyyit namazı qılınan vaxtdakı kimi yatırtsınlar.

Məsələ: 535.Can verən insanı üzü qibləyə döndərmək hər müsəlmana vacibdir və can verənin qəyyumundan icazə almaq lazım deyildir.

Məsələ: 536.Müstəhəbdir ki, can vermə halında olan hər kəsə şəhadət kəlmələrini, on iki İmam (əleyhis-salam)-ın adını və s. kimi haqq əqidələrini elə təlqin etsinlər ki, başa düşsün. Həmçinin, müstəhəbdir ki, qeyd olunan kəlmələri öldüyü ana qədər təkrar etsinlər.

Məsələ: 537.Müstəhəbdir ki, aşağıdakı duanı can verən şəxsə elə təlqin etsinlər ki, başa düşsün:

Məsələ: 538.Müstəhəbdir ki, ağır can verən insanı narahat olmadığı halda namaz qıldığı yerə aparsınlar.

Məsələ: 539.Müstəhəbdir ki, can verənin rahat olması üçün başının üstündə mübarək “Yasin”, “Saffat”, “Əhzab” Surələrini, “Ayətəl-kürsü”nü, həmçinin “Ə”raf” Surəsinin 54-cü ayəsini və “Bəqərə” Surəsinin axırıncı üç ayəsini oxusunlar. Ümumiyyətlə, Qurandan mümkün olan qədər oxusunlar.

Məsələ: 540.Can verən şəxsi tək qoymaq, onun qarnının üstünə bir şey qoymaq, cənabətli, heyzli şəxslərin onun yanında olması, həmçinin onun yanında çox danışmaq, ağlamaq, qadınları can verənin yanında tək qoymaq məkruhdur.