|
||||||||||||||||||||
|
ÖLÜMDƏN SONRANIN HÖKMLƏRİMəsələ: 541.Ölümdən sonra müstəhəbdir ki, meyyitin ağzını bağlasınlar (ki, açıq qalmasın), gözlərini, çənəsini bağlasınlar, əllərini və ayaqlarını uzatsınlar, onun üstünə parça çəksinlər. Əgər gecə ölübsə, öldüyü yerdə çıraq yandırsınlar və onu dəfn etmək üçün mö”minlərə xəbər versinlər. Onu dəfn etməkdə tələssinlər. Amma onun ölümünə yəqinlikləri olmasa, gözləməlidirlər ki, dəqiq mə”lum olsun. Əgər meyyit hamilə olsa və qarnındakı uşaq diri olsa, dəfn işini o qədər tə”xirə salmalıdırlar ki, onun sol tərəfdən qarnını yarıb uşağı çölə çıxartsınlar, sonra yarılan yeri tiksinlər.QUSUL, KƏFƏN, NAMAZ VƏ DƏFNİN HÖKMLƏRİMəsələ: 542.Müsəlman şəxsə, hətta on iki İmama inanan şiə olmasa belə, qusul verib, kəfənə bükmək, namaz qılıb, dəfn etmək hər bir mükəlləf şəxsə vacibdir. Əgər bir neçə nəfər bu işləri yerinə yetirsə, başqalarından götürlər. Amma heç kəs bu işi görməsə, hamı günah etmişdir.Məsələ: 543.Əgər bir kəs meyyitin qusul-kəfən işlərinə məşğul olsa başqalarının bu işə başlaması vacib deyil. Amma biri bu işi başlayıb yarımçıq qoysa, başqaları tamamlamalıdır. Məsələ: 544. Əgər insan başqasının meyyitin kəfən və qusul işlərinə məşğul olmasını yəqin etsə, bu işlərə başlaması vacib deyil. Amma şəkk və ya güman etsə gərək bu işə başlasın. Məsələ: 545.Bir kəs meyyitin qusl, kəfən, namaz, dəfnini batil yerinə yetirildiyini bilsə, bu işləri yenidən yerinə yetirməlidir. Amma əgər batil olmasını güman etsə, yaxud səhih olub-olmamasında şəkk etsə, bu işləri yerinə yetirməsi lazım deyil. Məsələ: 546.Meyyitin qusl, kəfən, namaz və dəfni üçün onun qəyyumundan icazə alınmalıdır. Məsələ: 547.Qadının qusul, kəfən, namaz və dəfn işlərindəki qəyyumu onun əridir. Ondan (ərindən) sonra meyyitdən irs aparan kişilər irs aparan qadınlardan irəlidir. Hər kəs irs aparmaqda irəlidirsə, bu işlərdə də irəlidir. Məsələ: 548.Əgər bir kəs “mən meyyitin canişini və ya qəyyumuyam” və ya “meyyitin vəlisi mənə icazə vermişdir ki, onun qusul, kəfən və dəfn işlərini yerinə yetirəm” desə, bu halda başqası “mən meyyitin vəlisi və canişiniyəm”, yaxud “meyyitin vəlisi mənə icazə vermişdir”-deməsə, meyyitin bu kimi işlərini yerinə yetirmək həmin şəxsin öhdəsindədir. Məsələ: 549.Əgər meyyit, əvvəlcədən özünün qusul, kəfən, dəfn və namazı üçün qəyyumundan başqa bir kəsi tə”yin etsə, ehtiyat-vacib budur ki, bu işdə meyyitin qəyyumu və icazəli olan şəxs–hər ikisi icazə versin. Və meyyitin bu işləri yerinə yetirməsini müəyyən etdiyi şəxsin bu vəsiyyəti qəbul etməsi lazım deyil. Amma qəbul etsə, gərək ona əməl etsin. MEYİT QUSLUNUN HÖKMLƏRİMəsələ: 550.Meyyitə üç qusl: 1-sidr qatılmış su ilə; 2-kafur qartılmış su ilə və 3-xalis su ilə qusul vermək vacibdir.Məsələ: 551.Sidr və kafur həddindən artıq çox olmamalıdır ki, suyu muzafa döndərsin; habelə, həddindən artıq az da olmamalıdır ki, ona sidr və kafur qatılmamış kimi nəzərə çarpsın. Məsələ: 552.Əgər sidr və kafur lazım olan miqdarda tapılmasa ehtiyat-vacibə görə tapılan qədəri suya töksünlər. Amma o qədər az olmamalıdır ki, ümumiyyətlə sidr və kafur suyu deyilə bilməsin. Məsələ: 553.Əgər həcc üçün ehram bağlayan bir kəs Səfa və Mərva arasındakı sə”y əməlini tamamlamamışdan qabaq ölsə, ona kafur qatılmış su ilə qusul verilməməlidir: onun yerinə xalis su ilə qusul verilməlidir. Həmçinin əgər ömrə ehramında, saçları qırxmamışdan qabaq ölsə də bu qayda ilə. Məsələ: 554.Əgər sidr və kafur, yaxud ikisindən biri tapılmasa, yaxud istifadəsi caiz olmasa (məsələn qəsbi olsa), gərək mümkün olmayan hər birinin yerinə meyyitə xalis su ilə qusul versinlər. Məsələ: 555.Meyyitə qusul verən şəxs müsəlman, on iki İmam şiəsi, aqil, həddi-büluğa çatmış və qusul məsələlərini bilən olmalıdır. Məsələ: 556.Meyyitə qusul verən şəxs “qürbətən-iləllah” qəsdi, yə”ni Allahın əmrini yerinə yetirmək niyyəti ilə etməlidir və əgər bu niyyətlə üçüncü quslun axırına qədər qalsa, niyyətini təzələməsi lazım deyil. Məsələ: 557.Müsəlman uşağına, hətta zinadan da olsa qusul vermək vacibdir. Kafir və onun övladına qusul, kəfən, dəfn işlərini etmək caiz deyildir. Uşaqlıqda dəli olub elə bu halda da həddi-büluğa çatıb ölən bir kəsin ata-anası, yaxud onlardan biri müsəlman olsa, ona qusul verməlidir. Əgər onlardan heç biri müsəlman olmasa ona qusul vermək caiz deyildir. Məsələ: 558.Siqt olunmuş uşağa, dörd aylıq və daha artıq olarsa, qusul verilməlidir. Amma dörd ayı tamam olmasa, bir parçaya büküb qusul verilmədən dəfn olunmalıdır. Məsələ: 559.Əgər kişi qadına və ya qadın kişiyə qusul versə batildir. Amma arvad öz ərinə, ər də arvadına qusul verə bilər. Amma ehtiyat-müstəhəb budur ki, arvad öz ərinə, ər də öz arvadına qusul verməsin. Məsələ: 560.Kişi yaşı üçdən keçməmiş ölü qız uşağına, qadın da yaşı üçdən keçməyən oğlan uşağına qüsul verə bilər. Məsələ: 561.Əgər ölmüş kişiyə qusul vermək üçün kişi tapılmazsa, ona qohumluq səbəbi ilə məhrəm olan qadınlar (ana, bacı, bibi, xala), yaxud süd verməklə məhrəm olan qadınlar meyyitə paltarda qusul verməlidirlər. Həmçinin əgər ölmüş qadına qusul vermək üçün qadın tapılmazsa, onunla qohumluq səbəbi ilə, yaxud süd vasitəsilə məhrəm olan kişilər ona paltarda qusul verə bilər. Məsələ: 562.Əgər meyyit və ona qusul verən–hər ikisi kişi, yaxud hər ikisi qadın olsa yaxşı olar ki, ovrətdən başqa meyyitin başqa yerləri açıq olsun. Məsələ: 563.Meyyitin ovrətinə baxmaq haramdır. Ona qusul verən kəs onun ovrətinə baxsa, günah etmişdir, amma verdiyi qusul batil olmaz. Məsələ: 564.Əgər meyyitin bədəninin hər hansı bir yeri nəcis olsa o yer, qusul verilməmişdən qabaq suya çəkilməlidir. Ehtiyat-vacib budur ki, meyyitin bədəninin hər yeri qusla başlamazdan qabaq pak olsun. Məsələ: 565.Meyyitə verilən qusul cənabət quslu kimidir. Ehtiyat-vacib budur ki, nə qədər ki, tərtibi qusul mümkündür, irtimasi qusul verməsinlər. Amma tərtibi qusulda bədənin hər üç qismətindən birini kəsir suda suya batırıb qusul vermək caizdir. Məsələ: 566. Heyz və ya cənabət halında ölən bir kəsə heyz və cənabət qusulu vermək lazım deyil: meyyit quslu kifayətdir. Məsələ: 567.Meyyitə qusul vermək üçün muzd almaq caiz deyil. Amma quslun müqəddimati işləri üçün muzd almaq haram deyil. Məsələ: 568.Əgər su tapılmasa və yaxud suyun istifadə olmasında müəyyən maneələr olsa hər quslun əvəzindən o meyyitə bir təyəmmüm verilməlidir. Məsələ: 569.Meyyitə təyəmmüm edən kəs öz əllərini yerə vurub meyyitin üzünə və əllərinin arxasına çəkməlidir. Əgər mümkün olsa, ehtiyat-vacibə görə meyyitin əlləri ilə də ona təyəmmüm versin. MEYİTİN KƏFƏNİNİN HÖKMLƏRİMəsələ: 570.Müsəlman meyyiti gərək long, köynək və sərtasər adlanan üç parça ilə kəfənə bükülsün.Məsələ: 571.Long göbəkdən dizlərə qədər olmalı, o qədər yerin hər tərəfini örtməlidir. Yaxşı olar ki, sinəsindən ayağının üstünə qədər çatsın. Ehtiyat-vacibə görə gərək köynək çiyindən baldırın yarısına (dizlə topuğun arasına) qədər örtsün. Daha yaxşı olar ki, ayağın üstünə də çatsın. Sərtasərin uzunluğu o qədər olmalıdır ki, onun iki tərəfdən başını bağlamaq olsun. Eni də o qədər olmalıdır ki, (meyyiti onunla) bükdükdə bir tərəfi o biri tərəfin üstünə gəlsin. Məsələ: 572.Göbəkdən dizlərə qədər örtən ləngin, həmçinin köynəyin çiyindən baldırın yarısına qədər örtən hissəsi kəfənin vacib hissəsidir. Bu miqdardan artıq kəfənin müstəhəb hissələridir. Məsələ: 573.Əgər meyyitin vərəsələri həddi-büluğa çatmış olsalar və kəfənin (əvvəldəki məsələdə deyilən) vacibi miqdardan artığını onların irs paylarından götürülməsinə icazə versələr, eybi yoxdur. Ehtiyat-vacib budur ki, kəfənin vacib miqdarından artıq, həmçinin ehtiyatən lazım olan qədəri baliğ olmamış varisin payından götürməsinlər. Məsələ: 574.Əgər bir kəs kəfənin müstəhəb hissəsini, onun malının üçdə birindən götürülməsini, yaxud malının üçdə birinin onun özünə xərclənməsini vəsiyyət etsə, amma onun məsrəf olunacağı yerləri müəyyən etməsə, yaxud onun fəqət müəyyən hissəsinin məsrəf olunacağı yerləri müəyyən etsə, bu halda kəfənin müstəhəb miqdarını onun malının üçdə birindən götrə bilərlər. Məsələ: 575.Qadının kəfəni–hətta özünün malı da olsa, ərinin öhdəsinədir. Həmçinin əgər qadına təlaq kitabında deyildiyi kimi, rəc”i təlaq versələr və iddəsi tamam olmamışdan qabaq ölsə, onun əri kəfənini verməlidir. Əgər onun əri həddi-büluğa çatmamış və ya dəli olsa, ərinin qəyyumu (vəlisi) onun malından arvadının kəfənini verməlidir. Məsələ: 576.Meyyitin sağlığında həyat xərcləri qohumlarına vacib olsa da, öləndən sonra kəfəni onlara vacib deyil. Məsələ: 577. Ehtiyat-vacibə görə kəfənin hər üç parçası o qədər nazik olmamalıdır ki, meyyitin bədəni görünsün. Məsələ: 578.Əgər başqa bir şey tapılmasa da, meyyiti qəsbi şeylə kəfənə bükmək caiz deyildir. Əgər meyyitin kəfəni qəsbi olsa və onun sahibi razı olmasa, hətta onu dəfn etmiş olsalar belə, kəfəni onun bədənindən çıxartmaq lazımdır. Amma ehtiyata əsasən, çarəsizlik halında (yə”ni heç nə tapılmadıqda) murdar olmuş heyvanın dərisində kəfənə bükmək olar. Məsələ: 579.Meyyiti nəcis şey, xalis ipək, yaxud qızıldan toxunmuş parça ilə kəfənə bükmək caiz deyildir, amma çarəsizlik halında eybi yoxdur. Məsələ: 580.Meyyiti əti haram olan heyvanların tükündən, yaxud yunundan toxunmuş parça ilə kəfənə bükmək ixtiyar halında caiz deyildir. Amma əgər əti halal olan heyvanın dərisindən (kəfən üçün) müəyyən qaydada paltar hazırlasalar, yaxud kəfən əti halal olan heyvanın tükündən və yunundan da olsa, eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, bu ikisi ilə də kəfənə bükməsinlər. Məsələ: 581.Əgər meyyitin kəfəni onun öz nəcisi, yaxud başqa bir nəcasətlə nəcis olsa, bu halda kəfən zay olmazsa, nəcis yeri yumalı, yaxud kəsməlidirlər. Amma əgər qəbrə qoymuş olsalar, yaxşı olar ki, kəssinlər. Hətta meyyitin qəbirdən çıxarılması ona qarşı hörmətsizlik olarsa, bu halda həmin yeri kəsmək vacibdir. Əgər onu yumaq və ya kəsmək mümkün olmazsa, dəyişdirilməsi mümkün olan halda dəyişdirilməlidir. Məsələ: 582.Həcc, yaxud ömrə üçün ehram bağlayan bir kəs ölsə, başqaları kimi kəfənə bükülməlidir; başının və üzünün örtülməsinin eybi yoxdur. Məsələ: 583.Müstəhəbdir ki, insan sağlığında kəfən, sidr və kafurunu hazırlasın. |