|
||||||||||||||||||||
|
MEYYİT NAMAZININ QAYDALARIMəsələ: 607.Meyyit namazının beş təkbiri vardır və əgər onlar aşağıdakı tərtiblə deyilsə, kifayətdir: Niyyətdən və birinci təkbirdən sonra desin:اَشهَدُ اَن لاَاِلَهَ اِلاَّالله وَاَنَّ مُحَمَّداً رَسُولُ اللهِ “Əşhədu ənla ilahə illəllah və ənnə Muhəmmədən Rəsulullah.” İkinci təkbirdən sonra desin: أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَاَلِ مُحَمَّدٍ “Allahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd.” Üçüncü təkbirdən sonra desin: أَلّلهُمَّ اغفِرللمؤمِنِينَ وَالمؤمِنَاتِ “Allahumməğfir lil-mu”mininə vəl-mu”minat.” Dördüncü təkbirdən sonra əgər meyyit kişidirsə, desin: أَلّلهُمَّ اغفِر لِهَذَا المَيِّتِ “Allahumməğfir li hazəl-məyyit”; əgər qadın olarsa, desin: أَلّلهُمَّ اغفِر لِهَذهِ المَيِّتِ “Allahumməğfir li hazihil-məyyit” və sonra 1-ci təkbiri desin. Daha yaxşı olar ki, birinci təkbirdən sonra bu duanı oxusun: أَشهَدُ اَن لاَاِلهَ إِلاَاللهُ وَحدَهُ لاَشَرِيكَ لَهُ إِلهَا وَحِدًا اَحَدًا صَمَدًا فَردًا قَيُّومًا دَئِمًا اَبَدًا لَم يَتًجِذ صَاحِبَةً وَلاَ وَلَدًا وَاَشهَدُ اَنً مُحَمَّدًا عَبدُهُ وَرَسُولُهُ اَرسَلَهُ بِالهُدى وَدِينِ الحَقِ لِيُظهِرَهُ عَلَى الدِينِ كُلُهِ وَلَو كَرِهَ المُشرِكُونَ بَشِيرًا وَنَذِيرًا بَينَ يَدَىِ السَاعِةِ İkinci təkbirdən sonra bu duanı oxusun: أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَبَارِك عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَارحَم مُحَمَّدًا وَآلَ مُحَمَّداً كََاَفضَلِ مَاصَلَّيتَ وَبَارَكتَ وَتَرَحَّمتَ عَلَى اِبراهِيمَ وَآلِ اِبراهِيمَ اِنَّكَ حَمِيدً مَجِيدً وَصَلَّ عَلَى جَمٍيعِ الاَنبِيَاءِ وَال مُرسَلِينَ Üçüncü təkbirdən sonra bu duanı oxusun: أَلّلهُمَّ اغفِر لِلمؤمِنِينَ وَالمُؤمِنَاتِ وَالمُسلِمِينَ وَالمُسلِمَاتِ اَالاَحيَاءِ مِنْهُم وَالاَمواَتِتَابِع بَينَنَا وَبَينَهُم بِاالخَيرَاتِ اِنَّكَ عَلَى كُلَّ شَىءٍ قَدِيرً Dördüncü təkbirdən sonra meyyit kişidirsə, bu duanı oxusun: أَلّلهُمَّ اِنَّ هَذا المُسَجّىَ قُداًمَنَا عَبدُكَ وَابنُ عَبدِكَ وَابنُ اَمَتِكَ نَزَلَ بِكَ وَاَنتَ خَيرُ مَنزُوُلِ بِهِ أَلّلهُمَّ اِنَّكَ قَبَضتَ روُحَهُ اِلَيكَ وَقَد اِحتاجَ اِلَى رَحمَتَكَ وَاَنتَ غَنىٌ عَن عَذَابِهِ أَلّلهُمَّ اِتًا لاَنَعلَمُ مِنهُ اِلاَ خَيرَا وَاَنتَ اَعلَمُ بِهِ مَنًا أَلّلهُمَّ اِن كَانَ مُحسِنًا فَزِد فِى اِحسَانِهِ وَ اِن كَانَ مُسِيئًا فَتَجَاوَز عَنهُ وَاَغفِرلَنَا وَلَهُ أَلّلهُمَّ اجعَلهُ عِندَكَ فِى اَعلَى العِلًيِّيِنَ وَخُلُف عَلَى اَهلِهِ فِى الغَابِرِينَ وَارحَمهُ بِرَحمَتِكَ يَااَرحَمَ الرَّاحِمينَ Dördüncü təkbirdən sonra meyyit qadındırsa, bu duanı oxusun: أَلّلهُمَّ اِنَّ هَذِهِ المُسَجَّاتَ قُدَامَنَا اَمَتُكَ وَاَبنَتُ عَبدِكَ وَابنَتُ اَمَتِكَ نَزَلَت بِكَ وَاَنتَ خَيرُ مَنزُولِ بِهِ أَلّلهُمَّ نَّا لاَنَعلَمُ مِنهَا الاَّ خَيرَا وَانتَ اَعلَمُ بِهَا مِنًا أَلّلهُمَّ اِن كَانَت مُحسِنَةً فَزِد فِى اِحسَانِهَا وَاِن كَانَت مُسِيتُةً فَتَجَاوَز عَنهَا وَاغفِرلَهَا أَلّلهُمَّ اجعَلهَا عَندَكَ فِى اعلىَ عَلِّييِّن وَاخلُف عَلَى اَهلِهَا فِى الغابِرِنَ وَارحَمهَا بَرَحمَتِكَ يَا اَرحَمَا لرَّاحِمِنَ Sonra beşinci təkbiri desin. Məsələ: 608.Meyyit namazının təkbirləri və duaları elə ardıcıl oxunmalıdır ki, namaz surətindən çıxmasın. Məsələ: 609.Meyyit namazını camaatla birlikdə qılan kəs gərək təkbirləri və duaları oxusun. MEYYİT NAMAZININ MÜSTƏHƏBBATIMəsələ: 610.Bir neçə şey meyyit namazında müstəhəbdir:1-Meyyit namazını qılan şəxs dəstəmaz, yaxud qusl, yaxud da təyəmmüm almış olsun; Ehtiyat-müstəhəbbə görə o vaxt təyəmmüm almalıdır ki, dəstəmaz və qusul almaq mümkün olmasın, yaxud dəstəmaz və ya qusul alacağı təqdirdə meyyit namazına çata bilməyəcəyi gözlənilsin. 2-Əgər meyyit kişidirsə, camaata imamlıq edən, yaxud namazı təklikdə qılan şəxs, cənazənin orta hissəsinin; və əgər meyyit qadındırsa, sinəsinin müqabilində dursun; 3-Ayaqyalın namaz qılsın; 4-Hər təkbiri deyəndə iki əlini qaldırsın; 5-Onunla meyyitin arasındakı fasilə çox az olsun, belə ki, əgər külək onun paltarını hərəkət etdirsə, cənazəyə toxunsun; 6-Meyyit namazı camaatla qılınsın; 7-Meyyit namazına imamət edən şəxs, təkbiri və duaları ucadan, onunla birlikdə namaz qılanlar isə astadan desinlər; 8-Meyyit namazı camaatla qılınanda, hətta iqtida edən (mə”mum) bir nəfər olsa da, imamın arxasında dayansın; 9-Namaz qılan şəxs meyyitə və mö”minlərə çoxlu dua etsin; 10-Namazdan qabaq üç dəfə “əssəlat” desin; 11-Namazı elə yerdə qılsın ki, camaat meyyit namazı qılmaq üçün əksərən oraya gedirlər; 12-Haiz qadın camaat namazına dayansa, bir cərgədə tək dayansın. Məsələ: 611. Meyyit namazını məscidlərdə qılmaq məkruhdur, amma Məscidül-Həramda məkruh deyildir. DƏFNİN HÖKMLƏRİMəsələ: 612.Vacibdir ki, meyyit elə dəfn edilsin ki, onun iyi çölə gəlməsin, vəhşi heyvanlar da bədənini çölə çıxarda bilməsin. Vəhşi heyvanlardan, həmçinin meyyitin iyindən əziyyət çəkən şəxslərin oraya yaxınlaşması ehtimalı olmazsa, ehtiyat-vacibə görə qəbrin dərinliyi yuxarıda qeyd olunan qədər olmalıdır. Amma əgər yırtıcı heyvanların onun bədənini çıxarmasından qorxu törənsə, qəbri kərpic və s. kimi şeylərlə möhkəmlətməlidirlər.Məsələ: 613.Əgər meyyiti torpaqda dəfn etmək mümkün olmazsa, dəfn etmək yerinə, onu binada və ya tabutda qoymaq olar. Məsələ: 614.Meyyiti qəbirdə sağ çiyni üstə elə uzatmalıdırlar ki, bədəninin qabağı üzü qibləyə olsun. Məsələ: 615.Əgər bir kəs gəmidə ölsə, bu halda cəsədi çürüməzsə və gəmidə qalmasının maneəsi olmazsa, gözləməlidirlər ki, gəmi qraqlığa çatsın və onu torpaqda dəfn etsinlər. Əks halda, gəmidə qusul verib, hənut-kəfən etməli, namaz qıldıqdan sonra ağır bir şeyi ayağına bağlayıb dəryaya buraxmalı, yaxud onu böyük bir xuma qoyub ağzını bağlamalı, sonra dəryaya atmalıdırlar. Mümkün olsa, elə yerdə atsınlar ki, dərhal heyvanlara yem olmasın. Məsələ: 616.Əgər düşmənin qəbri açıb meyyiti çıxaracağından və sonra qulağını, burnunu və ya başqa üzvlərini kəsəcəyindən qorxsalar, onda mümkün olan surətdə, əvvəlki məsələdə deyildiyi qaydada, onu dəryaya atsınlar. Məsələ: 617.Meyyitin dəryaya atılmasının və ya qəbrinin möhkəmləndirilməsinin xərcləri (lazım olan surətdə) meyyitin malının əslindən götürülməlidir. Məsələ: 618.Əgər kafir bir qadın ölsə və onun bətnindəki uşaq da ölmüş olsa, uşağın atası müsəlman olarsa, qadını qəbirdə sol böyrü üstə arxası qibləyə tərəf elə uzatmalıdırlar ki, uşağın üzü qibləyə olsun. Hətta əgər ruh uşağın bədəninə daxil olmamışsa da, ehtiyat-vacibə görə həmin göstərişə əməl olunmalıdır. Məsələ: 619.Müsəlmanın kafir, kafirin də müsəlman qəbiristanlığında dəfn edilməsi caiz deyildir. Məsələ: 620.Müsəlmanı, ehtiramsızlıq olacağı yerlərdə (məsələn, toz-torpaq və zibil tökülən yerlərdə) dəfn etmək caiz deyildir. Məsələ: 621.Meyyit qəsbi yerdə dəfn olunmamalıdır. Meyyitin dəfn olunmasından başqa işlər üçün vəqf olunan məscid kimi yerlərdə və məscid kimi dəfndən başqa işlər üçün vəqf olunan yerlərdə dəfn etmək caiz deyildir. Məsələ: 622.Bir meyyiti başqa bir meyyitin qəbrində dəfn etmək caiz deyildir, amma əgər qəbir çox köhnələrsə və əvvəlki meyyit çürüyüb aradan getmiş olarsa, eybi yoxdur. Məsələ: 623.Meyyitdən ayrılan şeylər, hətta tük, dırnaq, diş kimi olsa da belə, onunla dəfn olunmalıdır. İnsanın sağlığında ondan ayrılan dırnağı və dişi yerə basdırmaq müstəhəbdir. Məsələ: 624.Əgər bir kəs quyuya düşüb ölsə və onu çıxarmaq mümkün olmasa, quyunun ağzını bağlayıb onun üçün qəbir etmək lazımdır. Məsələ: 625.Əgər uşaq ana bətnində ölsə və onun bətndə qalması ana üçün təhlükə doğursa, ən asan yolla onu çıxarmalıdırlar. Əgər onu doğrayıb çıxarmağa naçar olsalar, eybi yoxdur. Amma ərinin vasitəsi ilə (əgər əri bu sahədə mütəxəssisdirsə), yaxud mütəxəssis qadının vasitəsi ilə çölə çıxarılmalıdır. Əgər bu da mümkün olmasa, mütəxəssis olan məhrəm kişilər, bu da mümkün olmasa, mütəxəssis olan naməhrəm kişi onu çölə çıxarmalıdır. Bu da mümkün olmasa və mütəxəssis tapılmazsa, mütəxəssis olmayan bir şəxs də uşağı çölə çıxara bilər. Məsələ: 626.Əgər ana ölsə və uşaq onun bətnində diri olsa, hətta onun (çıxarılmasından sonra) sağ qalmasına ümid olmasa da, əvvəlki məsələdə deyilən qaydada, onun sol böyrü yarılıb uşağı çıxarmalı, sonra isə yarılan yer tikməlidirlər. |