|
||||||||||||||||||||
|
DƏFNİN MÜSTƏHƏBBATIMəsələ: 627.Müstəhəbdir ki, qəbri normal insan boyunda qazsınlar və meyyiti ən yaxın qəbiristanlıqda dəfn etsinlər. Amma əgər uzaqda olan qəbiristan müəyyən cəhətlərə görə yaxşı olsa (məsələn, yaxşı insanlar o qəbiristanlıqda dəfn edilirlərsə, yaxud camaat qəbiristan əhlinə Fatihə oxumaq üçün oraya daha çox gəlirlərsə) onda oraya aparsınlar.Həmçinin, meyyiti qəbiristanın bir neçə metrliyində yerə qoyub üç dəfəyə, yavaş-yavaş qəbiristanlığa yaxınlaşdır-sınlar və hər dəfə də yerə qoyub götürsünlər. Dördüncü dəfə isə qəbrə daxil etsinlər. Əgər meyyit kişidirsə, üçüncü dəfə elə yerə qoysunlar ki, onun başı qəbrin axır tərəfinə düşsün və dördüncü dəfədə başı tərəfindən qəbrə daxil etsinlər; və əgər qadındırsa, üçüncü dəfə qəbrin qiblə tərəfinə qoyub, eninə qəbrə daxil etsinlər. Qəbrə daxil edəndə, qəbrin üstünə bir parça tutsunlar. Həmçinin cənazəni aramlıqla tabutdan götürüb, qəbrə qoysunlar. Dəfndən qabaq və dəfn zamanı lazım olan duaları oxusunlar. Meyyiti ləhədə qoyandan sonra kəfənin düyünlərini açıb üzünü torpağa qoysunlar, başının altında torpaqdan balış kimi düzəltsinlər, arxasına xam kərpic, yaxud kəsək qoysunlar ki, arxaya aşmasın. Ləhədi örtməzdən əvvəl sağ əli meyyitin sağ çiyninə vurub sol əli qüvvətlə meyyitin sol çiyninə qoysunlar, ağızı onun qulağına yapışdırıb möhkəm silkələsinlər və üç dəfə desinlər: اِسمَع اِفهَم يَافُلاَنَ ابنَ فُلاَن “İsmə”, ifhəm ya Fulanəbnə Fulan” Fulan kəlməsinin yerinə meyyitin adını və atasının adını desinlər. Məsələn, əgər meyyitin adı Məhəmməd, atasının adı Əli olarsa, üç dəfə deyilməlidir ki, “ismə”, ifhəm, ya Məhəmmədəbnə Əli”, اِسمَع اِفهَم يَا مُحَمَّد بن عِلِىًّ Deyib sonra isə bu sözləri desinlər: هَل اَنتَ عَلىَ العَهدِ الَّذىِ فَارَقتَنَا عَليهِ مِن شَهَادَتِ اَن لاَ اِلهَ اِلاَّاللَّه وَحدَهُ لاَشَرِيكَ لَهُ وَاَنَّ مُحَمَّدًا صَلّى اللَّهُ عَلَيهِ وَآلِهِ عَبدُهُ وَرَسُولُهُ وَسَيَّدُ النَّبِيَّينَ وَخَاتَمُ المُرسَلِنَ وَاَنَّ عَلِيَّا اَمِيرَ المُومِنِينَ وَسَيِّدُ الوَصيَّينَ وَاِمَامُ اِفتَرَضَ اللهُ طاَعَتَهَ عَلَى العَالَمِينَ وَاَنَّ الحَسَنَ وَالحُسَينَ وَعَلىَّ بنَ الحُسَين وَمُحَمَّدَ بنَ عَلِىَّ وَجَعفَرَبنَ مُحَمَّدٍ وَمُوسىَبنَ جَعفَرٍ وَعَلِىَّبنَ مُوسىَ وَمُحَمَّدَ بنَ عَلىَّ وَعَلِىَّ بنَ مُحَمَّدٍ وَالحَسَنَ بنَ عِلِىَّ وَالقَايئمَ الحُجّةَ المَهدِىّ صَلَواَتُ اللهِ عَلَيهِم ايئمَّةُ المئفمِنِينَ وَحُجَجُ اللهِ عَلىَ الخَلقِ اجمَعِينَ وَاَيئمَّتَكَ اَيئمّةُ هُدِىَ بِكَ اَبراَرُ يَا فُلانَ بنَ فُلاَن “Fulan ibni fulan” kəlməsinin yerinə meyyitin adını və atasının adını deyib sonra desinlər: اِذا اَتَاكَ المَلَكَانِ المُقَرَّبَانِ رَسُولَينِ مِن عِندِاللهِ تَبَارَكَ وَتَعَالىَ وَسَألاَكَ عَن رَبِّكَ وَعَن نَبِيِّكَ وَعَن دِينِكَ وَعَن كِتَابِكَ وَعَن قِبلَتَكَ وَعَن اَيئمَّتِكَ فَلاَتَحزَن وَقُل فِى جواَبِهِمَااللهُ رَبىَّ وَمُحَمَّدُ صَلَّىاللهُ عَلَيهِ وَآلِهِ نَبيَّىِ وَالاِسلاَمُ دِينِيوَ القُراَنُ كِتَابِى وَالكَعبَةُ قِبلَتىِ وَاَمِيرُ المُؤْمِنِينَ عَلِىُّ بنُ اَبِى طَالِبٍ اِمَامِى وَالحَسَنُ بنُ عَلَىٍّ المُجتَبىَ اِمَامِى وَالحُسَينُ بنُ عَلِىٍّ الشَّهِيدُ بِكَربَلاَ اِمَامِى وَعَلِىٍّ زَينُ العَابِدِينَ اِمَامِى وَمُحَمَّدُ البَاقِرُ اِمَامِى زَجَعفَرُ الصَّادِقُ اِمَامِى وَمُوسَى الكاَظِمُ اَمَامِى وَعَلِىُّ الرِّضَا اِمَامِى وَمُحَمَّدُ الجَواَدُ اِمَامِى وَعَلِىُّ الهاَدِى اِمَامِىوَالحَسَنُ العَسكَرىِ اِمَامِى وَالحُجَّةُ المُنتَظَرُ اِمَامِى هَوُلاَءِ صَلَوَاتُ اللهِ عَلَيهِم اَجمَعِينَ اَيئِمَّتِى وَساَدَتىِ وَقَادَتِى وَشُفَعَايئ بِهِم اَتَوَلَّى وَمِن اَعدايئهِم اَتَبَرَّءُ فِى الدُنْيَا وَالاَخِرَةِ ثُمَّ اَعلَم يَا فُلاَنَ بنَ فُلاَن “Fulanəbnə fulan” kəlmələrinin yerinə meyyitin adı, atasının adını deyib sonra desinlər: اِنَّ اللهَ تَبَارَكَ وَتَعَالَى نَعمَ الرَّبُّ وَاَنَّ مُحَمَّداً صَلًى اللهُ عَلَيهِ وَآلِهِ نَعمَ الرَّسُولُ وَاَنَّ عَلِىَّ بنَ اَبِى طاَلِبٍ وَاَولاَدَهُ المَعصُومِينَ الاَيئمَّةَ الاِثنىَ عَشرَ نِعمَ الاَيئِمَّةُ وَاَنَّ مَاجَاءَ بِهِ مُحَمَّدُ صَلَّى اللهُ عَلَيهِ وَ آلِهِ حَقُ وَاَنَّ المَوتَ حَقُ وَسُؤاَلَ مُنكَرٍ وَنَكِيرٍ فِى القَبرِ حَقُّ وَالبَعثَ حَقُّ وَالنُشُورَ حَقُّ وَالصِراطَ حَقُّ وَالمِيزاَنَ حَقُّ وَتَطاَيُرَ الكُتُبِ حَقُّ وَاَنَّ الجَنَّةَ حَقُّ وَالناَرَ حَقُّ وَاَنَّ السَاعَةَ اَتِيَةُ لاَرَيبَ فِيهَا وَاَنَّ اللهَ يَبعَثُ مَن فِى القُبُورِ Sonra desin: اَفَهِمتَ يَا فُلاَنُ “Fulan” kəlməsinin yerinə meyyitin adını desin, sonra isə bunları desin: ثِبَّتَكَ اللهُ بِالقُولِ الثَابِتِ وَهَداَكَ اللهُ اِلى صِراَطِ مُستَقِيم عَرَّفَ اللهُ بَينَكَ وَبَينَ اَولِيَاءِكَ فِى مُستَقَرٍّ مِن رَحمَتِهِ Sonra bunu desin: اَللَّهُمَّ جَافِ الاَرضَ عَن جَنبَيهِ واصعَد بِرُوحِهِ اِلَيكَ وَلَقَّنهُ مِنكَ بُرهَانًا اللَّهُمَّ عَفوَكَ عَفوَكَ اَللَّهُمَّ جَافِ الاَرضَ عَن جَنبَيهِ واصعَد اِلَيكَ رُوحَهُ وَلَقَّهِ مِنكَ وِضواَنًا وَاَسِكِن قَبَرَهُ مِن رَحمَتِكَ مَاتُغنِيهِ بِهِ عَن رَحمَةٍ مَن سَواَك Məsələ: 628.Müstəhəbdir ki, meyyiti qəbrə qoyan şəxs təharətli, başı açıq, ayaqyalın olsun və meyyitin ayaq tərəfindən qəbirdən çıxsın. Meyyitin qohumlarından başqa orada olan şəxslər əllərinin arxası ilə torpağı qəbrə töküb “inna lillahi və inna iləyhi raciun” desinlər. Əgər meyyit qadın olsa, onu, məhrəm olanlardan biri qəbrə qoysun. Əgər məhrəmi olmazsa, sair qohumları onu qəbrə qoysun. Məsələ: 629.Müstəhəbdir ki, qəbri dördbucaq şəklində düzəltsinlər, dörd barmaq qədərində yerdən ucaldıb üstünə müəyyən əlamət qoysunlar ki, səhv olunmasın. Sonra qəbrin üstünə su səpsinlər. Daha sonra orada olanlar əllərini qəbrin üstünə qoyub barmaqları açıq halda torpağa batırsınlar və mübarəkə “İnna ənzəlna” Surəsini yeddi dəfə oxuyub sonra meyyit üçün Allahdan bağışlanmaq diləyib bu duanı oxusunlar: Məsələ: 630.Cənazənin dəfn mərasimində iştirak edənlər gedəndən sonra müstəhəbdir ki, meyyitin vəlisi, yaxud vəlisinin tərəfindən icazəsi olan bir kəs göstərişi verilən duaları meyyitə təlqin etsin. Məsələ: 631.Dəfndən sonra müstəhəbdir ki, matəm sahiblərinə başsağlığı verilsin. Amma əgər müəyyən müddət keçsə və başsağlığı verilməsi səbəbi ilə baş verən müsibət yadlarına düşərsə, onu etməmək daha yaxşıdır. Həmçinin müstəhəbdir ki, meyyitin ev əhlinə yemək göndərilsin. Onların yanında və mənzillərində yemək yemək məkruhdur. Məsələ: 632.Müstəhəbdir ki, insan qohumlarının, xüsusilə də övladının ölümündə səbirli olsun, hər vaxt meyyiti yad edəndə, “İnna lillahi və inna iləyhi raciun” desin. Meyyit üçün Quran oxusun, ata-ananın qəbrinin yanında Allahdan hacətlərini istəsin. Qəbri möhkəm düzəltsinlər, tez xarab olmasın. Məsələ: 633. İnsanın bir kəsin ölümündə üzünü, yaxud bədənini cırmaqlaması, özünə xəsarət vurması caiz deyildir. Məsələ: 634.Ata və qardaş ölümü istisna olçaqla, sair şəxslərin ölümündə paltarın yaxasını cırmaq caiz deyildir. Məsələ: 635.Əgər kişi arvadının, yaxud övladının ölümündə paltarının yaxasını cırsa, yaxud qadın meyyitin matəmində üzünü cırsa və qan gəlsə, yaxud öz saçlarını yolsa, gərək bir qul azad etsin, yaxud on fəqirə təam versin, yaxud da onları geyimlə tə”min etsin. Bu işləri edə bilməsə, üç gün oruc tutmalıdır. Hətta əgər cırdığı yerlərdən qan gəlməsə də, ehtiyat-vacibə görə bu əmələ (kəffarə hökmünə) əməl etsin. Məsələ: 636.Ehtiyat-vacib budur ki, meyyitə ağlamaqda səsi çox ucaltmasınlar. VƏHŞƏT NAMAZIMəsələ: 637.Müstəhəbdir ki, meyyitin dəfn olunduğu ilk gecə onun üçün iki rəkət vəhşət namazı qılsınlar. Onun qılınması qaydası belədir: birinci rəkətdə Həmddən sonra bir dəfə “Ayətəl-kürsü”, ikinci rəkətdə isə Həmddən sonra on dəfə “İnna ənzəlna” Surəsi oxunsun, namazın salamından sonra deyilsin:اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَدٍ وَابعَث ثَواَبَهَا اِلَى قَبرِ فُلاَن “Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd vəb”əs səvabəha ila qəbri fülan.” “Fulan” kəlməsinin yerinə mərhumun adını desin. Məsələ: 638.Vəhşət namazını, mərhumun dəfn olunduğu ilk gecənin hər saatında olsa, qılmaq olar. Amma daha yaxşı olar ki, işa namazından sonra gecənin əvvəlində qılınsın. Məsələ: 639.Əgər meyyiti uzaq bir şəhərə aparmaq istəsələr, yaxud başqa səbəblərə görə onun dəfni tə”xirə düşsə, bu halda vəhşət namazı onun qəbrə qoyulduğu ilk gecəyə qədər tə”xirə salınmalıdır. QƏBRİN AÇILMASIMəsələ: 640.Müsəlmanın qəbrini açmaq–hətta uşaq və ya dəli olsa belə–haramdır. Amma əgər, bədəni çürüyüb aradan getsə və torpağa çevrilsə eybi yoxdur.Məsələ: 641.İmamzadələrin (yə”ni İmam övladlarının), şəhidlərin, alimlərin, saleh bəndələrin qəbrini açmaq–hətta illər ötüb keçsə də belə haramdır. Məsələ: 642.Bir neçə halda qəbri açmaq haram deyildir: 1-Meyyit qəsbi torpaqda dəfn olunsa və yerin sahibi də onun orada qalmasına razı olmasa; 2-Meyyitin dəfn olunduğu kəfən, yaxud onunla birlikdə dəfn olunan başqa şeylər qəsbi olsa, sahibi də qəbirdə qalmasına razı olmasa, həmçinin əgər meyyitin vərəsələrinə çatacaq bir şey onunla birlikdə dəfn olunsa, vərəsələr də o şeyin qəbirdə qalmasına razı olmasalar; Amma əgər meyyit dua kitabı və Quran, yaxud üzüyünü onunla birlikdə dəfn olunmasını vəsiyyət etsə və vəsiyyəti malının üçdə birindən artıq olmasa, onları çıxartmaq üçün qəbri açmaq olmaz. 3-Meyyit qusulsuz və ya kəfənsiz dəfn olunsa, yaxud quslunun batil olmasını bilsələr və ya Şəriət qanunlarına uyğun olmayaraq kəfənə bükmüş olsalar, yaxud da qəbirdə onu üzü qibləyə qoymamış olsalar; 4-Müəyyən bir haqqı subut etmək üçün meyyitin bədənini görmək istəsələr; 5-Meyyiti, ehtiramsızlıq olan bir yerdə (məsələn, kafirlərin qəbristanlığında, yaxud toz-torpaq, zibil tökülən yerlərdə) dəfn etmiş olsalar; 6-Əhəmiyyəti qəbrin açılmasından daha çox olan şər”i bir mətləb üçün qəbri açsalar (məsələn, diri uşağı ölmüş anasının bətnindən çıxartmaq istəsələr); 7-Vəhşi heyvanların meyyitin bədənini parçalamasından, sel aparmasından, düşmənlərin çıxartmasından qorxslar; 8-Meyyitin, onunla birlikdə dəfn olunmayan ə”zasını dəfn etmək istəsələr. Amma ehtiyat-vacib budur ki, bədənin o ə”zasını qəbrə elə qoysunlar ki, meyyitin bədəni görünməsin. MÜSTƏHƏBB QUSULLARMəsələ: 643.Müqəddəs İslam Şəriətində müstəhəb qusullar çoxdur, o cümlədən:1-Cümə quslu. Onun vaxtı (cümə günü) sübh azanından zöhr azanına qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda etsinlər. Əgər bir kəs zöhrə qədər də yerinə yetirə bilməsə, yaxşı olar ki, əda və qəza niyyəti etmədən cümənin əsr vaxtına qədər yerinə yetirsin. Əgər cümə günü də qusul etməsə, ehtiyat budur ki, şənbə günü sübhdən qüruba qədər onun qəzasını yerinə yetirsin. Əgər bir kəs cümə günündə su tapmayacağından qorxsa, cümə axşamı günü qusul edə bilər. Hətta əgər cümə axşamı gecəsində “Allah Talanın istədiyidir” ümidi ilə etsə səhihdir. Cümə quslu alan vaxt müstəhəbbdir ki, bu duanı oxusun: اَسهَدُ اَن لاَاِلَهَ اِلاَّ الله وَحدَهُ لاَشَرِيكَ لَهُ وَاَنَّ مُحَمَّداً عَبدُهُ وَرَسُولُهُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاجعَلنِى مِنَ التَّواَبِينَ وَاجعَلنِى مِنَ المَتَطَهِّرِينَ 2-Mübarək Ramazan ayının birinci gecəsinin, həmçinin bu mübarək ayın tək günlərinin gecəsinin quslu; (məsələn 3, 5, 7-ci və s.) Amma 21-ci gecədən e”tibarən müstəhəbdir ki, bütün gecələrdə qusul etsin. Həmçinin 1, 15, 17, 19, 21, 23, 25, 27, 29-cu gecələrdə qusul etməyə daha artıq sifariş olunmuşdur. Mübarək Ramazan ayının gecələrinin quslunun vaxtı bütün gecədir və daha yaxşı olar ki, günəşin qürubuna yaxın olan vaxtlarda yerinə yetirilsin. Amma 21-ci gecədən ayın axırına qədərki qusullar yaxşı olar ki, məğrib və işa namazları arasında yerinə yetirilsin. Həmçinin müstəhəbbdir ki, 23-cü gecədə birinci qusuldan əlavə, gecənin axırında da bir qusul etsin. 3-Fitir və Qurban bayramı gününün quslu; Bunun da vaxtı sübh azanından günəş batana qədərdir. Daha yaxşı olar ki, onu bayram namazından qabaq etsinlər. Əgər zöhrdən qüruba qədərki vaxtda etsələr, ehtiyat budur ki, rəca niyyəti ilə yerinə yetirsinlər. 4-Fitr bayramının gecəsinin quslu; Onun da vaxtı məğribin əvvəlindən sübh namazına qədərdir. Daha yaxşı olar ki, gecənin əvvəlində yerinə yetirilsin. 5-Zil-həccənin 8-ci və 9-cu günlərinin quslu; Və 9-cu günündə daha yaxşı olar ki, onu zöhrə yaxın vaxtlarda yerinə yetirsinlər. 6-Rəcəb ayının 1, 15, 27 və axırıncı günlərinin quslu; 7-Qədir-Xum bayramının quslu; Bu da yaxşı olar ki, zöhrdən qabaq yerinə yetirilsin. 8-Zil-həccənin 24-ci gününün quslu. 9-Novruz bayramında, şə”banın 15, Rəbiül-əvvəlin 9 və 17, Zilqə”dənin 25-ci günlərində rəca qəsdi ilə qusul etsin. 10-Təzə dünyaya gələn uşağa verilən qusul; 11-Ərindən başqası üçün ətir vuran qadının quslu; 12-Məstlik halında yatan insanın quslu; 13-Bədənin hər hansı bir yerini qusul verilmiş meyyitə vuran kəsin quslu; 14-Günəş, yaxud ay tutulan vaxtda qəsdən ayət namazını qılmayan bir kəsin quslu (və bu da günəş və yaxud ay tamammilə tutulandadır); 15-Dara asılan kəsə tamaşa etmək üçün gedən və onu görən şəxsin quslu. Amma əgər, təsadüfən, yaxud naçarlıq üzündən gözü ona düşsə və ya misal üçün, şəhadət vermək üçün getsə qusul alması müstəhəb deyil. Məsələ: 644. Məkkənin hərəminə, Məkkə şəhərinə, Məscidül-Hərama, Kə”bə Evinə, Mədinənin hərəminə, Mədinə şəhərinə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidinə, İmamların (əleyhimüs-salam) hərəminə daxil olmamışdan qabaq müstəhəbdir ki, insan qusul etsin. Əgər bir gündə bir neçə dəfə o yerlərə müşərrəf olsa, bir qusul kifayətdir. Bir kəs bir gündə Məkkəyə, Məscidül-Hərama və Kə”bə Evinə daxil olmaq istəsə, bunların hamısı üçün bir qusul etsə, kifayətdir; habelə, əgər bir gündə Mədinə hərəminə, Mədinə şəhərinə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidinə daxil olmaq istəsə, onların hamısı üçün bir qusul kifayətdir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)i və İmamları uzaqdan və yaxud yaxından ziyarət etmək, Allahdan hacət istəmək üçün, habelə tövbə etmək, ibadət səbəbilə şadlıq, səfərə, xüsusilə Həzrət Seyyidüş-Şühəda (əleyhis-salam)-ın ziyarətinə səfər etmək üçün qusul etmək müstəhəbdir. Bu məsələdə deyilən qusullardan birini edib sonradan dəstəmazı batil edən bir iş görsə (məsələn, yatsa) onun quslu batil olur. Müstəhəbdir ki, yenidən qusul alsın. Məsələ: 645.İnsan müstəhəb qusul ilə, dəstəmazla şərtlənən əməli (namaz kimi) yerinə yetirə bilməz. Məsələ: 646.Əgər bir kəsə bir neçə qusul müstəhəb olsa və onların hamısının niyyəti ilə bir qusul etsə kifayətdir. |