|
||||||||||||||||||||
|
TƏYƏMMÜM7 yerdə dəstəmaz və qusul əvəzindən təyəmmüm almaq lazımdır.BİRİNCİ YERDəstəmaz və qusul almaq üçün lazım olan suyu tapmaq mümkün olmasa;Məsələ: 647.Əgər insan abadlıq yerdə olsa, dəstəmaz və qusul suyunu tapmaq üçün o qədər axtarış aparmalıdır ki, daha onu tapmaqdan naümid olsun. Amma əgər çöldə, biyabanda olsa, bu halda oranın məntəqəsi dərə-təpəlik olsa, yaxud ağac və s. kimi şeylər vasitəsilə geçirməsi müşkül olsa, hər dörd tərəfə, qədim kamanlardan atılan bir ox uçuşu qədərində axtarış aparmalıdır. Amma əgər (coğrafi şəraiti) bu cür olmayan yerdə olsa, hər tərəfə iki ox uçuşu miqdarında axtarış aparmalıdır. Məsələ: 648.Əgər dörd tərəfdən bə”ziləri düzənlik, bə”ziləri isə dərə-təpəlik, yaxud keçilməsi müşkül olsa, düzənlik tərəflərdə iki ox, bu cür olmayan tərəflərdə isə bir ox uçuşu miqdarda axtarış aparmalıdır. Məsələ: 649.Su olmadığına yəqin etdiyi tərəfdə axtarış aparmaq lazım deyil. Məsələ: 650.Namazın vaxtı az olmayan və su tapmaq üçün vaxtı olan bir kəs axtarmalı olduğu məkandan uzaq bir yerdə su olmasına yəqin etsə, bu halda maneəsi və məşəqqəti olmayan surətdə su tapmaq üçün getməlidir. Əgər su olmasına gümanı olsa, o yerə getməsi lazım deyil. Amma əgər yəqinə yaxın gümanı olsa, ehtiyat-vacibə görə, su tapmaq üçün o yerə getməlidir. Məsələ: 651.İnsanın özünün su axtarmaq üçün getməsi vacib deyil, hətta sözlərindən xatircəmlik hasil olan başqa bir adamı da göndərə bilər. Bu halda bir nəfər bir neçə nəfərin tərəfindən getsə, kifayətdir. Məsələ: 652.Əgər səfər yüklərinin arasında, yaxud mənzilində, yaxud da karvanda su olmasına ehtimal versə, o qədər axtarış aparmalıdır ki, suyun olmaması barədə yəqinlik tapsın, yaxud da onu tapmaqdan naümid olsun. Məsələ: 653.Əgər namaz vaxtı daxil olmamışdan əvvəl axtarış aparıb su tapmasa, namaz vaxtına qədər və həmin yerdə qalsa, namaz vaxtı daxil olandan sonra yenidən su axtarmağa getməsi lazım deyil. Məsələ: 654.Əgər namaz vaxtı daxil olandan sonra axtarış aparıb su tapmasa və sonrakı namaz vaxtına qədər həmin yerdə qalıb su tapılacağına ehtimal versə, ehtiyat-vacib budur ki, su axtarmağa getsin. Məsələ: 655. Əgər vəhşi heyvanlardan, oğrudan, öz mal və canının təhlükəyə düşməsindən qorxursa;, yaxud su axtarmaq dözüləsi mümkün olmayan qədər çətin olsa, və ya namazın vaxtı çox az olsa və axtarış aparmağa heç vaxt olmasa, bu halda axtarış aparmaq lazım deyil. Məsələ: 656.Əgər su axtarmağa getməsə və namazın da vaxtının qurtarmasına az qalsa, günah etmişdir, amma namazı təyəmmümlə səhihdir. Məsələ: 657.Su tapmayacağına yəqini olan bir kəs su axtarmaq üçün getməyib təyəmmümlə namaz qılsa və namazdan sonra axtarış aparacağı halda su tapacağını bilsə, namazı batildir. Məsələ: 658.Əgər axtarış apardıqdan sonra su tapmayıb təyəmmümlə namazı qılsa və sonradan başa düşsə ki, axtarış apardığı filan yerdə su var imiş, namazı səhihdir. Məsələ: 659.Əgər namaz vaxtının daxil olmasından sonra dəstəmazı olsa və dəstəmazını batil edərsə su tapmasının mümkün olmayacağını bilsə, bu halda əgər bacarırsa, dəstəmazını saxlasın və onu batil etməsin. Məsələ: 660.Əgər namaz vaxtından əvvəl dəstəmazı olsa və öz dəstəmazını batil edəcəyi halda su tapmaq mümkün olmayacağını bilsə, bu halda öz dəstəmazını saxlaya bilsə ehtiyat-vacib budur ki, onu batil etməsin. Məsələ: 661.Əgər bir kəsin yalnız dəstəmaz və yaxud qusul almaq miqdarında suyu olsa və onu yerə tökərsə su tapmayacağını bilsə, namazın vaxtı daxil olandan sonra o suyu yerə tökmək haramdır. Ehtiyat-vacib budur ki, namaz vaxtı daxil olmamışdan qabaq da o suyu yerə tökməsin. Məsələ: 662.Su tapmayacağını bilən bir kəs, namazın vaxtı daxil olandan sonra öz dəstəmazını batil etsə, yaxud ixtiyarında olan suyu yerə töksə, günah etmişdir. Amma namazı təyəmmümlə səhihdir, ehtiyat-müstəhəb budur ki, bu namazın qəzasını da yerinə yetirsin. İKİNCİ YERMəsələ: 663.Əgər bir kəs qocalıq səbəbilə, yaxud oğrudan, yırtıcı heyvandan və s. kimi şeylərdən qorxmaq və yaxud da suyu quyudan çıxartmaq üçün lazımi avadanlığın olmaması səbəbilə su əldə edə bilməsə, təyəmmüm etməlidir. Məsələ: 664.Əgər suyu quyudan çəkmək üçün ip vedrə və s. kimi şeylərə ehtiyac duyulsa və onları almağa, yaxud kirayə etməyə məcbur olsa, hətta onların qiyməti adi vaxtdakı qiymətdən bir neçə dəfə baha olsa da, onu almalıdır. Həmçinin, əgər suyu öz qiymətindən bir neçə qat baha qiymətə satsalar da eyni qayda ilə (yə”ni almalıdır). Amma əgər onları almaq üçün çoxlu pul istəsələr, belə ki, alanın vəziyyətinə zərər yetirsə, alması vacib deyil. Məsələ: 665.Əgər bir kəs su əldə etmək üçün borc almağa naçar olsa borc almalıdır. Amma öz borcunun qaytara bilməməsini bilsə və yaxud güman etsə, borc alması vacib deyil. Məsələ: 666.Əgər quyu qazmaq məşəqqətli olmasa, ehtiyat-vacibə görə, su əldə etmək üçün quyu qazmalıdır. Məsələ: 667.Əgər bir kəs adi halda minnətsiz su ehsan bəxşiş etsə gərək onu qəbul etsin. ÜÇÜNCÜ YERMəsələ: 668.Əgər bir kəs suyun işlədilməsinin səhhətinə zərər verəcəyindən, yaxud onu istifadə edəcəyi halda hər hansı bir xəstəlik və eybin vücuda gələcəyindən, yaxud xəstəliyinin uzanacağından, şiddətlənəcəyindən və ya çətinliklə müalicə olunacağından qorxsa, təyəmmüm etməlidir. Amma əgər isti suyun zərəri olmasa, isti su ilə dəstəmaz və ya qusul etməlidir. Məsələ: 669.Suyun insana zərəri olmasını yəqin etmək lazım (ilzami) deyil; hətta əgər zərər ehtimalı da versə və onun ehtimalı, camaatın nəzərində yerli ehtimal olsa və bu ehtimaldan onun üçün qorxu hasil olsa təyəmmüm etməlidir. Məsələ: 670.Göz ağrısı xəstəliyinə düçar olan və su işlədilməsi zərər olan şəxs təyəmmüm etməlidir. Məsələ: 671.Əgər zərərin baş verəcəyinə yəqini olsa, yaxud zərərdən qorxub təyəmmüm etsə və namazdan sonra onun zərəri olmadığını başa düşsə, təyəmmümü batildir. Amma əgər namazdan sonra başa düşsə qıldığı namaz səhihdir. Məsələ: 672.Suyun zərərli olmamasını bilən bir şəxs qusul, yaxud dəstəmaz alıb sonradan zərərli olduğunu başa düşsə, aldığı qusul və dəstəmaz səhihdir. DÖRDÜNCÜ YERMəsələ: 673.Əgər insan suyu dəstəmaz və qusul üçün məsrəf edəcəyi halda özü, əyalı, övladları, dostu və ona aid olan şəxslərin (nökər və ya külfət) susuzluqdan öləcəklərindən, yaxud xəstələnəcəklərindən, yaxud da dözülməsi məşəqqətli olan qədər susayacaqlarından qorxsa, dəstəmaz və qusul əvəzindən təyəmmüm etməlidir. Həmçinin özünün, yaxud başqasının malı olan heyvanın susuzluqdan tələf olmasıdan qorxsa, suyu onlara verib təyəmmüm almalıdır. Həmçinin əgər, canının hifzi vacib olan bir kəs çox susuz olsa və suyu ona verməyəcəyi halda tələf olacaqsa, suyu ona verib təyəmmüm etməlidir. Məsələ: 674.Əgər qusul və dəstəmaz üçün ayrılan pak sudan əlavə, özünün və ya ona aid olan şəxslərin içməsi miqdarında nəcis suyu da olsa, pak suyu içmək üçün sərf etməli, təyəmmüm ilə namaz qılmalıdır. Əgər suyu heyvana içirtmək istəsə, nəcis suyu ona verib pak su ilə dəstəmaz və qusul almalıdır. BEŞİNCİ YERMəsələ: 675.Bədəni, yaxud paltarı nəcis olan və yalnız qusul və dəstəmaza çatan qədər suyu olan bir kəs, dəstəmaz və qusul aldıqda, bədənini və yaxud paltarını suya çəkmək üçün suyu qalmayacaqsa, bədənini və paltarını suya çəkib təyəmmümlə namaz qılmalıdır. Amma əgər təyəmmüm almaq üçün bir şeyi olmasa, o suyu dəstəmaz və qusul üçün istifadə edib, nəcis bədən və ya paltarla namaz qılmalıdır.ALTINCI YERMəsələ: 676.Əgər istifadəsi haram olan su və ya qabdan başqa bir suyu və ya qabı olmazsa (məsələn, suyu, yaxud qabı qəsbi olsa və ondan da başqa suyu və yaxud qabı olmasa), dəstəmaz və ya qusul yerinə təyəmmüm etməlidir.YEDDİNCİ YERMəsələ: 677. Əgər vaxt çox az olsa və dəstəmaz, yaxud qusul alacağı təqdirdə namazın hamısı, yaxud bir miqdarı namazın vaxtından sonra qılınacaqsa (qəza olacaqsa), təyəmmüm etməlidir.Məsələ: 678.Əgər qəsdən namazı çox tə”xirə salsa və qusul, yaxud dəstəmaz üçün vaxt olmasa, günah etmişdir, amma onun namazı təyəmmümlə səhihdir. Ehtiyat-müstəhəb budur ki, o namazın qəzasını yenidən qılsın. Məsələ: 679.Dəstəmaz və ya qusul alacağı təqdirdə namaz üçün vaxt qalıb-qalmayacağında şəkk edən bir kəs təyəmmüm etməlidir. Məsələ: 680.Vaxtın az olması səbəbilə təyəmmüm alan bir kəsin namazdan sonra ixtiyarında olan su əlindən çıxsa, hətta əgər öz təyəmmümünü pozmayıbsa, vəzifəsi təyəmmüm olan surətdə yenidən təyəmmüm etməlidir. Məsələ: 681.İxtiyarında su olan bir şəxs vaxtın az olması səbəbi ilə təyəmmüm alıb namaza başlasa və namaz əsnasında ixtiyarında olan su əlindən çıxsa, sonrakı namazlar üçün həmin təyəmmümlə namaz qıla bilməz, əksinə yenidən təyəmmüm almalıdır. Məsələ: 682.Əgər insanın dəstəmaz və ya qusul alıb namazı müstəhəb əməlləri (iqamə, qunut və s.) yerinə yetirmədən qılmağa vaxt varsa gərək qusul edib, yaxud dəstəmaz alıb namazı, onun müstəhəb əməllərini yerinə yetirmədən qılsın. Hətta əgər Surəni oxumaq üçün də vaxt olmasa, qusul edib dəstəmaz almalı, namazı Surəsiz qılmalıdır. TƏYƏMMÜMÜN SƏHİH OLDUĞU ŞEYLƏRMəsələ: 683.Təyəmmüm torpağa, quma, kəsəyə, daşa (əgər pak olsalar) səhihdir. Həmçinin, bişmiş palçığa (kərpic, kuzə və s.) da səhihdir.Məsələ: 684.Gəc daşına, əhəng daşına, qara mərmər daşına və s. növlərdən olan daşlara təyəmmüm etmək səhihdir. Amma cəvahirlərə (əqiq, firuzə və s.) edilən təyəmmüm batildir. Ehtiyat-vacib budur ki, bişmiş əhəngə və gəcə də təyəmmüm edilməsin. Məsələ: 685.Əgər torpaq, qum, kəsək və daş tapılmasa, palaz-paltar, xalça və s. kimi şeylərin üstündə olan tozlara təyəmmüm edilməlidir. Əgər toz da tapılmasa, palçığa təyəmmüm edilməlidir. O da tapılmasa, ehtiyat-müstəhəbbə görə namazı təyəmmümsüz qılmalı, ehtiyata əsasən, sonra qəzasını da yerinə yetirməlidir. Məsələ: 686.Əgər palaz-paltar və s. kimi şeyləri çırpmaqla torpaq əldə etmək mümkün olarsa, bu halda toza təyəmmüm etmək batildir. Əgər palçığı qurudub torpaq əldə etmək mümkün olarsa, bu halda palçığa edilən təyəmmüm batildir. Məsələ: 687.Suyu olmayan bir kəsin qarı və ya buzu olsa, mümkün olan surətdə onu əridib su etməli və onunla dəstəmaz və ya qusul almalıdır. Amma əgər mümkün olmasa və təyəmmümün səhih olduğu şeylər də tapılmasa, ehtiyat-müstəhəb budur ki, namazı dəstəmazsız, təyəmmümsüz qılsın, ehtiyat-vacibə görə sonradan qəzasını etsin. Məsələ: 688. Əgər torpağa və quma təyəmmümün batil olduğu şeylər (saman kimi) qarışsa, ona təyəmmüm etmək olmaz. Amma həmin qarışıq çox az olub torpaqda və ya qumda aradan getmiş hesab olunsa, onlara təyəmmüm etmək səhihdir. Məsələ: 689.Təyəmmüm etmək üçün bir şey olmazsa, imkan daxilində almaq və s. yollarla əldə etmək lazımdır. Məsələ: 690.Palçıq divara təyəmmüm etmək səhidir. Amma ehtiyat-müstəhəb budur ki, quru yer və quru torpaq olan halda, nəmli torpağa və yerə təyəmmüm olunmasın. Məsələ: 691.Üstünə təyəmmüm edilən şey pak olmalıdır. Əgər bir şəxsin təyəmmümün səhih olduğu pak şeyi olmazsa, namaz ona vacib deyil. Amma ehtiyat-müstəhəb budur ki, təyəmmümsüz və dəstəmazsız namaz qılıb ehtiyat-vacibə görə qəzasını da yerinə yetirsin. Məsələ: 692.Əgər bir şeyə təyəmmümün səhih olduğunu yəqin etdikdən sonra təyəmmüm edib sonradan, həmin şeyə batil olduğu mə”lum olsa, o təyəmmümlə qıldığı namazı yenidən qılmalıdır. Məsələ: 693.Üstünə təyəmmüm edilən şey qəsbi olmamalıdır. Məsələ: 694.Fəzası qəsbi olan yerdə edilən təyəmmüm batil deyil. Deməli, bir kəs öz mülkündə əllərini yerə vurub icazəsiz başqasının mülkünə daxil olaraq əllərini alnına çəksə, onun təyəmmümü batil deyil. Məsələ: 695.Əgər təyəmmüm aldığı yerin qəsbi olmasını bilməsə və ya bilib unutsa–hətta unudan şəxsin özü qəsb edən olsa da, onun təyəmmümü səhihdir. Məsələ: 696.Qəsbi yerdə məhbus olan bir kəs, o yerin suyu və torpağı da qəsbi olarsa, təyəmmümlə namaz qılmalıdır. Məsələ: 697.Müstəhəbdir ki, üstünə təyəmmüm edilən şeyin tozu olsun ki, əllərdə qalsın. Əlləri ona vurduqdan sonra müstəhəbdir ki, bir az hərəkət etdirsin, tozları tökülsün. Məsələ: 698.Çala-çuxur yerə, yolların torpağına, şoran yerə (əgər torpağının üzünü duz örtməyibsə) təyəmmüm etmək məkruhdur. Amma əgər duz onun üstünü tutmuş olsa, batildir. |