|
||||||||||||||||||||
|
NAMAZIN HÖKMLƏRİNamaz dinin ən mühüm əməllərindəndir ki, əgər Allah-Taalanın dərgahında qəbul olsa, sair ibadətlər də qəbul olar; yox əgər qəbul olunmazsa sair əməllər də qəbul olunmaz. Necə ki, insan gündə beş dəfə çayda çimsə, bədəni çirkdən təmizləndiyi kimi beşlik təşkil edən namazlar da insanı günahlardan təmizləyir. Daha yaxşı olar ki, insan namazı vaxtın əvvəlində qılsın. Hər kəs namazı alçaq və yüngül saysa, namaz qılmayanlar kimidir. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Namaza əhəmiyyət verməyən və onu yüngül sayan kəs axirət əzabına layiqdir.”Günlərin birində Həzrəti Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məsciddə idi. Bir kişi məscidə daxil olub namaza başladı, amma rüku və səcdəni layiqincə yerinə yetirmədi. Həzrət buyurdu: “Əgər bu kişi, namazı belə olan halda dünyadan getsə, mənim dinimdə dünyadan getməyib.” Deməli, insan gərək namazı əlüstü və tə”cili halda qılmasın. Namaz halında Allahı yad etsin, xüzu və xüşu və vüqarlı olsun. Xatırlasın ki, kiminlə danışır. Özünü Allahın böyüklüyü və əzəməti qarşısında çox zəlil və əhəmiyyətsiz görsün. Əgər insan namaz vaxtı bu məsələlərə tam diqqət yetirsə, özündən xəbərsiz olar. Necə ki, namaz halında oxu Əli (əleyhis-salam)-ın mübarək ayağından çıxartdılar və O Həzrət bunu hiss etmədi. Həmçinin, namaz qılan şəxs tövbə və istiğfar etməli, namazın Allah dərgahında qəbul olmasının qarşısını alan günahları (həsəd, təkəbbür, qeybət, haram mal yemək, məstedici şeylər içmək, xums-zəkat verməmək, ümumiyyətlə hər günahı) tərk etsin. Həmçinin, daha yaxşı olar ki, namazın savabını azaldan işləri də görməsin. Məsələn, yuxulu halda, bovlun qabağını zorla saxladığı halda namaza dayanmasın, namazda göylərə tərəf baxmasın. Həmçinin namazın savabını artıran əməlləri yerinə yetirsin: əqiq üzük taxsın, pak-pakizə paltarlar geysin, başını darayıb, dişlərini yusun, özünü ətirləsin. VACİBİ NAMAZLARVacibi namazlar altıdır: gündəlik namazlar, ayət namazı, meyyit namazı, Allah Evinin vacibi təvaf namazı (təməttö və müfrəd ümrədəki təvaf namazı, təməttö həccində təvaf namazı, nisa təvaf namazı), ata-ananın (böyük oğula vacib olan) qəza namazı, icarə, nəzir, and, əhd və s. kimi şeylərlə vacib olan namaz. (Qeyd etmək lazımdır ki, icarə, nəzir, and, əhd kimi şeylər səbəblərlə vacib olan namazların özü vacib deyil, əksinə icarə, nəzir, and və əhdə vəfa etmək səbəbilə vacibdir.)GÜNDƏLİK VACİB NAMAZLARGündəlik vacib namazlar beşdir: zöhr və əsr (hər biri dörd rəkət), məğrib (üç rəkət), işa (dörd rəkət), sübh (iki rəkət). Məsələ: 727.Səfərdə dörd rəkətli namazlar gələcəkdə deyilən şərtlərlə, iki rəkət qılınmalıdır. ZÖHR VƏ ƏSR NAMAZLARININ VAXTIMəsələ: 728.Əgər çubuq və bu kimi şeyi düz yerə şaquli vəziyyətdə batırsalar, günəş çıxanda onun kölgəsi günbatan tərəfə düşür. Günəş yuxarı qalxdıqca, onun kölgəsi azalır. Günortadan keçəndə, çubuğun kölgəsi günçıxan tərəfə keçir. Günəş qüruba yaxınlaşdıqca, çubuğun kölgəsi də uzanır. Deməli, çubuğun kölgəsi azaldığı istiqamətdə ən az (minimum) nöqtəyə çatıb sonra artmağa başladığı vaxt şər”i zöhr olması mə”lum olur. Amma bə”zi şəhərlərdə (Məkkə kimi) bə”zi vaxtlar zöhr olanda çubuğun kölgəsi tamamilə yox olur. Kölgə yenidən görünməyə başlayanda mə”lum olur ki, zöhr olmuşdur.Məsələ: 729.Zöhrü müəyyən etmək üçün yerə batırılan çubuq və s. kimi şeylərə “şaxis” deyilir. Məsələ: 730.Zöhr və əsr namazlarının hər birinin məxsus və müştərək vaxtları vardır. Zöhr namazının məxsus vaxtı zöhrün əvvəlindən, zöhr namazı qılınan vaxt qədər keçənə qədərdir. Əsr namazının məxsus vaxtı isə məğribə, əsr namazı qılmaq miqdarında vaxt qalandadır ki, əgər bir kəs bu vaxta qədər zöhr namazını qılmasa qəza olur və əsr namazını qılmalıdır. Zöhr namazının məxsus vaxtı ilə əsr namazının məxsus vaxtı arasında olan vaxt bu namazların müştərək vaxtıdır. Əgər bir kəs müştərək vaxtda səhvən zöhr namazını əsrin yerinə, yaxud əsr namazını zöhrün yerinə qılsa səhihdir. Məsələ: 731.Əgər zöhr namazını qılmazdan əvvəl səhvən əsr namazına başlasa və namaz əsnasında səhvini başa düşsə, bu halda əgər müştərək vaxtdadırsa, niyyəti zöhr namazına döndərməlidir. (Yə”ni niyyət etməlidir ki, bu vaxta qədər qılmış olduğu, hal-hazırda qıldığı və bundan sonra qılacaqları–hamısı zöhr olsun.) Namazı qurtarandan sonra isə əsr namazı qılsın. Amma əgər zöhr namazının məxsus vaxtında olsa, niyyətini zöhr namazına döndərib namazı qurtarmalı, sonra isə əsr namazını qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, əsr namazından sonra, zöhrü və əsri yenidən qılsın. Məsələ: 732.Cümə namazı iki rəkətdən ibarətdir və cümə günü zöhr namazının yerinə qılınır. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in, məsum İmamlar (əleyhis-salam)-ın və onun naiblərinin hazır olduqları vaxtlarda vacibi-eynidir, Qeybəti-Kübra zamanında isə vacibi-təxyiridir, yə”ni bir kəs zöhr və cümə namazının hər birini qılmaqda ixtiyar sahibidir. Amma ədalətli İslam hökuməti zamanında cümə namazı qılınsa, daha yaxşı olar ki, cümə namazını qılsın. Məsələ: 733. Ehtiyat-vacib budur ki, cümə namazı camaat arasında zöhrün əvvəli hesab edilən vaxtdan o yana tə”xirə salınmasın; əgər zöhrün əvvəlindən tə”xirə düşsə, cümə namazının yerinə zöhr namazı qılınsın. Məsələ: 734.730-cu məsələdə bəyan olunduğu kimi, zöhr və əsr, həmçinin, məğrib və işa namazlarının hər biri üçün məxsus vaxt vardır ki, əgər mükəlləf şəxs qəsdən əsr namazını zöhrün məxsus vaxtında, yaxud işa namazını məğribin məxsus vaxtında qılsa namazı batildir. Amma əgər, başqa bir namazı (məsələn, sübh namazının qəzasını) zöhrün və ya məğribin məxsus vaxtında qılsa, namazı səhihdir. MƏĞRİB VƏ İŞA NAMAZLARININ VAXTIMəğrib o vaxtıdır ki, gün batandan sonra məşriq tərəfdən zahir olan qızartı, insanın başının üstündən (məğribə tərəf) keçmiş olsun.Məsələ: 736.Məğrib və işa namazlarının hər birinin həm məxsus, həm də müştərək vaxtı vardır. Məğrib namazının məxsus vaxtı məğribin əvvəlindən başlayır və məğribdən üç rəkət namaz qılmaq qədər vaxt keçəndə tamam olur. Əgər məsələn, bir kəs səfərdə olsa və işa namazının hamısını (iki rəkəti) səhvən bu vaxtda qılsa, namazı batildir. İşa namazının da məxsus vaxtı budur ki, onu qılmaq qədərində gecənin yarısına vaxt qalmış olsun. Əgər bir kəs bu vaxta qədər məğrib namazını qəsdən qılmasa, əvvəlcə işa namazını qılmalı, sonra isə məğribin qəzasını etməlidir. Məğrib namazı ilə işa namazının məxsus vaxtları arasındakı vaxt bu iki namazın müştərək vaxtıdır ki, əgər bir kəs səhvən işa namazını məğrib namazından əvvəl qılsa və namazdan sonra, əvvəl qılmasını bilsə namazı səhihdir və məğrib namazını ondan sonra qılmalıdır. Məsələ: 737.Mə”nası qabaqkı məsələdə deyilən məxsus və müştərək vaxt müxtəlif şəxslər üçün fərqlidir. Məsələn, əgər iki rəkət namaz qılmaq qədərində zöhrün əvvəlindən keçsə, səfərdə olan şəxsin zöhr namazının məxsus vaxtı tamam olur və müştərək vaxtda daxil olar. Amma müsafir olmayan kəslər üçün zöhrün əvvəlindən dörd rəkət namaz qılmaq müddətində keçməlidir. Məsələ: 738.Əgər məğrib namazını qılmamışdan əvvəl səhvən işa namazına başlasa və namaz əsnasında səhvini başa düşsə, bu halda əgər qıldıqlarının hamısı və ya bir hissəsi müştərək vaxtda qılsa, dördüncü rəkətin rükusuna getməmiş olsa, niyyətini məğrib namazına döndərib namazı qurtarmalı, sonra da işa namazını qılmalıdır. Əgər dördüncü rəkətin rükusuna getmiş olsa, işa namazını tamamlayıb sonra məğrib namazını qılmalıdır. Amma qıldıqlarının hamısı məğrib namazının məxsus vaxtında olarsa, namazı batildir. Məsələ: 739.İşa namazının vaxtının axırı gecə yarısıdır. Ehtiyat-vacib budur ki, məğrib, işa və s. namazlarda kecəni qürubun əvvəlindən sübh azanına qədər hesab etsin. Gecə namazı və bu kimi işlər üçün də günəş çıxan vaxta qədər hesab edə bilər. Məsələ: 740.Əgər müəyyən üzrlər səbəbilə məğrib, yaxud işa namazını kecə yarısına qədər qıla bilməsə, ehtiyat-vacibə görə gərək sübh azanından qabaq əda və qəza niyyəti etmədən qılsın. SÜBH NAMAZININ VAXTIMəsələ: 741.Sübh azanına yaxın vaxtlarda günçıxan tərəfdən bir ağartı yuxarı tərəfə hərəkət edir ki, buna birinci fəcr deyilir. Bu ağlıq üfüqün məşriq tərəfində genişlənib yayılsa, buna ikinci fəcr deylir ki, sübh namazının əvvəl vaxtıdır. Axırıncı vaxtı isə günəşin çıxdığı vaxtdır. |