|
||||||||||||||||||||
|
NAMAZ VAXTININ HÖKMLƏRİMəsələ: 742.İnsan vaxtın daxil olmasına yəqin edəndən, yaxud iki adil şəxsin vaxtın daxil olmasını xəbər verəndən sonra namaza başlaya bilər. Bu şərtlə ki, onların xəbərləri və şəhadətləri hissi olsun. Məsələn, şəhadət versinlər ki, şaxisin kölgəsi qısalıb axır həddə çatdıqdan sonra artmağa başlayıbdır. Vaxtı bilən və sözündən arxayanlıq hasil olan şəxsin azanı kifayətdir.Məsələ: 743.Kor, zindanda olan və bu kimi şəxslər ehtiyat-vacibə görə nə qədər ki, vaxtın daxil olmasını yəqin etməyiblər, namaza başlamasınlar. Amma əgər, insan göydə müəyyən maneə (bulud, toz, duman və s.) səbəbilə namazın əvvəl vaxtının daxil olmasını yəqin edə bilməsə və bu hamı üçün yəqin hasil olmasına maneədirsə, bu halda vaxtın daxil olduğunu güman etdikləri vaxt namaza başlaya bilərlər. Məsələ: 744. Əgər insan namazın vaxtının daxil olduğunu yəqin etsə, yaxud iki nəfər adil kişi hiss üzündən vaxtın daxil olmasını xəbər versə və o şəxs namaza başlayıb namaz əsnasında hələ vaxtın daxil olmadığını başa düşsə, namazı batildir. Həmçinin əgər namazdan sonra, namazın hamısının vaxtından qabaq qıldığını başa düşsə, namazı batildir və yenidən qılmalıdır. Amma əgər namaz əsnasında vaxtın daxil olduğunu başa düşsə, yaxud namazdan sonra, vaxtın namaz əsnasında daxil olduğunu bilsə, səhihdir. Məsələ: 745.Əgər insan qəflət və ya unutqanlıq üzündən namaza, vaxtın daxil olmasına yəqinlik hasil olduqdan sonra başlamalı olacağına diqqət yetirməsə, bu halda əgər namazdan sonra, namazın hamısını vaxtın daxilində qıldığını bilsə namazı səhihdir; əgər namazın hamısını vaxtdan əvvəl qıldığını başa düşsə, habelə vaxtında qıldığını, yaxud vaxtdan əvvəl qıldığını bilməsə namazı batildir. Hətta əgər namazdan sonra, vaxtın namaz əsnasında daxil olduğunu başa düşsə, ehtiyat-vacib budur ki, o namazı yenidən qılsın. Məsələ: 746.Əgər vaxtın daxil olmasını yəqin edib namaza başlasa və namaz əsnasında yenidən vaxtın daxil olub-olmamasında şəkk etsə namazı batildir. Amma namaz əsnasında vaxtın olmasına yəqin edib, qıldığı miqdarın vaxt daxilində olub-olmamasında şəkk etsə namazı səhihdir. Məsələ: 747.Əgər namazın vaxtı çox az olsa və onun bə”zi müstəhəblərinin yerinə yetirilməsi vacibatının bə”zisinin vaxtdan xaricdə qılınacağına səbəb olsa, o müstəhəbləri tərk etməlidir. Məsələn, əgər qunutu yerinə yetirmək səbəbilə namazın bir miqdarı vaxtdan xaricdə qılınacaqsa qunut tutmamalıdır; əgər qunut tutsa, günah etmişdir, amma namazı səhihdir. Məsələ: 748.Bir kəsin bir rəkət namaz qılmaq miqdarında vaxtı olsa, namazı əda niyyəti ilə qılmalıdır. Amma gərək namazı qəsdən bu vaxta qədər tə”xirə salmasın. Məsələ: 749.Müsafir olmayan bir kəsin məğribə beş rəkətlik namaz qədərində vaxtı qalsa, zöhr və əsr namazının hər ikisini qılmalıdır. Amma bundan az vaxt qalırsa, gərək təkcə əsr namazını qılsın, sonra isə zöhrün qəzasını etsin. Habelə gecə yarısına qədər beş rəkətlik namaz qılmaq qədərində vaxt qalsa, məğrib və işa namazının hər ikisini qılmalıdır. Əgər bundan az miqdarda vaxt qalsa təkcə işa namazını qılıb, sonra məğrib namazını ehtiyat-vacibə görə əda və qəza niyyəti etmədən qılmalıdır. Məsələ: 750.Səfərdə olan bir kəsin əgər məğribə qədər üç rəkət namaz qılmaq miqdarında vaxtı olsa, zöhr və əsr namazının hər ikisini qılmalıdır. Əgər bundan az miqdarda vaxt olsa, təkcə əsr namazını qılıb sonra isə zöhr namazının qəzasını etsin. Habelə, əgər gecə yarısına qədər dörd rəkət namaz qılmaq miqdarında vaxt olsa məğrib və işa namazının hər ikisini qılmalıdır. Amma bundan az miqdarda vaxtı olsa, işa namazını qılıb sonra məğrib namazını əda və qəza niyyəti etmədən qılmalıdır. İşa namazını qıldıqdan sonra bir rəkət və ya daha artıq namaz qılmaq qədər vaxt qaldığı mə”lum olarsa, kecə yarısına qədər dərhal məğrib namazını əda niyyəti ilə qılmalıdır. Məsələ: 751.Müstəhəbdir ki, insan namazı vaxtında qılsın. Bu barədə çoxlu sifariş olunmuşdur. Namaz nə qədər əvvəl vaxtda yaxın vaxtlarda qılınsa bir o qədər yaxşıdır. Amma əgər namazın tə”xirə salınması müəyyən səbəblərə görə (məsələn, namazı tə”xirə salıb camaatla birlikdə qılmaq istəsə) yaxşı olsa eybi yoxdur. Məsələ: 752.Əgər insan müəyyən üzr səbəbilə əvvəl vaxtda namaz qılmaq istəsə və nəticədə təyəmmümlə qılmağa məcbur olsa, bu halda əgər üzrünün vaxtın axırına qədər qalacağını bilsə və ya ehtimal versə, əvvəl vaxtda namaz qıla bilər. Amma əgər misal üçün, paltarı nəcis olsa, yaxud başqa bir üzrü olsa və üzrünün aradan qalxmasına ehtimal versə, ehtiyat-vacibə görə üzrü aradan qaldırılana qədər gözləməlidir ki, əgər üzrü aradan qalxmasa, axır vaxtda namaz qılsın. O qədər də gözləməməlidir ki, namazın təkcə vacib işlərini yerinə yetirə bilsin; hətta əgər namazın müstəhəb əməlləri üçün də (azan, iqamə, qunut) da vaxtı olsa, namazı nəcis paltarla, həmin müstəhəblə yerinə yetirsin. Məsələ: 753.Bir kəs namazın məsələlərini, şəkkiyyatı, səhviyyatı bilmirsə və bunlardan hər hansının namazda qarşıya çıxacağına ehtimal verirsə, ehtiyat-vacibə görə onları öyrənmək üçün namazı əvvəl vaxtdan sonraya tə”xirə salmalıdır. Amma əgər namazı səhih tərzdə tamam etməsinə xatircəmdirsə, əvvəl vaxtda qıla bilər: əgər namazda məsələsini bilmədiyi bir hökm qabağa gəlməsə, namazı səhihdir. Amma əgər hökmünü bilmədiyi bir məsələ qabağa gəlsə, ehtimal verdiyi iki tərəfdən birinə əməl edərək namazı qılıb qurtara bilər. Amma namazdan sonra məsələni soruşmalıdır ki, əgər batil olubsa, yenidən qılsın. Məsələ: 754.Əgər namazın vaxtı çox olsa və borclu da öz borcunu istəsə, mümkün olan surətdə gərək əvvəl borcunu verib, sonra namaz qılsın. Həmçinin əgər dərhal yerinə yetirilməsi vacib bir iş qarşıya çıxsa məsələn, məscidin nəcis olduğunu görsə, əvvəlcə məscidi təmizləyib sonra namazı qılmalıdır. Əgər əvvəl namazını qılsa mə”siyət etmişdir, amma namazı səhihdir. TƏRTİBLƏ QILINMALI OLAN NAMAZLARMəsələ: 755. İnsan əsr namazını zöhrdən, işa namazını isə məğribdən sonra qılmalıdır. Əgər qəsdən əsr namazını zöhrdən və işa namazını məğribdən əvvəl qılsa, batildir.Məsələ: 756.Əgər zöhr niyyəti ilə namaza başlasa və namaz əsnasında, zöhr namazını qıldığı yadına düşsə, niyyəti əsrə döndərə bilməz. O namazı pozub əsr namazını qılmalıdır. Məğrib və işa namazında da bu qayda ilə. Məsələ: 757.Əgər əsr namazı əsnasında zöhr namazını qılmadığını yəqin edib niyyəti zöhr namazına döndərsə, rüknə daxil olandan sonra yenidən zöhr namazını qılması yadına düşsə, ehtiyat-vacibə görə gərək niyyəti əsrə döndərib namazı qurtarandan sonra əsr namazını sonradan qılsın. Amma əgər rüknə daxil olmamışdan qabaq yadına düşsə, gərək niyyəti əsrə döndərib zöhr niyyəti ilə qıldıqlarını əsr namazı niyyəti ilə yenidən qılsın və namazı səhihdir. Amma ehtiyat-müstəhəbbə görə gərək əsr namazını yenidən qılsın. Məsələ: 758.Əgər bir kəs əsr namazı əsnasında, zöhrü qılıb-qılmaması barədə şəkk etsə, niyyəti zöhrə döndərməlidir. Amma vaxt çox az olsa, belə ki, namazı qurtarandan sonra məğrib çatacaqsa, əsr namazı niyyəti ilə namazı qurtarıb sonra zöhrün qəzasını qılmalıdır. Məsələ: 759.Əgər işa namazı əsnasında dördüncü rəkətin rükusuna getməmişdən əvvəl, məğrib namazını qılıb-qılmaması barədə şəkk etsə, bu halda vaxt çox az olsa, belə ki, namazı qurtarandan sonra gecə yarısı olacaqsa işa namazı niyyəti ilə namazı tamamlamalıdır. Amma əgər vaxtı çox olsa, niyyəti məğribə döndərməli, namazı üç rəkətlə qurtarıb sonra işa namazını qılmalıdır. Məsələ: 760.Əgər işa namazında dördüncü rəkətin rükusuna çatandan sonra məğrib namazını qılıb-qılmaması barədə şəkk etsə, gərək namazı qurtarıb sonra məğrib namazını qılsın. Amma əgər bu şəkk işa namazının məxsus vaxtında olsa, məğrib namazını qılmaq lazım deyil. Məsələ: 761.Əgər insan qıldığı namazı ehtiyatən yenidən qılsa və namaz əsnasında ondan qabaq qılmalı olduğu namazı qılmadığı yadına düşsə, niyyəti həmin namaza döndərə bilməz. Məsələn, əsr namazını ehtiyatən qıldığı vaxtda ki, zöhr namazını qılmadığı yadına düşsə, niyyəti zöhrə döndərə bilməz. Məsələ: 762.Niyyəti qəza namazından əda namazına, müstəhəbdən vacibə döndərmək caiz deyil. Məsələ: 763.Əgər əda namazının vaxtı çox olsa, insan namaz əsnasında niyyətini qəzaya döndərə bilər. Amma gərək niyyəti qəza namazına döndərmək mümkün olsun. Məsələn, zöhr namazını qılmağa məşğul olsa niyyəti üçüncü rəkətə daxil olmamış sübhün qəzasına döndərə bilər. |