|
||||||||||||||||||||
|
ĞÜFEYLƏ NAMAZIMəsələ: 775.Müstəhəb namazlardan biri ğüfeylə namazıdır ki, məğrib və işa namazları arasında qılınır. Onun vaxtı, məğrib namazından sonra, məğrib tərəfdəki qızartı aradan gedənə qədərdir. O iki rəkətdən ibarətdir ki, birinci rəkətdə Həmddən sonra Surənin yerinə bu ayəni oxumaq lazımdır:وَذَالنُّونِ اِذ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ “Və zənnuni iz zəhəbə muğazibən fə zənnə ən lən nəqdirə ələyhi fə nada fizzulumati ən la ilahə illa əntə subhanəkə inni kuntu minəzzaliminə, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-mu”minin. İkinci rəkətdə isə Həmddən sonra deyilməlidir: وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى طُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ “Və indəhu məfatihul-ğəybi la yə”ləmuha illa hu, və yə”ləmu ma fil-bərri vəl-bəhri və ma təsqutu min vərəqətin illa yə”ləmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin.” Qunutda isə deyilməlidir: اَللَّهُمَّ اِنَّى اَسَأَلُكَ بِمَفَاتِحِ الغَيبِ الَّتِى لاَيَعلَمُهَا اِلاَّ اَنتَ اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تَفعَلَ بِى كَذا وَ كَذا “Allahummə inni əs”əlukə bi məfatihil-ğəybilləti la yə”ləmuha illa əntə, ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmmədin və ən təf”ələ bi” “Kəza və kəza” kəlmələrinin yerinə öz hacətlərini Allahdan istəyib sonra desin: اَللَّهُمَّ اَنتَ وَلِىُّ نِعمَتِى وَالقَادِرُ عَلَى طَلِبَتىِ تَعلَمُ حَاجَتِى فَاسأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيهِ وَعَلَيهِمُ السَلاَمُ لَمَّا فَضَيتَهَالِى “Allahummə əntə vəliyyu ne”məti, vəl-qadiru əla təlibəti, tə”ləmu hacəti, fə əs”əlukə bi həqqi Muhəmmədin və Ali-Muhəmməd, ələyhi və ələyhimussəlam ləmma qəzəytəha li.” QİBLƏNİN HÖKMLƏRİMəsələ: 776.Əzəmətli Məkkə şəhərində yerləşən Kə”bə Evi qiblədir ki, namazı onunla üzbəüz durub qılmaq lazımdır. Amma oradan uzaqda olan şəxs üzü qibləyə dursa, belə ki, “üzü qibləyə durub”, desələr kifayətdir. Həmçinin bə”zi işlər də (heyvan başının kəsilməsi kimi) üzü qibləyə yerinə yetirilməlidir.Məsələ: 777.Vacibi namazı ayaq üstə qılan bir kəs elə dayanmalıdır ki, “üzü qibləyədir”-desinlər Amma dizləri və ayaqlarının uclarının üzü qibləyə olması lazım deyil. Məsələ: 778.Oturan yerdə namaz qılmalı bir kəs adi qaydada otura bilmirsə və oturanda ayaqlarının altını yerə qoyursa, gərək namaz qılan halda üzü, sinəsi, qarnı, üzü qibləyə olsun. Baldırlarının üzü qibləyə olması lazım deyil. Məsələ: 779.Oturan halda namaz qıla bilməyən bir kəs namaz halında sağ böyrü üstə elə uzanmalıdır ki, bədəninin qabaq tərəfi üzü qibləyə olsun. Əgər bu da mümkün olmasa sol böyrü üstə elə uzanmalıdır ki, bədəninin qabaq tərəfi üzü qibləyə olsun; bu da mümkün olmasa arxası üstə elə uzanmalıdır ki, ayaqlarının altı qibləyə tərəf olsun. Məsələ: 780.Ehtiyat namazı, unudulmuş səcdə və təşəhhüd üzü qibləyə yerinə yetirilməlidir, səcdeyi-səhvdə də ehtiyat-müstəhəbdir ki, üzü qibləyə olsun. Məsələ: 781.Müstəhəb namazı yol gedə-gedə, minikdə (maşın, qatar, təyyarə, gəmi) də qılmaq olar. Əgər insan bu iki halda müstəhəb namazı qılsa üzü qibləyə olması vacib deyil. Məsələ: 782.Namaz qılmaq istəyən bir kəs qibləni tapmaq, hansı tərəfdə olduğunu yəqin etmək üçün çalışmalıdır. İki adil şahidin hissi nişanələr üzündən verdiyi şəhadətə, yaxud elmi qaydalar üzündən qibləni tanıyan və sözündən xatircəmlik hasil olan şəxsin sözünə əsasən əməl edə bilər. Əgər bunlar mümkün olmasa, məscidin mehrabı, müsəlmanların qəbirləri və s. yollarla hasil olan gümana əməl etsin. Hətta əgər elmi qaydalar üzündən qibləni tanıyan fasiq və ya kafirin dediyinə əsasən, qibləni tanıya bilsə, kifayətdir. Məsələ: 783.Qiblənin müəyyən istiqamətdə olduğuna gümanı olan bir şəxs, ondan daha güclü bir güman tapsa, əvvəlki gümanına əməl edə bilməz. Məsələn, əgər qonaq, ev sahibinin dediyindən qiblənin istiqamətinə güman tapsa və elə, bu halda başqa bir yolla (məsələn, qiblənamənin göstərişinə əsasən) daha güclü bir güman tapsa, ev sahibinin dediyinə əməl etməməlidir. Məsələ: 784.Adi qiblənamələr düz işlədiyi halda qibləni tanımaq üçün yaxşı vasitələrdəndir. Ondan hasil olan güman, sair yollarla hasil olan gümanlardan heç də geri qalmır, üstəlik əksər hallarda onlardan daha dəqiqdir. Məsələ: 785.Əgər qiblənin istiqamətini bilməsə, məscidlərin mehrabına, müsəlmanların qəbirlərinə müraciət etməklə qibləni tapa bilər, amma əgər namaz qılmazdan əvvəl öz sə”yi ilə, yaxud sair vasitələrdən (qiblənamə və s.) istifadə etməklə başqa bir cəhətə yəqin və ya xatircəmlik tapsa, ehtiyat-vacibə görə, məscidin mehrabı və müsəlmanların qəbirlərini əsas tutub qiblə götürə bilməz. Xüsusilə o, bu məntəqənin müsəlmanlarının məscidin mehrabını tikməkdə və qəbirləri düzəltməkdə təxminə yol verib kifayət qədər diqqət etmədiklərinə çoxlu güman tapsa namazı daha güclü zənn, yaxud xatircəmlik tapdığı tərəfə qılmalıdır. Məsələ: 786.Əgər qibləni tapmaq üçün vəsaiti olmasa, yaxud sə”y etməsinə baxmayaraq gümanı heç bir tərəfə çatmazsa, bu halda namazın vaxtı çoxdursa, dörd tərəfə namaz qılmalıdır; əgər dörd namaz qılmağa vaxtı yoxdursa, vaxtın çatacağı tərəflərə namaz qılmalıdır. Məsələn, əgər təkcə bir namaz qılmaq qədərində vaxtı varsa, onda hər tərəfə olursa olsun, bir namaz qılmalıdır. Namazları da elə qılmalıdır ki, heç olmazsa, birinin qibləyə tərəf olmasına yəqinlik olsun. Məsələ: 787.Əgər bir kəs, iki tərəfdən birinin qiblə olmasını güman etsə, hər iki tərəfə namaz qılmalıdır. Amma ehtiyat-müstəhəb budur ki, güman etdiyi surətdə dörd tərəfə namaz qılsın, Məsələ: 788. Bir neçə tərəfə namaz qılmalı olan şəxs, əgər zöhr və əsr, yaxud məğrib və işa namazını qılmaq istəsə, yaxşı olar ki, birinci namazı vacib olan hər tərəfə qılıb sonra ikinci namazı başlasın. Məsələ: 789.Qiblənin istiqamətinə yəqini olmayan bir kəs, namazdan başqa, üzü qibləyə yerinə yetirilməli olan sair işləri (məsələn, heyvanın başını kəsmək kimi) görmək istəsə gümana əməl etməlidir. Əgər gümanı da mümkün olmasa, hər tərəfə yerinə yetirsə səhihdir. Məsələ: 790.Əgər qiblə tərəfə zənn tapsa, amma namaz əsnasında zənni başqa bir istiqamətə dönsə, namazın qalan hissəsini ikinci istiqamətə qılmalıdır. Amma əgər qıldığı namaz sağa, sola, yaxud qiblənin arxasına olmuşdursa, bu halda gərək namazını qibləyə tərəf tamamlasın. Ehtiyat-müstəhəbbə görə namazı yenidən qılsın. Məsələ: 791.Əgər qiblə barəsində təhqiqat aparmadan, qəflət, yaxud səhlənkarlıq üzündən namaza başlasa, bu halda namazdan sonra qiblənin səhih olmasını başa düşsə və namazı da qılmasında qürbət qəsdi olsa, namazı səhihdir. Amma namazdan sonra qiblənin səhih olmadığını başa düşsə, batildir–yenidən qılmalıdır. Məsələ: 792.Əgər bir kəs qoyun, yaxud dəvənin başını qəsdən qiblədən başqa tərəfə kəssə, yaxud nəhr etsə, o qoyunun və dəvənin ətini yemək haramdır. Amma əgər (onları kəsəndə) qiblənin istiqamətini bilməsə, yaxud unutsa və ya cahil və üzrlü olaraq başı qiblədən başqa istiqamətə kəsmiş olsa, yemək halaldır. NAMAZDA BƏDƏNİN ÖRTÜLMƏSİMəsələ: 793.Kişi namaz halında–hətta əgər bir kəs onu görmürsə də–ovrəteynini örtməlidir. Daha yaxşı olar ki, göbəkdən dizlərə qədər də örtsün.Məsələ: 794.Qadın namaz halında bütün bədənini, hətta başını və tüklərini örtməlidir. Amma üzünü, dəstəmazda yuyulan miqdarda, əllərini biləyə qədər, ayaqlarını topuğa qədər ötrməsi lazım deyil. Amma vacib miqdarın örtülməsinə yəqin etmək üçün üzünün ətrafını və biləkdən bir az aşağı hissəni də örtməlidir. Məsələ: 795.İnsan unudulmuş səcdə, yaxud təşəhhüdün qəzasını yerinə yetirdiyi vaxt, habelə ehtiyat-vacibə görə səcdeyi-səhvi də yerinə yetirdiyi vaxt özünü namaz halında olduğu kimi örtməlidir. Məsələ: 796.Qadınlar üçün namaz halında sün”i tükləri (pariki), gizlində olan zinətlərini (bilərzik, boyunbağı) və üzündə olan zinəti (gözün sürməsi kimi) örtməsi lazım deyil. Amma naməhrəmdən örtməsi vacibdir. Məsələ: 797.Əgər insan namazda qəsdən ovrətini örtməsə, namazı batildir. Hətta əgər məsələni bilməməzlik üzündən də olsa, ehtiyat-vacibə görə yenidən qılmalıdır. Məsələ: 798.Əgər namaz əsnasında ovrətinin açıldığın başa düşsə, örtməlidir. Əgər ovrətini örtmək vaxt çox tutsa, ehtiyat-vacib budur ki, namazı qurtarıb yenidən qılsın. Amma əgər namazdan sonra, namazda ovrətinin açıldığını başa düşsə, namazı səhihdir. Məsələ: 799. Əgər bir kəs ayaq üstə olanda paltarı ovrətini örtüb başqa hallarda (məsələn rükuya, səcdəyə gedəndə) örtməməsi gözlənilirsə, bu halda ovrəti açıq olan vaxtlar müəyyən vasitələrlə onu örtə bilsə, namazı səhihdir. Amma ehtiyat-müstəhəbdir ki, bu cür paltarla namaz qılmasın. Məsələ: 800. İnsan namaz halında özünü ot və yarpaqla örtə bilər, amma ehtiyat-müstəhəb budur ki, başqa şey tapılmayan halda bu kimi şeylərlə özünü örtsün. Məsələ: 801.Əgər namazda özünü örtmək üçün palçıqdan başqa bir şeyi olmasa, palçıq satir (örtük) olmadığından, çılpaq halda namaz qıla bilər. Amma ehtiyat-müstəhəb budur ki, hər ikisinə əməl etsin: bir dəfə çılpaq halda, bir dəfə isə palçıqla ovrəteyni örtüb namaz qılsın. Məsələ: 802.Əgər özünü namazda örtmək üçün bir şey tapa bilməsə və tapacağına ehtimal versə, ehtiyat-vacibə görə namazı tə”xirə salmalıdır. Amma əgər bir şey tapmasa, gərək namaz vaxtının axırında öz vəzifəsinə müvafiq olaraq namazı qılsın. Məsələ: 803.Namaz qılmaq istəyən bir kəsin hətta ağac yarpağı və otu olmasa və vaxtın axırına kimi də bir şey tapacağına ehtimal verməsə, onu naməhrəm görəcəyi surətdə oturan halda namaz qılmalı, ovrətini budları ilə örtməlidir; yox əgər bir kəs onu görmürsə, ayaq üstə namaz qılıb əlləri ilə ovrətini örtsün. Hər iki halda rüku və səcdəni işarə ilə yerinə yetirsin və səcdədə başını azacıq aşağı endirsin. |