|
||||||||||||||||||||
|
NAMAZIN VACİBATINamazın vacibatı 11-dir: 1-Niyyət, 2-Qiyam (yə”ni ayaq üstə durmaq), 3-Təkbirətul-ehram, (yə”ni namazın əvvəlində “Allahu əkbər” demək), 4-Rüku, 5-Səcdə, 6-Qiraət, 7-Zikr, 8-Təşəhhüd, 9-Salam, 10-Tərtib, 11-Muvalat (yə”ni namazın hissələrini dalbadal, fasiləsiz demək).Məsələ: 964.Namazın vacibatından bə”ziləri rükndür. Yə”ni əgər insan onu yerinə yetirməsə, yaxud namazda artırsa–istər qəsdən olsun istərsə də səhvən–namaz batil olur. Bə”ziləri isə rükn deyil. Yə”ni əgər qəsdən azaldılıb-artırılsa, namaz batil olur, amma səhvən azaldılıb-artırılsa batil olmaz. Namazın rüknləri beşdir: niyyət, təkbirətül-ehram, təkbirətül-ehram dediyi vaxt, həmçinin rükuya müttəsil olan (yə”ni rükudan qabaqkı) qiyam, rüku, iki səcdə. NİYYƏTMəsələ: 945.İnsan namazı qürbət qəsdi ilə (yə”ni Allah-Taalanın əmrini yerinə yetirmək niyyəti ilə qılmalıdır. Niyyəti qəlbdən keçirmək və ya misal üçün, dildə “dörd rəkət zöhr namazı qılıram, qürbətən iləllah” demək lazım (ilzami) deyil.Məsələ: 966. Əgər zöhr və əsr namazında “dörd rəkət namaz qılıram” deyə niyyət etsə, amma onların hansını qıldığını müəyyənləşdirməsə, namazı batildir. Həmçinin zöhr namazının qəzası vacib olan bir şəxs zöhr namazı vaxtında onun qəzasını qılmaq istəsə, qıldığı namazı niyyətdə müəyyənləşdirməlidir. Məsələ: 967.İnsan namazın əvvəlindən axırına qədər öz niyyətində sabit qalmalıdır. Deməli əgər namaz əsnasında qafil olsa, belə ki, “nə edirsən?”-deyə soruşsalar nə deyəcəyini bilməsə, namazı batildir. Məsələ: 968.İnsan namazı yalnız Allahın əmrini yerinə yetirmək üçün qılmalıdır. Deməli əgər bir kəs riya etsə, yə”ni özünü camaata göstərmək üçün namaz qılsa, namazı batildir–istər təkcə camaata göstərmək üçün olsun, istərsə də həm Allah üçün, həm də camaata göstərmək üçün olsun (yə”ni hər ikisini nəzərdə tutsun). Məsələ: 969.Əgər namazın müəyyən hissəsini Allahdan başqası üçün qılsa, namazı batildir. İstər riya etdiyi o hissə vacib olsun (Həmd-Surə kimi), istərsə də müstəhəb (qunut kimi). Hətta əgər namazın hamısını Allah xatirinə qılsa, amma camaata göstərmək üçün məxsus yerlərdə (məscid kimi) və ya məxsus vaxtlarda (məsələn, namazın əvvəl vaxtında), yaxud da məxsus tərzdə (məsələn, camaatla) qılsa, namazı batildir. TƏKBİRƏTÜL-EHRAMMəsələ: 970.Hər namazın əvvəlində “Allahu əkbər” demək vacib və rükndür. “Allah” kəlməsinin və “əkbər” kəlməsini hərflərini və iki–”Allah” və “əkbər” kəlmələrini ardıcıl və ərəb dilində səhih deməlidir. Deməli bir kəs bunları ərəbcə səhv desə, yaxud tərcümələrini desə, səhih deyil.Məsələ: 971.Ehtiyat-vacib budur ki, namazın təkbirətül-ehramı ondan əvvəl deyilən hissələrə (iqaməyə, yaxud təkbirətül-ehramdan əvvəl oxunan duaya) birləşdirilməsin. Məsələ: 972.Əgər namaz qılan “Allahu əkbər” kəlməsini ondan sonra oxuduğu kəlməyə (məsələn “bismillahir-rəhmanir-rəhim”ə) birləşdirmək istəsə, gərək “əkbər” kəlməsinin rey hərfinə zəmmə versin (yə”ni “Allahu əkbəru bismillahir-rəhmanir-rəhim” desin). Məsələ: 973.Təkbirətul-ehram deyən vaxt bədən aram olmalıdır. Əgər bir kəs təkbirətül-ehramı qəsdən hərəkət halında desə batildir. Həmçinin səhvən hərəkət etsə, ehtiyat-vacibə görə gərək namazı batil edən hər hansı əməl edib sonra yenidən təkbir desin. Məsələ: 974.Təkbir, Həmd, Surə, zikr və dua elə oxunmalıdır ki, şəxsin özü eşitsin. Əgər qulağın ağırlığı, karlığı və ya səs-küyün çoxluğu səbəbi ilə eşitməsə, elə deməlidir ki, mane olmazsa eşidə bilsin. Məsələ: 975.Lal və ya dili xəstə olan bir kəs “Allahu əkbər”i düzgün deyə bilməsə, necə bacarırsa, elə də deməlidir. Əgər ümumiyyətlə deyə bilməsə, qəlbindən keçirtməli, təkbir üçün işarə olaraq dilini (əgər bacarırsa) tərpətməlidir. Məsələ: 976.Müstəhəbdir ki, təkbirətül-ehramdan qabaq bu dua oxunsun: يَامُحسِنُ قَد اَتَاكَ المُسيئُ وَقَد اَمَرَتَ المُحسِنَ اَن يَتَجاوَزَ عَنِ المُسيِئِ اَنتَ المُحسِنُ وَاَنَا المُسِيئُ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَتَجاوَز عَن قَبِيحِ مَاتَعلَمُ مِنِّى Yə”ni “Ey bəndələrinə ehsan edən Allah, Sənin günahakar bəndən Sənin dərgahına gəlmişdir. Sən də ehsan edənə əmr etmisən ki, günahkarın günahından keçsin. Sən ehsan edən, mən isə günahkaram. Səni and verirəm Mühəmməd və Ali-Mühəmmədin hörmətinə, Öz rəhmətini Mühəmməd və Ali-Mühəmmədə göndər, mənim pis əməllərimdən keç!” Məsələ: 977. Müstəhəbdir ki, namazın birinci təkbirini, habelə namaz əsnasındakı sair təkbirləri deyəndə əlləri qulaqların yuxarısına qədər qaldırsın. Bunun əksi müşküldür, hətta caiz də deyil. Məsələ: 978.Əgər təkbirətül-ehramı deyib-deməməsində şəkk etsə, bu halda qiraətə məşğuldursa, öz şəkkinə e”tina etməməlidir; yox əgər bir şey oxumamışdırsa, təkbiri deməlidir. Məsələ: 979.Əgər təkbirətül-ehramı deyəndən sonra, onu düzgün deyib-deməməsində şəkk etsə, öz şəkkinə e”tina etməməlidir. Amma müstəhəbdir ki, namazı qurtarandan sonra yenidən qılsın. QİYAMMəsələ: 980.Təkbirətül-ehram deyilən vaxtdakı və rükudan əvvəlki qiyam (buna rükuya müttəsil olan qiyam deyilir) rükndür. Amma Həmd-Surənin oxunduğu və rükudan sonrakı qiyam rükn deyildir. Bir kəs unudaraq onu tərk etsə, namazı səhihdir.Məsələ: 981.Vacibdir ki, təkbiri deyəndən əvvəl və sonra bir az dayansın ki, aramlıq halında təkbir deməsinə yəqin etsin. Məsələ: 982.Əgər rükunu unutsa və Həmd-Surəni deyib oturandan sonra rüku etmədiyi yadına düşsə, ayağa qalxıb yenidən rükuya getməlidir. Amma ayağa durmadan, elə oturduğu yerdən birbaşa rükuya qalxsa, rükuya müttəsil olan qiyamı yerinə yetirmədiyi üçün, namazı batildir. Məsələ: 983.Namaz qılan şəxs ayaq üstə olan halda bədənini hərəkət etdirməməli, hər hansı tərəfə əyilməməli, bir şeyə söykənməməlidir. Amma əgər çarəsizlik üzündən olsa və rükuya əyiləndə ayaqlarını hərəkət etdirsə eybi yoxdur. Məsələ: 984.Ayaq üstə durduğu vaxt unudaraq bədənini hərəkət etdirsə və ya hər hansı tərəfə əyilsə, yaxud bir şeyə söykənsə eybi yoxdur. Amma təkbirətül-ehram dediyi qiyamda və rükuya müttəsil olan qiyamda unutqanlıq üzündən olsa da, ehtiyat-vacibə görə namazı qurtarıb yenidən qılmalıdır. Məsələ: 985.Ayaq üstə olan vaxt hər iki ayağın yerdə olması vacibdir. Amma bədənin ağrılığının hər iki ayağın üstünə düşməsi lazım (ilzami) deyil, hətta bir ayağın üstünə də düşsə eybi yoxdur. Məsələ: 986.Düz dayana bilən bir kəs ayaqlarını çox aralı qoysa və adi ayaq üstə durmaq halında olmasa, namazı batildir. Məsələ: 987.Namaz vaxtında insan, azacıq dala və ya qabağa getmək istəsə, yaxud bədənini sağa-sola hərəkət etdirsə, bu halda (hərəkət halında) heç nə deməməlidir. Amma “bihovlillahi və quvvətihi əqumu və əq”ud” kəlməsini ayağa qalxanda deməlidir. Vacib zikrləri deyən vaxtda da bədən hərəkətsiz olmalıdır. Hətta ehtiyat-vacibə görə müstəhəb zikrləri deyəndə də bədən aram olmalıdır. Məsələ: 988. Əgər bir kəs bədəni hərəkət edən halda zikr desə (məsələn, rükuya, yaxud səcdəyə gedən halda təkbir desə), bu halda əgər onu namazda əmr olunan zikr qəsdi ilə desə namazını ehtiyatən yenidən qılmalıdır. Amma əgər bu qəsd ilə deməsə (ümumiyyətlə zikr demək niyyəti olsa) namazı səhihdir. Məsələ: 989.Həmd oxuyan zaman əli və barmaqları hərəkət etdirməyin eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, onları da hərəkət etdirməsin. Məsələ: 990.Əgər Həmd-Surəni, yaxud təsbihatı oxuyanda ixtiyarsız olaraq müəyyən qədər hərəkət etsə və bədəni aramlıq halından çıxsa, ehtiyat-vacib budur ki, bədən aram olandan sonra hərəkət halında dediklərini yenidən desin. Məsələ: 991.Əgər bir kəs namaz əsnasında ayaq üstə dura bilməsə, oturmalı, otura da bilməsə, uzanmalıdır. Amma bədəni aramlaşmayınca heç nə deməməlidir. Amma ümumiyyətlə qürbət qəsdi olsa eybi yoxdur. Məsələ: 992.Nə qədər ki, insan ayaq üstə namaz qıla bilir, otur an halda qılmamalıdır. Məsələn, bir kəs ayaq üstə duranda bədəni hərəkət etsə, yaxud müəyyən bir şeyə söykənməyə məcbur olsa və ya bədənini əyməyə, əyilməyə, ayaqlarını adi haldan artıq aralı qoymağa naçar olarsa, gərək ayaq üstə necə qıla bilirsə, elə də qılsın. Amma əgər heç cür mümkün olmasa–hətta rüku halında belə ayaq üstə dayana bilmirsə, düz oturmalı, namazı oturan halda qılmalıdır. Məsələ: 993.İnsan nə qədər ki, otura bilir, uzandığı yerdə namaz qılmamalıdır. Əgər düz otura bilmirsə, onda necə otura bilsə, elə də oturmalıdır. Ümumiyyətlə heç cür otura bilmirsə, qiblənin hökmündə deyildiyi kimi, gərək sağ tərəfi üstə, bunu da edə bilməsə sol tərəfi üstə uzansın. Bu da mümkün olmasa arxası üstə elə uzanmalıdır ki, ayaqlarının altı üzü qibləyə olsun. Məsələ: 994.Oturan halda namaz qılan bir kəs Həmd-Surəni oxuduqdan sonra ayağa durub rükunu ayaq üstə yerinə yetirə bilsə gərək ayağa dursun və ayaq üstə olan halda rükuya getsin. Əgər bunu da edə bilməsə oturan halda rüku etməlidir. Məsələ: 995.Uzanan halda namaz qılan bir kəs əgər namaz əsnasında otura bilsə, gərək bacardığı, mümkün olan qədər oturduğu yerdə qılsın. Həmçinin əgər ayaq üstə dura bilsə, gərək bacardığı qədər ayaq üstə durub, namazı ayaq üstə qılsın, bədəni aramlaşmayınca heç nə deməsin. Amma əgər ümumiyyətlə qürbət qəsdi olsa (aram olmamasının) eybi yoxdur. Məsələ: 996.Ayaq üstə dura bilən bir kəs ayaq üstə durması səbəbilə xəstələnəcəyindən, yaxud müəyyən bir zərər çatacağından qorxsa oturan halda namaz qıla bilər. Oturduğu yerdə də bu kimi işlərdən qorxsa uzanan halda namaz qıla bilər. Məsələ: 997.Əgər insan vaxtın axırına qədər ayaq üstə namaz qıla biləcəyinə ehtimal versə, əvvəl vaxtda namaz qıla bilər. Məsələ: 998.Müstəhəbdir ki, ayaq üstə duran halda bədəni düz saxlasın, çiyinlərini aşağı salsın, əllərini budlarının üstünə qoysun, barmaqlarını bir-birinə yapışdırsın, səcdə etdiyi yerə baxsın, bədənin ağırlığını ayaqlarına bərabər halda salsın, xüzu və xüşu halında olsun, ayaqlarını dal-qabaq qoymasın; əgər kişidirsə ayaqlarını üç barmaqdan bir qarışa qədər aralı qoysun; əgər qadındırsa, ayaqlarını bir-birinə yapışdırsın. |