Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

QİRAƏT

Məsələ: 999.Gündəlik vacibi namazların birinci və ikinci rəkətində əvvəlcə Həmd, sonra isə bir Surə bütöv oxunmalıdır.

Məsələ: 1000.Əgər namazın vaxtı az olsa, yaxud insan Surəni oxumamağa məcbur olsa, məsələn, Surəni oxuyacağı təqdirdə oğru və ya yırtıcı heyvan, yaxud başqa bir şey ona xəsarət yetirəcəksə, Surəni oxumamalıdır. Əgər müəyyən bir iş üçün tələssə Surəni oxumaya bilər.

Məsələ: 1001.Əgər qəsdən Surəni Həmddən qabaq oxusa, namazı batildir. Əgər səhvən Həmddən qabaq oxusa və Surə oxuyanda yadına düşsə, gərək onu yarımçıq kəsib Həmdi oxuduqdan sonra yenidən Surəni oxusun.

Məsələ: 1002.Əgər Həmdi və Surəni, yaxud onlardan birini unutsa və rükuda yadına düşsə, namazı səhihdir.

Məsələ: 1003.Əgər rükuya əyilməmişdən qabaq Həmd-Surəni oxumadığını bilsə gərək oxusun. Əgər təkcə Surəni oxumaması yadına düşsə, təkcə onu oxumalıdır. Amma əgər Həmdi oxumadığı yadına düşsə, gərək Həmdi oxusun, sonra isə Surəni yenidən oxusun. Həmçinin müəyyən qədər əyilsə və rükuya çatmamışdan qabaq Həmd-Surəni, yaxud onlardan birini oxumadığını bilsə gərək qalxıb həmin göstərişə əməl etsin.

Məsələ: 1004.Əgər namazda vacibi səcdəsi olan Surələrdən birini qəsdən oxusa namazı batildir.

Məsələ: 1005.Əgər vacibi səcdəsi olan Surəni səhvən oxumağa başlasa və səcdə ayəsinə çatmamış yadına düşsə, gərək o Surəni kəsib başqa Surə oxusun; yox əgər səcdə ayəsini oxuyandan sonra başa düşsə, namaz əsnasında, ehtiyata əsasən, gərək işarə ilə onun səcdəsini yerinə yetirib oxuduğu Surə ilə kifayətlənsin.

Məsələ: 1006.Əgər namaz əsnasında səcdəsi olan ayəni eşidib işarə ilə səcdə etsə namazı səhihdir.

Məsələ: 1007.Müstəhəbbi namazda Surə oxumaq–hətta o namaz nəzir etmək səbəbilə vacib olsa da lazım deyil. Amma bə”zi müstəhəbbi namazlarda (məxsus Surəsi olan vəhşət namazı kimi) əgər o namazın göstərişlərinə əməl etmək istəsə onun Surəsini oxumalıdır.

Məsələ: 1008.Cümə namazında, həmçinin cümə gününün zöhr namazında müstəhəbdir ki, birinci rəkətdə Həmddən sonra “Cümə” Surəsi, ikinci rəkətdə isə Həmddən sonra “Münafiqun” Surəsi oxunsun. Əgər bir kəs bunlardan birini oxumağa başlasa, ehtiyat-vacibə görə, onu kəsib başqa Surə oxuya bilməz.

Məsələ: 1009.Əgər Həmddən sonra “Qul huvəllah”, yaxud “Qül ya əyyühəl kafirun” Surəsini oxumağa başlasa, onu kəsib başqa Surə oxuya bilməz. Amma cümə namazında və cümə gününün zöhr namazında əgər unudaraq “Cümə” və “Münafiqun” Surələrinin yerinə qeyd olunan iki Surədən birini oxusa, yarısına çatmadığı vaxta qədər onu kəsib “Cümə” və ya “Münafiqun” Surəsini oxuya bilər.

Məsələ: 1010.Əgər cümə namazında, yaxud cümə gününün zöhr namazında qəsdən “Qul huvəllah”, yaxud “Qül ya əyyühəl kafirun” Surəsini oxusa, hətta yarısına çatmamış olsa da, ehtiyat-vacibə görə, onu kəsib “Cümə” və “Münafiqun” Surəsini oxuya bilməz.

Məsələ: 1011. Əgər namazda “Qul huvəllah” və ya “Qül ya əyyühəl kafirun” Surəsindən savayı, başqa Surə oxusa, yarıya çatmamışdan onu kəsib başqa Surə oxuya bilər.

Məsələ: 1012.Əgər Surənin müəyyən hissəsi yadından çıxsa, yaxud çarəsizlik üzündən (məsələn, vaxtın az olması və yaxud başqa səbəblərə görə) onu qurtara bilməsə–hətta yarısından keçmiş olsa da və oxuduğu Surə “Qul huvəllah” və ya “Qül ya əyyühəl kafirun” olsa da, o Surəni kəsib başqasını oxuya bilər.

Məsələ: 1013.Kişi üçün vacibdir ki, sübh, məğrib, işa namazının (əvvəldəki iki rəkətində) Həmd-Surəsini ucadan oxusun. Həmçinin kişi və qadının hər ikisinə vacibdir ki, zöhr və əsr namazının Həmd-Surələrini astadan oxusun.

Məsələ: 1014.Kişi diqqətli olmalıdır ki, sübh, məğrib və işa namazlarında (əvvəlki iki rəkətində) Həmd-Surənin bütün kəlmələrini, hətta onların axırıncı hərflərini belə ucadan desin.

Məsələ: 1015.Qadın sübh, məğrib və işa namazının (əvvəldəki iki rəkətinin) Həmd-Surəsini həm ucadan, həm də alçaqdan qıla bilər. Amma əgər naməhrəm onun səsini eşitsə, ehtiyat-vacibə görə ahəstə qılmalıdır.

Məsələ: 1016.Əgər namazı ucadan qılmalı olduğu yerdə qəsdən alçaqdan və ya alçaqdan qılmalı olduğu yerdə qəsdən ucadan qılsa namazı batildir. Amma unutqanlıq, yaxud məsələni bilməməzlik üzündən olsa, səhihdir. Həmd və Surəni oxuduğu vaxtda səhv etdiyini başa düşsə, oxuduğu miqdarı yenidən oxuması lazım deyil.

Məsələ: 1017.Əgər namaz qılan şəxs Həmd-Surəni oxuduğu zaman səsini adi haldan ucaya qaldırsa (məsələn, qışqıra-qışqıra oxusa) namazı batildir.

Məsələ: 1018.İnsan namazı öyrənməlidir ki, səhv oxumasın. Əgər bir kəs namazı düzgün şəkildə ümumiyyətlə öyrənə bilmirsə, bacardığı kimi qılmalıdır və ehtiyat-müstəhəb budur ki, namazı camaatla qılsın.

Məsələ: 1019.Əgər bir kəs namazın Həmd-Surəsini və ya başqa hissələrini yaxşı bilmirsə və öyrənə bilirsə, namazın vaxtı geniş olduğu halda öyrənməlidir. Amma namazın vaxtı az olsa ehtiyat-vacibə görə gərək mümkün olan halda namazını camaatla qılsın.

Məsələ: 1020.Ehtiyat-vacib budur ki, namazın vacibatını öyrətməkdə muzd alınmasın. Amma onun müstəhəbbatı üçün muzd almağın eybi yoxdur.

Məsələ: 1021.Əgər bir kəs Həmd və Surənin kəlmələrindən birini bilməsə, yaxud onu qəsdən deməsə və ya bir hərfin yerinə başqa hərf desə (məsələn, “zad÷” hərfinin yerinə “za”ÿ desə), yaxud fəthə və kəsrə ilə oxunmamalı yerdə fəthə və kəsrə desə, yaxud da təşdidi deməsə, namazı batildir.

Məsələ: 1022. Əgər insan müəyyən bir kəlməni səhih bilsə və namazı da elə o cür qılıb, sonradan səhv dediyini başa düşsə, ehtiyat-müstəhəbbə görə gərək namazı yenidən qılsın, əgər vaxtı keçmişsə, qəzasını etsin.

Məsələ: 1023.Əgər müəyyən bir kəlmənin fəthə və kəsrəsini bilməsə öyrənməlidir. Amma axırında vəqf etmək caiz olan bir kəlmədə həmişə vəqf etsə, onun fəthə və kəsrəsini öyrənmək lazım deyil. Həmçinin əgər kəlməni “sin” və ya “sad” ilə olmasını bilməsə, gərək öyrənsin. Əgər iki, yaxud daha artıq yolla qılsa (məsələn, “ihtinəs-siratəl-müstəqim” kəlməsinin “sirat” sözünü bir dəfə “sin”, bir dəfə isə “sad” ilə oxusa) namazı batildir. Amma əgər hər iki cür qiraət mövcud olsa, həqiqətə çatmaq ümidi ilə oxumasının eybi yoxdur.

Məsələ: 1024.Əgər bir kəlmədə “vav ” olsa və ondan qabaqkı kəlmənin zəmməsi olsa, “vav”dan sonrakı hərf isə həmzə olsa (məsələn, “su” kəlməsi kimi) daha yaxşı olar ki, “vav”a mədd verilsin, yə”ni uzadılsın. Həmçinin əgər bir kəlmədə “əlif” olsa və ondan qabaqkı hərfin fəthəsi olsa, “əlif”dən sonra isə “həmzə” olsa (“caə” kəlməsi kimi) daha yaxşı olar ki, onun “əlif” hərfi uzadılsın. Həmçinin əgər bir kəlmədə “yey” olsa və ondan əvvəlki hərf kəsrəli, “yey”dən sonrakı hərf isə həmzə olsa (“ciə” kəlməsi kimi) daha yaxşı olar ki, “yey” mədd ilə oxunsun. Əgər bu kimi “vav”, “əlif” və “yey”dən sonra həmzənin yerinə, sakin olan başqa (fəthə, kəsrə və zəmməsi olmayan) bir hərf olsa, yenə də yaxşı olar ki, bu üç hərf mədd ilə oxunsun. Məsələn, “vələzzallin” kəlməsində “əlif”dən sonra “lam” hərfi sakinlə olduğundan, daha yaxşı olar ki, onun “əlif”i uzadılsın.

Məsələ: 1025.Əqvaya görə namazda hərəkə ilə vəqf, sükun ilə vəsl edilməsinə riayət olunması lazım deyil. Hərəkə üzrə vəqf etməyin mə”nası budur ki, kəlmənin axırıncı hərfinin fəthə, kəsrə və ya zəmməsini deyib o kəlmə ilə sonrakı kəlmə arasında fasilə salsın. Məsələn, “ər-rəhmanir-rəhim” deyib, “rəhim” kəlməsinin “mim”inə kəsrə versin, sonra bir az fasilə salıb “maliki yovmiddin” desin. Sükun ilə vəsl etməyin mə”nası budur ki, bir kəlmənin fəthə, kəsrə və zəmməsini demədən, həmin kəlməni sonrakı kəlməyə birləşdirsin. Məsələn, “ər-rəhmanir-rəhim” deyib, “rəhim” kəlməsinin “mim”inə kəsrə vermədən dərhal “maliki yovmiddin”i desin.

Məsələ: 1026.Namazın üçüncü və dördüncü rəkətlərində, ya təkcə Həmd deyilməlidir, ya da üç dəfə təsbihati-ərbəə.

سُبحَانَ اللهِ وَالحَمدُ للهِ وَلاَ اِلَهَ اِلاَّ اللهُ وَاللهُ اَكبَر

“Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.” Ehtiyat-vacib budur ki, təsbihati-ərbəə üç dəfə deyilsin. Həmçinin, birinci rəkətdə Həmdi, o biri rəkətdə isə təsbihatı demək olar. daha yaxşı olar ki, hər iki rəkətdə təsbihat deyilsin.

Məsələ: 1027.Vaxtın az olduğu hallarda təsbihatı bir dəfə demək lazımdır.

Məsələ: 1028.Kişi və qadına vacibdir ki, namazın üçüncü və dördüncü rəkətlərində Həmdi, yaxud təsbihati-ərbəəni alçaqdan oxusunlar.

Məsələ: 1029.Namazın üçüncü və dördüncü rəkətlərində Həmd oxunsa, ehtiyat-vacibə görə onun “bismillah”ı da ahəstə deyilməlidir. Xüsusilə, mə”mum və namazı furada qılanlar üçün.

Məsələ: 1030.Təsbihati-ərbəəni öyrənə, yaxud düzgün şəkildə deyə bilməyən şəxs üçüncü və dördüncü rəkətlərdə Həmdi oxumalıdır.

Məsələ: 1031.Əgər bir kəs namazın əvvəldəki iki rəkətini onun axırındakı iki rəkəti olduğunu güman edərək təsbihatı oxusa və rükudan əvvəl yadına düşsə, Həmdi və Surəni oxumalıdır; ehtiyat-müstəhəb budur ki, namazdan sonra artıq təsbihat dediyinə görə səcdeyi-səhv etsin. Amma rükuda yadına düşsə, namazı səhihdir.

Məsələ: 1032.Əgər namazın axırındakı iki rəkətini, əvvəldəki iki rəkət güman edərək Həmd oxusa, yaxud əvvəldəki iki rəkətdə namazın axırıncı iki rəkət olduğunu güman etməsinə baxmayaraq, Həmdi oxusa və rükudan əvvəl, yaxud sonra yadına düşsə, namazı səhihdir.

Məsələ: 1033. Əgər namazın üçüncü və dördüncü rəkətində Həmd oxumaq istədiyinə baxmayaraq, təsbihat dilinə gəlsə, yaxud əksinə olsa (təsbihat oxumaq istədiyi halda Həmd dilinə gəlsə), bu halda əqva budur ki, Həmdi və ya təsbihatı kəsib digərini (istədiyini) oxusun. Amma əgər adəti üzrə oxuduğu şey dilinə gəlsə və qəlbində də onu qəsd etmiş olarsa, oxuduğunu tamamlaya bilər, namazı da səhihdir.

Məsələ: 1034.Namazın üçüncü və dördüncü rəkətində adəti təsbihat oxumaq olan bir şəxs əgər qəsd etmədən Həmd oxumağa başlayıbsa, əqva budur ki, onu kəsib təsbihatı və ya Həmdi oxusun.

Məsələ: 1035.Namazın üçüncü və dördüncü rəkətində təsbihatdan sonra istiğfar etmək (məsələn, “əstəğfirullahə”, yaxud “Allahumməğfir li” demək) müstəhəbdir. Əgər Həmdi və ya təsbihatı deməsini güman edib istiğfar deməyə başlasa və Həmdi, yaxud təsbihatı deyib-deməməsində şəkk etsə, gərək şəkkinə e”tina etməsin. Həmçinin əgər namaz qılan şəxs rüku üçün əyilməkdən qabaq, istiğfara məşğul olmayan halda, Həmdi, yaxud təsbihatı oxuyub-oxumamasında şəkk etsə, öz şəkkinə e”tina etməməlidir.

Məsələ: 1036.Əgər üçüncü və ya dördüncü rəkətin rükusunda, yaxud rükuya gedən halda Həmd, yaxud təsbihatı oxuyub-oxumamasında şəkk etsə, öz şəkkinə e”tina etməməlidir.

Məsələ: 1037.Əgər hər hansı ayə və ya kəlməni səhih deyib-deməməsində şəkk etsə, bu halda ondan sonrakı kəlmə və ya ayəni deməyə başlamayıbsa, həmin ayə və kəlməni səhih tərzdə deməlidir; yox əgər ondan sonrakı hissəyə başlayıbsa, onda: o şey rükndürsə (məsələn, rükuda Surənin hər hansı hissəsini düzgün oxuyub-oxumamasında şəkk etsə) öz şəkkinə e”tina etməməlidir; əgər rükn deyilsə (məsələn, “Allahus-səməd” deyəndə, “Qul huvəllahu əhəd”i düzgün deyib-deməməsində şəkk etsə) yenə də şəkkinə e”tina etməyə bilər. Amma əgər ehtiyatən o ayə və ya kəlməni səhih tərzdə desə, eybi yoxdur. Əgər bir neçə dəfə şəkk etsə, o qədər də deyə bilər. Amma əgər vəsvaslıq həddinə çatıb yenə desə, ehtiyat-vacib budur ki, namazını yenidən qılsın.

Məsələ: 1038.Müstəhəbdir ki, birinci rəkətdə Həmddən qabaq “əuzu billahi minəş-şəytanir-rəcim” deyilsin, zöhr və əsr namazının birinci və ikinci rəkətlərində pişnamaz istisna olmaqla, qalanları “bismillah”ı ucadan deməsinlər; Həmd və Surəni kəlmə-kəlmə oxusunlar, hər ayənin axırında vəqf etsinlər, (yə”ni tələffüzdə onu, sonrakı ayəyə birləşdirməsinlər.) Həmd və Surəni oxuyan zaman mə”nalarına diqqət yetirsinlər. Əgər namazı camaatla birlikdə qılırsa, imamın Həmdi qurtarandan sonra; və əgər furada qılırsa, öz Həmdini qurtarandan sonra “əl-həmdu lillahi Rəbbil-aləmin”, “Qul huvəllah” Surəsini qurtarandan sonra isə bir, iki və ya üç dəfə “kəzalikəllahu Rəbbuna”, yaxud üç dəfə “kəzalikəllahu Rəbbi” desin. Surəni oxuyandan sonra azacıq dayanıb rükudan əvvəlki təkbiri desin, yaxud da qunut tutsun.

Məsələ: 1039.Müstəhəbdir ki, bütün namazların birinci rəkətində “İnna ənzəlna”, ikinci rəkətində isə “Qul huvəllah” Surəsi oxunsun.

Məsələ: 1040.Məkruhdur ki, insan gecə-gündüz namazlarında “qulhuvəllah” Surəsini oxumasın.

Məsələ: 1041.“Həmd”, habelə “Qulhuvəllah” Surəsini birnəfəsə oxumaq məkruhdur.

Məsələ: 1042.Birinci rəkətdə oxunan Surəni ikinci rəkətdə də oxumaq məkruhdur. Amma “Qul huvəllah” Surəsini hər iki rəkətdə oxumaq məkruh deyildir.