Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

RÜKU

Məsələ: 1043.Namaz qılan hər rəkətdə qiraətdən sonra o qədər əyilməlidir ki, əllərini dizinə qoya bilsin. Bu əmələ rüku deyilir.

Məsələ: 1044. Əgər rüku qədərində əyilib əllərini dizlərinə qoymasa, ehtiyatın xilafını etmişdir. Deməli, ehtiyat budur ki, əllərini dizlərinə qoysun.

Məsələ: 1045.Əgər rükunu qeyri-adi şəkildə yerinə yetirsə, (məsələn, sağa, sola tərəf əyilsə) əllərinin rükuya çatmasına baxmayaraq, rükusu səhih deyildir.

Məsələ: 1046.Rükuya əyilmək rüku niyyəti ilə olmalıdır. Deməli başqa iş üçün (məsələn, hər hansı həşəratı öldürmək niyyəti ilə) əyilsə onu rüku hesab etmək olmaz: ayağa qalxıb yenidən rükuya getməlidir və bu əməl vasitəsi ilə rükn artırılmamışdır, namaz da batil deyildir.

Məsələ: 1047.Əgər bir kəsin əli və dizləri normal insanın əl və dizlərindən fərqlənsə, (məsələn, qolları çox uzun olsa və azacıq əyiləndə dizlərinə çatsa, yaxud dizləri normal dizdən aşağıda olsa və çox əyildikdə belə, əlləri dizlərinə çatmasa) normal insanın əyildiyi qədər əyilməlidir.

Məsələ: 1048.Oturan halda namaz qılan şəxs rüku üçün o qədər əyilməlidir ki, üzü dizlərinin müqabilinə çatsın. Daha yaxşı olar ki, o qədər əyilsin ki, üzü səcdə etdiyi yerin yaxınlığına çatsın.

Məsələ: 1059.İnsan rükuda hər zikri desə kifayətdir. Amma ehtiyat-vacib budur ki, üç dəfə “subhanəllah”, yaxud bir dəfə “subhanə Rəbbiyəl əzimi və bi həmdih”dən az olmasın.

Məsələ: 1050.Rükunun zikri bir-birinin ardınca və ərəbcə səhih deyilməlidir. Müstəhəbdir ki, 5, 7 dəfə və hətta daha artıq deyilsin.

Məsələ: 1051.Rükuda vacibi zikr deyildiyi vaxt, bədən aram olmalıdır. Müstəhəb zikrdə də, əgər onu rükunun göstərişlərində deyilən zikr niyyəti ilə desə, ehtiyat-vacibə görə bədənin aram olması lazımdır.

Məsələ: 1052.Əgər rükunun zikrini deyən vaxt ixtiyarsız olaraq müəyyən qədər hərəkət edib aramlıq halından çıxsa, ehtiyat-müstəhəbbə görə bədən aramlaşandan sonra həmin zikri yenidən desin. Amma çox az hərəkət etsə və bədən aramlıq halından çıxmasa, yaxud barmaqlarını tərpətsə, eybi yoxdur.

Məsələ: 1053.Əgər rüku həddinə qədər əyilməzdən və bədən aram olmazdan qabaq rükunun zikrini desə, namazı batildir.

Məsələ: 1054.Əgər vacibi zikr qurtarmazdan əvvəl qəsdən başını rükudan qaldırsa, namazı batildir; amma əgər səhvən qaldırsa və rüku halından çıxmamışdan qabaq, zikri axıra qədər demədiyi yadına düşsə, gərək rükunun zikrini bədənin aram olduğu halda yenidən desin. Əgər rüku halından çıxandan sonra yadına düşsə, namazı səhihdir.

Məsələ: 1055. Əgər zikr demək miqdarına rükuda qala bilməsə, bu halda rüku həddindən çıxmazdan qabaq rükunun zikrini deyə bilsə, gərək elə o halda tamam etsin; əks halda, ehtiyata əsasən, qalxan halda zikri deməlidir.

Məsələ: 1056.Əgər xəstəlik və s. kimi səbəblər üzündən rükuda aramlaşa bilməsə, namazı səhihdir. Amma gərək rüku halından xaric olmazdan qabaq vacibi zikri (yə”ni bir dəfə “subhanə Rəbbiyəl əzimi və bihəmdih”, yaxud üç dəfə “subhanəllah”) desin.

Məsələ: 1057.Əgər rüku qədərində əyilə bilməsə, müəyyən bir şeyə söykənib rüku etməlidir; əgər söykəndiyi halda rükunu adi qaydada edə bilməsə, gərək nə qədər mümkündürsə, o qədər əyilsin. Əgər ümumiyyətlə əyilə bilməsə, onda rüku halında oturmalı, oturan halda rüku etməlidir. Ehtiyat-müstəhəb budur ki, başqa bir namaz da qılıb onun rükusunu başı ilə işarə etsin.

Məsələ: 1058.Əgər bir kəs ayaq üstə namaz qıla bilirsə ayaq üstə, yaxud oturan halda rüku edə bilməsə, ayaq üstə namaz qılıb rüku üçün başı ilə işarə etməlidir. Əgər işarə də edə bilməsə, rüku niyyəti ilə gözlərini yumub zikri deməli, rükudan qalxmaq niyyəti ilə gözlərini açmalıdır. Əgər bunu da edə bilməsə, qəlbində rüku niyyəti edib zikrini deməlidir.

Məsələ: 1059.Bir kəs ayaq üstə, yaxud oturan halda rüku edə bilmirsə və rüku üçün yalnız oturan halda azacıq əyilə, ya da ayaq üstə başı ilə işarə edə bilirsə, ayaq üstə namaz qılıb rüku üçün başı ilə işarə etməlidir. Ehtiyat-vacib budur ki, başqa bir namaz qılıb rükusunda yerə otursun və rüku üçün mümkün olan qədər əyilsin.

Məsələ: 1060.Əgər bir kəs rükuya çatandan və bədəni aramlaşandan sonra başını qaldırıb yenidən rüku niyyəti ilə rüku həddinə qədər əyilsə, namazı batildir. Həmçinin rüku qədərində əyildikdən və bədəni aramlaşdıqdan sonra rüku qəsdi ilə bir qədər də əyilib rüku həddindən keçsə və yenidən rüku həddinə qayıtsa, ehtiyat-vacibə görə namazı batildir. Daha yaxşı olar ki, namazı qurtarıb yenidən qılsın.

Məsələ: 1061.Rükunun zikri tamam olduqdan sonra qalxıb düz dayanmaq, bədən aram olduqdan sonra səcdəyə getmək lazımdır. Əgər qəsdən ayağa qalxmadan, yaxud ayağa qalxıb bədəni aram olmamışdan qabaq səcdəyə getsə, namazı batildir.

Məsələ: 1062.Əgər rükunu unutsa və səcdəyə çatmazdan qabaq yadına düşsə, ayağa qalxıb sonra rükuya getməlidir. Əgər yarım əyilmiş halda rükuya qayıtsa, namazı batildir.

Məsələ: 1063.Əgər alnı yerə çatmazdan qabaq rüku etmədiyi yadına düşsə, ehtiyat-vacibə görə ayağa qalxıb rükunu yerinə yetirməli, namazı qurtarandan sonra isə yenidən qılmalıdır.

Məsələ: 1064.Müstəhəbdir ki, (namaz qılan şəxs) rükuya getməzdən əvvəl, bədən düz olan halda təkbir desin, rüku halında dizlərini arxaya tərəf versin, kürəyini düz saxlasın, boynunu çəkib kürəyi ilə bir səviyyədə (bir xətt boyunca) saxlasın, ayaqlarının arasına baxsın; zikrdən əvvəl və ya sonra salavat desin. Rükudan qalxıb düz durduqdan və bədəni aramlaşdıqdan sonra “səmi”əllahu limən həmidəh” desin.

Məsələ: 1065.Müstəhəbdir ki, rükuda qadınlar əllərini dizlərindən bir az yuxarıya qoysunlar və dizlərini dala verməsinlər.