|
NAMAZIN TƏRCÜMƏSİ 1.HƏMD SURƏSININ TƏRCÜMƏSI.
“Bismillahir-rəhmanir-rəhim”–yə”ni başlayıram dünyada həm mö”minə, həm də kafirə, axirətdə isə yalnız mö”minə rəhm edən Allahın adı ilə.
“Əlhəmdu lillahi Rəbbil-aləmin”–yə”ni həmd və səna yalnız o Allaha məxsusdur ki, bütün mövcudatı, aləmləri tərbiyə edəndir.
“Ər-rəhmanir-rəhim”–yə”ni, dünyada həm mö”minə, həm də kafirə, axirətdə isə yalnız mö”minə rəhm edəndir.
“Maliki yovmiddin”–yə”ni, o Allah Qiyamət gününün padşahı və ixtiyar sahibidir.
“İyyakə nə”budu və iyyakə nəstəin”–yə”ni, yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.
“İhdinəs-siratəl müstəqim”–yə”ni, bizi (İslam dinindən ibarət olan) doğru yola hidayət et!
“Siratəl-ləzinə ən”əmtə ələhim”–yə”ni, o kəslərin yoluna hidayət et ki, onlara ne”mət vermisən (və onlar peyğəmbərlər və onların canişinləridir).
“Ğəyril-məğzubi ələyhim vələzzallin”–yə”ni, o kəslərin yoluna hidayət etmə ki, onlara qəzəb etmisən; və onların yoluna yox ki, yollarından azıblar.
2.“QUL HUVƏLLAH” SURƏSININ TƏRCÜMƏSI:
“Bismillahir rəhmanir rəhim.” yə”ni başlayıram dünyada həm mö”minə, həm də kafirə, axirətdə isə yalnız mö”minə rəhm edən Allahın adı ilə.
“Qul huvəllahu əhəd”–yə”ni, (Ey Peyğəmbər,) de ki: Allah yeganə olan Allahdır.
“Allahus-səməd”–yə”ni, O Allah ki, bütün mövcudatlardan ehtiyacsızdır.
“Ləm yəlid və ləm yuləd”–yə”ni, övladı yoxdur və heç kəsin də övladı deyil.
“Və ləm yəkun ləhu kufuvən əhəd”–yə”ni, məxluqatdan heç kəs Onun misli, tayı-bərabəri deyil.
3.Rüku, səcdə və onlardan sonra müstəhəb olan zikrlərin tərcüməsi:
سُبحان رَبِّى
العَظيمِ وَ بِحَمدِهِ
“Subhanə Rəbbiyəl-əzimi və bihəmdi”–yə”ni, mənim böyük Pərvərdigarım hər eyb və nöqsandan pak və münəzzəhdir və mən də Ona həmd-sitayiş etməyə məşğulam.
سُبحان رَبِّى
الاَعلى وَ بِحَمدِهِ
“Subhanə Rəbbiyəl-ə”la və bihəmdih”–yə”ni, mənim hamıdan uca məqamlı Pərvərdigarım hər eyb və nöqsandan pak və münəzzəhdir, mən də Ona həmd-sitayiş etməyə məşğulam.
سَمِعَ اللهُ لِمَن حَمِدَهُ
“Səmi”əllahu limən həmidəh”–yə”ni, Allah, Ona həmd-səna edənlərin həmd-sənasını qəbul etsin!
اَستَغفِرُ اللهَ رَبِّى وَاَتُوبُ اِلَيهِ
“Əstəğfirullahə Rəbbi və ətubu iləyh”–bağışlanmaq və məğfirət tələb edirəm o Allahdan ki, mənə pərvəriş verəndir və mən Onun tərəfinə qaydıram.
بِحَولِ اللهِ وَقُوَّتِهِ وَاَقُومُ وَاَقعُد
“Bihovlillahi və quvvətihi əqumu və əq”ud”–Mütəal Allahın köməyi və hövl-qüvvəsi ilə oturub-dururam.
4.QUNUTUN TƏRCÜMƏSI:
لاَ
اِلهَ اِلاُ اللهُ العَلِىُ العَظِيمُ
“La ilahə illəllahul-həlimul-kərim”–Kərəm və helm sahibi olan Allahdan başqa bir mə”bud, ibadətə layiq olan kimsə yoxdur.
“La ilahə illəllahu-əliyyul-əzim”–Böyük, uca mərtəbə əzəmətli olan Allahdan başqa ibadətə layiq olan bir mə”bud yoxdur.
سُبحانَ اللهِ
رَبِّ السَّمَاواَتِ السَّبعِ وَرَبِّ الأَرَضِينَ السَّبعِ وَمَا فِيهِنَّ
وَمَابَينَهُنَّ وَرَبِّ العَرشِ
“Subhanəllahi Rəbbis-səmavatis-səb”i və Rəbbil-ərəzinəs-səb”i və ma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim”–Pak, hər eyb və nöqsandan pak və münəzzəhdir o Allah ki, yeddi qat göylərin, yeddi qat yerlərin və onların arasında olanların, əzəmətli ərşin Pərvərdigarıdır.
الحَمدُ للّهِ
رَبِّ العَالَمِينَ
“Vəlhəmdu lillahi Rəbbil-aləmin”–Həmd və səna, aləmlərə pərvəriş verən, bütün mövcudatları tərbiyə edən Allaha məxsusdur.
5-Təsbihati-ərbəənin tərcüməsi:
سُبحَانَ اللهِ
وَالحَمْدُ للهِ وَلا اِلَهَ اِلاَ اللهُ وَاللهُ اَكْبَر
“Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər”–hər eyb və nöqsandan pak və münəzzəhdir Allah, həmd yalnız Allaha məxsusdur, Allahdan başqa heç bir həmd-sənaya, ibadətə layiq olan bir mə”bud yoxdur. Allah, Onu vəsf edənlərin vəsfindən daha böyükdür.
6-Təşəhhüd və salamın tərcüməsi:
اَلحَمدُ للهِ اَشْهَدُ اَن لْا اِلََهَ الاَ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ
“Əlhəmdu lillah, əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləh”–sitayiş və həmd Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan başqa heç bir, mə”bud pərəstişə layiq şəxs yoxdur. Təkdir, şəriki yoxdur.
وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ
“Və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh”–Şəhadət verirəm ki, Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) Allahın bəndəsi və Onun Rəsulu, göndərdiyidir.
اَللَّهُمَّ صَلَّ
عَلىَ مُحَمَّدِ وَآلِ مُحَمَّد
“Allahumə səlli əla Muhəmmədin və Ali-Muhəmməd”–Ey Xudavənd! Rəhmət göndər Mühəmmədə və Onun Əhi-beytinə.
وَتَقَبَّل
شَفَاعَتَهُ وَارفَع دَرَجَتَهُ
“Və təqəbbəl şəfaətəhu vərfə” dərəcətəh”–Peyğəmbərin şəfaətini qəbul et, O Həzrətin dərəcəsini Öz yanında ucalt!
اَلسَّلاَمُ
عَلَيْكَ اَيُهَا النَّبِىُّ وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
“Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh”–Salam olsun Sənə ey Peyğəmbər! Allahın rəhmət və bərəkəti Sənə olsun!
اَسَّلاَمُ
عَلَيْنا وَعَلى عِبادِ اللهِ الصالِحِينَ
“Əssəlamu ələyna və əla ibadillahis-salihin”–Allah tərəfindən salam biz namaz qılanlara və bütün yaxşı bəndələrə olsun!
اَسَّلاَمُ
عَلَيكُم وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
“Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh”–Allahın salam, rəhmət və bərəkəti siz mö”minlərə olsun!
NAMAZIN TƏ”QİBATI
Məsələ: 1144. Müstəhəbdir ki, insan namazdan sonra müəyyən qədər tə”qibatla məşğul olsun. Yə”ni zikr etsin, dua və Quran oxusun. Daha yaxşı olar ki, öz yerindən hərəkət etməmiş, dəstəmaz, qusul və ya təyəmmümü batil olmamış üzü qibləyə durub tə”qibatı oxusun. Tə”qibatın ərəbcə olması vacib deyil. Amma daha yaxşı olar ki, dua kitablarında qeyd olunanları oxusun. İmamlarımız (əleyhimüs-salam)-dan daha çox sifariş olunan tə”qibatlar Həzrəti Zəhra (salamullahi əleyha)-nın zikridir ki, bu tərtiblə deyilməlidir: 34 dəfə Allahu Əkbər, 33 dəfə əlhəmdu lillah, 33 dəfə subhanəllah. Subhanəllahı əlhəmdu lillahdan qabaq da demək olar, amma daha yaxşı olar ki, sonra deyilsin.
Məsələ: 1145. Müstəhəbdir ki, namazdan sonra şükür səcdəsi edilsin. Əgər alnı şükr etmək məqsədi ilə yerə qoysalar kifayətdir. Amma daha yaxşı olar ki, 100 dəfə, yaxud (heç olmazsa) üç dəfə və ya bir dəfə “şükrən lillah”, yaxud “şükrən”, yaxud da “əfvən” deyilsin. Həmçinin müstəhəbdir ki, insana hər vaxt ne”mət yetişsə, yaxud hər hansı bəla ondan uzaqlaşsa şükür səcdəsi etsin.
PEYĞƏMBƏR (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-Ə SALAVAT
Məsələ: 1146.Hər vaxt insan Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in mübarək adını (Mühəmməd, Əhməd), yaxud ləqəbini, künyəsini (Mustəfa, Əbul-Qasim və s.) desə, yaxud eşitsə, hətta namaz üstündə də olsa müstəhəbdir ki, salavat göndərsin.
Məsələ: 1147.Həzrət Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in adını yazanda müstəhəbdir ki, salavat da yazılsın. Həmçinin daha yaxşı olar ki, hər vaxt O Həzrəti yad etsə salavat göndərsin.
NAMAZI BATİL EDƏN ŞEYLƏR
Məsələ: 1148.12 şey namazı batil edir (və onlara mübtilat deyilir):
1-Namaz
əsnasında onun şərtlərindən
hər hansı birinin pozulması.
(Məsələn, namaz qılan, namaz əsnasında yerin qəsbi olduğunu başa düşsə.)
2-Namaz
əsnasında qəsdən,
səhvən, yaxud çarəsizlikdən
dəstəmazı, quslu batil
edən şeylərin baş
verməsi.
(Məsələn, insandan bovl xaric olsa.) Amma bovl və qaitin çölə gəlməsinin qarşısını ala bilməyən bir şəxsdən namaz əsnasında bovl və qait xaric olarsa və dəstəmaz bölməsində deyilən göstərişlərə əsasən əməl edərsə, namazı batil olmaz. Həmçinin əgər namaz əsnasında istihazəli qadından qan xaric olarsa və istihazədə göstərilən qaydaya əməl edərsə namazı səhihdir.
Məsələ: 1149.Əgər bir kəs ixtiyarsız olaraq yuxlasa, amma namaz əsnasında, yaxud ondan sonra yuxladığını bilməsə, namazı yenidən qılmalıdır. Amma namazın tamam olmasını bilsə, amma namaz əsnasında, yaxud namazdan sonra yuxladığında şəkk etsə, namazı səhihdir.
Məsələ: 1150.Əgər öz ixtiyarı ilə yatdığını bilsə amma, namazdan sonra və ya namaz əsnasında, namaz qılmasını unudaraq yatdığını bilməsə, namazı səhih deyil.
Məsələ: 1151.Əgər səcdə halında yuxudan ayılıb namazın axırıncı səcdəsi və ya şükür səcdəsində olmasında şəkk etsə, namazı yenidən qılsın.
3-Şiə
olmayan bə”zi kəslər
kimi əlləri bir-birinin üstünə
qoymaq.
Məsələ: 1152.Əgər namaz qılan şəxs ədəb üçün əlləri bir-birinin üstünə qoysa, hətta onlar kimi də olmasa, ehtiyat-vacibə görə namazı yenidən qılmalıdır. Amma əgər unutqanlıq, yaxud naçarlıq üzündən, yaxud da, başqa işlər (əli qaşımaq və s.) üçün əlləri bir-birinin üstünə qoysa eybi yoxdur.
4-Həmdi oxuyandan sonra “amin”
demək.
Amma əgər səhvən və ya təqiyyə üzündən desə, namazı batil olmaz.
5-Qəsdən
və ya unudaraq qiblədən
arxaya, sağa, yaxud sola dönmək.
Hətta əgər qəsdən bir az dönsə və “üzü qibləyədir” deməsələr, sağ tərəfə, sol tərəfə tamamilə dönməsə də, namazı batildir.
Məsələ: 1153.Əgər qəsdən, yaxud səhvən başını bir qədər döndərsə, belə ki, öz arxasını görə bilsə, namazı batildir. Amma əgər başını azacıq döndərsə–istər qəsdən, istərsə də səhvən–namazı batil deyil.
6-Qəsdən
mə”nası olan bir kəlmə
demək.
İstər bu kəlmə bir hərfli, istərsə də çox hərfli olsun, mə”nasını qəsd etsə namazı batildir. Amma səhvən desə, namazı batil deyil.
Məsələ: 1154.Əgər bir hərfli mə”nası olan kəlmə desə (məsələn, ərəb dilində “qi‚” (iki səsli, bir hərfli) kəlməsi “saxla” mə”nasındadır), bu halda əgər onun mə”nasını bilib və qəsd etsə, namazı batildir. Hətta əgər onun mə”nasını bilib qəsd etməsə də, ehtiyat-vacib budur ki, namazı yenidən qılsın.
Məsələ: 1155. Namazda öskürmək, ah çəkmək və gəyirməyin eybi yoxdur. Amma “ah”, “ax” kimi iki hərfli kəlmələri qəsdən desə batildir.
Məsələ: 1156.Əgər müəyyən bir kəlməni zikr qəsdi ilə desə, (məsələn, zikr qəsdi ilə “Allahu əkbər” desə) amma onu deyən vaxt səsini ucaldaraq başqasına bir şey anlatmaq istəsə, eybi yoxdur. Amma müəyyən bir şeyi bir kəsə başa salmaq üçün onu desə, hətta zikr qəsdi ilə deyilsə də, namazı batildir.
Məsələ: 1157.Namazda vacibi səcdəsi olan (və hökmləri cənabət bölməsində deyilən) dörd Surədən başqa Quran oxumaq, həmçinin dua etməyin eybi yoxdur. Ehtiyat-vacib budur ki, bunlar (dua) ərəbcə olsun.
Məsələ: 1158.Əgər Həmd-Surənin bə”zi hissələrini, namazın sair vacib zikrlərini qəsdən, yaxud ehtiyatən bir neçə dəfə təkrar etsə eybi yoxdur. Amma əgər vəsvaslıq üzündən bir neçə dəfə desə, namazı batildir.
Məsələ: 1159.İnsan namaz halında gərək başqasına salam verməsin. Amma başqası ona salam versə, gərək elə cavab versin ki, salam kəlməsi əvvəldə olsun. Məsələn, “əssəlamu əleykum” və ya “salamun əleykum”. Amma “əleykumus-salam” deməməlidir (salam kəlməsini axıra salmamalıdır).
Məsələ: 1160.İnsan salamın cavabını–istər namaz halında olsun, istərsə də başqa vaxtlarda–dərhal deməlidir. Əgər qəsdən, yaxud unudaraq salamın cavabını gec versə, (belə ki, artıq cavab hesab olunmasa) bu halda namaz halındadırsa daha cavab verməməlidir; yox əgər namaz üstə olmasa, cavabını vermək vacib deyil.
Məsələ: 1161.Salamın cavabı elə verilməlidir ki, salam verən eşitsin. Əgər salam verən kar olsa, səsi ucaltmaqla, yaxud işarə ilə cavabı elə verilməlidir ki, eşitsin, yaxud salamın cavabı olduğunu anlasın.
Məsələ: 1162.Namaz qılan şəxs salamın cavabını dua qəsdi ilə deyil, cavab qəsdi ilə verməlidir.
Məsələ: 1163.Əgər qadın və ya naməhrəm kişi, yaxud müməyyiz (yə”ni, yaxşını-pisi seçə bilən) uşaq namaz qılan şəxsə salam versə, salamı ala bilər. Daha yaxşı olar ki, dua qəsdi ilə cavab versin.
Məsələ: 1164.Əgər namaz qılan şəxs salamın cavabını verməsə günah etmişdir, amma namazı səhihdir.
Məsələ: 1165.Əgər bir kəs namaz qılana səhv salam versə, belə ki, salam hesab olunmasa, onun cavabı vacib deyil. Amma salam hesab olunsa, onun cavabı vacibdir. Daha yaxşı olar ki, dua qəsdi ilə cavab versin.
Məsələ: 1166. Zarafat və məsxərəbazlıq üzündən salam verən bir kəsin salamını almaq vacib deyil. Ehtiyat-vacib budur ki, qeyri-müsəlman kişi və ya qadının salamının cavabında “əleykə” deyilsin.
Məsələ: 1167.Əgər bir kəs (bir yerdə olan) bir neçə nəfərə salam versə onun salamının cavabı hamısına vacibdir. Amma, əgər biri cavab verərsə, kifayətdir.
Məsələ: 1168.Əgər bir kəs bir neçə nəfərə salam versə və salam verənin qəsd etmədiyi bir nəfər cavabını versə o salamın cavabı yenə də oradakıların hamısına vacibdir.
Məsələ: 1169.Əgər bir kəs bir neçə nəfərə salam versə və onların arasında namaz qılmağa məşğul olan bir kəs salamın onu da qəsd edərək verdiyində şəkk etsə, cavabını verməməlidir. Həmçinin əgər onu da qəsd etdiyini bilsə, amma salamın cavabını başqası versə cavab verməməlidir; əgər onu da qəsd etdiyini bilsə və başqası onun cavabını verməsə, namaz qılan şəxs cavabını verməlidir.
Məsələ: 1170.Salam vermək müstəhəbdir. Bu barədə İmamlarımız (əleyhimüs-salam) çoxlu tövsiyələr etmişlər ki, süvari piyadaya, ayaq üstə olan oturana və kiçiklər böyüklərə salam versinlər.
Məsələ: 1171.Əgər iki nəfər (eyni zamanda) bir-birinə salam versə, hər birinə vacibdir ki, o digərinin cavabını qaytarsın.
Məsələ: 1172.Namazdan başqa hallarda müstəhəbdir ki, salamın cavabı verildiyindən daha yaxşı verilsin. Məsələn, əgər bir kəs “səlamun əleykum” deyə salam versə, cavabında “səlamun əleykum və rəhmətullah” deyilsin.
7-Namazı
səsli və tərci” gülüşlə
qılmaq.
Ehtiyat-vacibə görə səsli gülüş tərci” ilə olmasa da, qəsdən olsa batildir; səhvən də ucadan gülsə və namazın surəti pozulsa, namaz batildir. Amma gülümsəmək (təbəssüm) namazı batil etmir.
Məsələ: 1173.Əgər gülüş səsinin qarşısını almaq istədikdə halı dəyişsə, məsələn, rəngi qızarsa və bu qızartı namazın surətini poza biləcək həddə olsa, namaz batildir.
8.Dünya işləri üçün
ucadan ağlamaq.
Ehtiyat-vacib budur ki, namaz qılan
dünya işləri üçün
astadan da ağlamasın. Amma
əgər Allah xovfundan, yaxud
Qiyaməti yada salıb ağlasa–istər
alçaq səslə olsun, istərsə
də uca səslə–eybi yoxdur.
Üstəlik bu, daha yaxşı
əməllərdən hesab
olunur.
9.Namazın surətini pozan işlərdən
görmək.
Məsələn, əl çalmaq, rəqs etmək, havaya tullanmaq və s. Bu işlər istər az olsun, istərsə də çox; istər qəsdən, istərsə də unutqanlıq üzündən olsun, heç bir fərqi yoxdur. Amma namazın surətini pozmayan işlərin (məsələn əllə bir şeyə işarə etmək kimi) eybi yoxdur.
Məsələ: 1174.Əgər namaz əsnasında namaz qılmaq halından xaric olana qədər sakit qalsa, namaz batildir.
Məsələ: 1175.Əgər namaz əsnasında müəyyən bir iş görsə, yaxud müəyyən qədər sakit qalıb sonra namazın pozulub-pozulmamasında şəkk etsə, namazı səhihdir.
10.Yemək və içmək.
Əgər namaz üstündə, namazın surətini poza biləcək qədər bir şey yesə və ya içsə–hətta namazın surəti pozulmasa da ehtiyat-vacibə görə namaz batildir.
Məsələ: 1176.Ehtiyat-vacib budur ki, namazın surəti aradan getməsə də onun adi (ürfi) muvalatını pozan yeyib-içməkdən pərhiz edilsin.
Məsələ: 1177. Əgər namaz əsnasında ağızda, yaxud dişlərin dibində qalan yemək qalıqlarını udsa, namaz batil olmaz. Amma qənd, şirini və s. kimi şeyləri ağzında saxlasa və məqsədi də namaz halında onu yavaş-yavaş həll edib udmaq olsa, namazı işkallıdır.
11. İki rəkətli və üç rəkətli namazlarda, həmçinin dörd rəkətli namazların ilk iki rəkətində şəkk etmək.
12.Namazın rüknünü qəsdən və ya səhvən azaldıb-çoxaltmaq, yaxud rükn olmayan şeyləri qəsdən artırıb-azaltmaq.
Məsələ: 1178.Əgər bir kəs namazdan sonra, namaz əsnasında onu batil edən işlərdən görüb-görməməsi barədə şəkk etsə, namazı səhihdir.
|