Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

NAMAZDA MƏKRUH OLAN ŞEYLƏR

Məsələ: 1179.Namazda üzü azacıq sağa və ya sola döndərmək, gözləri yummaq, yaxud sağa, sola döndərmək, saqqal və əllərlə oynamaq, barmaqları bir-birinə keçirtmək, ağızın suyunu yerə atmaq, Quranın, kitabın, üzüyün yazılarına baxmaq; həmçinin, Həmd və Surəni oxuyan və zikrləri deyən vaxtda başqasının sözünü eşitmək üçün səsi alçaltmaq məkruhdur. Ümumiyyətlə, Allah dərgahında xüzu və xüşunu aradan aparan hər hansı bir işlə məşğul olmaq məkruhdur.

Məsələ: 1180.İnsanın yuxusu gəldiyi, habelə bovl və qaitin qarşısını aldığı vaxt namaz qılması məkruhdur. Həmçinin ayağı sıxan dar corab geymək də məkruhdur. (Bundan başqa sair məkruhatlar da vardır ki, müfəssəl fiqhi kitablarda qeyd olunmuşdur.)

VACİBİ NAMAZI POZMAĞIN CAİZ OLAN YERLƏRİ

Məsələ: 1181.İxtiyar üzündən vacibi namazı pozmaq haramdır, amma can və malın hifz olunması, cana və mala dəyən zərərin qarşısını almaq üçün pozmağın eybi yoxdur.

Məsələ: 1182.Əgər öz canını, yaxud canının qorunması vacib olan bir kəsi, yaxud qorunub-saxlanması vacib olan əmlakı (malı) hifz etmək namazı pozmadan mümkün olmazsa, gərək namazı pozsun. Amma çox əhəmiyyəti olmayan bir şeyi hifz etmək üçün namazı pozmaq məkruhdur.

Məsələ: 1183.Əgər bir kəs namaz vaxtının çox olduğu vaxtda namaza başlasa və borc sahibi öz borcunu ondan istəsə, onda namaz üstündə verə bilərsə, elə o halda verməlidir; yox əgər namazı pozmadan verə bilməzsə, namazı pozub borcunu qaytardıqdan sonra qılmalıdır.

Məsələ: 1184.Əgər namaz əsnasında məscidin nəcis olduğunu bilsə, vaxtın az olduğu halda namazı qılıb qurtarmalıdır; amma vaxt çox olsa və namazı pozmadan məscidi paklamaq mümkün olarsa, gərək namaz əsnasında məscidi təmizləyib sonra qalan hissəsini qılsın. Amma əgər namazı pozmalı olarsa, (namazı pozub) məscidi pakladıqdan sonra yenidən qılmalıdır.

Məsələ: 1185.Namazı pozmalı olan bir kəs onu tamamlasa (axıra çatdırsa), günah etmişdir, amma namazı səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, namazı yenidən qılsın.

Məsələ: 1186.Əgər rüku qədərində əyilməzdən qabaq azan və iqaməni unutduğu yadına düşsə, namazın vaxtı çox olan halda müstəhəbdir ki, onları demək üçün namazı pozsun (və təzədən azan və iqamə ilə qılsın).

NAMAZIN ŞƏKKİYYATI

Namazın şəkkiyyatı 23 qismdir ki, onlardan səkkizi namazı batil edir, altısına e”tina olunmamalıdır, doqquzunda isə namaz səhihdir.

NAMAZI BATİL EDƏN ŞƏKLƏR

Məsələ: 1187.Namazı batil edən şəklər aşağıdakılardan ibarətdir:

1-İki rəkətli namazların rəkətlərinin sayındakı şək; (sübh namazı və səfərdə olan şəxsin (iki rəkətli) namazları kimi). Amma iki rəkətli müstəhəb namazların, habelə bə”zi ehtiyat namazlarının rəkətlərinin sayındakı şəkk namazı batil etmir.

2-Üç rəkətli namazın rəkətlərinin sayındakı şəkk;

3-Dörd rəkətli namazda bir rəkət və ya daha artıq qılınmasındakı şəkk;

4-Dörd rəkətli namazlarda, ikinci səcdənin qurtarmasından qabaq iki rəkətlə daha artıq arasındakı şəkk. (Bu məsələnin təfsilatı üçün səhih şəklərin dördüncü qisminə müraciət edin.)

5-İki rəkətlə beş, yaxud iki rəkətlə beşdən artıq rəkət arasındakı şəkk;

6-Üç rəkətlə altı rəkət və ya üç rəkətlə altı rəkətdən artıq arasındakı şəkk;

7-Neçə rəkət qıldığını bilmədiyi namazlardakı şəkk;

8-Dörd rəkətlə altı və ya dörd rəkətlə altıdan artıq rəkətlərdəki şəkk–istər ikinci səcdənin qurtarmasından əvvəl olsun, istərsə də sonra. Amma əgər ikinci səcdədən sonra dördlə altı, yaxud dördlə altıdan artıq rəkətlərdə şəkk etsə, ehtiyat-müstəhəb budur ki, niyyətini dörd rəkətə qoyub namazı qurtarsın, sonra iki səcdeyi-səhv yerinə yetirib namazı da yenidən qılsın.

Məsələ: 1188. Əgər batil edən şəklərdən hər hansı biri insanın qarşısına çıxsa, namazı poza bilməz. Amma əgər çox fikirləşsə və şəkki qərarlaşsa, namazı pozmağın eybi yoxdur.

E”TİNA OLUNMAMALI ŞƏKLƏR

Məsələ: 1189.E”tina olunmamalı şəklər aşağıdakılardan ibarətdir:

1-Yerinə yetirilmə məhəlli keçmiş olan şeylərdəki şəkk; (Məsələn, rükuda Həmdi oxuyub-oxumamasında şəkk etsə.)

2-Salamdan sonrakı şəkk;

3-Namazın vaxtı keçəndən sonrakı şəkk;

4-Kəsirül-şəkk, yə”ni çox şəkk edən şəxsin şəkki. Əgər namaz vaxtında olsa, öz şəkkinə əməl edərək namazı qılmalıdır. Amma əgər namaz vaxtından sonra şəkk etsə, öz şəkkinə e”tina etməməlidir.

5-Pişnamazın, namazın rəkətlərinin sayında etdiyi şəkk–əgər mə”mum onların sayını bilirsə. Həmçinin mə”mumun namazın rəkətlərinin sayında etdiyi şəkk–əgər imam onların sayını bilirsə;

6-Müstəhəb namazlardakı şəkk.

1-Yerinə yetirilmə məhəlli keçmiş olan şeylərdəki şəkk

Məsələ: 1190.Əgər bir kəs namaz əsnasında onun vacibi əməllərindən birini yerinə yetirib-yetirməməsində məsələn, Həmdi oxuyub-oxumamasında şəkk etsə, bu halda ondan sonra yerinə yetirilməli olan əmələ başlamamış olsa şəkk etdiyi hissəni yerinə yetirməlidir. Amma ondan sonra yerinə yetirilməli olan işə məşğul olsa öz şəkkinə e”tina etməməlidir.

Məsələ: 1191.Əgər hər hansı ayəni oxuyanda, ondan qabaqkı ayəni oxuyub-oxumamasında şəkk etsə, yaxud ayənin axırını oxuyanda onun əvvəlini oxuyub-oxumamasında şəkk etsə öz şəkkinə e”tina etməməlidir.

Məsələ: 1192.Əgər rüku, yaxud səcdədən sonra onun vacibi işlərini (zikr, bədənin aram olması) yerinə yetirib-yetirməməsində şəkk etsə öz şəkkinə e”tina etməməlidir.

Məsələ: 1193.Əgər səcdəyə gedən halda rüku edib-etməməsində, yaxud rükudan sonra ayağa qalxıb-qalxmamasında şəkk etsə öz şəkkinə e”tina etməməlidir.

Məsələ: 1194.Əgər ayağa qalxan halda təşəhhüdü deyib-deməməsində şəkk etsə, öz şəkkinə e”tina etməməlidir. Amma səcdəni yerinə yetirməsində şəkk etsə, qaydıb səcdəni yerinə yetirməlidir.

Məsələ: 1195.Oturan, yaxud uzanan halda namaz qılan bir kəs Həmdi, yaxud təsbihatı oxuyan vaxt səcdə və ya təşəhhüdü yerinə yetirib-yetirməməsində şəkk etsə öz şəkkinə e”tina etməməlidir. Əgər Həmd və ya təsbihatı oxumamışdan qabaq səcdə və ya təşəhhüdü yerinə yetirib-yetirməməsində şəkk etsə, gərək onları yerinə yetirsin.

Məsələ: 1196.Əgər namazın rüknlərindən hər hansı birini yerinə yetirib-yetirməməsində şəkk etsə, bu halda ondan sonrakı işə başlamayıbsa onu yerinə yetirməlidir. Məsələn, əgər təşəhhüdü yerinə yetirməmişdən iki səcdəni edib-etməməsində şəkk etsə, gərək yerinə yetirsin. Amma sonradan yerinə yetirmiş olduğu mə”lum olsa, rükn artıq olduğuna görə, namazı batildir.

Məsələ: 1197.Əgər rükn olmayan bir əməli yerinə yetirib-yetirməməsində şəkk etsə, bu halda ondan sonrakı işə məşğul olmayıbsa, onu yerinə yetirməlidir. Məsələn, əgər Surəni oxumamışdan qabaq Həmdi oxumasında şəkk etsə, Həmdi oxumalıdır. Əgər Surəni oxuyandan sonra yerinə yetirmiş olduğu mə”lum olarsa, rükn artıq olmadığı üçün, namaz səhihdir.

Məsələ: 1198.Əgər hər hansı rüknü yerinə yetirib-yetirməməsində şəkk etsə, bu halda təşəhhüdə məşğuldursa və iki səcdəni yerinə yetirməsində şəkk etsə öz şəkkinə e”tina etməməlidir. Amma o rüknü yerinə yetirdiyi yadına düşsə, bu halda sonrakı rüknə başlamayıbsa onu yerinə yetirməldir; yox əgər sonrakı rüknə başlayıbsa, namazı batildir. Məsələn, rükudan qabaq əvvəlki iki səcdəni yerinə yetirmədiyi yadına düşsə, onu yerinə yetirməlidir. Amma rükuda, yaxud ondan sonra yadına düşsə, namazı batildir.

Məsələ: 1199. Əgər rükn olmayan bir əməli yerinə yetirib-yetirməməsində şəkk etsə, bu halda ondan sonrakı əmələ başlayıbsa öz şəkkinə e”tina etməməlidir. Məsələn, Surəni oxuyanda Həmdi oxuyub-oxumamasında şəkk etsə öz şəkkinə e”tina etməməlidir. Əgər sonradan onu yerinə yetirmədiyi yadına düşsə, sonrakı rüknə başlamayıbsa, yerinə yetirməlidir. Amma rüknə başlamış olsa, namazı səhihdir. Misal üçün, qunutda, Həmdi oxumadığı yadına düşsə, gərək oxusun. Əgər rükuda yadına düşsə namazı səhihdir. Amma vacibdir ki, oxumadığı Həmd üçün səcdeyi-səhv etsin. Əgər yerinə yetirmədiyi vacib təşəhhüd, yaxud səcdə olarsa onun qəzasını etmək vacibdir.

Məsələ: 1200. Əgər namazın salamını deyib-deməməsində, yaxud düz deyib-deməməsində şəkk etsə, bu halda namazın tə”qibatına, yaxud başqa bir namaza başlayıbsa, yaxud namazın surətini pozan, camaat arasında “o, namazı qurtarmış, namaz halından çıxmışdır” deyilən başqa bir işə məşğul olubsa, öz şəkkinə e”tina etməməlidir. Amma bu kimi işlərdən əvvəl şəkk etsə salamları deməlidir. Əgər salamın düzgün, səhih deyilib-deyilməməsində şəkk etsə, hər bir halda: istər başqa işə başlamış olsun, istərsə də olmasın–öz şəkkinə e”tina etməməlidir.

2-Salamdan sonrakı şəkk

Məsələ: 1201.Əgər salamlardan sonra namazın səhih olub-olmamasında şəkk etsə, məsələn, rüku edib-etməməsində şəkk etsə, yaxud dörd rəkətli namazın salamından sonra dörd rəkət, yaxud beş rəkət qılmasında şəkk etsə öz şəkkinə e”tina etməməlidir. Amma əgər şəkkinin hər iki tərəfi batil olsa (məsələn dörd rəkətli namazın salamından sonra üç rəkət, yaxud beş rəkət qılmasında şəkk etsə) namazı batildir.

3-VAXT KEÇƏNDƏN SONRAKI ŞƏKK

Məsələ: 1202.Əgər bir kəs namazın vaxtı keçəndən sonra namaz qılıb-qılmamasında şəkk etsə, yaxud qılmadığını güman etsə öz şəkkinə e”tina etməməlidir. Amma vaxtı keçməmişdən qabaq namaz qılıb-qılmamasında şəkk etsə, yaxud qılmadığını güman etsə, o namazı qılmalıdır. Hətta əgər qıldığını güman etsə də, yenidən qılmalıdır.

Məsələ: 1203.Əgər namazın vaxtı keçəndən sonra onu düzgün qılıb-qılmamasında şəkk etsə öz şəkkinə e”tina etməməlidir.

Məsələ: 1204.Əgər zöhr və əsr namazının vaxtı keçəndən sonra dörd rəkət namaz qılıb amma zöhr, yoxsa əsr niyyəti ilə qıldığını bilməsə, ona vacib olan namazın (ma fiz-zimmə) qəzası niyyəti ilə bir dörd rəkətli namaz qılmalıdır.

Məsələ: 1205.Əgər məğrib və işa namazının vaxtı keçəndən sonra bir namaz qıldığnı bilsə, amma üç, yoxsa dörd rəkət qıldığını bilməsə, hər iki namazın qəzasını qılmalıdır.

4-KƏSİRÜL-ŞƏKK

Məsələ: 1206.Əgər bir kəs bir namazda üç dəfə, yaxud üç namazda ardıcıl olaraq (məsələn sübh, zöhr və əsr namazında) şəkk etsə, ona kəsirül-şəkk deyilir. Əgər onun çox şəkk etməsi qəzəb, qorxu, halının pərişan olması səbəbi ilə olmazsa öz şəkkinə e”tina etməməlidir.

Məsələ: 1207.Çox şəkk edən adam əgər bir şeyi yerinə yetirməkdə şəkk etsə, bu halda onu yerinə yetirmək namazı batil etmirsə, niyyətini onun yerinə yetirildiyinə qoymalıdır. Məsələn əgər rüku edib-etməməsində şəkk etsə, niyyətini rüku etmiş olduğuna qoymalıdır; yox əgər onu yerinə yetirmək namazı batil edirsə, niyyəti onu yerinə yetirmədiyinə qoymalıdır. Məsələn, əgər bir və ya daha artıq rüku etdiyində şəkk etsə, rüknün artıqlığı namazı batil etdiyindən, niyyəti birdən artıq rüku etmədiyinə qoymalıdır.

Məsələ: 1208.Namazın bir əməlində çox şəkk edən adam onun başqa hissələrində də şəkk etsə, onun göstərişinə uyğun olaraq əməl etməlidir. Məsələn səcdə edib-etməməsində çox şəkk edən bir adam, rükunu yerinə yetirib-yetirməməsində şəkk etsə, onun göstərişinə müvafiq əməl etməlidir. Yə”ni əgər hələ ayaq üstədirsə, gərək rükunu yerinə yetirsin; səcdəyə gedibsə şəkkinə e”tina etməsin.

Məsələ: 1209.Məxsusi namazda (məsələn, zöhr namazında) çox şəkk edən bir adam başqa namazda da (məsələn, əsr namazında) şəkk etsə öz şəkkinin göstərişinə müvafiq olaraq əməl etməlidir.

Məsələ: 1210.Əgər bir kəs məxsus bir yerdə namaz qılanda çox şəkk edirsə, bu halda o yerdən başqa yerdə namaz qılanda şəkk hasil olsa, öz şəkkinin göstərişinə uyğun olaraq əməl etməlidir.

Məsələ: 1211. Əgər insan özünün kəsirül-şəkk olub-olmamasında şəkk etsə, şəkkin göstərişinə mövzuiyyə şübhəsi kimi əməl etməlidir. Və kəsirül-şəkk nə qədər ki, adi adamların halına qayıdıb-qayıtmadığını bilmir, öz şəkkinə e”tina etməməlidir.

Məsələ: 1212.Çox şəkk edən adam müəyyən rüknü yerinə yetirib-yetirməməsində şəkk edib e”tina etməsə və sonradan onu yerinə yetirmədiyi mə”lum olsa, bu halda sonrakı rüknə daxil olmayıbsa, onu yerinə yetirməlidir; yox əgər sonrakı rüknə başlayıbsa, namazı batildir. Məsələn əgər rüku edib-etməməsində şəkk edib e”tina etməsə və səcdədən əvvəl etmədiyi yadına düşsə, rüku etməlidir; əgər səcdədə yadına düşsə namazı batildir.

Məsələ: 1213.Çox şəkk edən insan rükn olmayan bir şeyi yerinə yetirib-yetirməməsində şəkk etsə və öz şəkkinə e”tina etməyib sonradan yerinə yetirməməsi mə”lum olsa, bu halda onun yerinə yetirilməsi məhəlli keçməyibsə, yerinə yetirməlidir; yox əgər məhəllindən keçibsə namazı səhihdir. Məsələn, əgər Həmdi oxyub-oxumamasında şəkk edib e”tina etməsə və qunutda oxumadığı yadına düşsə, Həmdi oxumalıdır. Əgər rükuda yadına düşsə namazı səhihdir.

5-İMAM VƏ MƏ”MUMUN ŞƏKKİ

Məsələ: 1214.Əgər imam namazın rəkətlərinin sayında şəkk etsə, məsələn, üç və ya dörd rəkət qılmasında şəkk etsə, bu halda mə”mum dörd rəkət qıldığını yəqin, yaxud güman edib imama başa salsa, imam namazı qurtarmalıdır. Ehtiyat namazı da qılmaq lazım deyil. Həmçinin əgər imam neçə rəkət qıldığın yəqin, yaxud gümanla bilsə, mə”mum da rəkətlərin sayında şəkk etsə öz şəkkinə e”tina etməməlidir.

6-MÜSTƏHƏB NAMAZDAKI ŞƏKK

Məsələ: 1215.Əgər bir kəs müstəhəb namazların rəkətlərinin sayında şəkk etsə, bu halda şəkkin çox tərəfi namazı batil edirsə, niyyəti az tərəfə qoymalıdır. Məsələn, əgər sübh namazının nafiləsində iki rəkətlə üç rəkət arasında şəkk etsə, niyyəti iki rəkət qıldığına qoymalıdır. Amma şəkkin çox tərəfi namazı batil etmirsə (məsələn, iki rəkətlə bir rəkət arasında şəkk etsə) şəkkin hər tərəfinə əməl etsə səhihdir.

Məsələ: 1216.Ehtiyat-vacibə görə rüknün az olması nafilə namazını batil edir, amma artıq olması batil etmir. Deməli, əgər nafilənin işlərindən hər hansı birini unutsa və sonrakı rüknə başladığı vaxt yadına düşsə, o işi yerinə yetirib yenidən həmin rüknü yerinə yetirməlidir. Məsələn, əgər rükuda Surəni oxumadığı yadına düşsə, qayıdıb Surəni oxumalı, yenidən rükuya getməlidir.

Məsələ: 1217.Əgər nafilə namazının işlərinin hər hansı birində şəkk etsə–istər rükn olsun, istərsə də qeyri-rükn–əgər məhəlli keçməyibsə, yerinə yetirməlidir; yox əgər məhəlli keçibsə öz şəkkinə e”tina etməməlidir.

Məsələ: 1218.Əgər iki rəkət müstəhəb namazında gümanı üç rəkətə, yaxud daha artığa getsə, yaxud iki rəkətə və az tərəfə getsə həmin gümana əməl etməlidir. Amma əgər gümana əməl etməsi namazın batil olmasına səbəb olarsa, bu halda güman şəkk hökmündədir. Məsələn, əgər gümanı bir rəkətə gedirsə ehtiyatən bir rəkət də qılmalıdır.

Məsələ: 1219.Əgər nafilə namazında səcdeyi-səhvin vacib olduğu bir iş etsə, yaxud bir səcdəni və ya təşəhhüdü unutsa, namazdan sonra səcdeyi-səhv, yaxud səcdə və təşəhhüddün qəzasını etməsi lazım deyil.

Məsələ: 1220.Bir kəs müstəhəb namazı qılıb-qılmamasında şəkk etsə, bu halda o namaz “Cə”fəri-təyyar” namazı kimi vaxtı müəyyən olmayan namazlardan olsa, qılmadığını niyyət etməlidir. Həmçinin əgər gündəlik namazların nafiləsi kimi vaxtı müəyyən olsa və vaxtının keçməsindən əvvəl, yerinə yetirib-yetirməməsində şəkk etsə də eyni qayda ilə. Amma əgər vaxtı keçəndən sonra şəkk etsə, şəkkinə e”tina etməməlidir.