|
||||||||||||||||||||
|
SƏHİH ŞƏKKLƏRMəsələ: 1221.Doqquz halda əgər namaz qılan şəxs dörd rəkətli namazın rəkətlərinin sayında şəkk etsə, fikirləşməlidir: əgər şəkkin bir tərəfinə yəqin və ya güman tapsa həmin tərəfi əsas tutub namazı qurtarmalıdır. Əks halda isə deyiləcək göstərişlərə əməl etməlidir. Bu doqquz hal aşağıdakılardan ibarətdir:1-İkinci səcdədən başını qaldırdıqdan sonra iki rəkətlə üç rəkət arasında şəkk etsə; bu halda niyyəti üç rəkətə qoyub bir rəkət də qılaraq namazı tamamlamalı, namazdan sonra bir rəkət ayaq üstə, yaxud iki rəkət oturan halda ehtiyat namazı (qaydası sonradan deyiləcək) qılmalıdır. 2-İki rəkətlə dörd rəkət arasında, başını ikinci səcdədən qaldırdıqdan sonra şəkk etsə; bu halda niyyəti dörd rəkətə qoyub namazı tamamlamalı, namazdan sonra ayaq üstə iki rəkət ehtiyat namazı qılmalıdır. 3-Başını ikinci səcdədən qaldırdıqdan sonra iki, üç və dörd rəkət arasında şəkk etsə; bu halda niyyəti dördə qoyub namazı tamamlamalı, sonra iki rəkət ayaq üstə və iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır. Amma birinci səcdədən sonra, yaxud başını ikinci səcdədən qaldırmazdan əvvəl bu üç şəkdən hər hansı biri hasil olsa, namazı pozub yenidən qıla bilər. 4-İkinci səcdədən başını qaldırdıqdan sonra dörd rəkətlə beş rəkət arasında şəkk etsə; bu halda niyyəti dördə qoyub namazı tamamlamalı, namazdan sonra iki səcdeyi-səhv etməlidir. Amma əgər birinci səcdədən sonra, yaxud başını ikinci səcdədən qaldırmazdan əvvəl belə şəkk etsə, ehtiyat-vacib budur ki, qeyd olunan göstərişə əməl edib sonra namazı yenidən qılsın. 5-Üç rəkətlə dörd rəkət arasında olan şəkk; bu şəkk namazın hər yerində olsa, niyyəti dördə qoyub namazı qurtarmalı, sonra isəbir rəkət ayaq üstə, yaxud iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır. 6-Ayaq üstə olanda dörd rəkətlə beş rəkət arasında olan şəkk; bu halda yerə oturub təşəhhüdü, salamları deyib, bir rəkət ayaq üstə, yaxud iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır. 7-Ayaq üstə olanda üç rəkətlə beş rəkət arasındakı şəkk; bu halda yerə oturub təşəhhüd və salamı deyib sonra namazı qurtarmalı, ayaq üstə iki rəkət ehtiyat namazı qılmalıdır. 8-Ayaq üstə olanda üç, dörd, beşinci rəkətlər arasındakı şəkk. Bu halda yerə oturub təşəhhüd və salamı deməli, iki rəkət ayaq üstə, sonra isə iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır. 9-Ayaq üstə olanda beşinci rəkətlə altıncı rəkətdəki şəkk; bu halda yerə oturmalı, təşəhhüd və salamları deyib namazı qurtarmalı, sonra isə səcdeyi-səhv yerinə yetirməlidir. Məsələ: 1222.Əgər səhih şəklərdən biri insanın qarşısına çıxsa, namazı pozmamalıdır; əgər pozsa, günah etmişdir. Namazı batil edən işləri (məsələn, üzü qiblədən döndərmək kimi) görmədən ikinci namaza başlasa, ikinci namazı da batildir. Amma əgər bu kimi işləri yerinə yetirdikdən sonra (ikinci namaza) başlasa, səhihdir. Məsələ: 1223.Əgər ehtiyat namazı vacib olan şəklərdən biri namaz əsnasında qarşıya çıxsa, bu halda insan namazı qurtarsa və ehtiyat namazı qılmadan namazı yenidən başlasa, günah etmişdir, amma namazı batil edən işlərdən birini görmədən namazı başlasa, ikinci namazı da batildir; yox əgər namazı batil edən işləri gördükdən sonra ikinci namaza başlasa, ikinci namazı səhihdir. Məsələ: 1224.Əgər səhih şəklərdən hər hansı biri insanın qarşısına çıxsa, qeyd olunduğu kimi, dərhal fikirləşməlidir; əgər iki tərəfdən birinə yəqin və ya güman tapması üçün olan vasitələrdən biri onun üçün mövcud olmasa və şəkki aradan getməsə, hətta azacıq ondan sonra fikirləşsə də eybi yoxdur. Məsələn, əgər səcdədə şəkk etsə fikirləşməyi səcdədən sonraya qədər tə”xirə salmalıdır. Məsələ: 1225.Əgər əvvəldə gümanı iki tərəfdən birinə çox olsa, sonra isə hər iki tərəfə bərabərləşsə, şəkkin göstərişinə əməl etməlidir. Əgər şəkk əvvəldə hər iki tərəfə bərabər olsa və niyyəti vəzifəli olduğu tərəfə qoysa, sonradan gümanı başqa tərəfə getsə, həmin tərəfi əsas götürüb namazı tamamlamalıdır. Məsələ: 1226.Gümanın bir tərəfə artıq olduğunu, yaxud hər iki tərəfə bərabər olduğunu bilməyən şəxs ehtiyat etməlidir. Hər iki halda ehtiyat məxsus haldadır ki, müfəssəl fiqhi kitablarda deyilmişdir. Məsələ: 1227.Əgər namazdan sonra, namaz əsnasında tərəddüddə olduğunu başa düşsə, məsələn, iki rəkət, yaxud üç rəkət qılmasında tərəddüddə olub və niyyəti üç rəkətə qoyubsa, amma bu niyyət üç rəkət qılmağa güman üzündən ya hər iki tərəf onun nəzərində bərabər olması əsasında olduğunu bilməsə, gərək ehtiyat-vacibə görə ehtiyat namazı qılsın. Məsələ: 1228.Əgər təşəhhüd oxuyan vaxtda, yaxud ayağa qalxandan sonra iki səcdəni yerinə yetirib-yetirməməsində şəkk etsə və elə həmin vaxt iki səcdənin tamam olmasından sonra baş verəndə səhih olan şəkklər irəli gəlsə (məsələn, iki rəkətlə üç rəkət arasında şəkk etsə) o şəkkin göstərişinə əsasən əməl etməli və ehtiyat-vacibə görə namazı da yenidən qılmalıdır. Məsələ: 1229.Əgər təşəhhüdə başlamamışdan, yaxud təşəhhüddü olmayan rəkətlərdə ayağa qalxmamışdan əvvəl iki səcdəni yerinə yetirməsində şəkk etsə və həmin vaxt iki səcdənin tamam olmasından sonra səhih olan şəkklərdən biri baş versə, namazı batildir. Məsələ: 1230.Əgər ayaq üstə olan halda üçlə dörd, yaxud üçlə dörd və beş arasında şəkk etsə və əvvəlki rəkətin iki səcdəsini yerinə yetirmədiyi yadına düşsə, namazı batildir. Məsələ: 1231.Əgər insanın şəkki aradan getsə, amma başqa bir şəkk yaransa (məsələn, əvvəl iki rəkətlə üç rəkət arasında şəkk etsə, sonra isə üçlə dörd arasında şəkk etsə) ikinci şəkkin göstərişinə əməl etməlidir. Məsələ: 1232.Əgər namazdan sonra, namaz vaxtı məsələn, iki ilə dörd arasında, yoxsa üç ilə dörd arasında şəkk etdiyində şəkk etsə, ehtiyat-vacib budur ki, hər ikisinin göstərişinə əməl etsin, namazı da yenidən qılsın. Məsələ: 1233. Əgər namazdan sonra, namaz əsnasında şəkk irəli gəldiyini bilsə, amma batil şəkklərdən, yoxsa səhih şəkklərdən olmasını bilməsə; habelə səhih şəkklərdən olmuşsa, hansı qismdən olmasını bilməsə ehtiyat-vacibə görə gərək səhih olan ehtimal verdiyi şəklərin göstərişinə əməl edib namazı da yenidən qılsın. Məsələ: 1234.Oturan halda namaz qılan bir şəxs üçün bir rəkət ayaq üstə, yaxud iki rəkət oturan halda ehtiyat namazı qılmalı olan bir şəkk baş versə, bir rəkət oturan halda yerinə yetirməlidir. Hətta əgər iki rəkət ehtiyat namazı qılmalı olan bir şəkk qarşıya çıxsa, iki rəkət oturan halda qılmalıdır. Məsələ: 1235.Ayaq üstə namaz qılan bir kəs ehtiyat namazı qılan vaxt daha ayaq üstə dura bilməsə, ehtiyat namazını namazı oturan halda qılan şəxslər kimi (hökmü əvvəldəki məsələdə deyildi) qılmalıdır. Məsələ: 1236.Oturan halda namaz qılan bir kəs ehtiyat namazı qılan vaxt ayaq üstə dura bilsə, namazı ayaq üstə qılan kəslərin vəzifəsinə əməl etməlidir. EHTİYAT NAMAZIMəsələ: 1237.Ehtiyat namazı vacib olan bir kəs namazın salamından sonra dərhal ehtiyat namazı niyyəti edib təkbir deməli, Həmdi oxuyub rüku və səcdəni etməlidir. Əgər bir rəkət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra təşəhhüdü oxumalı, salamları deməlidir. İki rəkət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra bir rəkət də (əvvəlki kimi) qılıb sonra təşəhhüdü və salamları deməlidir.Məsələ: 1238.Ehtiyat namazının Surəsi və qunutu yoxdur və ahəstə qılınmalıdır, niyyəti də dildə deyilməməlidir. Ehtiyat-vacib budur ki, “bismillah”ı da ahəstə deyilsin. Məsələ: 1239.Əgər ehtiyat namazını qılmamışdan qabaq qıldığı namazın səhih olduğunu başa düşsə, ehtiyat namazı qılması; əgər ehtiyat namazı əsnasında başa düşsə onu tamamlaması lazım deyil. Məsələ: 1240.Əgər ehtiyat namazı qılmamışdan qabaq namazının rəkətinin az olduğunu başa düşsə, bu halda namazı batil edən işlərdən görməyibsə qılmadıqlarını qılmalı, yersiz salam dediyinə görə iki səcdeyi-səhv etməlidir. Amma namazı batil edən işlərdən görübsə (məsələn, arxasını qibləyə çeviribsə) namazı yenidən qılmalıdır. Məsələ: 1241.Əgər ehtiyat namazından sonra, namazının kəsirinin ehtiyat namazı qədər olduğunu bilsə (məsələn, üçlə dörd arasında şəkk edib bir rəkət ehtiyat namazı qılsa və sonradan namazını üç rəkət qıldığını başa düşsə) namazı səhihdir. Məsələ: 1242.Əgər ehtiyat namazını qıldıqdan sonra namazının kəsrinin ehtiyat namazından az olduğunu bilsə (məsələn, iki ilə dörd arasında şəkk edib iki rəkət ehtiyat namazı qılsa və sonra namazı üç rəkət qıldığını bilsə) ehtiyat-vacibə görə namazın kəsirini–əgər namazın surətini pozan bir iş görməyibsə–namaza müttəsil etməli, namazı da yenidən qılmalıdır. Məsələ: 1243.Əgər ehtiyat namazı qılandan sonra namazın kəsirinin ehtiyat namazından artıq olduğunu bilsə (məsələn, üçlə dörd rəkət arasındakı şəkkdə bir rəkət ehtiyat namazı qılıb sonradan namazın iki rəkət qıldığını bilsə), bu halda ehtiyat namazından sonra namazı batil edən işlərdən görmüş olsa (məsələn, arxası qibləyə dönmüş olsa) namazı yenidən qılmalıdır; yox əgər namazı batil edən işlərdən görməyibsə namazın iki rəkət kəsirini yerinə yetirməli, namazın özünü də yenidən qılmalıdır. Məsələ: 1244. Əgər iki, üç, dörd arasında şəkk edib iki rəkət ayaq üstə ehtiyat namazı qılandan sonra namazı iki rəkət qıldığını başa düşsə, iki rəkət oturan halda ehtiyat namazı qılması lazım deyil. Məsələ: 1245.Əgər üçlə dörd arasında şəkk etsə və oturan halda iki rəkət, yaxud bir rəkət ayaq üstə ehtiyat namazı qılan vaxt üç rəkət qıldığı mə”lum olsa ehtiyat namazını qurtarmalıdır, namazı da səhihdir. Məsələ: 1246.İki, üç, dörd rəkət arasında şəkk etsə və iki rəkət ayaq üstə ehtiyat namazı qılan vaxt ikinci rəkətin rükusuna getməzdən qabaq namazı üç rəkət qıldığını bilsə oturub ehtiyat namazını bir rəkətlə tamamlamalı, ehtiyat-vacibə görə namazını da yenidən qılmalıdır. Məsələ: 1247.Əgər ehtiyat namazı əsnasında namazın kəsirinin ehtiyat namazından az, yaxud çox olduğunu başa düşsə, bu halda ehtiyat namazını namazın kəsrinə müvafiq tamam edə bilməsə, onu pozub namazının kəsrini yerinə yetirməlidir. Ehtiyat-vacibə görə namazı da yenidən qılmalıdır. Məsələn, əgər üçlə dörd arasındakı şəkkdə iki rəkət oturan halda ehtiyat namazı qılan vaxt namazını iki rəkət qıldığını başa düşsə, iki rəkət oturan haldakı namaz iki rəkət ayaq üstə olan namaz hesab edilə bilmədiyinə görə, oturan halda ehtiyat namazını boşlayıb iki rəkət namazının kəsrini qılmalıdır. Ehtiyatən namazını da yenidən qılmalıdır. Məsələ: 1248.Əgər vacib olan ehtiyat namazını yerinə yetirib-yetirməməsində şəkk etsə, bu halda namazın vaxtı keçibsə öz şəkkinə e”tina etməməlidir. Amma əgər vaxtı olsa başqa işə başlamayıbsa və namaz yerindən qalxmayıbsa, habelə namazı batil edən işlərdən (məsələn, qiblədən dönmək kimi) görməyibsə ehtiyat namazını qılmalıdır. Əgər başqa işə məşğuldursa, yaxud namazı batil edən işlərdən birini görübsə və ya namazla şəkk arasında çox vaxt keçibsə, ehtiyat budur ki, ehtiyat namazını yerinə yetirib, namazı da yenidən qılsın. Məsələ: 1249.Əgər ehtiyat namazında hər hansı rüknü artırsa, yaxud misal üçün, bir rəkət yerinə iki rəkət qılsa, ehtiyat namazı batildir. Və bu halda namazın özünün yenidən qılınması ilə kifayətlənmək ehtimalı gözlənilir. Məsələ: 1250.Ehtiyat namazını qılmağa məşğul olan vaxt onun işlərindən hər hansı birinə şəkk etsə, bu halda onun məhəlli keçməyibsə yerinə yetirməlidir; amma məhəlli keçmiş olarsa, gərək öz şəkkinə e”tina etməsin. Məsələn, rükuya getməmişdən əvvəl Həmdi oxuyub-oxumamasında şəkk etsə, onu oxumalıdır. Amma rükuya gedibsə öz şəkkinə e”tina etməməlidir. Məsələ: 1251.Əgər ehtiyat namazının rəkətlərinin sayında şəkk etsə, niyyəti çox tərəfə qoymalıdır. Amma əgər şəkkin çox tərəfi namazı batil edirsə, namazı əvvəldən başlamalıdır. Ehtiyat namazını isə qılmaq lazım deyil. Məsələ: 1252.Əgər ehtiyat namazında rükn olmayan bir şeyi səhvən artırıb-azaltsa, əqvaya görə səcdeyi-səhvi yoxdur. Məsələ: 1253.Əgər ehtiyat namazının salamından sonra onun hissələrini, yaxud şərtlərini yerinə yetirib-yetirməməsində şəkk etsə, öz şəkkinə e”tina etməməlidir. Məsələ: 1254.Əgər ehtiyat namazında təşəhhüdü və yaxud bir səcdəni unutsa, ehtiyat-müstəhəb budur ki, salamdan sonra onu qəza etsin. Məsələ: 1255. Əgər bir şəxsə ehtiyat namazı və bir səcdənin, yaxud bir təşəhhüdün qəzası, yaxud iki səcdeyi-səhv vacib olsa, əqvaya əsasən əvvəl ehtiyat namazını qılmalıdır. Məsələ: 1256.Namazın rəkətlərində gümanın hökmü yəqinin hökmüdür. Məsələn, əgər insan dörd rəkətli namazda namazı dörd rəkət qılmasını güman etsə, ehtiyat namazı qılmamalıdır. Amma əgər rəkətlərdən başqalarında güman etsə, ehtiyata əməl etməlidir. Hər halın məxsus göstərişi var ki, müfəssəl fiqhi kitablarda deyilmişdir. Məsələ: 1257.Şəkk, səhv və gümanın hökmünün gündəlik vacib namazlarında və s. vacibi namazlarda heç bir fərqi yoxdur. Məsələn, əgər ayət namazında bir rəkətlə iki rəkət arasında şəkk etsə, iki rəkətli namazda şəkk batil olduğundan, onun da namazı batildir. |