|
||||||||||||||||||||
|
MÜXTƏLİF MƏSƏLƏLƏRMəsələ: 1378.Müsafir Məscidül-Həramda, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidində və Kufə məscidində namazını bütöv və ya şikəstə qılmaqda ixtiyar sahibidir. Bu üç məsciddə ilk və əsl bina ilə sonradan əlavə olunan yerlər arasında fərq yoxdur. Həmçinin müsafir Həzrət Seyyidüş-Şühəda (əleyhis-salam)-ın hərəmində və hərəminin həyətində, hətta hərəmə birləşən məsciddə də namazını həm şikəstə, həm də bütöv qıla bilər.Məsələ: 1379.Müsafir olmasını və namazını şikəstə qılacağını bilən bir kəs əvvəlki məsələdə deyilən dörd məkandan başqa yerlərdə qəsdən bütöv qılsa namazı batildir. Həmçinin müsafirin namazının şikəstə olduğunu unudub tamam qılsa ehtiyat-vacibə görə (yenidən qılsın) vaxtı keçmiş olsa da qəzasını etsin. Məsələ: 1380.Müsafir olduğunu və namazı şikəstə qılmalı olduğunu bilən bir kəs əgər adət üzrə, məsələyə diqqət yetirmədən namazı bütöv qılsa namazı batildir. Həmçinin əgər müsafirin və öz səfərinin hökmünü unutsa (və namazı bütöv qılsa), bu halda vaxt varsa, namazını yenidən qılmalıdır. Hətta əgər vaxtı keçmiş olsa da, ehtiyat-vacibə görə qəzasını etməlidir. Məsələ: 1381.Namazı şikəstə qılacağını bilməyən müsafir əgər bütöv qılsa namazı səhihdir. Məsələ: 1382.Namazının şikəstə olduğunu bilən müsafir əgər onun xüsusiyyətlərindən bə”zisini bilməyib (məsələn, səkkiz fərsəxlik məsafədə şikəstə qılacağını bilməyib) bütöv qılsa, bu halda vaxt vardırsa, namazı şikəstə qılmalıdır; yox əgər vaxt keçmiş olsa, şiksətə namazın qəzasını yerinə yetirməlidir. Məsələ: 1383.Namazın şikəstə olduğunu bilən müsafir səfərinin səkkiz fərsəxdən az olmasını güman edib namazını bütöv qılsa və sonradan səfərinin səkkiz fərsəx olduğunu başa düşsə, bütöv qıldığı namazı yenidən şikəstə qılmalıdır; əgər vaxtı keçibsə, qəzasını şikəstə yerinə yetirməlidir. Məsələ: 1384.Əgər müsafir olduğunu unudub namazını bütöv qılsa, bu halda namaz vaxtında yadına düşsə, yenidən şikəstə qılmalıdır. Amma namaz vaxtından sonra yadına düşsə namazın qəzası ona vacib deyil. Amma ehtiyata görə əgər hökmü unutmaq səbəbilə olarsa, qəzası vaxtdan xaricdə vacibdir. Məsələ: 1385.Namazını tamam qılmalı bir kəs şikəstə qılsa hər halda namazı batildir. Məsələ: 1386.Əgər dörd rəkətli namaz qılmağa başlayıb namaz əsnasında müsafir olduğu yadına düşsə, yaxud səfərinin səkkiz fərsəx olduğu yadına düşsə, üçüncü rəkətin rükusuna getməmişdirsə, namazı iki rəkətlə qurtarmalıdır. Amma əgər üçüncü rəkətin rükusuna getmiş olsa, namazı batildir. Hətta bir rəkət qılmaq miqdarında vaxtı olsa, gərək namazı şiksətə qılsın. Məsələ: 1387.Əgər müsafir namazının bə”zi xüsusiyyətlərini (məsələn, əgər dörd fərsəx gedib həmin günün gündüzü, yaxud gecəsi qayıtdıqda şiksətə qılmalı olduğunu) bilməsə, bu halda dörd rəkətli namaz niyyəti ilə namaza başlayıb üçüncü rəkətin rükusundan qabaq məsələni başa düşsə namazı iki rəkətli tamam etməlidir. Amma rükuda başa düşsə, namazı batildir və hətta bir rəkət miqdarında vaxtından qalmış olsa belə, namazı şikəstə qılmalıdır. Məsələ: 1388. Namazı tamam qılmalı olan müsafir, məsələni bilməməzlik səbəbi ilə iki rəkətli namaz niyyəti ilə namaza başlasa və namaz əsnasında məsələni başa düşsə namazını dörd rəkətdə tamam etməlidir. Ehtiyat-müstəhəb budur ki, namaz qurtarandan sonra onu, yenidən dörd rəkət qılsın. Məsələ: 1389.Namaz qılmamış olan müsafir vaxt tamam olandan qabaq vətəninə, yaxud on gün qalmaq istədiyi yerə çatsa, namazını tamam qılmalıdır. Müsafir olmayan bir kəs əgər namazın əvvəl vaxtında namaz qılmayıb səfər etsə səfərdə namazını şikəstə qılmalıdır. Məsələ: 1390.Əgər namazını şikəstə qılmalı olan bir müsafirdən zöhr, əsr, yaxud işa namazı qəzaya getsə, qəzasını iki rəkətlə qılmalıdır–hətta səfərdən qeyri yerlərdə də qəzasını yerinə yetirmək istəsə; və əgər müsafir olmayan bir şəxsdən bu üç namazdan biri qəza olsa onu dörd rəkətdə qəza etməlidir–hətta onun qəzasını səfərdə də qılmaq istəsə. Məsələ: 1391.Müstəhəbdir ki, müsafir şikəstə qıldığı hər namazdan sonra 30 dəfə “subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” desin. QƏZA NAMAZIMəsələ: 1392.Öz vacibi namazını, onun öz vaxtında qılmayan bir kəs, hətta vaxtın hamısında yuxuda olsa, yaxud məstlik səbəbi ilə namaz qılmamış olsa da, qəzasını yerinə yetirməlidir. Amma qadının heyz və nifas halında qılmadıqları gündəlik vacibi namazların qəzası yoxdur.Məsələ: 1393.Əgər namazın vaxtı qurtarandan sonra, qıldığı namazın batil olduğunu başa düşsə, qəzasını yerinə yetirməlidir. Məsələ: 1394.Əgər uşaq namaz vaxtının daxil olmasından qabaq–hətta bir rəkətlik namaz qədərində belə–baliğ olsa, namaz ona əda olaraq vacib olacaq. Əgər bunu tərk etsə, qəzası ona vacibdir. Həmçinin, haiz və nəfsa qadının vaxtın tamam olmasından qabaq üzrü aradan qalxsa, eyni qayda ilə. Məsələ: 1395.Cümə namazı vacib olan bir şəxs onu vaxtında yerinə yetirməsə, zöhr namazını qılmalıdır. Zöhr namazını da qılmasa, onun qəzasını yerinə yetirməlidir. Məsələ: 1396.Vacib namazların qəzasını günün istənilən vaxtında–istər səfərdə olsun, istərsə də adi halda (qeyri-səfərdə)–qılmaq olar. Lakin əgər səfərdə olmadığı vaxt səfər namazının qəzasını etmək istəsə, şikəstə qəza etməlidir; və əksinə, əgər səfərdə olduğu vaxt, səfərdə olmadığı vaxtın qəzasını qılmaq istəsə onu bütöv qılmalıdır. Məsələ: 1397.Mükəlləfin namazı tamam, yaxud şikəstə qılmaqda ixtiyar sahibi olduğu Məscidül-Həram və s. kimi yerlərdə namazı qılmamış olsa, ehtiyat-vacib budur ki, o məkanlardan xaricdə qılmaq istəsə, şikəstə qılsın, amma həmin məkanlarda olarsa, həm şikəstə, həm də bütöv qıla bilər. Məsələ: 1398.Boynunda qəza namazı olan bir kəs onu qılmaqda süstlük, səhlənkarlıq etməməlidir. Amma dərhal yerinə yetirməsi vacib deyil. Məsələ: 1399. Qəza namazı olan bir kəs müstəhəb namaz qıla bilər. Məsələ: 1400. Ehtiyat-vacib–gündəlik namazların qəzasını qılmaqda gündəlik tərtibə riayət etməkdir. Əda vaxtında tərtibin lazım olduğu namazların (zöhr və əsr kimi) qəzasında da bu tərtibə riayət olunması lazımdır. Məsələ: 1401.Əgər gündəlik namazından başqa bir neçə namazın (məsələn, ayət namazının) qəzasını qılmaq istəsə, yaxud bir gündəlik və bir neçə gündəlik olmayan namazın qəzasını qılmaq istəsə, qəzaya getməsi tərtibi ilə qılması lazım deyil. Məsələ: 1402.Əgər bir kəs, ondan qəzaya gedən namazların hansının qabaqca olduğunu bilməsə, tərtib hasil olacağı tərzdə qılması lazım deyil: hansını istəsə, onu da qabağa sala bilər. Məsələ: 1403.Əgər meyyitin qəza namazlarını qılmaq istəsələr və onun vərəsələri də meyyitin qəzaya getmiş namazlarının tərtibini bilsələr, bu tərtibə riayət etmələri lazımdır. Deməli, belə meyyit üçün bir neçə nəfəri eyni vaxtda onun namazları üçün əcir tutmaq səhih deyildir: onlardan hər biri üçün müəyyən vaxt ayırmaq lazımdır. Məsələ: 1404.Əgər bir kəsin bir neçə namazı qəzaya getsə və onların sayını (məsələn, dörd,yaxud beş dənə olduğunu) bilməsə, bu halda az miqdarın qəzasını qılsa, kifayətdir. Lakin ehtiyat-vacib budur ki, əgər əvvəllər sayını bilib sonra unudubsa, çox tərəfi yerinə yetirsin. Məsələ: 1405.Bir kəs əda namazı qılmaq istədiyi vaxt həmin günün qəza namazını da qılmaq istəsə, ehtiyat-vacibə görə qəza namazını həmin günün əda namazından qabaq qılmalıdır. Məsələ: 1406.Nə qədər ki insan diridir, hətta öz qəza namazlarını qıla bilməsə də, başqası (naibi) onun qəza namazlarını qıla bilməz. Məsələ: 1407.Qəza namazını camaat namazı ilə birlikdə qılmaq olar–istər imamın namazı əda olsun, istərsə də qəza. Hər ikisinin də (imam və mə”mum) eyni namazı qılmaları lazım deyil. Məslən, sübh namazının qəzasını imamın zöhr və ya əsr namazı ilə birlikdə qılsa, eybi yoxdur. Məsələ: 1408.Müstəhəbdir ki, müməyyiz (yaxşını və pisi başa düşən) uşağı namaza və s. ibadətlərə adət etdirsinlər. Hətta müstəhəbdir ki, onu qılmadığı namazların qəzasını qılmağa vadar etsinlər. ATA-ANANIN BÖYÜK OĞULA VACİB OLAN QƏZA NAMAZIƏgər ata müəyyən üzrlü səbəblərə görə namazını qılmamış olsa, böyük oğula vacibdir ki, onun vəfatından sonra onların qəzasını etsin, yaxud da həmin namazları qılmaq üçün əcir tutsun. Habelə, əgər ata, orucunu xəstəlik, yaxud səfərdə olduğu üçün tutmayıbsa və sağlığında da qəzasını tutmaq mümkün olmayıbsa, böyük oğul onun vəfatından sonra qəzasını tutmalıdır.Məsələ: 1409.Ehtiyat-vacib budur ki, böyük oğul anasının da oruc-namazlarının qəzasını yerinə yetirsin. Məsələ: 1410.Böyük oğula, ata-ananın özlərinin qəzaya getmiş namazları vacibdir; amma onlara icarə və s. səbəbilə vacib olan namazın qəzası, yaxud onların da öz ata-anasının böyük oğula vacib olan oruc-namazları, böyük oğula vacib deyil. Məsələ: 1411. Meyyitin namazının qəzası oğlunun oğluna (nəvəsinə) əgər meyyit ölən vaxtda, hamıdan böyük olsa, vacib deyil. Ehtiyat-vacib budur ki, meyyitin övladı yoxdursa, namazlarının qəzasını o (nəvəsi) yerinə yetirsin. Məsələ: 1412.Böyük oğulun, atanın, yaxud ananın vəfatı zamanı həddi-büluğa çatması lazım deyil. Hətta uşaq da olsa, həddi-büluğa çatandan sonra qəzaları yerinə yetirməlidir. O da həddi-büluğa çatmazdan qabaq ölsə, ondan sonrakı övlada vacib deyil. Məsələ: 1413.Əgər övladlardan biri yaşca, başqası isə həddi-büluğ cəhətindən böyük olsa, namazların qəzası birinciyə vacibdir. Məsələ: 1414.Böyük oğulun meyyitin mal-dövlətini irs aparması lazım (ilzami) deyil. Hətta əgər (müəyyən səbəblərə görə–qətl, küfr və s.) irsdən məhrum edilmiş olsa da belə qəzası vacibdir. Məsələ: 1415.Övladlardan hansının böyük oğul olması mə”lum olmazsa, qəzaları yerinə yetirmək onların heç birinə vacib deyil. Amma ehtiyat-müstəhəb budur ki, ata-ananın oruc-namazlarını öz aralarında bölsünlər, yaxud da püşk atmaqla onlardan biri bu işləri yerinə yetirmək üçün tə”yin edilsin. Məsələ: 1416.Əgər meyyit, onun qəza oruc-namazları üçün əcir tutulmasını vəsiyyət etmiş olsa, əcir tutulan şəxs də onun oruc-namazlarını səhih tərzdə yerinə yetirsə, böyük oğula heç nə vacib deyil. Həmçinin bir kəs meyyitin oruc-namazlarını pulsuz qəza etsə (böyük oğula vacib deyil). Məsələ: 1417.Namazı ucadan və ya astadan oxumaqda böyük oğul öz vəzifəsinə əməl etməlidir: yə”ni, sübh, məğrib və işa namazlarının ilk iki rəkətini ucadan qılmalıdır–hətta əgər anasının qəza namazlarını da qılsa. Məsələ: 1418.Əgər iki oğlan ekiz olsalar, hansı daha tez doğulubsa o böyük sayılır–hətta o birisinin nütfəsi daha tez mayalanmış olsa da. Məsələ: 1419.Əgər bir kəs namaz qılmağın mümkün olduğu miqdar vaxt keçəndən sonra, namaz vaxtında ölsə, o namazın qəzası böyük oğula vacibdir. Məsələ: 1420.Əgər meyyitin böyük oğlu olmasa, yaxud böyük oğul qəzaları yerinə yetirmədən ölsə, sair övladlara qəza vacib deyil. Əgər qəzalarını yerinə yetirməyi vəsiyyət etmiş olsa, onun malının üçdə birindən vəsiyyətə əməl olunmalıdır. |