Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

CAMAAT NAMAZI

Məsələ: 1421.Müstəhəbdir ki, vacibi namazlar, xüsusilə gündəlik vacib namazları camaatla birlikdə qılınsın. Sübh, məğrib və işa namazlarında, məxsusən məscidə qonşu olan və məscidin azan səsini eşidənlər üçün camaat namazında iştirak etmək daha çox sifariş olunub.

Məsələ: 1422. Bir rəvayətdə gəlib ki, əgər bir nəfər imama iqtida etsə, onların namazlarının hər rəkətinin 150 rəkət namaz savabı vardır. Əgər iki nəfər iqtida etsə, hər rəkətinin 600 rəkət namaz savabı var. İqtida edənlər nə qədər artsa, namazlarının savabı da bir o qədər artacaq. Əgər onların sayı 10 nəfərdən keçsə, bütün asimanlar kağız, dəryalar mürəkkəb, ağaclar qələm, cin, ins və məlaikələr yazan olsalar, o namazın bir rəkətinin savabını yazıb qurtara bilməzlər.

Məsələ: 1423.E”tinasızlıq üzündən camaat namazında iştirak etməmək caiz deyildir. İnsanın üzrü olmadan camaat namazına getməməsi layiq deyil.

Məsələ: 1424.Müstəhəbdir ki, insan gözləsin və namazı camaatla qılsın. Camaatla qılınan namaz, əvvəl vaxtda təklikdə qılınan namazdan daha yaxşıdır. Həmçinin, müxtəsər və qısa şəkildə qılınan camaat namazı təklikdə uzun-uzadı qılınan namazdan daha yaxşıdır.

Məsələ: 1425.Camaat namazı təşkil olunanda müstəhəbdir ki, təklikdə namaz qılan bir kəs namazı yenidən camaatla qılsın. Əgər sonradan birinci namazının batil olduğunu başa düşsə, ikinci namazı kifayətdir.

Məsələ: 1426.Əgər imam və yaxud mə”mum camaatla qıldığı namazı yenidən camaatla qılsa, bu halda əgər ikinci camaat namazına gələnlər birinci namazdakılardan başqa şəxslər olsa və o şəxs də imam olsa eybi yoxdur.

Məsələ: 1427.Namazda vəsvas olan və namazı yalnız camaatla qıldıqda vasvaslıqdan xilas olan bir kəs namazı camaatla qılmalıdır.

Məsələ: 1428.Əgər ata və ya ana öz övladına, namazı camaatla qılmasını əmr etsələr, onu tərk etmək ata-ananın əziyyətlərinə, narahatlıqlarına, yaxud onlara qarşı ədəbsizlik, hörmətsizlik olarsa, namazı camaatla qılması vacibdir.

Məsələ: 1429.Yağış yağması üçün qılınan istisqa, habelə Fitir və Qurban namazları istisna olmaqla (onları camaatla qılmaq olar) müstəhəb namazları camaatla birlikdə qılmaq olmaz.

Məsələ: 1430.Pişnamaz gündəlik namazını qılanda gündəlik namazlardan hər birini ona iqtida edib qılmaq olar. Amma əgər imam gündəlik namazını ehtiyatən ikinci dəfə qılırsa, mə”mum öz namazında ona iqtida edə bilməz; amma hər ikisi bir cəhətdən–ehtiyat cəhətindən bir olsalar, eybi yoxdur.

Məsələ: 1431.Əgər imam özünün gündəlik namazının qəzasını qılsa ona iqtida etmək olar; amma namazını ehtiyatən qəza edirsə, yaxud başqa bir kəsin namazının ehtiyatən qəzasını edirsə, hətta onun üçün pul almasa da, ona iqtida etmək işkallıdır. Amma əgər insan namazı fövtə getmiş bir kəsin qəza namazını qılmasını bilsə, ona iqtida etməyin eybi yoxdur.

Məsələ: 1432.Əgər imam mehrabda olsa və bir nəfər də onun arxasında olub iqtida etməsə, mehrabın iki tərəfində durub mehrabın divarının səbəbilə imamı görməyən şəxslər ona iqtida edə bilməzlər. Hətta əgər imamın araxasında bir kəs iqtida etmiş olsa, onun iki tərəfində duran şəxslərin, imamı mehrabın divarının vasitəsilə görmədikləri halda iqtida etməsi, ehtiyat-vacibə görə səhih deyil.

Məsələ: 1432.Birinci cərgənin uzun olması səbəbilə cərgənin iki tərəfində duran şəxslər imamı görməsələr də, ona iqtida edə bilərlər. Həmçinin əgər (birinci cərgədən başqa) sair cərgələrdən birinin də uzun olması səbəbilə, onun iki tərəfində duran şəxslər öz qabaqlarındakı cərgəni görməsələr, iqtida edə bilərlər.

Məsələ: 1434.Əgər camaat namazının cərgələri məscidin qapısına çatsa, qapının müqabilindəki cərgənin arxasında duran şəxsin namazı səhihdir. Həmçinin onun arxasında durub iqtida edən şəxslərin də namazı səhihdir. Amma onun iki tərəfində durub qabaqdakı cərgəni görməyənlərin iqtida etmələri, ehtiyat-vacibə görə səhih deyil.

Məsələ: 1435.Sütunun arxasında duran bir kəs əgər sağ, yaxud sol tərəfdən başqa mə”mumun vasitəsilə imama müttəsil olmasa, iqtida edə bilməz. Amma əgər sağ, yaxud sol tərəfdən müttəsil olsa, iqtida edə bilər.

Məsələ: 1436.İmamın dayandığı yer mə”mumun dayandığı yerdən uca olmamalıdır. Amma əgər imamın dayandığı yer azacıq uca olsa, eybi yoxdur. Həmçinin əgər namaz qılınan yer alçaqlı və ucalı yer olsa və imam uca olan yerdə dayansa, bu halda onun alçaqlığı-ucalığı çox olmasa və adi camaat arasında “düzənlik yerdir”-deyilsə, maneəsi yoxdur.

Məsələ: 1437.Əgər mə”mumun yeri imamın yerindən uca olsa, bu halda qədim zamanlarda adət olan qədərdə uca olsa və camaat arasında bir ictima (toplantı) hesab olunsa, eybi yoxdur. Amma əgər bu zamanın çox mərtəbəli evləri kimi olsa, camaat namazının işkalı vardır.

Məsələ: 1438.Əgər bir cərgədə dayanan şəxslərin içərisində müməyyiz (yaxşını və pisi başa düşən) uşaq fasilə salsa və onun namazının batil olmasını bilməsələr, iqtida edə bilərlər.

Məsələ: 1439.İmamın təkbirindən sonra qabaqdakı cərgə namaza hazır olsa və onların təkbir demələri yaxın olsa sonrakı cərgədə dayanan şəxslər təkbiri deyə bilər. Amma ehtiyat-müstəhəb budur ki, birinci cərgənin təkbiri qurtarana qədər gözləsin.

Məsələ: 1440.Əgər qabaqdakı cərgələrdən hər hansı birinin namazının batil olduğu mə”lum olsa, sonrakı cərgələr iqtida edə bilməz. Amma onların (qabaqdakıların) namazlarının səhih olub-olmaması mə”lum olmasa, iqtida edə bilər.

Məsələ: 1441.Əgər bir kəs imamın namazının batil olmasını bilsə (məsələn, onun dəstəmazsız olduğunu bilsə) hətta imamın özü bu işdən agah olmasa da, ona iqtida edə bilməz.

Məsələ: 1442.Əgər mə”mum namazdan sonra imamın adil olmadığını, yaxud kafir olduğunu, yaxud müəyyən səbəblər üzündən namazının batil olduğunu bilsə (məsələn, dəstəmazsız namaz qıldığını bilsə) mə”mumun namazı səhihdir.

Məsələ: 1443.Əgər namaz əsnasında iqtida edib-etməməsində şəkk etsə, bu halda mə”mumun vəzifəli olduğu bir haldadırsa, (məsələn, imamın Həmd-Surəsinə qulaq asan haldadırsa) namazını camaatla qılıb qurtara bilər. Əgər həm imamın, həm də mə”mumun vəzifəsi olan işlərə məşğuldursa (məsələn, rükuda və ya səcdədədirsə) namazı furada niyyəti ilə tamam etməlidir.

Məsələ: 1444.İnsan camaat namazı əsnasında furada niyyəti edə bilər.

Məsələ: 1445.Əgər mə”mum imamın Həmd Surəsi qurtarandan sonra furada niyyət etsə, onları oxuması lazım deyil. Amma əgər Həmd-Surənin tamam olmasından qabaq furada niyyəti etsə, ehtiyat-vacibə görə onları əvvəldən oxumalıdır.

Məsələ: 1446.Əgər bir kəs camaat namazı əsnasında furada niyyəti etsə, ehtiyat-vacibə görə yenidən camaat namazı niyyəti etməməlidir. Amma əgər furada niyyəti edib-etməməsində tərəddüddə qalsa və sonradan camaatla birlikdə tamamlamaq qərarına gəlsə, namazı səhihdir.

Məsələ: 1447.Əgər furada niyyəti edib-etməməsində şəkk etsə, gərək niyyətini furada etməməsinə döndərsin.

Məsələ: 1448.Əgər imam rükuda olan vaxt iqtida edib onun rükusuna çatsa, hətta imamın rükusu tamam olsa belə, namazı camaatla səhihdir və bir rəkət hesab olunur. Amma əgər rüku qədərində əyilib imamın rükusuna çatmasa, onun camaat namazı batildir.

Məsələ: 1449.İmam rükuda olan vaxtda iqtida edib rüku qədərində əyilsə və imamın rükusuna çatıb-çatmamasında şəkk etsə namazı batildir. Ehtiyat budur ki, namazı qurtarandan sonra yenidən qılsın.

Məsələ: 1450.Əgər imam rükuda olan vaxt iqtida etsə və rüku qədərində əyilməzdən qabaq imam başını rükudan qaldırsa, furada niyyəti də edə bilər, yaxud da gözləyə bilər ki, imam sonrakı rəkət üçün qalxanda niyyət edib onu öz namazının birinci rəkəti hesab etsin. Amma əgər imamın ayağa qalxması çox uzun çəksə və “bu şəxs camaat namazı qılır”-deyilməsə, furada niyyəti etməlidir.

Məsələ: 1451.Əgər namazın əvvəlində, yaxud Həmd-Surə oxunan vaxt iqtida etsə və rükuya getməmişdən qabaq imam başını rükudan qaldırsa, onun namazı camaatla səhihdir: rüku edib özünü imama çatdırmalıdır.

Məsələ: 1452.Əgər imama axırıncı rəkətin təşəhhüdünü oxuduğu vaxt çatsa, bu halda camaat namazının savabını qazanmaq istəyərsə, gərək niyyət edib, təkbirətül-ehram dedikdən sonra oturub təşəhhüdü imamla birlikdə oxusun, amma salamları deməyib gözləməlidir ki, imam salamı desin, sonra ayağa qalxıb yenidən niyyət etmədən, təkbir demədən Həmd-Surəni oxumalıdır. Bunu, öz namazının birinci rəkəti hesab etməlidir.

Məsələ: 1453.Mə”mum imamdan qabaqda durmamalıdır. Ehtiyat-vacibə görə imamdan bir qədər arxada dayanmalıdır. Əgər onun boyu imamdan uca olsa və rükuda, səcdədə ondan qabaqda olsa, eybi yoxdur.

Məsələ: 1454.Camaat namazında mə”mum və imam arasında arxası görünməyən pərdə və bu kimi şeylər fasilə salmamalıdır. Həmçinin insan ilə onun, imama müttəsil olduğu bir şəxs arasında da fasilə düşməməlidir. Əgər mə”mum qadın, imam isə kişi olsa pərdə və bu kimi şeylərin fasilə salmasının eybi yoxdur. Qadınla, kişi olan sair mə”mum arasında pərdə və bu kimi şeylər fasilə salsa (belə ki, qadın onun vasitəsilə imama müttəsildirsə) eybi yoxdur. Amma əgər imam və mə”mum–hər ikisi qadın olsa, bunun hökmü kişilərin hökmü kimidir, yə”ni onların arasında heç nə fasilə salmamalıdır.

Məsələ: 1455. Əgər namaza başlayandan sonra imamla mə”mum arasında, yaxud həmin mə”mumun imama müttəsil olduğu şəxs arasında pərdə və ya o biri tərəfi görünməyən başqa bir şey fasilə salsa, namazı furadadır və səhihdir.

Məsələ: 1456.Ehtiyat-vacib budur ki, mə”mumun səcdə yeri ilə imamın durduğu yerin arasında bir normal addımdan artıq fasilə olmasın. Həmçinin əgər insan, qabağında dayanan mə”mumun vasitəsilə imama müttəsil olsa, ehtiyat-vacibə görə onun səcdəsinin yeri qabaqdakının dayandığı yerdən bir normal addımdan artıq olmasın. Ehtiyat-müstəhəb budur ki, mə”mumun səcdəsinin yerinin, onun qabağında duran kəsin dayandığı yerlə, ümumiyyətlə fasiləsi olmasın.

Məsələ: 1457.Əgər mə”mum, sağında və ya solunda olan kəsin vasitəsilə imama müttəsil olub amma qabaqdan müttəsil olmasa, bu halda bir normal addımdan artıq fasiləsi olmazsa namazı səhihdir.

Məsələ: 1458.Əgər namazda mə”mumla imam, yaxud mə”mumla onun imama müttəsil olduğu şəxs arasında bir addımdan artıq fasilə düşsə onun namazı furada olur və səhihdir.

Məsələ: 1459.Əgər qabaqdakı cərgədə dayananların hamısının namazı tamam olsa, yaxud hamısı furada niyyəti etsələr, bu halda fasilə normal addımdan çox olmasa, sonrakı cərgənin namazı camaat namazı şəklində səhihdir. Əgər bu miqdardan artıq olsa furada olur və səhihdir.

Məsələ: 1460.Əgər bir kəs ikinci rəkətdə iqtida etsə, qunutu və təşəhhüdü imamla birlikdə oxumalıdır. Ehtiyat budur ki, təşəhhüdü oxuyan zaman əllərin barmaqlarını və ayaqlarının pəncəsini yerə qoyub, dizlərini qaldırsın, təşəhüddən sonra imamla birlikdə qalxıb Həmd və Surəni oxusun. Əgər Surə üçün vaxt qalmasa, təkcə Həmdi oxuyub rükuda və ya səcdədə özünü imama çatdırsın, yaxud da furada niyyət etsin, namazı da səhihdir.

Məsələ: 1461.Əgər imam dörd rəkətli namazın ikinci rəkətində olanda iqtida etsə, namazın ikinci (imamın üçüncü) rəkətində iki səcdədən sonra oturub təşəhhüdün vacibi qədərini oxumalı, sonra ayağa qalxmalıdır. Əgər təsbihatı üç dəfə deməyə vaxt olmazsa, gərək bir dəfə deyib rükuda və ya səcdədə özünü imama çatdırsın.

Məsələ: 1462.Əgər imam üçüncü və ya dördüncü rəkətdə olsa və mə”mum iqtida edib Həmdi oxuyacağı surətdə imamın rükusuna çatmayacağını bilsə, ehtiyat-vacibə görə gözləməlidir ki, imam rükuya getsin, sonra iqtida etsin.

Məsələ: 1463.Əgər imamın üçüncü və ya dördüncü rəkətində iqtida etsə, gərək Həmd-Surəni oxusun. Əgər Surə oxumağa vaxt olmasa, Həmdi tamamlamalı, rükuda özünü imama çatdırmalıdır. Amma əgər imama səcdədə çatsa, daha yaxşı olar ki, ehtiyatən namazı ikinci dəfə qılsın.

Məsələ: 1464.Surəni və ya qunutu yerinə yetirdiyi surətdə rükuda imama çatmayacağını bilən bir kəs, Surəni oxumamalı, yaxud qunutu tutmalıdır. Amma əgər oxusa namazı səhihdir.

Məsələ: 1465.Bir kəs Surəni başlayacağı, yaxud qurtaracağı halda imamın rükusuna çatacağına xatircəmdirsə, ehtiyat-vacib budur ki, Surəni başlasın və ya başlayıbsa qurtarsın.

Məsələ: 1466. Surəni oxuyacağı təqdirdə imamın rükusuna çatacağına yəqini olan bir kəs Surəni oxusa, amma imamın rükusuna çatmasa, namazı səhihdir.

Məsələ: 1467.İmam ayaq üstə olanda, mə”mum onun hansı rəkətdə olduğunu bilmirsə, ona iqtida edə bilər. Amma gərək Həmd-Surəni qürbət qəsdi ilə oxusun. Sonradan imamın birinci, yaxud ikinci rəkətdə olduğunu bilsə, namazı səhihdir.

Məsələ: 1468.Bir kəs imamın birinci, yaxud ikinci rəkətdə olduğunu güman edərək Həmd-Surəni oxumasa, rükudan sonra onun üçüncü, yaxud dördüncü rəkətdə olduğunu başa düşsə, namazı səhihdir. Amma rükudan qabaq başa düşsə, Həmd-Surəni oxumalıdır. Vaxtı olmasa təkcə Həmdi oxumalı, rükuda və ya səcdədə özünü imama çatdırmalıdır.

Məsələ: 1469.İmamın üçüncü, yaxud dördüncü rəkətdə olmasını güman edən bir kəs Həmd-Surəni oxusa və rükudan əvvəl və ya sonra onun birinci, yaxud ikinci rəkətdə olduğunu başa düşsə, namazı səhihdir. Həmd-Surə əsnasında başa düşsə onları axıra çatdırması lazım deyil.

Məsələ: 1470.Əgər bir kəs müstəhəbbi namaza məşğul olduğu vaxt camaat namazı təşkil olunsa, bu halda namazını qurtararsa camaat namazına çatacağına xatircəm deyilsə, müstəhəbdir ki, namazı kəsib camaatla birlikdə namaz qılsın. Hətta əgər birinci rəkətə çatacağına xatircəm olmasa da, müstəhəbdir ki, həmin göstərişə əməl etsin.

Məsələ: 1471.Üç, yaxud dörd rəkətli namazı qılmağa məşğul olan zaman camaat namazı təşkil olunsa, bu halda üçüncü rəkətin rükusuna getməyibsə və namazı axıra qədər qılacağı təqdirdə camaat namazına çatacağına xatircəm deyilsə, müstəhəbdir ki, namazı müstəhəb namaz niyyətinə döndərib iki rəkətdə qurtarsın və özünü camaat namazına çatdırsın.

Məsələ: 1472.Əgər imamın namazı qurtarsa, mə”mum da birinci təşəhhüdü və ya birlikdə salamı deməyə məşğuldursa, furada niyyəti etməsi lazım deyil.

Məsələ: 1473.İmamdan bir rəkət dala qalan bir kəs onun axırıncı rəkətinin təşəhhüdünü oxuduğu vaxt, furada niyyətini edə, qalxıb namazını qurtara bilər və ya əllərinin barmaqlarını, ayaqlarının pəncəsini yerə qoyub dizlərini yerdən aralayaraq imamın, namazın salamını deməsini gözləməli, sonra isə ayağa qalxmalıdır.