Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

PİŞNAMAZIN ŞƏRTLƏRİ

Məsələ: 1474.İmam camaat baliğ, aqil 12 İmam şiəsi, adil, halazadə olmalı, namazı səhih tərzdə oxumalıdır. Həmçinin, ehtiyat-vacibə görə imam camaat kişi olmalıdır. Yaxşı və pisi başa düşə bilən müməyyiz uşağın başqa bir uşağa iqtida etməsinin maneəsi yoxdur.

Məsələ: 1475.Bir kəs əvvəlcə imamın adil olduğunu bilib sonradan ədalətində qalıb-qalmamasında şəkk etsə, ona iqtida edə bilər.

Məsələ: 1476.Ayaq üstə namaz qılan bir kəs oturan, yaxud uzanan halda namaz qılana iqtida edə bilməz. Habelə, oturan halda namaz qılan bir kəs uzanan halda namaz qılana iqtida edə bilməz.

Məsələ: 1477. Oturan halda namaz qılan bir kəs elə o halda namaz qılan başqa bir kəsə iqtida edə bilər. Amma ehtiyat-vacib budur ki, uzanan halda namaz qılan bir kəs, uzanan və ya oturan halda namaz qılan şəxsə iqtida etməsin.

Məsələ: 1478.Əgər piş namaz müəyyən üzr səbəbi ilə təyəmmüm, yaxud cəbirə dəstəmaz ilə namaz qılsa ona iqtida etmək olar. Amma müəyyən səbəblərə görə nəcis paltarda namaz qılırsa, ehtiyat-vacibə görə gərək ona iqtida olunmasın.

Məsələ: 1479.Əgər imam, müəyyən xəstəlik səbəbi ilə bovl və ya qaitin çölə gəlməsinin qarşısını ala bilməsə, ehtiyat-vacibə görə ona iqtida etmək olmaz. Habelə, müstəhazə olmayan qadın müstəhazə qadına iqtida edə bilməz.

Məsələ: 1480.Ehtiyat-vacibə görə gərək cüzam (xora) və bərəs (alaca) xəstəliyinə yoluxan şəxs, habelə, şər”i hədd (şallaq) vurulan şəxs imam olmasın.

CAMAAT NAMAZININ HÖKMLƏRİ

Məsələ: 1481.Mə”mum niyyət edəndə imamını müəyyən etməlidir, amma adını bilməsi lazım deyil. Məsələn, “bu, hal-hazırdakı imama iqdtida edirəm”-deyə niyyət etsə, namazı səhihdir.

Məsələ: 1482.Mə”mum Həmd-Surə istisna olmaqla, namazın qalan hissələrinin hamısını özü deməlidir. Amma əgər onun birinci və ya ikinci rəkəti, imamın isə üçüncü və ya dördüncü rəkəti olsa, Həmd-Surəni oxumalıdır.

Məsələ: 1483.Əgər mə”mum sübh, məğrib və işa namazının birinci və ikinci rəkətlərində imamın Həmd-Surəsinin səsini eşitsə, hətta onun kəlmələrini bir-birindən ayırd edə bilməsə də, Həmd-Surəni oxumamalıdır. Amma əgər imamın səsini eşitməsə, müstəhəbdir ki, Həmd-Surəni oxusun. Lakin ahəstə oxumalıdır; səhvən ucadan oxusa, eybi yoxdur.

Məsələ: 1484.Əgər mə”mum imamın Həmd-Surəsinin bə”zi kəlmələrini eşitsə, ehtiyat-vacib budur ki, Həmd-Surəni oxumasın.

Məsələ: 1485.Əgər mə”mum səhvən Həmd-Surəni oxusa və ya eşitdiyi səsin imamın səsi olmadığını güman edərək Həmd-Surə oxuyub sonradan onun səsi olduğunu başa düşsə, namazı səhihdir.

Məsələ: 1486.Əgər imamın səsini eşidib-eşitməməsində şəkk etsə, yaxud bir səs eşidib, imamın, yaxud başqa kəsin səsi olduğunu bilməsə, Həmd-Surəni, ümumiyyətlə qürbət qəsdi ilə oxuya bilər.

Məsələ: 1487.Ehtiyat-vacib budur ki, mə”mum zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində Həmd-Surəni oxumasın və müstəhəbdir ki, onun yerinə zikr desin.

Məsələ: 1488. Mə”mum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Hətta ehtiyat-vacib budur ki, onun təkbirətül-ehramı qurtarmayınca, təkbir deməsin.

Məsələ: 1489.Əgər mə”mum imamın salamlarını eşitsə və ya onun nə vaxt salam deyəcəyini bilsə, ondan qabaq salamları deməməlidir. Əgər qəsdən imamdan qabaq desə, işkalı vardır. Amma əgər səhvən ondan qabaq desə, namazı səhihdir və salamları yenidən deməsi lazım deyil.

Məsələ: 1490.Əgər mə”mum namazın təkbirətül-ehram və salamlarından başqa qalan hissələrini imamdan qabaq desə, eybi yoxdur. Amma əgər onları eşitsə və ya imamın onları nə vaxt deməsini bilsə, ehtiyat-müstəhəb budur ki, ondan qabaq deməsin.

Məsələ: 1491.Mə”mum, namazda təkcə imamın oxumalı olduğu şeylər istisna olmaqla, sair əməlləri (rüku, səcdə kimi) imamla birlikdə, yaxud ondan azacıq sonra yerinə yetirməlidir. Əgər qəsdən imamdan qabaq, yaxud ondan bir müddət sonra yerinə yetirsə, mə”siyət etmişdir və ehtiyat-vacib budur ki, namazı qılıb qurtarandan sonra yenidən qılsın.

Məsələ: 1492.Əgər səhvən başını rükudan qaldırıb imamın rükuda olduğunu görsə, rükuya qayıtmalı, imamla birlikdə qalxmalıdır. Bu halda rükn olan rükunun artıqlığı səbəbi ilə namazı batil olmur. Amma əgər rükuya çatmamış imam rükudan qalxsa, namazı batildir.

Məsələ: 1493.Əgər mə”mum səhvən başını səcdədən qaldırıb imamın hələ səcdədə olduğunu görsə, gərək səcdəyə qayıtsın. Əgər hər iki səcdədə bu iş təkrar olsa, rükn olan iki səcdənin artıqlığı ilə namaz batil olmur.

Məsələ: 1494.İmamdan qabaq səhvən başını səcdədən qaldıran bir kəs, səcdəyə qayıtsa və səcdəyə çatmamış imam başını səcdədən qaldırsa, namazı səhihdir. Amma əgər bu iş bir rəkətin hər iki səcdəsində baş versə, namazı batildir.

Məsələ: 1495.Əgər səhvən rükudan və ya səcdədən qalxıb imama çatmayacağını güman edərək yenidən rükuya, yaxud səcdəyə getməsə, namazı səhihdir.

Məsələ: 1496.Əgər başını səcdədən qaldırıb imamın səcdədə olduğunu görsə və imamın birinci səcdəsi olduğunu güman edərək imamla birlikdə səcdəyə getməyi qəsd edib səcdəyə getsə, sonra onun ikinci səcdəsi olduğunu başa düşsə, onun da ikinci səcdəsi hesab olunur. Əgər imamın ikinci səcdəsi olduğunu güman edərək səcdəyə getsə və səcdədən qalxandan sonra imamın birinci səcdəsi olduğunu başa düşsə, imama tabe olmaq hesab olunur və imamla birlikdə yenidən səcdəyə getməlidir. Hər iki halda ehtiyat-vacib budur ki, namazı camaatla qılıb qurtarandan sonra yenidən qılsın.

Məsələ: 1497.Əgər səhvən imamdan qabaq rükuya getsə və rükudan qalxacağı halda imamın qiraətindən bir hissəsinə çatarsa, bu halda qalxıb yenidən imamla birlikdə rükuya getsə, namazı səhihdir. Əgər qəsdən qayıtmasa, ehtiyat-vacibə görə namazı batildir. Birinci halda hər iki rükuda zikri deməlidir, lakin ehtiyat-vacib budur ki, birinci rükuda bir kiçik zikrdən artıq deməsin.

Məsələ: 1498.Əgər səhvən imamdan qabaq rükuya getsə və başını qaldıracağı halda imamın qiraətindən bir hissəsinə çatmayacaqsa, bu halda imamın ona çatmasını gözləsə, namazı səhidir.

Məsələ: 1499. Əgər səhvən imamdan qabaq səcdəyə getsə və imamın ona çatmasını gözləsə, namazı səhihdir.

Məsələ: 1500. Əgər imam qunutu olmayan bir yerdə qunut tutsa, yaxud təşəhhüdü olmayan yerdə təşəhhüd oxumağa başlasa, mə”mum qunutu və təşəhhüdü yerinə yetirməməlidir, amma imamdan qabaq rükuya gedə bilməz, yaxud ondan əvvəl ayağa dura bilməz. Üstəlik müəyyən əlamət və ya işarələrlə onu başa salmalıdır. Bu da mümkün olmasa, imamın təşəhhüdü və ya qunutunun qurtarmasını gözləməli, namazın ardını onunla qılmalıdır.