Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

CAMAAT NAMAZINDA MÜSTƏHƏB OLAN ŞEYLƏR

Məsələ: 1501.Əgər mə”mum bir kişi olsa, müstəhəbdir ki, imamın sağ tərəfində dayansın; bir qadın olsa, müstəhəbdir ki, imamın sağ tərəfində elə dursun ki, səcdəsinin yeri imamın dizləri, yaxud ayaqları ilə bərabər olsun. Əgər mə”mum bir kişi və bir qadın, yaxud bir kişi və bir neçə qadın olsa, müstəhəbdir ki, kişi imamın sağ tərəfində, qadınlar isə imamın arxa tərəfində dursunlar. Əgər bir neçə kişi və bir neçə qadın olsa, müstəhəbdir ki, kişilər imamın arxasında, qadınlar da kişilərin arxasında dursunlar.

Məsələ: 1502.Müstəhəbdir ki, imam cərgənin ortasında, elm, kamal və təqva sahibi olan sair şəxslər isə birinci cərgədə dayansınlar.

Məsələ: 1503.Müstəhəbdir ki, camaat namazının cərgələri münəzzəm (nizam-intizamlı) olsun, bir cərgədə duran şəxslərin aralarında fasilə düşməsin, çiyinləri bir xətt boyunda olsun.

Məsələ: 1504.Müstəhəbdir ki, “qəd-qamətissalat” deyiləndən sonra mə”mumlar ayağa qalxsınlar.

Məsələ: 1505.Müstəhəbdir ki, imam, mə”mumların arasında halı başqalarına nisbətən zəif olanları nəzərə alsın, tələsməsin ki, zəiflər də ona çatsın. Habelə, müstəhəbdir ki, qunut, rüku və səcdələri uzatmasın. Amma ona iqtida edənlərin hamısının bu kimi işlərə meylli olduqlarını bilsə, eybi yoxdur.

Məsələ: 1506.Müstəhəbdir ki, imam camaat Həmd-Surədə və ucadan oxunmalı zikrlərdə səsini o qədər ucaltsın ki, hamı eşitsin. Amma həddindən artıq uca olmamalıdır.

Məsələ: 1507.Əgər imam rükuda olanda, təzə gələnlərin ona iqtida etmək istədiklərini başa düşsə, müstəhəbdir ki, rükunu həmişəkindən ikiqat artırıb sonra–hətta bundan sonra iqtida etmək üçün başqalarının da gəldiyini bilsə–qalxsın.

CAMAAT NAMAZINDA MƏKRUH OLAN ŞEYLƏR

Məsələ: 1508.Əgər camaat namazının cərgələrində yer olsa insan təklikdə dayanması məkruhdur.

Məsələ: 1509.Məkruhdur ki, insan zikrləri, imamın eşidəcəyi tərzdə desin.

Məsələ: 1510.Zöhr, əsr və işa namazlarını şikəstə (2 rəkət) qılan müsafirin, bu namazlarda müsafir olmayanlara, habelə, müsafir olmayan şəxsin bu namazlarda müsafir olana iqtida etməsi məkruhdur.