|
||||||||||||||||||||
|
FİTR VƏ QURBAN NAMAZLARIMəsələ: 1592.Fitr və Qurban bayramı namazları İmam (əleyhis-salam)-ın hazır olduğu (qeybdə olmadığı) vaxt vacibdir və camaatla qılınmalıdır. İmam (əleyhis-salam)-ın qaib olduğu bizim zəmanəmizdə isə müstəhəbdir. Onu camaatla da, furada da qılmaq olar.Məsələ: 1593.Fitr və Qurban bayramı namazlarının vaxtı gün çıxan vaxtdan zöhrə qədərdir. Məsələ: 1594.Müstəhəbdir ki, Qurban bayramı namazını günəş qalxandan sonra qılsınlar; Fitr bayramında isə, müstəhəbdir ki, gün qalxandan sonra iftar edib fitrə zəkatı verəndən sonra bayram namazı qılsınlar. Məsələ: 1595.Fitr və Qurban bayramı namazları iki rəkətir. Birinci rəkətdə Həmd-Surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rüku və iki səcdəni yerinə yetirib ayağa qalxmalı, ikinci rəkətdə isə (Həmd-Surədən sonra) dörd təkbir deyilməli, hər təkbirdən sonra qunut tutub beşinci təkbirdən sonra rüku, səcdəni yerinə yetirib namazı qurtarmaq lazımdır. Məsələ: 1596.Fitr və Qurban bayramı namazlarının qunutunda hər dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun: اَللَّهُمَّ اَهلَ الكِبرِياءِ وَالعَظَمَةِ وَاَهلَ الجُودِ وَانجَبَرُوتِ وَاَهلَ العَفوِ وَالرَحمَةِ وَاَهلَ التَّقوى وَالمَغفِرَةِ اَساَلُكَ بَحَقِّ هذَا اليَومِ الَذىِ جَعَلتَهُ لِلمُسلِمِينَ عِيداً وَلِمُحَمَّدٍ صَلىَّ اللهُ عَلَيهِ وَآلِهِ ذُخراً وَشَرَفًا وَكَرَامَةً وَمَزِيداً اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تُدخِلَنىِ فِى كُلِّ خَيرٍ اَدخَلتَ فِيهِ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ وَاَن تُخرِجَنِى مِن كُلِّ سُوءٍ اَخرَجتَ مِنهُ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ صَلَواَتُكَ عَلَيهِ وَ عَلَيهِم اللَّهُمَّ اِنَّى اَساَلُكَ خَيرَ مَا سَاَلَكَ بِهِ عِباَدُكَ الصَّالِحُونَ وَاَعُوذُبِكَ مِمَّا استَعَاذَ مِنهً عِبَادُكَ المُخلَصُونَ Məsələ: 1597.Müstəhəbdir ki, Fitr və Qurban bayramı namazlarında qiraət ucadan olsun. Məsələ: 1598.Bayram namazının məxsus surəsi yoxdur, amma daha yaxşı olar ki, birinci rəkətdə “Şəms”, ikinci rəkətdə isə “Ğaşiyə” Surəsi oxunsun. Yaxud birinci rəkətdə “Səbbihismə”, ikinci rəkətdə isə “Şəms” Surəsi oxunsun. Məsələ: 1599. Müstəhəbdir ki, Fitir bayramı günüdə bayram namazından qabaq xurma ilə iftar etsinlər, Qurban bayramında isə namazdan sonra qurbanlıq ətindən yesinlər. Məsələ: 1600. Müstəhəbdir ki, şəxs bayram namazından qabaq qusul alıb piyada, ayaqyalın, vüqarla bayram namazına getsin. Başına ağ əmmamə qoysun. Məsələ: 1601.Müstəhəbdir ki, bayram namazında yerə səcdə etsinlər. Təkbirləri deyəndə əlləri yuxarı qaldırıb namazı ucadan qılsınlar. Məsələ: 1602.Müstəhəbdir ki, bayram namazı səhrada qılınsın. Məkkədə isə müstəhəbdir ki, Məscidül-Həramda qılınsın. Məsələ: 1603.Fitr bayramı gecəsinin məğrib və işa namazından sonra, habelə bayram günü sübh, zöhr və əsr namazlarından sonra, həmçinin Fitr namazından اَللهُ اَكبَرُ اَللهُ اَكبَرُ لاَ اِلَهَ الاَّ اللهُ وَاللهُ اَكبَر اَللهُ اَكبرُ وَللهِ الحَمدُ اللهُ اكبَرُ عَلَى مَا هَداَنا Məsələ: 1604.Müstəhəbdir ki, insan Qurban bayramında əvvəli bayram gününün (zilhəccə ayının onu) zöhr, axırı isə ayın 12-ci gününün sübh namazı olan on namazdan sonra, əvvəlki məsələdə deyilən təkbirləri deyib sonra isə bunları desin: اَللهُ اَكبَرُ عَلَى ماَ رَزَقَنَا مِن بَهِيمَةِ الاَنعَامِ وَالحَمدُ للهِ عَلَى مَااَبلاَنَا Amma əgər bir kəs Qurban bayramında Minada olsa, müstəhəbdir ki, bu təkbirləri, əvvəli Qurban bayramının zöhrü, axırı isə zilhəccənin on üçünün sübh namazı olan 15 namazdan sonra desin. Məsələ: 1605.Bayram namazını tavanı olan yerdə qılmaq məkruhdur. Məsələ: 1606.Əgər bayram namazının təkbir və qunutlarında şəkk olunsa, bu halda şəkkin yeri keçmiş olsa, e”tina olunmamalıdır. Amma əgər təkbirin məhəlli keçməyibsə, niyyəti az tərəfə qoymaq lazımdır. Sonradan demiş olduğu mə”lum olarsa, eybi yoxdur. Məsələ: 1607.Əgər qiraəti, yaxud təkbirləri və ya qunutları unudub yerinə yetirməsə və rükuya gedəndən sonra yadına düşsə, namazı səhihdir. Məsələ: 1608.Əgər rükunu, iki səcdəni və ya təkbirətül-ehramı unutsa, namazı batildir. Məsələ: 1609.Əgər bayram namazında bir səcdəni, yaxud təşəhhüdü unutsa, ehtiyat-müstəhəbbə görə namazdan sonra rəca niyyəti ilə yerinə yetirsin. Əgər gündəlik namazlarda səcdeyi-səhvə səbəb olan işlərdən birini görsə, ehtiyat-müstəhəb budur ki, namazdan sonra rəca niyyəti ilə bir cüt səcdeyi-səhv yerinə yetirsin. NAMAZ ÜÇÜN ƏCİR TUTULMASIMəsələ: 1610.İnsanın sağlığında yerinə yetirmədiyi ibadətlərin qəzasını öləndən sonra etmək üçün bir nəfəri əcir edə bilərlər, yə”ni həmin ibadətləri yerinə yetirmək üçün ona muzd verə bilərlər. Əgər bir kəs muzd almadan yerinə yetirsə, səhihdir.Məsələ: 1611. İnsan bə”zi müstəhəb işlər üçün (Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və İmamlar (əleyhimüs-salam)-ın qəbrini ziyarət etmək kimi) diri şəxsin tərəfindən əcir oluna bilər. Həmçinin, hər hansı müstəhəb işi görüb savabını ölən adamları, yaxud diri adamları üçün hədiyyə edə bilər. Məsələ: 1612.Meyyitin qəza namazları üçün əcir olan şəxs ya müctehid olmalıdır, ya da namazı təqlid üzündən səhih tərzdə qıla bilməlidir, yaxud da ehtiyata əməl etməlidir. Məsələ: 1613.Əcir tutulan şəxs niyyət etdiyi vaxt, onu müəyyənləşdirməlidir. Onun meyyitin adını bilməsi lazım (ilzami) deyil. Əgər “məni əcir edən şəxs tərəfindən namaz qılıram” deyə niyyət etsə, kifayətdir. Məsələ: 1614.Əcir tutulan şəxs özünü meyyitin yerinə fərz etməli, ibadətlərinin qəzasını onun əvəzindən (niyabətən) yerinə yetirməlidir. Əgər müəyyən bir əməli yerinə yetirib savabını meyyitə hədiyyə etsə kifayət deyildir. Məsələ: 1615.Elə bir kəsi əcir tutmalıdırlar ki, namazı səhih tərzdə oxumasına xatircəm olsunlar. Amma o, namazı qılandan sonra səhih qılıb-qılmamasında şəkk etsə, eybi yoxdur. Məsələ: 1616.Meyyitin namazları üçün başqasını əcir tutan bir şəxs, onun müəyyən bir əməli yerinə yetirmədiyini, yaxud batil yerinə yetirdiyini bilsə, yenidən əcir tutmalıdır. Məsələ: 1617.Əcir tutduğu şəxsin hər hansı əməli yerinə yetirib-yetirməməsində şəkk etsə, hətta “yerinə yetirmişəm” desə o əməllər üçün yenidən əcir tutulmalıdır. Amma yerinə yetirdiyi əməlin səhih olub-olmamasında şəkk etsə, yenidən əcir tutmaq lazım deyil. Məsələ: 1618.Müəyyən üzrü olan (məsələn, təyəmmümlə, yaxud oturan yerdə namaz qılan) şəxsi, hətta meyyitdən də elə həmin tərzdə qəza olmuşsa da, meyyitin namazları üçün əcir tutmaq olmaz. Məsələ: 1619.Qadın kişi üçün, kişi də qadın üçün əcir ola bilər. Namazı ucadan, yaxud astadan qılmaqda isə öz vəzifəsinə əməl etməlidir. Məsələ: 1620.Əgər meyyitin qəza namazlarının tərtibi mə”lum olsa, tərtiblə qılınmalıdır. Əks halda isə tərtibə riayət etmək lazım (ilzami) deyil. Amma bir günün zöhr və əsr, yaxud məğrib və işa namazlarında tərtibə riayət etmək lazımdır. Məsələ: 1621.Əgər əcir tutulan şəxs ilə müstəhəb əməllərin nə qədər yerinə yetirəcəyi barədə şərt etməsələr, onun müstəhəbbatını adi qaydada olduğu qədər yerinə yetirməlidir. Məsələ: 1622. Əgər insan bir neçə nəfəri meyyitin qəza namazını qılmaq üçün əcir tutsa onların hər biri üçün müəyyən vaxt ayırmalıdır. Məsələn, əgər onlardan biri ilə sübhdən zöhrə qədər qəza namazını qılmağı qərara alsalar, digəri ilə zöhrdən axşama qədər qılmasını qərarlaşmalıdırlar. Həmçinin hər dəfə başladığı namazı müəyyən etməlidir. Məsələn, qərara almalıdırlar ki, birinci qılacağı namaz sübh, yaxud zöhr və ya əsr namazı olsun. Habelə onlarla qərarlaşmalıdırlar ki, hər dəfə bir günlük namazı tamam etsin. Əgər yarımçıq saxlasa, onu hesaba almasın və sonrakı dəfə bir gecə-gündüzün namazını yenidən qılsın. Məsələ: 1623.Əgər bir kəs, meyyitin bir ildəki namazlarını qılmaq üçün əcir olunsa və il tamam olmamışdan əvvəl ölsə ehtiyat-vacib budur ki, yerinə yetirmədiyini bildikləri, yaxud ehtimal verdikləri namazlar üçün başqa bir şəxsi əcir tutsunlar. Məsələ: 1624.Meyyitin namazları üçün əcir tutulan kəs, onun namazlarını qurtarmamışdan qabaq ölsə və muzdun hamısını almış olsa, bu halda namazların hamısını onun özünün qılmasını şərt etmiş olsalar, qılmadığı namazların muzdunu onun malından alıb meyyitin qəyyumuna verməlidirlər. Məsələn, əgər onların yarısını qılmış olsa, aldığı pulun yarısını onun malından alıb meyyitin qəyyumuna verməlidirlər. Amma bunu şərt etməmiş olsalar, vərəsələri onun malından əcir tutmalıdırlar. Əgər malı olmasa, vərəsələrinə heç nə vacib deyil. Amma daha yaxşı olar ki, meyyitin borcunu versinlər. Məsələ: 1625.Əgər əcir tutulan şəxs meyyitin namazlarını qılıb qurtarmamışdan qabaq ölsə və özünün də qəza namazı olsa, onda əcir tutulduğu namazlar üçün onun malından başqasını əcir etməlidirlər. Əgər artıq qalsa, bu halda onun bütün namazları üçün əcir tutulmasını vəsiyyət etmiş olsa və vərəsələri də icazə versələr, bütün namazları üçün əcir tutulmalıdır; yox əgər icazə verməsələr, malının üçdə birindən namazlarına sərf etməlidirlər. |