Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

ORUCUN HÖKMLƏRİ

Məsələ: 1626.Oruc o əməldir ki, insan Allah-Taalanın fərmanını yerinə yetirmək üçün sübh azanından məğribə qədər orucu batil edən şeylərdən (onların şərhi sonradan gələcək) pəhriz etsin.

NİYYƏT

Məsələ: 1627.İnsanın oruc niyyətini qəlbindən keçirtməsi, yaxud “sabah oruc tuturam” deməsi vacib deyil. Hətta əgər Allahın əmrini yerinə yetirmək üçün sübh azanından məğribə qədər orucu batil edən işləri görməsə kifayətdir. Bu müddətin hamısında oruc olduğunu yəqin etmək üçün bir az sübh azanından qabaq, həmçinin bir az məğribdən sonra orucu batil edən işlərdən çəkinməlidir.

Məsələ: 1628.Vaxtı müəyyən olan vacib orucda (Ramazan ayının orucu kimi) gecənin əvvəlindən sübh azanına qədər hər vaxt sabahkı günün orucunun niyyətini etsə eybi yoxdur. Əgər Ramazan ayı, yaxud vaxtı müəyyən olan başqa vacibi orucda bilməsə, yaxud unutsa və zöhrdən qabaq yadına düşsə, bu halda orucu batil edən işlərdən görməyibsə, niyyət etməlidir, orucu da səhihdir; yox əgər orucu batil edən işlərdən görmüş olsa, yaxud zöhrdən sonra yadına düşsə, orucu batildir, lakin məğribə qədər orucu batil edən işləri görməməli, sonradan isə həmin orucun qəzasını tutmalıdır.

Müstəhəb orucun vaxtı isə gecənin əvvəlindən məğribə, niyyət etmək üçün vaxt qalana qədərdir ki, əgər bu vaxta qədər orucu batil edən işlərdən görməsə və müstəhəb oruc niyyəti etsə, orucu səhihdir.

Məsələ: 1629.Sübh azanından qabaq oruc niyyəti etmədən yatan bir şəxs zöhrdən qabaq oyanıb niyyət etsə–istər vacib olsun istərsə də müstəhəb–orucu səhihdir. Amma əgər zöhrdən sonra oyansa vacibi oruc niyyəti edə bilməz.

Məsələ: 1630.Əgər Ramazan ayından başqa bir orucu tutmaq istəsə gərək onu müəyyənləşdirsin. Məsələn, “qəza orucu, yaxud nəzir orucu tuturam”, deyə niyyət etsin. Amma Ramazan ayınında “bu ayın orucunu tuturam”, deyə niyyət etməsi vacib deyil. Hətta əgər Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruc niyyəti etsə də onun orucu Ramazan ayının orucu hesab olunur.

Məsələ: 1631.Əgər bir kəs Ramazan ayı olduğunu bilsə və qəsdən Ramazan ayından başqa orucu niyyət etsə, onun orucu nə Ramazan ayının orucu hesab olunur, nə də niyyət etdiyi oruc.

Məsələ: 1632.Əgər sübh azanından qabaq niyyət edib məst olsa və günün əsnasında huşa gəlsə, ehtiyat-vacibə görə o günün orucunu axıra çatdırıb sonradan qəzasını da yerinə yetirməlidir.

Məsələ: 1633. Əgər sübh azanından qabaq niyyət edib huşdan getsə və gün əsnasında huşa gəlsə, ehtiyat-vacibə görə o günün orucunu tamamlamalıdır. Əgər tamamlamasa, gərək qəzasını yerinə yetirsin.

Məsələ: 1634.Əgər sübh azanından qabaq niyyət edib yatsa və məğribdən sonra oyansa orucu səhihdir.

Məsələ: 1635.Əgər məsələn, Ramazan ayının birinci gününün niyyəti ilə oruc tutub sonradan ikinci, yaxud üçüncü gün olduğunu başa düşsə orucu səhihdir.

Məsələ: 1636.Əgər Ramazan ayı olduğunu bilməsə, yaxud unutsa və günortadan qabaq başa düşsə, bu halda orucu batil edən işlərdən görməyibsə, niyyət etməlidir, orucu da səhihdir; yox əgər orucu batil edən işlərdən görmüş olsa, yaxud zöhrdən sonra Ramazan ayı olduğunu başa düşsə, orucu batildir, lakin məğribə qədər orucu batil edən işləri görməməli, Ramazan ayından sonra isə qəzasını tutmalıdır.

Məsələ: 1637.Uşaq Ramazan ayının sübh azanından qabaq həddi-büluğa çatsa oruc tutmalıdır. Amma əgər sübh azanından sonra həddi-büluğa çatsa, o günün orucu ona vacib deyil.

Məsələ: 1638.Meyyitin orucunun qəzasını tutmaq üçün əcir tutulan bir şəxs əgər müstəhəb oruc tutsa eybi yoxdur. Amma qəza orucu olan bir şəxs müstəhəb oruc tuta bilməz. Başqa vacibi orucun qəzası olsa, ehtiyat-vacibə görə müstəhəb oruc tuta bilməz. Əgər unutsa və müstəhəb oruc tutsa, bu halda zöhrdən qabaq yadına düşsə müstəhəb orucu pozulur və öz niyyətini vacibi oruc niyyətinə döndərə bilər; yox əgər zöhrdən sonra başa düşsə orucu batil, məğribdən sonra yadına düşsə səhihdir.

Məsələ: 1639.Əgər kafir Ramazan ayında zöhrdən qabaq müsəlman olsa və sübh azanından həmin vaxta qədər orucu batil edən işlərdən görməmiş olsa, ehtiyat-vacibə görə gərək niyyət edib oruc tutsun; əgər tutmasa, qəzasını etsin.

Məsələ: 1640.Əgər xəstə Ramazan ayı günortadan qabaq sağalsa və sübh azanından o vaxta qədər orucu batil edən işlərdən görməmiş olsa oruc niyyəti edib o günü oruc tutmalıdır. Amma zöhrdən sonra sağalsa, o günün orucu ona vacib deyil.

Məsələ: 1641.İnsan Ramazan ayının hər gecəsində onun sabahının orucu üçün niyyət edə bilər. Daha yaxşı olar ki, ayın ilk gecəsi də bütün ayın orucunu niyyət etsin.

Məsələ: 1642.İnsan Şə”banın axırı, yaxud Ramazanın əvvəli olmasında şəkk etsə, oruc tutması vacib deyil. Amma oruc tutmaq istəsə, Ramazan ayının orucunun niyyətini edə bilməz. Qəza və s. kimi orucların niyyətini etsə və sonradan Ramazan ayı olduğu mə”lum olsa Ramazan ayının orucundan hesab olunur.

Məsələ: 1643.Şə”banın axırı, yaxud Ramazanın əvvəli olmasında şəkk etdiyi halda qəza, müstəhəb və bu sair kimi oruc tutub günün əsnasında–hətta zöhrdən sonra Ramazan olduğunu başa düşsə, onun orucunu niyyət etməlidir. Amma Ramazan ayı niyyəti ilə oruc tutsa, hətta əgər həqiqətdə Ramazanda vaqe olsa da batildir.

Məsələ: 1644. Əgər bir kəs vaxtı müəyyən olan vacibi orucda (məsələn, Ramazan ayının orucunda) oruc tutmaq niyyətindən dönsə orucu batildir. Amma orucu batil edən işlərdən görməyi niyyət edib görməsə orucu səhihdir.

Həmçinin müstəhəb və vaxtı müəyyən olmayan vacibi orucda zöhrdən əvvəl yenidən oruc niyyəti etsə orucu səhihdir.

ORUCU BATİL EDƏN ŞEYLƏR

Məsələ: 1645.On şey orucu batil edir: 1-Yemək; 2-İçmək; 3-Cima; 4-İstimna (istimna–məninin xaric olmasına səbəb olan müəyyən bir iş görmək); 5-Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun canişinlərinin (əleyhimüs-salam) adından yalan demək; 6-Qəliz tozu boğaza çatdırmaq; 7-Başın hər yerini suya batırmaq; 8-Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; 9-Axıcı (maye) şeylərlə imalə etmək; 10-Qusmaq. (Bunların hər birinin hökmü sonrakı məsələlərdə gələcək.)

1 VƏ 2–YEMƏK VƏ İÇMƏK

Məsələ: 1646.Əgər oruc tutan şəxs qəsdən bir şey yesə və ya içsə orucu batil olur–istər o şeyin yeyilib-içilməsi adət olsun (çörək və su kimi), istərsə də adət olmasın (torpaq, ağacın şirəsi kimi); istər az olsun, istərsə də çox, hətta əgər sapı ağzının suyu ilə isladıb yenidən ağzına qoyaraq rütubətini udsa orucu batil olur. Həmçinin diş fırçasının rütubəti də bu qayda ilə. Amma əgər onların rütubəti ağzının suyunda aradan getsə və ona xarici rütubət deyilməsə (batil etmir). Həmçinin, dişlərin dibindən çıxan yemək qalıqlarını udmaq orucu batil edir.

Məsələ: 1647.Əgər oruc tutan şəxs səhvən bir şey yesə və ya içsə orucu batil olmaz.

Məsələ: 1648.Oruc tutan şəxs qida maddələri əvəzindən iynə vurdurmaqdan çəkinməlidir. Amma bədən üzvlərini keyləşdirən, yaxud dəva-dərman yerinə istifadə olunan ampullardan istifadə etməyin maneəsi yoxdur.

Məsələ: 1649.Əgər bir kəs yemək əsnasında sübhün açıldığını başa düşsə ağzındakı tikələri çıxarmalıdır. Əgər qəsdən udsa orucu batildir və sonrakı deyləcək göstərişlərə əsasən kəffarə də vacibdir.

Məsələ: 1650.Əgər oruc tutan şəxs həddindən artıq susuz olsa və susuzluqdan ölüm təhlükəsi gözlənilsə, ölümdən nicat tapacaq qədər su içə bilər, lakin orucu batil olur. Əgər bu iş Ramazan ayında baş versə, günün qalan hissəsində orucu batil edən işlərdən çəkinməlidir.

Məsələ: 1651.Oruc tutmaq istəyən bir kəsin azandan qabaq dişlərini yuması, hətta dişlərin dibində qalan yemək qalıqlarının gündüz boğazına gedəcəyinə ehtimal versə də vacib deyil. Amma əgər dişinin dibində qalan qida qalıqlarının boğazına gedəcəyini bilsə, bu halda dişlərini təmizləməsə, orucu batil olar: İstər o şey boğazına getsin, istərsə də getməsin.

Məsələ: 1652.Ağız suyunu udmaq–hətta əgər turşluq və s.-ni xəyala gətirməklə də ağıza yığılsa, orucu batil etmir.

Məsələ: 1653.Başdan, sinədən gələn suyu (bəlğəm və burun suyunu), qədər ki, ağızın fəzasına çatmayıb udmağın eybi yoxdur. Amma ağızın fəzasına daxil olsa, ehtiyat-vacibə görə gərək onu udmasın.

Məsələ: 1654.Quş və ya uşaq üçün yeməyi çeynəmək, yeməyin dadına baxmaq və adətən boğaza çatmayan bu kimi işlərdə təsadüfən boğaza çatsa, oruc batil olmur. Amma əgər insan əvvəldən onun, boğaza çatacağını bilsə, bu halda boğazına getsə orucu batil olur. Onun qəzasını tutmalıdır, kəffarə də verməlidir.

Məsələ: 1655. İnsan zəifliyə görə orucunu yeyə bilməz. Amma onun zəifliyi həddindən artıq olsa və adətən dözə bilməsə orucu yeməsinin eybi yoxdur.

3-CİMA

Məsələ: 1656.Cima–istər qabaqdan olsun, istərsə də arxadan; istər kiçik olsun, istərsə də böyük–cima edənin və olunanın hər ikisinin orucunu batil edir. Hərçənd dəllək kəsən yerə qədər daxil olsa da və məni gəlməsə də belə. Amma dəllək kəsən yerdən az daxil olsa və məni gəlməsə oruc batil olmur. Aləti kəsik olan bir kəs dəllək kəsilən yerə qədər daxil etsə və “daxil etmişdir” deyilsə, orucu batildir.

Məsələ: 1657.Əgər bir kəs oruc olduğunu unudub cima etsə, yaxud yuxuda cima etsə, və ya onu cimaya məcbur etsələr, orucu batil olmaz. Amma cima əsnasında yadına düşsə (birinci halda), yaxud daha bu işə məcbur olmasa, dərhal cima halından çıxmalıdır. Əgər çıxmasa, orucu batildir.

Məsələ: 1658.Əgər dəllək kəsən yerə qədər daxil olub-olmamasında şəkk etsə, orucu səhihdir. Aləti kəsik olan şəxs duxul olub-olmamasında şəkk etsə, orucu səhihdir.

4-İSTİMNA

Məsələ: 1659.Əgər oruc tutan şəxs istimna etsə, (yə”ni özü ilə məninin xaric olmasına səbəb olan bir iş görsə), orucu batildir. Amma əgər məni ixtiyarsız olaraq gəlsə, oruc batil deyil. Lakin bir iş görsə və məni ixtiyarsız xaric olsa, orucu batildir.

Məsələ: 1660.Əgər oruc tutan şəxs gündüz yatarsa möhtəlim olacağını (yuxuda məni xaric olacağını) bilsə yata bilər. Əgər yatsa və möhtəlim olsa, orucu səhihdir. Xüsusilə də əgər yuxunu tərk etmək ona məşəqqəti olsa (yata bilər).

Məsələ: 1661.Oruc tutan şəxs möhtəlim olsa qusuldan qabaq bovl edib (əvvəllər deyilən qaydada) istibra edə bilər. Amma əgər qusul edəndən sonra bovl, yaxud istibra edəcəyi halda məcrada qalan məninin çölə gələcəyini bilsə, onda istibra edə bilməz. Əgər oruc tutan şəxs məni gələn vaxt yuxudan oyansa onun qarşısını alması vacib deyil.

Məsələ: 1662.Oruc tutan şəxs möhtəlim olsa və məninin məcrada qaldığını bilib qusuldan qabaq bovl etməsə və qusuldan sonra məni gəlsə, yaxşı olar ki, qusuldan əvvəl bovl etsin.

Məsələ: 1663.Əgər məninin çölə gəlməsi məqsədi ilə müəyyən bir iş görsə, amma məni gəlməsə , orucu batil olmaz.

Məsələ: 1664.Əgər oruc tutan şəxs məninin çölə gəlməsi qəsdi olmadan bir kəslə oynasa və ya zarafat etsə, bu halda onun adəti bu cür işlərlə məninin çölə gəlməsi olarsa və məni xaric olsa, orucu batildir; yox əgər adəti bu cür işlərlə məninin ondan xaric olması deyilsə və təsadüfən xaric olsa, yenə də orucu batildir. Amma əgər məninin ondan xaric olmayacağına xatircəm olsa, batil deyildir.

5-ALLAHIN VƏ PEYĞƏMBƏRIN ADINDAN YALAN DANIŞMAQ

Məsələ: 1665.Əgər oruc tutan şəxs Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və o həzrətin canişinlərinin (əleyhimüs-salam) adından demək, yazmaq, işarə etmək və s. kimi işlərlə yalan desə, hətta əgər dərhal “yalan deyirəm” desə və ya tövbə etsə də, orucu batildir. Ehtiyat-vacib budur ki, sair peyğəmbərlər və onların canişinləri, habelə, həzrət Zəhra (əleyha salam) da bu hökmdə eynilədir.

Məsələ: 1666.Əgər səhih və ya yalan olduğunu bilmədiyi bir hədisi nəql etmək istəsə, ehtiyat-vacibə görə o xəbəri deyən kəsdən, yaxud nəql etdiyi kitabdan nəql etsin. Lakin əgər özü də yüz faizlik xəbər versə və onun yalan olmasına zənn, yaxud ehtimal versə də belə orucu batil olmur.

Məsələ: 1667.Əgər bir şeyin düzlüyünə e”tiqad bəsləyərək Allahın və ya Peyğəmbərin adından nəql etsə, sonra isə yalan olduğunu başa düşsə, orucu batil olmaz.

Məsələ: 1668.Əgər Allah və Peyğəmbərin adından yalan deməyin orucu batil etdiyini bilsə və yalan hesab etdiyi bir şeyi onlara aid edib sonradan düz olduğunu başa düşsə, orucu səhihdir.

Məsələ: 1669.Əgər başqasının quraşdırdığı yalan xəbəri Allaha, Peyğəmbərə və onların canişinlərinin adından desə, orucu batildir. Amma əgər o yalanı quraşdıran kəsin adından nəql etsə, eybi yoxdur.

Məsələ: 1670.Əgər oruc tutan şəxsdən “Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) filan şeyi buyurub ya yox?” deyə soruşsalar və o “yox” deməli olduğu halda qəsdən “bəli” desə, yaxud əksinə, “bəli” deməli olduğu yerdə qəsdən “yox” desə, orucu batil olur.

Məsələ: 1671.Əgər Allah və ya Peyğəmbərin adından düz bir şey deyib sonradan “yalan deyirəm” desə, yaxud gecə hər hansı bir yalanı onların adından deyib sabahı gün oruc halında “dünən dediyim düzdür” desə, orucu batil olur.

6-QƏLİZ TOZU BOĞAZA ÇATDIRMAQ

Məsələ: 1672.Qəliz (qatı) tozu boğaza çatdırmaq–istər həmin qəliz şeyin yeyilməsi halal olsun (un kimi), istərsə də haram (torpaq və s. kimi) olsun, orucu batil edir.

Məsələ: 1673.Ehtiyat-vacib budur ki, oruc tutan şəxs, qəliz buxarı, siqaret və tənbəki və s. kimi şeylərin də tüstüsünü boğazına çatdırmasın.

Məsələ: 1674.Əgər bir kəs özünü gözləməsə və toz, buxar, tüstü və s. kimi şeylər boğazına daxil olsa, bu halda əgər boğaza çatmayacağına xatircəm imişsə, orucu səhihdir. Əgər oruc olduğunu unudub özünü gözləməsə və ya ixtiyarsız olaraq toz və s. kimi şeylər boğazına çatsa, eybi yoxdur.

7-BAŞI SUYA SALMAQ

Məsələ: 1675.Əgər oruc tutan şəxs başının hər yerini qəsdən suya batırsa, hətta bədəni sudan çöldə olsa da, ehtiyat-vacibə görə o orucun qəzasını tutmalıdır. Amma əgər bədəninin hamısı suyun altında, başının bir qədəri isə çöldə olsa, oruc batil olmaz.

Məsələ: 1676.Əgər əvvəlcə başın bir yarısını, sonra isə o biri yarısını suya batırsa, orucu batil olmaz.

Məsələ: 1677. Əgər başının hamısının suyun altına girib-girməməsində şəkk etsə, orucu səhihdir.

Məsələ: 1678.Əgər başın hamısı suyun altına batsa, amma tüklərin bir miqdarı çöldə qalsa, oruc batildir.

Məsələ: 1679.Ehtiyat-vacib budur ki, başı gülaba da batırmasınlar. Amma sair muzaf sulara və maye şeylərə batırmağın eybi yoxdur.

Məsələ: 1680.Əgər oruc tutan şəxs ixtiyarsız olaraq suya düşsə və başının hamısı suya batsa;, yaxud oruc olduğunu unudub başını suya batırsa orucu batil olmaz.

Məsələ: 1681.Əgər bir kəs suya düşəndə adətən başı suyun altına gedirsə, bu halda bu məsələni nəzərə alaraq özünü suya atsa və başı suyun altına getsə orucu batil olur.

Məsələ: 1682.Əgər oruc olduğunu unudub başını suya batırsa, yaxud bir kəs zorla onun başını suya batırsa, bu halda suyun altında oruc olması yadına düşsə və ya məcbur edən kəs əl çəksə dərhal başını sudan çıxartmalıdır. Əgər sudan çıxartmasa orucu batildir.

Məsələ: 1683.Əgər bir kəs oruc olduğunu unudub qusul niyyəti ilə başını suya batırsa, orucu və quslu səhihdir.

Məsələ: 1684.Əgər oruc olduğunu bilib qusul üçün qəsdən başını suya batırsa, bu halda əgər onun orucu Ramazan ayının orucu kimi vaxtı müəyyəndirsə, ehtiyat-vacibə görə quslu yenidən alıb, orucunu da qəza etməlidir. Amma əgər müstəhəb, yaxud kəffarə orucu kimi vaxtı müəyyən olmayan başqa oruc tutmuş olsa quslu səhih, orucu isə batildir.

Məsələ: 1685.Əgər suda boğulan bir kəsi xilas etmək niyyəti ilə suya cumsa, ona nicat verməyin vacib olmasına baxmayaraq, orucu batildir.

8-SÜBH AZANINA QƏDƏR CƏNABƏT, HEYZ VƏ NİFAS HALINDA QALMAQ

Məsələ: 1686.Əgər cünub şəxs qəsdən sübh azanına qədər qusul etməsə, yaxud vəzifəsi təyəmmüm olduğu halda qəsdən təyəmmüm etməsə orucu batildir.

Məsələ: 1687.Əgər Ramazan ayının orucu kimi vaxtı müəyyən olan vacibi orucda sübh azanına qədər qusul almasa və təyəmmüm də etməsə, amma bu işlər qəsdən olmasa (məsələn, başqası onu qusul, təyəmmüm etməyə qoymasa) orucu səhihdir.

Məsələ: 1688. Cünub olan və Ramazan ayı kimi vaxtı müəyyən olan vacibi oruc tutmaq istəyən bir kəs, qəsdən qusul etməsə və vaxtı azalsa təyəmmüm ilə oruc tuta bilər, orucu da səhihdir.

Məsələ: 1689.Əgər cünub olan şəxs Ramazan ayında quslu unutsa və bir gündən sonra yadına düşsə, həmin günün qəzasını etməlidir; əgər bir neçə gündən sonra yadına düşsə, cünub olduğuna yəqini olan hər günün qəzasını etməlidir. Məsələn, əgər üç, ya dörd gün cünub olduğunu bilsə üç günün orucunu qəza etməlidir.

Məsələ: 1690.Ramazan ayının gecəsində qusul və təyəmmümün heç biri üçün vaxtı olmayan bir kəs, özünü cünub etsə orucu batildir, qəzası və kəffarəsi də vacibdir. Amma əgər təyəmmüm üçün vaxtı olan halda özünü cünub etsə təyəmmüm ilə orucu səhihdir. Günahkar da hesab olunmur.

Məsələ: 1691.Bir kəs Ramazan ayının gecəsində cünub olsa və yatacağı halda sübhə qədər oyana bilməyəcəyini bilsə yatmamalıdır. Əgər yatsa və sübhə qədər oyanmasa, orucu batildir. Qəza və kəffarə də vacibdir.

Məsələ: 1692.Əgər cünub olan şəxs Ramazan ayının gecəsində yatıb sonra ayılsa, bu halda əgər yenidən yatarsa qusul üçün oyanacağına ehtimal versə və adətən də oyanırsa, yata bilər.

Məsələ: 1693.Ramazan ayının gecəsində cünub olan şəxs bilsə, yaxud ehtimal versə ki, yatsa sübh azanından qabaq oyanacaq, bu halda oyanandan sonra qusul alacağını qərara alsa və bu niyyətlə yatıb azana qədər yuxuya qalsa orucu səhihdir.

Məsələ: 1694.Ramazan ayının gecəsində cünub olan şəxs bilsə, yaxud ehtimal versə ki, yatsa sübh azanından qabaq oyanacaqdır, bu halda oyandıqdan sonra qusul edəcəyindən qafil olub yatsa və sübh azanına qədər yuxuya qalsa orucu səhihdir.

Məsələ: 1695.Ramazan ayının gecəsində cünub olan kəs bilsə, yaxud ehtimal versə ki, yatsa sübh azanından qabaq oyanacaq, bu halda oyandıqdan sonra qusul etmək istəməsə, yaxud qusul edib-etməyəcəyində tərəddüd edib yatsa və oyanmasa, orucu batildir.

Məsələ: 1696.Əgər cünub şəxs Ramazan ayının gecəsində yatıb oyansa və yenidən yatarsa sübh azanından qabaq oyanacağını bilsə, yaxud ehtimal versə, habelə oyanandan sonra qusul edəcəyini qərara alsa, bu halda yenidən yatsa və sübh azanına qədər oyanmasa, o günün qəzasını etməlidir. Həmçinin əgər ikinci dəfə yatıb-ayıldıqdan sonra yenidən, üçüncü dəfə yatsa da eyni qayda ilə. Ehtiyat-vacibə görə üçüncü dəfə yatanda kəffarə də lazımdır.

Məsələ: 1697.Möhtəlim olduğu yuxu birinci yuxu hesab edilməməlidir, əksinə möhtəlim olandan sonra yuxudan ayılsa, yenidən yatması onun birinci yatmağı hesab olunur.

Məsələ: 1698.Əgər oruc tutan şəxs gündüz möhtəlim olsa dərhal qusul alması vacib deyil. Amma ehtiyat-müstəhəb budur ki, dərhal qusul etsin.

Məsələ: 1699. Əgər bir kəs Ramazan ayında sübh azanından sonra ayılıb möhtəlim olduğunu bilsə, hətta sübh azanından qabaq möhtəlim olduğunu bilsə də, orucu səhihdir.

Məsələ: 1700. Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir kəs əgər sübh azanına qədər cünub halında qalsa, hətta qəsdən olmasa da orucu batildir.

Məsələ: 1701.Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir kəs əgər sübh azanından sonra oyanıb möhtəlim olduğunu görsə və sübh azanından qabaq möhtəlim olduğunu bilsə, bu halda orucun qəzasının vaxtı az olsa (məsələn, beş gün Ramazan ayının qəzası varsa və Ramazan ayına da beş gün qalıbsa) ehtiyat-vacib budur ki, həm o gün, həm də onun əvəzini Ramazan ayından sonra oruc tutsun. Amma qəza orucunun vaxtı az olmasa, başqa gün tutsun.

Məsələ: 1702.Vaxtı müəyyən olan vacibi oruc ehtiyat-vacibə görə Ramazan ayının orucu kimidir. Deməli, sübh azanına qədər qəsdən cənabət halında qalmaq onun batil olmasına səbəb olar. Əgər nəzir orucu kimi kəffarəsi də olsa, kəffarə də ona vacib olur.

Məsələ: 1703.Əgər Ramazan ayının və onun qəzasından başqa vacibi orucda sübh azanına qədər cünub halında qalsa amma bu iş qəsdən olmasa–istər onun vaxtı müəyyən olsun, istərsə də olmasın, orucu səhihdir.

Məsələ: 1704.Əgər qadın sübh azanından qabaq heyz və ya nifasdan paklanıb qəsdən qusul etməsə, yaxud vəzifəsi təyəmmüm olduğu halda qəsdən təyəmmüm etməsə, orucu batildir.

Məsələ: 1705.Əgər qadın sübh azanından sonra heyz və ya nifasdan paklansa, amma qusul üçün vaxtı olmasa, bu halda Ramazan ayının orucu kimi vaxtı müəyyən olan vacibi oruc tutmaq istəsə, təyəmmümlə orucu səhihdir və sübhə qədər oyaq qalması lazım (ilzami) deyil. Əgər müstəhəb, yaxud kəffarə orucu kimi vaxtı müəyyən olmayan başqa vacibi oruc tutmaq istəsə, təyəmmümlə oruc tuta bilməz.

Məsələ: 1706.Əgər qadın sübh azanına yaxın vaxtlarda heyz, yaxud nifasdan paklansa, amma qusul və təyəmmümün heç biri üçün vaxtı olmasa, yaxud azandan sonra, azandan qabaq pak olduğunu başa düşsə, onun orucu Ramazan ayının orucu kimi müəyyən olan vacibi orucda səhihdir. Amma Ramazan ayının orucunun qəzasında səhih olması işkallıdır.

Məsələ: 1707.Əgər qadın sübh azanından sonra heyz və ya nifas qanından paklansa, yaxud gün ərzində heyz və ya nifas qanı görsə–hətta məğribə yaxın vaxtlarda da olsa, orucu batildir.

Məsələ: 1708.Əgər qadın heyz və ya nifas quslunu unutsa və bir və ya bir neçə gündən sonra yadına düşsə, tutduğu oruclar səhihdir. Ehtiyat-müstəhəbbə görə gərək onların qəzasını etsin.

Məsələ: 1709.Əgər qadın sübh azanından qabaq heyz və ya nifas qanından qabaq pak olub qusul etməkdə səhlənkarlıq etsə və sübh azanına qədər qusul etməsə, habelə vaxtın az olduğu vaxt təyəmmüm də etməsə orucu batildir. Amma əgər səhlənkarlıq etməsə (məsələn, hamamda qadınların növbəsinin çatmasını gözləsə) hətta əgər üç dəfə yatıb dursa və sübh azanına qədər qusul etməsə də, təyəmmümlə orucu səhihdir.

Məsələ: 1710.Əgər istihazə halında olan bir qadın öz qusullarını istihazə hökmlərində deyilən qaydalara uyğun olaraq yerinə yetirsə orucu səhihdir.

Məsələ: 1711. Meyyitə məss edən kəs, məss-meyyit quslu almadan oruc tuta bilər. Hətta oruc halında da meyyitə məss etsə, orucu batil olmaz.

9-İMALƏ

Məsələ: 1712.Maye şeylərlə imalə etmək hətta məcburiyyət üzündən və ya müalicə üçün olsa da orucu batil edir. Amma müalicə üçün istifadə olunan qeyri-maye dərmanların eybi yoxdur. Ehtiyat-müstəhəb budur ki, onların da istifadəsindən pərhiz olunsun. Ehtiyat-vacib budur ki, maye, yaxud bərk olması şəkkli olan şeylərdən də pərhiz olunsun.

10-QƏSDƏN QUSMAQ

Məsələ: 1713.Əgər oruc tutan şəxs qəsdən qussa–hətta xəstəlik və s. səbəbilə qusmağa naçar olsa, orucu batildir. Amma səhvən, yaxud ixtiyarsız olaraq qussa, eybi yoxdur.

Məsələ: 1714.Əgər gecə bir şey yesə və onu yemək vasitəsilə gündüz ixtiyarsız olaraq qusacağını bilsə, ehtiyat-vacibə budur ki, o günün orucunun qəzasını tutsun.

Məsələ: 1715.Əgər oruc tutan şəxs qusmağın qarşısını ala bilərsə və bunun da zərəri və məşəqqəti olmazsa, gərək qabağını alsın.

Məsələ: 1716.Əgər milçək oruc tutan şəxsin boğazına getsə, bu halda onun udulması yemək hesab olunmayacağı yerə qədər (boğaza) getsə onu çıxartmaq lazım deyil, orucu da səhihdir. Amma bu qədər aşağı getməsə və çıxarılması mümkün olsa, onu çıxarmalıdır. Əgər qusmağa səbəb olsa onun qəzasını tutmalıdır.

Məsələ: 1717.Əgər bir şeyi səhvən udsa və mə”dəsinə çatmamış oruc olduğu yadına düşsə, bu halda çox getmiş olsa və onu udmaq yemək hesab olunmazsa, çıxartmaq lazım deyil, orucu da səhihdir. Amma əgər boğazın ortasında və yaxud əvvəlinə çatmış olsa onu çıxartmalıdır. Bu halda ona qusmaq deyilmir.

Məsələ: 1718.Əgər gəyirmək səbəbilə bir şeyin, boğazına gələcəyinə yəqini olsa, qəsdən gəyirməməlidir. Amma əgər yəqini olmasa, eybi yoxdur.

Məsələ: 1719.Əgər gəyirsə və ixtiyarsız olaraq bir şey boğazına və ya ağzına gəlsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız olaraq udulsa eybi yoxdur. Ehtiyat-müstəhəb budur ki, onun qəzasını yerinə yetirsin.