|
||||||||||||||||||||
|
ORUCUN TƏKCƏ QƏZASI VACİB OLAN YERLƏRMəsələ: 1754.Bir neçə halda orucun təkcə qəzası vacib olur və kəffarə vacib deyil:1-Əgər Ramazan ayının gecəsində cunub olub 1640-cı məsələdə deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan oyanmasa; 2-Orucu batil edən əməllərdən görməsə, amma oruc niyyəti etməsə və ya riya etsə, yaxud oruc olmamasını qəsd etsə; 3-Ramazan ayında cənabət quslunu unudub bir və ya bir neçə gün cənabətli halda oruc tutsa; 4-Ramazan ayında sübhün daxil açılıb-açılmamasında təhqiqat aparmadan orucu batil edən işlərdən görsə və sonradan sübh olduğu mə”lum olsa; Habelə əgər təhqiqat aparandan sonra sübh olmasını güman etdiyi halda orucu batil edən bir iş görsə, sonra sübh olması mə”lum olsa, o günün qəzası ona vacibdir. (Amma əgər təhqiqatdan sonra sübh olmamasını yəqin və ya güman edib bir şey yesə, sonradan da sübh olduğu mə”lum olsa, qəza vacib deyildir.) Əgər təhqiqat aparandan sonra sübh olub-olmamasında şəkk etsə və orucu batil edən işlərdən görsə, sonra da sübh olması mə”lum olsa, ehtiyat-vacibə görə gərək o günün qəzasını yerinə yetirsin; 5-Bir kəs sübhün açılması barədə xəbər versə və başqası da onun dediyinə əsasən orucu batil edən işlərdən görsə, sonradan sübhün daxil olduğu mə”lum olsa; 6-Bir kəs “sübh olmuşdur” desə və insan onun sözünə yəqin etməsə, yaxud zarafat etdiyini güman edərək orucu batil edən işlərdən görsə və sonra sübhün açıldığı mə”lum olsa; 7-Kor və s. kimi şəxslər başqa şəxsin dediyinə istinad edərək iftar etsə və sonradan hələ iftar vaxtı olmadığı mə”lum olmasa; Hətta əgər yalançı şəxsin dediyinə əsasən iftar etsə, kəffarə də vacibdir. 8-Bir kəs təmiz havada qaranlıq səbəbi ilə məğrib olmasını yəqin edib iftar etsə, sonradan məğrib olmaması mə”lum olsa; (Amma əgər buludlu havada məğrib olmasını güman edərək iftarını açsa və sonradan məğrib olmadığı mə”lum olsa, qəzası lazım deyildir. 9-Sərinləmək və ya heç bir səbəb olmadan suyu ağzında qar-qara etsə və ixtiyarsız olaraq qarnına getsə; (Amma əgər oruc olduğunu unudub suyu udsa, yaxud dəstəmaz üçün suyu qar-qara edəndə ixtiyarsız olaraq udulsa, onun qəzası vacib deyil. 10-Bir şəxs öz arvadı ilə mazaqlaşsa və ixtiyarsız olaraq məni çölə gəlsə; hətta əvvəldən məqsədi bu olmasa və adəti də mazaqlaşanda məninin çıxması olmasa da. (Bu halda onun qəzası müstəhəbdir.) Məsələ: 1755. Əgər bir kəs sudan başqa bir şeyi ağzına qoyub ixtiyarsız udsa, yaxud burnuna su çəkəndə ixtiyarsız olaraq udsa, qəzası vacib deyildir. Məsələ: 1756.Oruc tutan şəxsin su ilə çox məzməzə etməsi məkruhdur. Məzməzədən sonra ağzının suyunu udmaq istəsə, yaxşı olar ki, üç dəfə ağzının suyunu çölə töksün. Məsələ: 1757.Əgər məzməzə edəcəyi halda ixtiyarsız, yaxud unutqanlıq üzündən suyun boğazına gedəcəyini bilsə, məzməzə etməməlidir. Məsələ: 1758.Əgər Ramazan ayında təhqiqat aparıb sübh olmadığını yəqin etdikdən sonra orucu batil edən işlərdən birini görsə və sonradan sübh olduğu mə”lum olsa, qəzası lazım deyil. Məsələ: 1759.Əgər insan məğrib olub-olmamasında şəkk etsə, iftar edə bilməz. Amma sübh olub-olmamasında şəkk etsə təhqiqat aparmazdan qabaq da orucu batil edən işlərdən görə bilər. |