|
||||||||||||||||||||
|
QƏZA ORUCUNUN HÖKMLƏRİMəsələ: 1760.Əgər dəli insan ağıllansa, dəli olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil.Məsələ: 1761.Əgər kafir müsəlman olsa, kafir olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil. Həmçinin, müsəlman olduğu günün orucunun qəzası da vacib deyil. Amma əgər günortadan qabaq müsəlman olsa və o vaxta qədər orucu batil edən işlərdən görməmiş olsa, ehtiyat-vacibə görə niyyət edib oruc tutmalıdır. Əgər o günü oruc tutmasa, ehtiyat-vacibə görə qəzasını tutmalıdır. Mürtəd müsəlman olsa, mürtəd olduğu vaxtlarda qəzaya gedən oruclarının qəzasını tutmalıdır. Məsələ: 1762.İnsandan məstlik səbəbi ilə fövtə gedən oruc qəza edilməlidir–onu məst edən şeyi istər müalicə məqsədi ilə qəbul etsin, istərsə də dəlilsiz, heç bir fərqi yoxdur. Məsələ: 1763.Əgər müəyyən üzr üçün bir neçə gün oruc tutmayıb sonradan üzrünün nə vaxt aradan qalxdığında şəkk etsə, ehtimal verdiyi az günlərin orucunu qəza edə bilər. Məsələn, Ramazan ayından qabaq səfər edib ayın beşində, yoxsa altıda qayıtmasını bilməyən bir kəs beş gün qəza orucu tuta bilər. Həmçinin, üzrün nə vaxt yarandığını bilməyən bir kəs (ehtimal verdiyi) az miqdarı qəza edə bilər. Məsələn, Ramazan ayının axırlarında səfərə gedib, Ramazan ayından sonra səfərdən qayıtsa və 25-də, yoxsa 26-da səfər etdiyini bilməsə, az miqdarı, yə”ni beş günü qəza edə bilər. Ehtiyat-vacib budur ki, əgər səfərin vaxtını bilib, amma miqdarını bilmirsə ehtimal verdiyi çox miqdarı qəza etsin. Məsələ: 1764.Əgər bir neçə Ramazan ayının qəzaları qalmış olsa hər birinin qəzasını əvvəl tutsa maneəsi yoxdur. Amma əgər axırıncı Ramazanın orucunun qəzasının vaxtı az olsa (məsələn, Ramazanın başlamasına beş gün qalsa və onun da axırıncı Ramazan ayından beş gün qəzası qalmış olsa) ehtiyat-vacibə görə əvvəlcə, axırıncı Ramazanın qəzasını tutmalıdır. Məsələ: 1765.Əgər bir neçə Ramazan ayının oruclarının qəzası bir kəsə vacib olsa, niyyətdə də tutduqlarının hansının qəzası olmasını müəyyənləşdirməsə, tutduqları oruc birinci ilin Ramazan ayının qəzası hesab olunur. Məsələ: 1766. Bir kəs Ramazan ayının orucunun qəzasını tutsa, bu halda əgər o orucların qəzasının vaxtı az olmasa, zöhrdən qabaq öz orucunu batil edə bilər. Məsələ: 1767.Əgər bir kəs başqasının oruclarının qəzasını tutubsa, ehtiyat-vacib budur ki, onu zöhrdən sonra batil etməsin. Məsələ: 1768.Əgər xəstəlik, yaxud heyz və ya nifas səbəbilə Ramazan ayının orucunu tutmasa və Ramazan ayı qurtarmamışdan qabaq ölsə, tutmadığı günləri onun üçün qəza etmələri lazım (ilzami) deyil. Məsələ: 1769.Əgər müəyyən xəstəlik səbəbilə Ramazan ayının orucunu tutmasa və onun xəstəliyi gələn ilin Ramazan ayına kimi davam etsə, oruc tutmadığı günlərin qəzası ona vacib deyil, amma gərək hər gün üçün bir müdd təam (buğda, arpa və s. kimi şeylər) fəqirə versin. Amma başqa üzr səbəbilə (məsələn, səfərə getdiyi üçün) oruc tutmamış olsa və onun üzrü gələn Ramazan ayına qədər davam etsə oruc tutmadığı günlərin qəzasını etməlidir. Ehtiyat-vacibə görə gərək hər gün üçün bir müdd təam da fəqirə versin. Məsələ: 1770.Əgər müəyyən xəstəlik səbəbilə Ramazan ayının orucunu tutmasa və Ramazandan sonra xəstəliyi sağalsa, lakin tapılan başqa bir üzr səbəbilə sonrakı Ramazan ayına qədər oruclarının qəzasını tuta bilməsə, gərək oruc tutmadığı günlərin qəzasını tutsun. Həmçinin əgər Ramazan ayında xəstəlikdən başqa bir üzrü olsa və Ramazandan sonra üzrü aradan qalxsa, amma gələn ilin Ramazan ayına qədər xəstəlik səbəbilə oruclarının qəzasını tuta bilməsə qəza etməlidir. Ehtiyat-vacibə görə hər gün üçün bir müdd təam da fəqirə verməlidir. Məsələ: 1771.Əgər Ramazan ayında müəyyən üzr səbəbilə oruc tutmasa və Ramazan ayından sonra üzrü aradan qalxsa, amma növbəti Ramazan ayına qədər onların qəzasını qəsdən tutmasa, gərək onların qəzasını etsin, hər gün üçün də bir müdd təam (arpa, buğda və s. kimi şeylər) fəqirə versin. Məsələ: 1772.Əgər orucun qəzasında səhlənkarlıq etsə və nəticədə vaxt az qalsa, vaxtın azlığında da bir üzrlü iş qarşıya çıxsa, qəzaları tutmalı, hər gün üçün də bir müdd təam fəqirə verməlidir. Üstəlik əgər üzrlü olduğu vaxt, üzrü aradan qalxandan sonra oruclarının qəzasını tutmaq niyyətində olsa və qəza etməmişdən qabaq vaxtın az olduğu vaxtda bir üzr tapılsa, onun qəzasını tutmalıdır. Ehtiyat-vacib budur ki, hər gün üçün bir müdd təam fəqirə versin. Məsələ: 1773.Əgər insanın xəstəliyi bir neçə il davam etsə, sağalandan sonra, növbəti Ramazan ayına qədər qəzaları tutmaq miqdarında vaxt olsa, gərək axırıncı Ramazan ayının qəzasını tutsun, əvvəlki illərin qəzaları üçün də hər gün üçün bir müdd təam fəqirə versin. Məsələ: 1774.Hər gün üçün fəqirə bir müdd təam verməli olan bir kəs, bir neçə günün kəffarəsini bir fəqirə verə bliər. Məsələ: 1775.Əgər Ramazan ayının oruclarının qəzasını bir neçə il tə”xirə salsa, qəza edib hər gün üçün də bir müdd təam fəqirə verməlidir. Məsələ: 1776.Əgər bir kəs Ramazan ayının orucunu qəsdən tutmasa, onların qəzalarını yerinə yetirdikdən sonra hər gün üçün iki ay oruc tutmalı, yaxud 60 fəqirə təam verməli və ya bir qul azad etməlidir. Əgər növbəti Ramazana qədər onların qəzasını tutmasa, hər gün üçün bir müdd təam da verməlidir. Məsələ: 1777.Əgər Ramazan ayının orucunu qəsdən tutmasa və gün ərzində orucu batil edən işlərdən təkrarən görsə (məsələn, bir neçə dəfə cima etsə) ehtiyat-vacibə görə həmin qədər kəffarə verməsi lazımdır. Məsələ: 1778.Atanın vəfatından sonra böyük oğul, onun oruc-namazlarını “qəza namazı” bölməsində deyilən təfsilat ilə yerinə yetirməlidir. Ehtiyat-vacibə görə ananın da orucunun qəzasını yerinə yetirməlidir. Məsələ: 1779.Əgər ölən şəxsin Ramazan ayının oruclarından başqa yenə vacibi orucları (məsələn, nəzir orucu kimi) qalmışsa ehtiyat-vacibə görə böyük oğul onu da qəza etməlidir. MÜSAFİRİN ORUCUNUN HÖKMLƏRİMəsələ: 1780.Dörd rəkətli namazları səfərdə iki rəkət qılmalı olan müsafir, oruc tutmamalıdır. Amma namazını bütöv qılan müsafir (məsələn, işi səfər olan, yaxud səfəri haram olan şəxs) səfərdə orucunu tutmalıdır.Məsələ: 1781.Ramazan ayında səfərə çıxmağın eybi yoxdur. Amma orucdan boyun qaçırmaq üçün səfər etmək məkruhdur. Məsələ: 1782.Əgər Ramazan ayının oruclarından əlavə, vaxtı müəyyən olan digər bir oruc insana vacib olsa (məsələn, müəyyən gündə oruc tutmağı nəzir etsə) həmin gün səfərə gedə bilər. Həmçinin, vaxtın az olduğu zamanda əgər Ramazan ayının orucunun qəzası boynunda olsa da bu qayda ilə. Məsələ: 1783.Əgər bir kəs oruc tutmağı nəzir edib, amma gününü müəyyən etməsə, onu səfərdə tuta bilməz. Amma səfərdə müəyyən bir günü oruc tutmağı nəzir etsə, onu səfərdə tutmalıdır. Həmçinin, əgər səfərdə olub-olmamasından asılı olmayaraq müəyyən bir günü oruc tutmağı nəzir etsə, hətta səfərdə də olsa, o günü oruc tutmalıdır. Məsələ: 1784.Müsafir, Allahdan hacətlərini istəmək üçün şərif Mədinə şəhərində üç gün müstəhəb oruc tuta bilər. Məsələ: 1785.Müsafirin orucunun batil olduğunu bilməyən bir şəxs, əgər səfərdə oruc tutsa və günü əsnasında məsələni başa düşsə, orucu batil olar. Əgər məğribə qədər başa düşməsə, orucu səhihdir. Məsələ: 1786.Əgər səfərdə olduğunu, yaxud müsafirin orucunun batil olduğunu unudub səfərdə oruc tutsa, orucu batildir. Məsələ: 1787.Əgər oruc tutan şəxs zöhrdən sonra səfər etsə, orucunu axıra çatdırmalıdır. Əgər zöhrdən qabaq səfər etsə, tərəxxüs həddinə (yə”ni şəhərin divarlarının görünmədiyi və azan səsinin eşidilmədiyi yerə) çatanda öz orucunu batil etməlidir. Əgər o həddə çatmamışdan qabaq batil etsə, ehtiyat-vacibə görə kəffarə vacib olur. Məsələ: 1788. Əgər müsafir zöhrdən qabaq öz vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatsa, bu halda orucu batil edən işlərdən görməyibsə, o günü oruc tutmalıdır; yox əgər orucu batil edən işlərdən birini görsə və ya zöhrdən sonra vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatsa, o günün orucu ona vacib deyil. Məsələ: 1789.Müsafir və oruc tutmaqda üzrü olan bir şəxsin, Ramazan ayının gündüzlərində cima etməsi habelə, doyunca yeyib-içməsi məkruhdur. |