|
||||||||||||||||||||
|
XUMSUN HÖKMLƏRİMəsələ: 1816.Yeddi şeydə xums vacibdir: 1-Qazanc mənfəəti; 2-Mə”dən; 3-Xəzinə; 4-Harama qarışmış halal mal; 5-Suya cummaq vasitəsilə əldə edilən cəvahirat; 6-Müharibə qənimətləri; 7-Zimmi kafirin müsəlmandan aldığı torpaq. (Bunların hər birinin hökmü müfəssəl deyiləcək.)1-QAZANC MƏNFƏƏTİMəsələ: 1817.Əgər insan ticarətdən, sənətkarlıqdan, yaxud sair qazanc yerlərindən müəyyən qədər qazanc əldə etsə, məsələn, meyyitin namaz, orucunun qəzasını muzdla yerinə yetirsə və ona verilən muzddan müəyyən sərvət əldə etsə, bu halda bu özünün və ailəsinin illik xərclərindən artıq qalsa, onda xumsunu, yə”ni beşdən birini sonradan deyiləcək göstərişlərə əsasən versin.Məsələ: 1818.Əgər qazancdan başqa bir şey insanın əlinə gəlsə, (məsələn, ona bir şey bağışlasalar), bu halda onun illik xərclərindən çox olsa, ehtiyat-vacib budur ki, onun da xumsunu versin. Məsələ: 1819.Qadının aldığı mehriyyənin xumsu yoxdur. Habelə, insana çatan irs də eyni ilə. Amma insanın bir kəslə qohumluğu olsa və ondan irs aparmağa gümanı olmadığı halda (elə həmin cəhətdən) irs çatsa ehtiyat-vacib budur ki, ondan çatan irs illik xərclərindən çox olsa xumsunu versin. Məsələ: 1820.Əgər bir kəsə müəyyən miqdarda mal irs çatsa və malı irs çatan şəxsin, öz malının xumsunu vermədiyini bilsə, onun xumsunu verməlidir. Həmçinin əgər o malın özündə xums olmasa, amma malı irs olaraq ona çatan şəxsin xums borcu olduğunu bilsə, gərək xumsu onun malından versin. Məsələ: 1821.Əgər qənaət etməklə müəyyən bir şey illik xərclərdən artıq qalsa, onun da xumsunu verməlidir. Məsələ: 1822. Əgər bir kəsin xərclərini başqaları verirsə, əldə etdiyi bütün malın xumsunu verməlidir. Amma əgər onun müəyyən miqdarını ziyarətə və s.-yə xərcləsə, yerdə qalanların xumsunu verməlidir. Məsələ: 1823.Əgər bir kəs hər hansı bir mülkü müəyyən şəxslərə (məsələn, öz övladlarına) vəqf etsə və o mülkdə ağac, əkin əkilib müəyyən gəlir əldə olunsa və illik xərclərdən artıq qalsa, xumsu verilməlidir. Məsələ: 1824.Əgər fəqirin xums və ya zəkat kimi aldığı şeylər illik xərclərindən çox olsa, onun xumsunu verməsi vacib deyil. Amma əgər ona verilən maldan müəyyən mənfəət əldə etsə (məsələn, ona xums kimi verilən ağacdan məhsul əldə etsə) və illik xərclərindən də artıq olsa, onun xumsunu verməlidir. Ehtiyat budur ki, fəqir, müstəhəb sədəqə kimi aldığı malın, xumsunu versin. Məsələ: 1825.Əgər bir kəs xumsu verilməmiş pulun eyni ilə müəyyən bir şey alsa (yə”ni satıcıya “bu malı bu pul ilə alıram desə), bu halda cameüş-şərait müctehid onun beşdə bir hissəsinin müamiləsinə icazə versə, o miqdarın müamiləsi səhihdir. Və o, aldığı malın beşdən birini cameüş-şərait müctehidə verməlidir; yox əgər icazə verməsə, həmin miqdarın müamiləsi batildir. Bu halda satıcının aldığı pul aradan getməyibsə, cameüş-şərait müctehid o pulun xumsunu almalıdır. Əks halda, xumsun əvəzini ya satıcıdan, ya da alıcıdan tələb edəcək. Məsələ: 1826.Əgər bir kəs müəyyən bir malı alıb müamilədən sonra onun pulunu xumsu verilməmiş puldan versə müamiləsi səhihdir, amma xumsu verilməyən pulu satıcıya verdiyindən, o pulun beşdən biri qədər ona borclu olur; satıcıya verdiyi pul aradan getməyibsə, cameüş-şərait müctehid onun beşdən birini almalıdır; yox əgər aradan getmiş olsa, onun əvəzini satıcıdan və ya alıcıdan tələb etməlidir. Məsələ: 1827.Bir kəs xumsu verilməmiş bir şeyi alsa və cameüş-şərait müctehid onun beşdən birinin müamiləsinə icazə verməsə, o miqdarın müamiləsi batildir. Cameüş-şərait müctehid o malın beşdən birini ala bilər; yox əgər icazə vermiş olsa müamilə səhihdir və alıcı onun pulunun beşdən birini cameüş-şərait müctehidə verməlidir. Əgər satıcıya vermişsə, ondan geri ala bilər. Məsələ: 1828.Əgər xumsu verilməyən bir şeyi bir kəsə bağışlasa, o şeyin beşdən biri həmin şəxsin malı deyildir. Məsələ: 1829.Əgər insanın əlinə kafirdən, yaxud xums verməyə e”tiqadı olmayan bir şəxsdən müəyyən qədər mal düşsə, onun xumsunu verməsi vacib deyil. Məsələ: 1830.Tacir, qazanc əldə edən, sənətkar və s. kimi şəxslər işə başladığı vaxtdan bir il keçəndə, illik xərclərindən artıq qalanın xumsunu verməlidirlər. Amma peşəsi kəsb-ticarət olmayan bir kəs, təsadüfən müəyyən qədər mənfəət əldə etsə, ondan bir il keçdikdən sonra illik xərclərindən artıq qalan hissəsinin xumsunu verməlidir. Məsələ: 1831.İnsan, ilin əsnasında hər vaxt mənfəət əldə etsə, onun xumsunun verə bilər. Xums verməyi ilin axırına qədər tə”xirə salmaq da caizdir. Əgər xumsu vermək üçün şəmsi ili başlanğıc götürsə maneəsi yoxdur. Məsələ: 1832.Tacir, qazanc edən şəxs kimi xums üçün il tə”yin etməli olan bir şəxs, mənfəət əldə edib ilin əsnasında ölsə, ölününə qədər olan xərclərini o mənfəətdən çıxıb yerdə qalanın xumsunu verməlidirlər. Məsələ: 1833. Əgər bir kəsin ticarət üçün aldığı mallarının qiyməti bahalaşsa və onu satmasa, yenidən, ilin ortasında qiyməti aşağı düşsə, qiymətlər bahalanan miqdarın xumsu ona vacib deyil. Məsələ: 1834.Əgər ticarət üçün aldığı malların qiyməti bahalansa və daha da bahalanacağı ümidi ilə il başa çatandan sonraya qədər satmasa və sonradan qiymətlər aşağı düşsə, bahalanan miqdarın xumsu vacibdir. Hətta əgər tacirlərin adətən qiymətlərin bahalaşması üçün saxladıqları vaxta qədər də saxlasa, bahalaşan miqdarın xumsunu verməlidir. Məsələ: 1835.Əgər ticarət malından başqa xumsunu vermiş olduğu və ya ümumiyyətlə xumsu olmayan malı olsa, bu halda qiyməti bahalanandan sonra satsa, qiymətinə əlavə olunan miqdarın xumsu vardır. Amma əgər, misal üçün, aldığı ağac məhsul versə və ya qoyunu kökəlsə, bu halda onu saxlamaqdan məqsədi mənfəət əldə etmək olmuşdursa, artan hissənin xumsunu verməlidir. Məsələ: 1836.Əgər qiyməti bahalanandan sonra satmaq məqsədi ilə bağ salsa, onun meyvəsinin və ağaclarının artımının və bağın qiymətinin artıq qalan miqdarının xumsunu verməlidir. Amma əgər məqsədi meyvəsindən istifadə etmək olmuşsa, təkcə meyvələrin xumsunu verməlidir. Ehtiyata görə ağacların artımının da xumsunu verməlidir. Məsələ: 1837.Əgər söyüd, çinar və s. kimi ağac əkib hətta onların satılmalı vaxtına çatdığı ildə satmasa da xumsunu verməlidir. Amma əgər, misal üçün, hər ildə adətən qırılan budaqlardan istifadə etsə və onlar təklikdə və ya illik mənfəətlərlə birlikdə illik xərclərindən artıq olsa, ilin axırında onun xumsunu verməlidir. Məsələ: 1838.Bir neçə işi, kəsbi olan bir kəs (müəyyən bir mülkü icarəyə verən, al-ver, əkinçilik edən və s.) ilin axırında illik xərclərindən artıq qalan hissənin xumsunu verməlidir. Amma əgər bir sahədən qazanıb digər sahədə zərərə düşsə, ehtiyat-vacibə görə əldə etdiyi mənfəətin xumsunu verməlidir. Amma əgər iki ticarəti olsa və birindən mənfəət qazanıb, digərindən isə zərərə düşsə, zərərini mənfəətdən ödəyə bilər. Məsələ: 1839.Fayda əldə etmək (dəllallıq, yükdaşıma və s.) üçün insanın etdiyi xərclər illik xərclərindən hesab olunmalıdır. Məsələ: 1840.İl boyunda qazanc mənfəətindən yeyib-içmək, geymək, mənzil və mənzil avadanlığı almaq, toy etmək, cehizlik almaq, ziyarət və s. kimi şeylərə məsrəf olunan miqdar əgər həmin şəxsin layiqindən, şə”nindən çox olmasa və adətən ehtiyacı olan vaxt hazırlayıb ifrat etməmiş olsa, onların xumsu yoxdur. Məsələ: 1841.İnsanın nəzirə, kəffarəyə məsrəf etdiyi mal, illik xərclərindən hesab olunur. Həmçinin, bir kəsə bağışladığı, hədiyyə və mükafat verdiyi şeylər onun layiqindən artıq olmasa, illik xərclərindən hesab olunur. Məsələ: 1842.Əgər insan qızının cehizliyini bir yerdə ala bilməsə və hər il müəyyən miqdarını almağa məcbur olsa, yaxud adətən hər il cehizliyin müəyyən miqdarı alınan bir şəhərdə olsa və onları da hazırlamağa ehtiyac duyulursa, bu halda il boyu o ilin mənfəətlərindən cehizlik alsa, onun xumsunu verməməlidir. Əgər o ilin mənfəətindən gələsi il cehiz alsa, onun xumsunu verməlidir. Məsələ: 1843.Həcc və s. ziyarətlərdə səfər xərci kimi sərf olunan mal, minik vasitəsi kimi eyni qalıb mənfəətindən (yenidən) istifadə olunan şeylərdən olsa, hətta onun səfəri sonrakı ilin bir hissəsinə qədər gedib çatsa da, səfər etməyə başladığı ilin xərclərindən hesab olunacaq. Amma əgər yeyinti məhsulları kimi aradan gedənlərdən olsa sonrakı ildə vaqe olanların xumsunu verməlidir. Məsələ: 1844. Kəsb və ticarətdən müəyyən qədər gəlir əldə edən bir kəsin xumsu vacib olmayan başqa malı da olsa, illik xərclərini həmin kəsb-ticarətin gəlirindən hesab edə bilər. Məsələ: 1845.Əgər qazanc mənfəətindən illik məsrəf olunan azuqə alsa və ilin axırında artıq qalsa, artıq qalanın xumsunu verməlidir. Əgər onun qiymətini hesablayıb pulunun xumsunu vermək istəsə və qiyməti, aldığı vaxtdakı qiymətdən artıq olarsa, ilin axırındakı qiymətlə hesab etməlidir. Məsələ: 1846.Əgər qazanc mənfəətinin xumsunu verməmişdən qabaq mənzil üçün avadanlıq alsa və ehtiyacı tə”min olunsa, onun xumsunu verməsi vacibdir. Həmçinin, qadınların zinət əşyaları eyni qayda ilə: əgər onların vaxtı keçmiş olarsa, onun da xumsunu verməlidir. Məsələ: 1847.Əgər bir ildə mənfəət əldə edə bilməsə o ilin xərclərini sonrakı iki ildən sonra əldə edəcəyi mənfəətdən çıxa bilməz. Məsələ: 1848.Əgər ilin əvvəlində mənfəət əldə etməyib sərmayədən xərcləsə və ilin tamam olmasından qabaq müəyyən mənfəət də əldə etsə, sərmayədən götürdüyü miqdarı mənfəətdən çıxa bilər. Məsələ: 1849.Əgər bir sahənin qazancı sərmayəsindən bir miqdarı tələf, yaxud müamilədə zərər səbəbi ilə (təqsir olmadan) azalsa, yaxud aradan getsə və yerdə qalan sahədən illik xərclərindən çox olan müəyyən mənfəət qazansa, sərmayəsindən azalan miqdarı mənfəətdən götürə bilər. Məsələ: 1850.Əgər sərmayədən başqa bir şey mallarından aradan getsə əlinə gələn mənfəətdən o şeyi hazırlaya bilməz. Amma həmin ildə o şeyə ehtiyacı olsa həmin il boyundakı qazanc mənfəətlərindən o şeyi hazırlaya bilər. Məsələ: 1851.Əgər ilin əvvəlində öz xərcləri üçün borc etsə və ilin qurtarmasından qabaq mənfəət əldə etsə, öz borcunun miqdarını o mənfəətdən çıxa bilməz. Məsələ: 1852.Əgər bütün il boyu mənfəət əldə etməsə və öz xərclərini tə”min etmək üçün borc etsə borcunun miqdarını sonrakı illərin mənfəətlərindən çıxa bilməz. Bu və əvvəlki məsələdəki surətdə öz borcunu, ilin əsnasındakı mənfəətlərindən verə bilər və o miqdara xums düşmür. Məsələ: 1853.Əgər mal-dövlətini çoxaltmaq, yaxud ehtiyacı olmadığı bir mülkü almaq üçün borc etsə qazanc mənfəətindən o borcu verə bilməz. Və əgər borc etdiyi mal və borc pulla aldığı şey aradan getsə və borcunu verməyə naçar olsa, qazanc mənfəətindən borcunu ödəyə bilər. Məsələ: 1854.İnsan hər şeyin xumsunu həmin şeyin özündən, yaxud borclu olduğu xumsun qiymətini pul ilə verə bilər. Amma başqa bir mal vermək istəsə, məhəli-işkaldır. Ancaq cameüş-şərait müştehidin icazəsi ilə olsa, eybi yoxdur. Məsələ: 1855. Nə qədər ki, malın xumsunu verməyib o malda, xums vermək qəsdi olmasına baxmayaraq, təssərüf etmək olmaz. Məsələ: 1856.Xums borcu olan bir kəs onu zimməsinə ala bilməz. Yə”ni, özünü xums əhlinə borclu hesab edə bilməz və malının hamısında təssərüf edə bilməz. Əgər təssərüf etsə və o mal tələf olub aradan getsə, xumsunu verməlidir. Məsələ: 1857.Xums borcu olan bir kəs cameüş-şərait müctehidlə razılaşsa, malının hamısında təsərrüf edə bilər. Razılaşmadan sonra ondan əldə olunan mənfəətlər onun öz malıdır. Məsələ: 1858.Başqası ilə şərik olan bir kəs öz mənfəətlərinin xumsunu versə, şəriki isə verməsə və sonrakı ildə xumsunu vermədiyi maldan şirkətin sərmayəsi üçün qoysa heç biri orada təsərrüf edə bilməzlər. Məsələ: 1859.Əgər səğir uşağın sərmayəsi olsa və ondan müəyyən mənfəət əldə olunsa, uşağın qəyyumuna vacibdir ki, o həddi-büluğa çatmamışdan qabaq onun xumsunu versin. Məsələ: 1860.İnsan xumsunun verilmədiyinə yəqini olan malda təsərrüf edə bilməz. Amma xumsunu verib-verməməsində şəkk etdiyi malda təsərrüf edə bilər. Məsələ: 1861.Əgər təklifin əvvəlindən xumsunu verməyən bir kəs mülk alsa və onun qiyməti bahalaşsa, bu halda həmin mülkü bahalaşandan sonra satmaq niyyəti ilə almaq olmayıbsa (məsələn, müəyyən torpaq sahəsini əkin üçün alsa) və xumsu verilməmiş pulu satıcıya verib ona: “Bu mülkü bu pulla alıram” desə, bu halda cameüş-şərait müctehid onun beşdə birinin müamiləsinə icazə versə alıcı o mülkün dəyərinin xumsunu verməlidir. Məsələ: 1862.Təklifin (həddi-büluğa çatdığı vaxtın) əvvəlindən xums verməyən bir şəxs qazanc mənfəətindən ehtiyacı olmayan bir şey alsa və üstündən bir il keçsə xumsunu verməlidir. Əgər ehtiyacı olan və şə”ninə yaraşan ev əşyaları, mənzil avadanlığı və s. alsa onda fayda əldə etdiyi ilin əsnasında onları aldığını bilsə, xumsunu verməsi lazım deyil. İl boyunda, yaxud il tamam olandan sonra almasını bilməsə ehtiyat-vacib budur ki, cameüş-şərait müctehidlə razılaşsın. 2-MƏ”DƏNMəsələ: 1863.Əgər mə”dəndən qızıl, gümüş, bürünc, mis, dəmir, neft, daş kömür, füruzə, əqiq, mineral maddələr, duz və ümumiyətlə “mə”dən qazıntıları” adlana bilən hər şey əldə olunsa, nisab həddinə çatanda xumsu verilməlidir.Məsələ: 1864.Ehtiyata əsasən, mə”dəndən çıxarılan şeylərin nisabı 105 gümüş, yaxud 15 qızıl misqal qədərdir. Ehtiyat-vacib budur ki, nisab, mə”dəndən çıxarılan şeylərin ixracına, saflaşdırılmasına, e”malına çəkilən xərcləri çıxmazdan qabaq hesab olunsun. Lakin, xumsu verilməli olan miqdar xərclər çıxıldıqdan sonradır. Məsələ: 1875.Mə”dəndən çıxarılan şey nisab həddinə çatmasa və təklikdə, yaxud başqa qazanc mənfəətləri ilə birlikdə illik xərclərdən artıq olsa xumsunu vermək vacibdir. Məsələ: 1866. Gəc, əhəng, baş yumaq üçün istifadə olunan gil (gilabı), qırmızı gil ehtiyat-vacibə görə mə”dən qazıntılarından hesab olunur və xumsu vardır. Məsələ: 1867.Əgər bir kəs mə”dəndən bir şey əldə etsə, xumsunu verməlidir. İstər mə”dən yerin səthində olsun, istərsə də dərinliyində; istər mülkdə olsun, istərsə də sahibi olmayan bir yerdə. Məsələ: 1868.Əgər mə”dəndən çıxartdığı şeyin nisab həddinə çatıb-çatmamasında şəkk etsə ehtiyat-vacib buduır ki, yoxlasın, yə”ni, çəkməklə, yaxud başqa yollarla qiymətini tə”yin etsin. Məsələ: 1869.Əgər bir neçə nəfər birlikdə mə”dəndən bir şey çıxartsalar, onun üçün sərf edilən xərcləri çıxdıqdan sonra hansının payı 105 misqal gümüş, yaxud 15 misqal qızıla çatsa xumsunu verməlidirlər. Məsələ: 1870.Başqasının mülkündə olan bir mə”dəni, sahibinin icazəsi olmadan istixrac etsələr əldə olunan şeylər mülkün sahibinə məxsusdur. Mülkün sahibi onların çıxarılmasına bir şey xərcləmədiyindən, mə”dəndən çıxarılanların hamısının xumsunu verməlidir. Məsələ: 1871.Mə”dəndən bir şey çıxartmaq üçün muzdla adam tutmaq caizdir. Əcir tutulan şəxs xüsusi şəraitdə olsa, yə”ni, bütün mənfəətlər, yaxud çıxartmağa məxsus olan mənfəəti icarə edən üçün olarsa, icarə verən mə”dənin maliki olur. Amma əgər əcir tutulan şəxs ümumi halda (şərtsiz) tutulsa və özünün sahib olmasını qəsd etsə, malik olur. Məsələ: 1872.Əgər mə”dən abadlıq yerdə olsa və müsəlmanlar onu zorla, qələbə ilə əldə etmiş olsalar (İran və İraqın əksər əraziləri kimi), bu halda bir müsəlman o mə”dəni istixrac etsə, onun maliki olur və xumsunu da verməlidir. Əgər qeyri-müsəlman istixrac etsə, maliki olmur. Əgər kafir şəxs müəyyən bir mə”dəni, müsəlmanların fəth etdiyi halda ölü torpaqlar (məvat) sırasında ola yerdən istixrac etsə onun maliki olmur. 3-XƏZİNƏMəsələ: 1873.Xəzinə o mala deyilir ki, yerdə, ağacda, dağda, divarda gizlədilmiş olsun və bir kəs də onu tapsın. Elə olmalıdır ki, ona xəzinə deyilsin.Məsələ: 1874.Əgər insan heç kəsin mülkü olmayan yerdə müəyyən qədər xəzinə tapsa onun özünün malıdır, xumsunu da verməlidir. Məsələ: 1875.Xəzinənin nisabı ehtiyata görə 105 misqal gümüş, yaxud 15 misqal qızıldır. Yə”ni əgər xəzinədən əldə edilən şeyin qiyməti, onu əldə etmək üçün sərf olunan xərcləri çıxdıqdan sonra 105 misqal sikkəli gümüş, yaxud 15 misqal sikkəli qızıla çatsa ehtiyat-vacibə görə xumsu verilməlidir. Məsələ: 1876.Əgər insan başqasından aldığı torpaqdan müəyyən qədər xəzinə tapsa və əvvələr o yerin maliki olan şəxslərin olmadığını bilsə, onun özünün malı olur, xumsunu da verməlidir. Amma əgər onun əvvəlki sahiblərindən birinin malı olduğunu ehtimal versə ona xəbər verməlidir. Onun da malı olmadığı mə”lum olsa həmin yerin qabaqca malik olduğu kəsə xəbər verməlidir və bu qayda ilə, ehtiyat-vacibə görə ondan qabaq həmin torpağın sahibi olan şəxslərin hamısına xəbər verməlidir. Əgər onlardan heç birinin olmadığı mə”lum olsa, öz malı hesab olunur və xumsunu da verməlidir. Məsələ: 1877. Əgər bir yerdə basdırılmış bir neçə qabda müəyyən qədər xəzinə tapsa və onların qiyməti üst-üstə 15 qızıl misqala çatsa, xumsunu verməlidir. Amma bir neçə yerdə tapsa (yə”ni, ayrı-ayrı yerlərdə) onlardan hər birinin qiyməti bu miqdara çatsa, onun xumsu vacibdir, qiyməti bu miqdara çatmayanların isə xumsu yoxdur. Məsələ: 1878.Əgər iki nəfər birlikdə müəyyən qədər xəzinə tapsalar və onun qiyməti 15 misqal sikkəli qızıla çatsa, onların hər birinin payının ayrılıqda bu miqdara çatmamasına baxmayaraq xumsunu verməlidirlər. Məsələ: 1879.Əgər bir kəs bir heyvan alıb qarnından müəyyən mal tapsa və satıcının malı olduğunu ehtimal versə, ona xəbər verməlidir. Onun malı olmaması mə”lum olarsa ehtiyat-vacibə görə tərtiblə əvvəlki sahiblərinə də xəbər verməlidir. Onlardan heç birinin malı olmadığı mə”lum olsa və qiyməti hətta 105 gümüş, yaxud 15 qızıl misqal olmasa da, ehtiyat-vacibə görə xumsunu verməlidir. Amma əgər balıq alıb qarnından gövhər tapsa, öz malıdır. Balığı ovlayana, yaxud satana xəbər verməsi lazım deyil. Ehtiyat-vacibə görə xumsunu da verməlidir. 4-HARAMA QARIŞAN HALAL MALMəsələ: 1880.Əgər halal mal, haram mala, ayrıd edilə bilməyəcəyi tərzdə qarışsa və haram malın sahibi və miqdarı–heç biri mə”lum olmasa, bütün malın xumsu verilməlidir. Xumsu verildikdən sonra qalan mal halal olur. Ehtiyat-vacibə görə bu xumsu “ma fizzimmə” qəsdi ilə (istilahi və sədəqə xumsundan daha geniş mə”nada) onun sahibi tərəfindən verməlidir.Məsələ: 1881.Əgər halal mal harama qarışsa və insan haram malın miqdarını bilsə, ancaq sahibini tanımasa, o miqdarı sahibinin niyyəti ilə sədəqə verməlidir. Ehtiyat-vacib budur ki, cameüş-şərait müctehiddən də icazə alsın. Məsələ: 1882.Əgər halal mal harama qarışsa və insan haram malın miqdarını bilməsə, ancaq sahibini tanısa, gərək razılaşsınlar. Amma malın sahibi razı olmasa və insan müəyyən bir şeyin onun olduğunu bilib ondan artığın da onun malı olub-olmamasında şəkk etsə, yəqini olduğu miqdarı ona qaytarmalıdır. Ehtiyat-müstəhəb budur ki, onun olmasını ehtimal verdiyi artıq malı da ona versin. Məsələ: 1883.Əgər bir kəs harama qarışan halal malın xumsunu verib sonradan haram malın xumsun miqdarından artıq olduğunu bilsə, ehtiyat-müstəhəbbə görə gərək xumsdan artıq olduğunu bildiyi miqdarı onun sahibi tərəfindən sədəqə versin. Məsələ: 1884.Əgər harama qarışmış halal malın xumsunu versə və sonradan sahibi mə”lum olsa, onun boynuna heç nə gəlmir. Ancaq sahibini tanımadığı malı, onun niyyəti ilə sədəqə versə, sonra sahibi tapılsa onun malı miqdarında qaytarması vacibdir. Məsələ: 1885.Əgər halal mal harama qarışsa və haramın miqdarı mə”lum olsa, insan da onun sahibinin bir neçə nəfərdən başqası olmadığını bilib ancaq dəqiq şəkildə hansı olduğunu bilməsə, püşk atmalıdır: hər kəsin adına çıxsa, malı ona verməlidir. 5-SUYUN DİBİNƏ GİRMƏKLƏ ƏLDƏ OLUNAN CƏVAHİRMəsələ: 1886.Əgər suyun dibinə girmək vasitəsilə lö”lö, mərcan, yaxud hamısı dənizdən çıxarılan başqa cəvahir–istər göyərənlərdən olsun, istərsə də mə”dən şeylərindən–onların çıxarılmasına sərf edilən xərclər çıxıldıqdan sonra qiyməti 18 qızıl noxuda çatarsa xumsunu verməlidir; istər bir dəfəyə, istərsə də bir neçə dəfəyə dəryadan çıxarmış olsun; istər çıxartdığı şey bir növdən olsun, istərsə də bir neçə növdən. Amma əgər onu bir neçə nəfər birlikdə çıxartmış olsalar, onda hər hansının payı 18 qızıl noxuda çatsa, o, xumsunu verməlidir.Məsələ: 1887.Əgər dənizin dibinə girmədən, müəyyən vasitələrlə cəvahir çıxarılsa, ona sərf olunan xərclər çıxıldıqdan sonra, qiyməti 18 qızıl noxuda çatarsa, ehtiyat-müstəhəbbə görə gərək xumsunu versinlər. Amma suyun üzündən, yaxud sahildən cəvahir tapsa, onun xumsunuo vaxt verməlidir ki, bu iş onun daimi işi olsun və ayrılıqda, yaxud başqa mənfəətlərlə birlikdə illik xərclərindən çox olsun. Məsələ: 1888.İnsanın, dəryaya girmədən əldə etdiyi balıq və s. heyvanların xumsu o vaxt vacibdir ki, onları qazanc üçün tutsun və təklikdə, yaxud sair qazanc mənfəətləri ilə birlikdə illik xərclərindən çox olsun. Məsələ: 1889.Əgər insan, dəryadan bir şey çıxartmaq qəsdi olmadan dəryaya girsə və təsadüfən cəvahir tapsa, o şeyin öz mülkü olmasını qəsd etsə, xumsunu verməlidir. Məsələ: 1890.Əgər insan suyun altına gedib müəyyən bir heyvan tutsa və onun qarnından cəvahir tapsa, o cəvahirin qiyməti 18 qızıl noxud, yaxud ondan çox olsa, bu halda o heyvan, qarnında adətən cəvahir olanlardan (sədəf kimi) olsa, xumsunu verməlidir. Amma əgər o heyvan təsadüfən cəvahiri udmuş olsa ehtiyat-vacib xumsunu verməkdir. Məsələ: 1891.Əgər böyük çaylarda (Dəclə-Fərat və s. kimi) çaylara girib cəvahir çıxartsa, həmin çaylarda adətən cəvahir əldə olunursa, onun xumsunu verməlidir. Məsələ: 1892.Əgər insan suya girib müəyyən miqdar ənbər çıxartsa və onun qiyməti 18 qızıl noxud, yaxud daha artıq olsa, xumsunu verməlidir. Amma suyun üzündən, yaxud sahildən tapsa, bu halda qiyməti 18 qızıl noxuda çatmasa da, ehtiyata görə xumsu vacibdir. Məsələ: 1893.Əgər bir kəsin qazancı dəryaya girmək, yaxud mə”dən şeyləri çıxartmaqdırsa onların xumsunu versə və illik xərclərindən artıq qalsa, yenidən onların xumsunu verməsi lazım deyil. Məsələ: 1894.Əgər uşaq mə”dəndən müəyyən bir şey çıxartsa, yaxud onun harama qarışmış halal malı olsa, yaxud müəyyən xəzinə tapsa və ya dəryaya girib cəvahir əldə etsə, onun qəyyumu xumsunu verməlidir. 6-QƏNİMƏTMəsələ: 1895.Qənimət məsələsi İmam (əleyhis-salam)-ın hazır olduğu zamana məxsus olduğundan, onun bəhsini etmirik.7-ZİMMİ KAFİRİN MÜSƏLMANDAN ALDIĞI TORPAQ Məsələ: 1896.Əgər zimmi kafir müsəlmandan müəyyən qədər torpaq alsa onun xumsunu həmin torpaqdan verməlidir. Əgər onun xumsunun pulunu da versə, eybi yoxdur. (Amma puldan başqa bir şey verərsə, cameüş-şərait müctehidin icazəsi ilə olmalıdır.) Həmçinin əgər ev, mağaza və s. kimi şeyləri müsəlmandan alsa, bu halda onun torpağını ayrılıqda hesab edib satsalar, xumsunu verməlidir. (Əgər dükanı və ya evi onun yeri ilə birlikdə satsalar və nəticədə torpaq sahəsi də təbii olaraq kafirin ixtiyarına keçsə, torpağın xumsunu vermək vacib deyil.) Bu xumsu verməkdə qürbət qəsdi lazım (ilzami) deyil. Hətta cameüş-şərait müctehidin də xumsu aldığı vaxt qürbət qəsdi etməsi lazım (ilzami) deyil. Məsələ: 1897.Əgər zimmi kafir müsəlmandan aldığı torpaq sahəsini başqa müsəlmana da satsa, gərək zimmi kafir onun xumsunu versin. Həmçinin əgər o ölsə və bir müsəlman o torpağı irs aparsa, onun xumsunu həmin torpaqdan, yaxud başqa malından verməlidir. Məsələ: 1898.Əgər zimmi kafir yeri alan zaman xums verməyəcəyini, yaxud satıcının onun xumsunu verməsini şərt etsə, onun şərti səhih deyil və xumsunu verməlidir. Amma əgər satıcının, xums miqdarını onun tərəfindən xums sahiblərinə verməsini şərt etsə eybi yoxdur. Məsələ: 1899. Əgər bir müsəlman müəyyən bir torpaq sahəsini al-ver qəsdi olmadan zimmi kafirin mülkünə keçirsə və onun əvəzini alsa (məsələn, onunla razılaşsa) zimmi kafir onun xumsunu verməlidir. Məsələ: 1900. Əgər zimmi kafir səğir olsa və onun qəyyumu onun üçün torpaq sahəsi alsa, yaxud irs vasitəsilə ona çatsa qəyyumuna vacibdir ki, onun xumsunu həmin torpaqdan, yaxud qiymətinin xumsunu versin. |