Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

XUMSUN MƏSRƏF OLUNMA YERLƏRİ

Məsələ: 1901.Xums iki yerə bölünməlidir: bir qismi seyyidlərindir. Ehtiyat-vacibə görə ya cameüş-şərait müctehidə, ya da onun icazəsi ilə fəqir, yetim, yaxud da səfərdə yolda qalmış seyyidlərə verilməlidir. Digər yarısı isə İmam (əleyhis-salam)-ın payıdır ki, bu zəmanəmizdə cameüş-şərait müctehidə verilməli, yaxud onun icazə verdiyi yerlərdə məsrəf olunmalıdır. Amma əgər insan İmam (əleyhis-salam)-ın payını təqlid etmədiyi bir müctehidə vermək istəsə, ona o vaxt icazə verilə bilər ki, o müctehidlə təqlid etdiyi müctehidin İmam (əleyhis-salam)-ın payını eyni tərzdə məsrəf etmələrini bilsin.

Məsələ: 1902.Xums verilən yetim seyyid fəqir olmalıdır; ancaq səfərdə yolda qalan seyyid, hətta öz vətənində fəqir olmasa da, ona xums vermək olar.

Məsələ: 1903.Səfərdə yolda qalan bir seyyidin səfəri günah səfəri olsa ehtiyat-vacibə görə ona xums verilməməlidir.

Məsələ: 1904.Adil olmayan seyyidə xums vermək olar; amma 12 İmam (əleyhis-salam)-ı qəbul etməyən seyyidə xums vermək olmaz.

Məsələ: 1905.Əgər günahkar seyyidə xums verilməsi onun günahlarına kömək olarsa, ona xums vermək olmaz. Amma aşkar surətdə günah edən seyyidə, hətta xumsun onun günahlarına kömək edən olmasa da, ehtiyat-vacibə görə ona xums verilməməlidir.

Məsələ: 1906.Əgər bir kəs “seyyidəm”-desə, ona xums vermək olmaz. Amma iki nəfər adil şəxs onun seyyid olmasını təsdiq etsələr və ya camaat arasında məhşur olsa və nəticədə insan onun seyyid olmasını yəqinlik və ya xatircəmlik tapsa eybi yoxdur.

Məsələ: 1907.Bir kəs öz məhəlləsində seyyid olması ilə məhşur olsa, hətta insanın onun seyyid olmasına yəqini olmasa da xums vermək olar–əgər onun seyyid olmasına e”timad taparsa.

Məsələ: 1908.Arvadı seyyid olan bir kəsə, ehtiyat-vacibə görə xums verilməməlidir ki, öz xərclərinə sərf etsin. Amma əgər başqalarının xərci o qadına vacib olsa və onların xərclərini tə”min edə bilməsə, xumsu o qadına vermək caizdir ki, həmin işlərə məsrəf etsin.

Məsələ: 1909.Əgər öz zövcəsi olmayan seyyidə qadının xərcləri insana vacib olsa, ehtiyat-vacibə görə onun yemək və geyimini xumsdan verə bilməz. Amma əgər xumsun bir miqdarını öz xərclərindən başqa şeylərə (xums verənə vacib olan xərclərə) sərf etsin deyə, onun mülkünə keçirsə, eybi yoxdur.

Məsələ: 1910.Xərcləri başqa şəxslərə vacib olan fəqir və öz xərclərini tə”min edə bilməyən seyyidə xums vermək olar.

Məsələ: 1911. Ehtiyat-vacib budur ki, bir seyyid fəqirə bir illik xərclərindən artıq miqdarda xums verilməsin.

Məsələ: 1912.Əgər insanın yaşadığı şəhərdə müstəhəq seyyid tapılmasa və tapılmasına da ehtimal verilməsə; yaxud müstəhəqqin tapılmasına qədər xumsu saxlamaq mümkün olmasa, onu başqa şəhərə aparıb müstəhəqlərə çatdırmalıdır. Onu aparmaq üçün lazım olan yol xərcini xumsdan götürə bilər. Amma əgər xums tələf olsa, bu halda onu saxlamaqda səhlənkarlıq etmişsə onun əvəzini verməlidir. Amma səhlənkarlıq etməmiş olsa, ona daha bir şey vacib deyil.

Məsələ: 1913.Əgər xums verməli olan şəxs öz şəhərində müstəhəq tapmasa və tapılmasına ehtimal versə, xumsu müstəhəq tapılana qədər saxlamaq mümkün olsa da, başqa şəhərə apara bilər. Əgər onu saxlamaqda səhlənkarlıq etməsə və tələf olsa, bir şey verməməlidir. Amma xumsu o biri yerə aparmağın xərcini ondan götürə bilməz.

Məsələ: 1914.Əgər bir şəxsin öz şəhərində müstəhəq tapılsa, yenə də xumsu başqa şəhərə aparıb müstəhəqqə çatdıra bilər. Amma bu halda onun yol xərclərini özü verməlidir və xums tələf olsa hətta onu saxlamaqda səhlənkarlıq etməsə də, zamindir.

Məsələ: 1915.Əgər cameüş-şərait müctehidin icazəsi ilə xumsu başqa şəhərə aparsa və tələf olsa, yenidən xums verməsi lazım deyil. Əgər, cameüş-şərait müctehidin tərəfindən xumsu alıb o şəhərdən başqa şəhərə aparmağa vəkil olan kəsə versələr də, eyni qayda ilə.

Məsələ: 1916.Əgər xumsu malın özündən deyil, cameüş-şərait müctehidin icazəsi ilə başqa maldan versə, o malın həqiqi qiyməti ilə hesablamalıdır. Əgər öz qiymətindən baha hesablasa, müstəhəqqin o qiymətlə razılaşmasına baxmayaraq, artıq hesabladığı miqdarı verməlidir.

Məsələ: 1917.Müstəhəq şəxslərdə borcu olan bir kəs öz borcunu xumsdan hesab etmək istəsə, ehtiyat-vacibə görə xumsu ona verməlidir, sonra isə müstəhəq borcunu ona qaytarmalıdır.

Məsələ: 1918.Müstəhəq şəxs xumsu alıb onu verənə bağışlaya bilməz. Amma çoxlu miqdarda xums borcu olub özü də fəqir olan, sonradan varlanmağa ümidi olmayan bir kəs, xums əhlinə borclu olmaq istəmirsə müstəhəqqin, xumsu ondan alıb yenidən ona bağışlamasına razı salsa, eybi yoxdur.

Məsələ: 1919.Əgər xumsu, cameüş-şərait müctehidlə, yaxud onun vəkili, yaxud seyyidlə əldə dolandırıb sonrakı il ödəmək istəsə o ilin mənfəətlərindən azalda bilməz. Deməli əgər, misal üçün, 1000 tümən əldə dolandırıbsa və sonrakı ilin mənfətlərindən 2000 tümən (xərclərindən artıq) qalıbsa, gərək 2000 tümənin xumsunu versin, sonradan xums kimi borclu olduğu 1000 tüməni yerdə qalanlardan versin.