Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

ZƏKATIN HÖKMLƏRİ

Məsələ: 1920.Zəkat 9 şeyə vacibdir: 1-Buğda; 2-Arpa; 3-Xurma; 4-Kişmiş; 5-Qızıl; 6-Gümüş; 7-Dəvə; 8-İnək; 9-Qoyun.

Əgər bir kəs bu 9 şeydən hər hansının sahibi olsa, gərək sonradan deyiləcək şərtlər daxilində bir miqdarını müəyyən olunan yerlərə sərf etsin. Amma müstəhəbdir ki, kəsb-ticarət və qazanc sərmayəsinin də hər il zəkatını versin.

Məsələ: 1921.Dənli bitkilərdən olan sültün (buğdanın yumşaqlığı və arpanın xüsusiyyəti var) zəkatı yoxdur. Amma buğda kimi dənli bitkilərdən olan ələsin (Sən”a əhalisinin yemək məhsuludur) zəkatı ehtiyat-vacibə görə verilməlidir.

ZƏKATIN VACİB OLMASI ŞƏRTLƏRİ

Məsələ: 1922. Zəkat o halda vacib olur ki, mal (sonradan deyiləcək) nisab həddinə çatsın və onun maliki həddi-büluğa çatmış, aqil və azad olsun, öz malında təsərrüf edə bilsin.

Məsələ: 1923.Əgər insanın 11 ay müddətində inək, qoyun, dəvə, qızıl və gümüşü olsa, 12-ci ayın əvvəlində onun zəkatını verməlidir. Amma sonrakı ilin əvvəlini 12-ci ay tamam olandan sonra hesab etməlidir.

Məsələ: 1924.Əgər inək, qoyun, dəvə, qızıl və gümüşün sahibi ilin əsnasında həddi-büluğa çatsa ehtiyat-vacibə görə gərək zəkat versin.

Məsələ: 1925.Buğda və arpanın zəkatı o vaxt vacib olur ki, dən bağlamış olsun və ona “buğda” və “arpa deyilsin. Kişmişin zəkatı ehtiyata görə qora olanda, xurmanın da rəngi sarı və ya qırmızı olub yeyilə biləndə ehtiyata görə zəkatı vacib olur. Amma arpa və buğdada zəkatın verilməsi vaxtı xərməndə samandan ayrıldığı, kişmişdə üzümün quruyub kişmiş olduğu, xurmada isə yaş xurmanın (rütəbin) quru xurma (təmr) olduğu vaxtdır.

Məsələ: 1926.Əgər buğda, arpa, kişmiş və xurmanın zəkatının vacib olduğu vaxt onların sahibi həddi-büluğa çatsa, zəkatını verməlidir.

Məsələ: 1927.Əgər inək, qoyun, dəvə, qızıl və gümüşün sahibi bütün il boyu dəlilik halında olsa, zəkat vacib deyil. Ancaq ilin müəyyən hissəsini dəli olub ilin axırında ağıllansa, dəli olduğu vaxt çox az olsa da, zəkat vacib olmur.

Məsələ: 1928.Əgər inək, qoyun, dəvə, qızıl və gümüşün sahibi ilin bir miqdarını məst və bihuş halda olsa, zəkat ondan düşmür. Həmçinin əgər buğda, arpa, kişmiş və xurmanın vacib olduğu vaxt məst və ya bihuş olsa eyni qayda ilə (saqit olmur).

Məsələ: 1929.Bir kəsin qəsb etdiyi və onda təsərrüf edə bilmədiyi malın zəkatı yoxdur.

Məsələ: 1930.Əgər bir kəs zəkatın vacib olduğu qızıl, gümüş və başqa şeyləri borc alsa və bir il onun yanında qalsa, zəkatını verməlidir. Borc verənə isə heç nə vacib deyil.

BUĞDA, ARPA, XURMA VƏ KİŞMİŞİN ZƏKATI

Məsələ: 1931.Buğda, arpa, xurma və kişmişin zəkatı o vaxt vacib olur ki, nisab həddinə çatsın. Onların nisabı da 288 “mən” Təbriz ölçüsündən 45 misqal azdır ki, təqribən 847 kq-a bərabərdir.

Məsələ: 1932.Əgər zəkat verməmişdən qabaq zəkatı vacib olan üzüm, xurma, arpa, buğdadan özü və əhli-əyalı yesə, yaxud fəqirə versələr məsrəf olunan miqdarın zəkatı vacib deyil.

Məsələ: 1933. Əgər buğda, arpa, xurma və üzümün zəkatı vacib olandan sonra onun sahibi ölsə, zəkatını onun malından verməlidir. Amma əgər zəkat vacib olmamışdan qabaq ölsə, bu halda vərəsələrin hər birinin payı nisab həddinə çatsa, o öz payının zəkatını verməlidir.

Məsələ: 1934.Cameüş-şərait müctehidin tərəfindən zəkatı yığmağa vəzifəli olan bir şəxs xərmən vaxtı (buğda və arpanı samandan ayıldığı vaxt) və üzümün kişmiş, yaş xurmanın qurumasından sonra zəkatı tələb edə bilər. Əgər maliki verməsə və zəkatı vacib olan şey tələf olub aradan getsə, əvəzini verməlidir.

Məsələ: 1935.Əgər xurma, üzüm ağaclarını, yaxud buğda və arpa əkin sahələrinə malik olandan sonra zəkat vacib olsa (məsələn, xurma onun mülkündə sarı və qırmızı olsa) zəkatını verməlidir.

Məsələ: 1936.Əgər buğda, arpa, xurma və üzümün zəkatı vacib olandan sonra əkin sahəsini və ağacı satarsa, satıcı onun zəkatını verməlidir.

Məsələ: 1037.Əgər insan buğda, arpa, xurma və üzüm alıb satıcının onların zəkatlarını verdiyini bilsə, yaxud verib-verməməsində şəkk etsə ona heç nə vacib deyil. Amma əgər zəkatı vermədiyini bilsə, bu halda cameüş-şərait müctehid zəkatı verilməyən hissənin müamiləsinə icazə verməsə, o miqdarın müamiləsi batildir və cameüş-şərait müctehid zəkatı alıcıdan ala bilər; yox əgər zəkat miqdarının müamiləsinə icazə versə, müamilə səhihdir və alıcı onun (zəkatın) qiymətini cameüş-şərait müctehidə verməlidir. Əgər onun qiymətini satıcıya vermiş olsa, geri ala bilər.

Məsələ: 1938.Əgər buğda, arpa, xurma və kişmişin yaş olan vaxtdakı çəkisi nisab həddinə çatsa, amma quruyandan sonra bu miqdardan az olsa zəkat vacib deyil.

Məsələ: 1939.Əgər bir kəs buğda, arpa, xurmanı qurumamışdan qabaq məsrəf etsə, hətta quruyanda nisab həddinə çatardısa da, zəkatı vacib deyil.

Məsələ: 1940.Təzə vaxt yeyilən xurma əgər qaldıqda çox azalarsa, bu halda əgər qurusaydı, nisab həddinə çatardısa, zəkatı vacibdir.

Məsələ: 1941.Zəkatı verilmiş buğda, arpa, xurma və kişmiş bir neçə il insanın əlində qalsa, üstünə zəkat gəlmir.

Məsələ: 1942.Əgər buğda, arpa, xurma və üzüm çay, yaxud yağış suyundan suvarılsa və ya Misirdə olduğu kimi, yerin rütubətindən (suvarılmağa ehtiyacı olmadan) məhsul verərsə, zəkatı məhsulun onda biri qədərdir. Əgər vedrə, su motoru və s. kimi vasitələrlə, hal-hazırda mövcud olan dərin, yaxud nisbətən dərin quyulardan suvarılarsa, zəkatı məhsulun iyirmidə biri qədərdir. Əgər məhsul torpağın bir hissəsindən yağış, çay suyu və yerin rütubətindən istifadə edilərək, elə həmin miqdar da vedrə, su motoru və s. kimi vasitələrlə suvarılaraq əldə edilirsə, birinci yarısının zəkatı onda bir, ikincinin zəkatı iyirmidə birdir ki, bütün məhsulun qırxda bir hissəsi zəkat kimi verməlidir.

Məsələ: 1943.Əgər buğda, arpa, xurma və üzüm həm yağış və çay suyundan, həm də vedrə, motor və s. kimi şeylərdən istifadə edilərək suvarılarsa, bu halda camaat arasında “yağış suyu ilə deyil, motor və vedrə ilə suvarılıb”, desələr, onun zəkatı iyirmidə birdir; yox əgər camaat arasında “vedrə ilə deyil, yağış suyu ilə suvarılıb”, deyilsə, zəkatı onda birdir.

Məsələ: 1944. Əgər suvarılması yağış suyu ilə, yaxud motor və vedrə ilə olmasında şəkk olsa iyirmidə bir qədər zəkat vacibdir. Ehtiyat-müstəhəb budur ki, onda bir qədər verilsin.

Məsələ: 1945.Əgər buğda, arpa, üzüm yağış, yaxud çay suyu ilə suvarılsa və vedrə, motor kimi şeylərə ehtiyac olmasa, amma eyni zamanda vedrə və motor ilə də suvarılıb bunların suyunun məhsulun artımında tə”siri olmasa, onun zəkatı onda birdir. Əgər vedrə və motor kimi şeylərlə suvarılsa və çay, yağış suyuna ehtiyacı olmasa, çay və yağış suyu ilə də suvarılsa amma, məhsulun artımında yağışın və çayın tə”siri olmasa, zəkatı iyirmidə birdir.

Məsələ: 1946.Əgər müəyyən əkin sahəsi vedrə və ya motor vasitəsilə suvarılsa və onun yanında olan sahədə də əkilən əkin sahəsi həmin yerin rütubətini cəzb edib daha suvarılmağa ehtiyac olmasa, vedrə ilə suvarılan əkin sahəsinin zəkatı iyirmidə bir, onun yanında olan əkin sahəsənin isə zəkatı onda birdir.

Məsələ: 1947.Buğda, arpa, xurma və üzüm üçün sərf olunan xərcləri, hətta əkin əkmək səbəbilə paltar və avadanlıqların qiymətinin azalan hissəsini də məhsuldan çıxa bilər. Əgər bunları çıxmamışdan qabaq nisab həddinə çatsa, ehtiyat-vacib budur ki, yerdə qalanın zəkatı verilsin.

Məsələ: 1948.Zəkat vacib olmayan, yaxud zəkatı verilmiş toxumların qiyməti əkinin xərclərinin bir hissəsi hesab oluna bilər. Amma taxılın əkildiyi vaxtın qiyməti ilə hesablanmalıdır.

Məsələ: 1949.Əgər əkin yeri və əkinçilik avadanlıqları, yaxud bu ikisindən biri şəxsin öz mülkü olsa, onların kirayəsini xərclərdən hesab etməməlidir. Həmçinin, özünün, yaxud başqasının pulsuz gördüyü işlər üçün də məhsuldan bir şey çıxmamalıdır.

Məsələ: 1950.Əgər bir şəxs üzüm və ya xurma ağacını alsa onun dəyəri xərclərdən deyil. Amma əgər xurmanı və üzümü yığımdan əvvəl və zəkat vacib olmamışdan qabaq alsa onun üçün verdiyi pul xərclərdən hesab olunur.

Məsələ: 1951.Əgər bir nəfər müəyyən torpaq sahəsi alıb buğda və ya arpa əksə, yerin alınması üçün verilən pul xərclərdən hesab olunmur. Amma əkin sahəsini zəkat vacib olmamışdan qabaq alsa, onun alınmasına verdiyi pulu xərclərdən hesab edib məhsuldan çıxa bilər. Əldə edilən samanın qiymətini isə, əkin sahəsi üçün verdiyi puldan çıxmalıdır. Məsələn, əgər əkin sahəsini 500 tümənə alsa və onun samanının qiyməti 100 tümən olsa,yalnız 400 tüməni xərclərdən hesab etmək olar.

Məsələ: 1952.Əgər bir kəs əkinçilikdə lazım olan öküz və s. əkinçilik vasitələri olmadan əkin əkə bilsə, bu halda həmin avadanlıqları alsa, onlara verdiyi pulu xərclərdən hesab etməməlidir.

Məsələ: 1953.Əgər bir kəs öküz və əkinçilik üçün lazım olan sair avadanlıqlar olmadan əkin əkə bilməsə, bu halda onları alsa və əkində işlədilmək səbəbilə tamamilə aradan getsə onun qiymətinin hamısını xərclərdən hesab edə bilər. Əgər onların qiymətinin bir miqdarı azalsa o miqdarı da xərclərdən hesab edə bilər. Amma əkindən sonra onların qiymətindən bir şey azalmasa onların qiymətini xərclərdən hesab etməməlidir.

Məsələ: 1954.Əgər bir torpaqda arpa, buğdadan əlavə zəkatı vacib olmayan düyü və lobya kimi şeylər də əkilsə, hər biri üçün nə qədər xərcləyibsə, həmin şeyin hesabına yazmalıdır. Amma hər ikisi üçün xərc etmiş olsa, bu halda onu iki yerə bölməlidir. Məsələn, hər ikisi eyni qədərdə olsa, bu halda xərclərin yarısını zəkatı onların hesabından çıxa bilər.

Məsələ: 1955. Əgər şumlamağa, yaxud bir neçə il əkinçilik üçün faydalı olan başqa işlərə xərcləsə, ehtiyat-vacibə görə onun xərclərini bir neçə ilə bölməlidir.

Məsələ: 1956.Əgər insan fəsilləri bir-biri ilə fərqlənən, habelə əkinçilik məhsulları və meyvəsi bir vaxtda yetişməyən bir neçə məntəqədə buğda, arpa, xurma, yaxud üzümü olsa və onların hamısı bir ilin məhsulu hesab olunsa, bu halda birinci yetişən şey nisab həddinə çatsa, onun zəkatını yetişdiyi vaxt, qalanlarının zəkatını isə sonra, hər vaxt yetişsə, o vaxt verməlidir. Əgər əvvəldə yetişən nisab həddinə çatmasa, bu halda sonradan əldə olunan məhsullarla birlikdə nisab həddinə çatmasına yəqini olsa, yenə də yetişənlərin zəkatını həmin vaxtda, qalanlarını isə sonradan, yetişdikləri vaxtda vermək vacibdir. Əgər hamısının birlikdə nisab həddinə çatacağına yəqini olmasa, bu halda qalanlarının da yetişməsini gözləməlidir: əgər üst-üstə nisab həddinə çatarsa, zəkatı vacibdir, əks halda isə vacib deyil.

Məsələ: 1957.Əgər üzüm və ya xurma ağacı bir ildə iki dəfə meyvə versə və hər dəfə də nisab həddinə çatmasa, zəkat vacib deyil. Çünki iki fəsildəki əkin, iki ildəki əkin hesab olunur.

Məsələ: 1958.Əgər quruduqda nisab həddinə çatan bir miqdar təzə xurma və ya üzümü olsa, bu halda zəkat vermək niyyəti ilə onların təzəsindən, quruyarsa ona vacib olan zəkat qədərində olan miqdarda müstəhəqqə versə, eybi yoxdur.

Məsələ: 1959.Əgər quru xurma və ya kişmişin zəkatı bir nəfərə vacib olsa onun zəkatını təzə xurma və ya təzə üzümdən verə bilməz. Həmçinin təzə xurma və ya təzə üzümün zəkatı ona vacib olan halda zəkatını quru xurma və ya kişmişdən verə bilməz. Amma əgər bunlardan birini, yaxud başqa bir şeyi zəkatın qiyməti dəyəri niyyəti ilə versə, maneəsi yoxdur.

Məsələ: 1960.Həm borclu, həm də zəkatı vacib olan malı olan bir kəs ölərsə, əvvəlcə zəkatı vacib olan malın hamısının zəkatını verməli, sonra isə onun borclarını qaytarmalıdırlar.

Məsələ: 1961.Həm borclu olan, həm də buğda arpa və xurma, üzümü olan bir kəs ölsə və onların zəkatı vacib olmamışdan qabaq vərəsələri onun borclarını başqa maldan versələr, bu halda hər birinin payı nisab həddinə çatsa, zəkatını verməlidir. Əgər onların zəkatı vacib olmamışdan qabaq ölənin borcunu verməsələr, bu halda meyyitin malı təkcə borcları qədərində olsa, onların zəkatını vermələri vacib deyil. Əgər meyyitin malı borclarından artıq olsa, bu halda əgər onun borclarını vermək istəsələr, müəyyən miqdar buğda, arpa, xurma, kişmişi də borc sahibinə verməli olacaqlarsa, borc sahibinə verdiklərinin zəkatı yoxdur. Yerdə qalanlar da vərəsələrindir: hər birinin payı nisab həddinə çatsa, zəkatını verməlidir.

Məsələ: 1962.Əgər zəkatı vacib olan buğda, arpa, kişmiş və xurmanın həm yaxşısı, həm də pisi olsa, ehtiyat-vacibə görə hər birinin zəkatını onun özündən (yaxşıların zəkatını yaxşıdan, pislərinkini pisdən), yaxud da hamısının zəkatını yaxşıdan verməlidirlər. Amma hamısının zəkatını pis məhsuldan vermək olmaz.