|
||||||||||||||||||||
|
QIZILIN NİSABIMəsələ: 1963.Qızılın iki nisab həddi vardır:Birincisi–İyirmi şər”i misqaldır (hər misqalı 18 noxud); əgər qızılın miqdarı 20 şər”i (15 adi misqal) qızıla çatsa, lazım olan sair şərtlər də mövcud olarsa onun qırxda birini (9 noxud) zəkat verməlidir. Əgər bu həddə çatmasa, zəkatı vacib deyil. İkincisi–(Birinciyə əlavə olunan) dörd şər”i misqaldır ki, üç adi misqala bərabərdir. Deməli əgər, 15 (adi) misqala üç (adi) misqal əlavə olunsa, 18 misqalın hamısının zəkatını–qırxda birini verməlidirlər. Əgər üç misqaldan az əlavə olsa, təkcə 15 misqalın zəkatı verilməlidir və onun artıq qalan hissəsinin zəkatı yoxdur. Həmçinin hər nə qədər yuxarı getsə, yə”ni üç misqal-üç misqal artsa (15, 18, 21, 24...) onların hamısının zəkatı verməlidirlər. Əgər üç misqaldan az əlavə olunsa, artan hissənin zəkatı yoxdur. GÜMÜŞÜN NİSABIMəsələ: 1964.Gümüşün də iki nisab həddi vardır:Birincisi–105 adi misqaldır; əgər gümüş 105 misqala çatsa sonradan deyiləcək sair şərtlər də mövcud olsa, insan onun qırxda birini (2 misqal və 15 noxud) zəkat verməlidir. Əgər bu miqdara çatmasa, zəkatı vacib deyil. İkincisi–(Birinciyə əlavə olunan) 21 misqaldır. Yə”ni 105 misqala 21 misqal əlavə olunsa, bütün 126 misqalın zəkatı qeyd olunduğu kimi verilməlidir. Əgər 21 misqaldan az əlavə olunsa, təkcə 105 misqalın zəkatı verilməlidir. Artıq qalan hissənin zəkatı yoxdur. Həmçinin bu qayda ilə nə qədər yuxarı getsə (yə”ni 21-21 misqal əlavə olunsa), hamısının zəkatı verilməlidir. Amma əgər əlavə olunan miqdar 21 misqaldan az olsa, zəkatı yoxdur. Deməli əgər insan malik olduğu qızıl və gümüşün qırxda birini zəkat versə ona vacib olan zəkatı ödəmiş olur, bə”zi hallarda isə vacib olan miqdardan artıq vermiş olur. Məsələn, 110 misqal gümüşü olan bir kəs onun qırxda birini zəkat versə, 105 misqalının vacib olan zəkatını vermişdir. Hansı ki, onun beş misqalının da verməsi vacib deyilmiş. Məsələ: 1965.Əgər qızılı və ya gümüşü nisab halına çatan bir kəs hətta zəkatını versə də, nə qədər ki, birinci nisabdan azalmayıb hər ildə onun zəkatını verməlidir. Məsələ: 1966. Qızıl və gümüşün zəkatı o vaxt vacib olur ki, sikkə vurulmuş və onunla al-ver rəvac tapmış olsun. Əgər onun sikkəsi aradan getmiş olsa da, zəkatı verilməlidir. Məsələ: 1967.Qadınların zinət üçün istifadə etdikləri sikkəli qızıl və gümüş əgər al-ver onunla rəvac tapmaqda qalırsa, yə”ni yenə də qızıl və gümüş pul onunla müamilə olunursa, ehtiyata görə zəkatı vacibdir. Amma onların müamiləsi rəvacdan düşübsə, zəkatı vacib deyil. Məsələ: 1968.Bir kəsin qızılı və gümüşü olsa və heç biri nisab həddinə çatmasa (məsələn, 104 misqal gümüşü və 14 misqal qızılı olsa) ona zəkat vacib deyil. Məsələ: 1969.Əvvəldə qeyd olunduğu kimi, qızıl və gümüşün zəkatı o vaxt vacib olur ki, insan 11 ay müddətində nisab həddində olanlara malik olsun. Əgər 11 ay içində onun qızıl və gümüşü nisab həddindən azalsa, ona zəkat vacib deyil. Məsələ: 1970.Əgər 11 ay içində malik olduğu qızıl və gümüşü başqa qızıl və gümüşlə, yaxud başqa şeylə dəyişdirsə, və ya əritsə, zəkat vacib olmaz. Amma əgər zəkat verməkdən boyun qaçırmaq üçün bu işləri görsə, ehtiyat-müstəhəb budur ki zəkatını versin. Məsələ: 1971.Əgər qızıl və gümüşünü 12-ci ayda əritsə zəkatını verməlidir. Əgər əritməklə onların çəkisi, yaxud qiyməti azalsa, əridilməmişdən qabaq vacib olan zəkatı verməlidir. Məsələ: 1972.Əgər qızıl və gümüşünün həm yaxşısı, həm də pisi olsa, hər birinin zəkatını onun özündən (yaxşının zəkatını yaxşıdan, pisinkini pisdən) verə bilər. Amma yaxşı olar ki, hamısının zəkatını yaxşı qızıl və yaxşı gümüşdən versin. Məsələ: 1973.Adi qaydadan artıq başqa metallarla qarışan (xəlitə olan) qızıl və gümüşün xalisi nisab həddinə çatarsa, onun zəkatı verilməlidir. Həmçinin, əgər adi qaydadan artıq başqa metallarla qarışığı olan qızıl və gümüş pula “qızıl pul” və “gümüş pul” deyilərsə, nisab həddinə çatdıqda zəkatı–hərçənd xalisi nisab həddinə çatmasa da–ehtiyata görə vacibdir. Əgər onun xalisinin nisab həddinə çatıb-çatmamasında şəkk etsə, ehtiyat-vacibə görə əritmək və s. yollarla onun xalisinin miqdarını tə”yin etsin. Yaxud o qədər zəkat versin ki, zəkat vacibinin boynundan götürülməsinə, lazım olan miqdarı verməsinə yəqin etsin. Məsələ: 1974.Əgər malik olduğu qızıl və gümüş adi qaydada başqa metallarla qarışıq olsa, onun zəkatını adi haldan artıq qarışıq olan başqa qızıl və gümüşdən verə bilməz. Amma onda (verdiyində) xalis qızıl və gümüşün, zəkatın vacib olan qədərində olmasına yəqini olasa, eybi yoxdur. DƏVƏ, İNƏK VƏ QOYUNUN ZƏKATIMəsələ: 1975.Dəvə, inək və qoyunun zəkatda qeyd olunan şərtlərdən əlavə, iki şərti də var:1-Həmin heyvanlar bütün il boyu işsiz olsunlar; (Amma əgər, il boyunda 1-2 gün işlədilsə və iş heyvanı hesab olunmasa, zəkatı vacibdir.) 2-Bütün il boyu çölün otlarından yesin; (Deməli əgər bütün ili, yaxud ilin müəyyən müəddətində biçilmiş otdan, onların malikinin, yaxud başqasının mülkü olan əkin yerindən otlasa, zəkatı yoxdur. Amma əgər il boyunda 1-2 gün malikinin otundan yesə, zəkatı vacibdir. Məsələ: 1976.Əgər insan öz inəyi, dəvəsi və qoyunu üçün heç kəsin əkmədiyi bir otlaq (örüş) alsa, yaxud icarə etsə onda zəkatın vacib olması müşküldür. Amma əgər orada otarmaq üçün vergi versə zəkatını verməlidir. DƏVƏNİN NİSABIMəsələ: 1977. Dəvənin 12 nisabı vardır:1.5 baş dəvə; onun zəkatı bir qoyundur. Nə qədər ki, dəvələrin sayı 5-ə çatmayıb, zəkatı yoxdur. 2.10 baş dəvə; zəkatı iki qoyundur. 3.15 baş dəvə; zəkatı üç qoyundur. 4.20 baş dəvə; zəkatı dörd qoyundur. 5.25 baş dəvə; zəkatı beş qoyundur. 6.26 baş dəvə; zəkatı iki yaşına daxil olmuş bir dəvədir. 7.36 baş dəvə; zəkatı üç yaşına daxil olan bir dəvədir. 8.46 baş dəvə; zəkatı dörd yaşına daxil olmuş bir dəvədir. 9.61 baş dəvə; zəkatı beş yaşına daxil olmuş bir dəvədir. 10.76 baş dəvə; zəkatı üç yaşına daxil olmuş iki dəvədir. 11. 91 baş dəvə; zəkatı dörd yaşına daxil olmuş iki dəvədir. 12.121 baş dəvə və ondan yuxarıdır ki, 40-40 hesab olunmalıdır. Hər 40 başın zəkatı üç yaşına daxil olmuş bir dəvədir; yaxud 50-50 hesablanmalıdır ki, hər 50 dəvənin zəkatı dörd yaşına daxil olmuş bir dəvədir. Yaxud 40-50, 40-50 hesab etməlidir. Amma elə hesab olunmalıdır ki, bir şey (qalıqsız bölünən) qalmasın, qalsa da 9-dan artıq olmasın. Məsələn, əgər bir nəfərin 140 dəvəsi olsa, 100 dəvə üçün dörd yaşına daxil olmuş iki dəvə, 40 dəvə üçün üç yaşına daxil olmuş dişi dəvə verməlidir. Məsələ: 1978.İki nisab arasında olan say üçün zəkat vacib deyil. Deməli əgər dəvələrin sayı birinci nisabdan (beşdən) keçib ikinci nisaba (ona) çatmasa, təkcə 5 dəvənin zəkatını verməlidir. (Sair nisablarda da eyni qayda ilə.) İNƏYİN NİSABIMəsələ: 1979.İnəyin iki nisabı vardır:1.30-dur: inəklərin sayı 30-a çatanda qeyd olunan şərtlərə malik olarsa, iki yaşına daxil olmuş bir dana zəkat verilməlidir. 2.40-dır ki, onun da zəkatı üç yaşına daxil olmuş dişi danandır. 30-la 40 arasında olanların zəkatı vacib deyil. Məsələn, bir kəsin 39 inəyi olsa, yalnız 30-un zəkatını verməlidir. Həmçinin əgər 40-dan artıq inəyi olsa, nə qədər ki, 60-a çatmayıb yalnız 40-ın zəkatını verməlidir. 60-a çatandan sonra birinci nisab ikiqat olduğundan, iki baş iki yaşına daxil olmuş dana verməlidir. Həmçinin yuxarı getdikcə ya 30-30, ya 40-40, ya da 30-40-la hesablanmalı, qeyd olunan göstərişə əsasən zəkatını verməlidir. Elə hesab edilməlidir ki, bir şey qalmasın (qalıqsız olsun), qalsa da 10-dan artıq olmasın. Məsələn, əgər 70 baş inəyi olsa, 30-40-la hesab etməlidir. 30 baş üçün 30-un, 40 baş üçün 40-ın zəkatını verməlidir. Çünki əgər 30-30 hesab etsə 10 baş inək zəkatsız qalır. QOYUNUN NİSABIMəsələ: 1980.Qoyunun beş nisabı var:1.40 baş qoyundur ki, onun zəkatı bir qoyundur. Qoyunların sayı 40-a çatmayınca, zəkat vacib deyil. 2.121 baş qoyundur ki, zəkatı 2 qoyundur. 3.201 baş qoyunudur ki, zəkatı 3 qoyundur. 4.301 baş qoyundur ki, zəkatı 4 qoyundur. 5.400 baş və ondan artıqdır ki, onları yüz-yüz hesab etməli, hər yüz baş üçün bir qoyun verməlidir. Zəkatı qoyunların özündən verməsi lazım (ilzami) deyil, hətta başqa qoyun da, yaxud onun qiymətinə uyğun pul versə kifayətdir. Bu ikisindən başqa bir şey versə, işkalı var. Məsələ: 1981.İki nisab arasında olanlar üçün zəkat vacib deyil. Deməli əgər bir kəsin qoyunlarının sayı birinci nisab olan 40-dan artıq olub 121 olan ikinci nisaba çatmasa, təkcə 40 başın zəkatını verməlidir. Ondan artıq qalanın zəkatı yoxdur. Sonrakı nisablarda da eyni qayda ilə. Məsələ: 1982.Nisab həddinə çatan dəvə, inəyk və qoyunun zəkatı vacibdir. İstər hamısı erkək olsun, istərsə də dişi, yaxud bə”zisi erkək olsun, bə”zisi də dişi. Məsələ: 1983.Zəkatda inəklə camış, ərəb dəvəsi ilə qeyri-ərəb dəvəsi, keçi ilə qoyun və şişək zəkatda eyni cinsdən hesab olunur və bir-birilə fərqi yoxdur. Məsələ: 1984.Əgər zəkat üçün qoyun versə ehtiyat-vacibə görə iki yaşına, keçi versə ehtiyata görə üç yaşına daxil olmalıdır. Məsələ: 1985.Zəkat kimi verilən qoyunun qiyməti sair qoyunlardan azacıq az olsa, eybi yoxdur. Amma daha yaxşı olar ki, qiyməti sair qoyunların qiymətindən çox olanı zəkat kimi versin. Həmçinin inək və dəvədə də eyni qayda ilə. Məsələ: 1986.Əgər bir neçə nəfər şərik olsalar, hər birinin payı birinci nisab həddinə çatsa, zəkatını verməlidir. Payı birinci nisab həddindən az olan şəxsə zəkat vacib deyil. Məsələ: 1987.Əgər bir nəfərin bir neçə yerdə inəyi, dəvəsi, yaxud qoyunu olsa və üst-üstə nisab həddinə çatsalar, onların zəkatını verməlidir. Məsələ: 1988. Əgər inək, dəvə, yaxud qoyunların içərisində xəstə, yaxud eyblisi də olsa zəkatlarını verməlidir. Məsələ: 1989.Əgər bir şəxsin inək, dəvə, qoyunlarının hamısı xəstə, yaxud eybli və ya qoca olsalar, hər birinin zəkatını onların özündən verə bilər. Amma əgər hamısı sağlam, eybsiz və cavan olsalar zəkatlarını xəstə, eybli və qocalardan verə bilməz. Hətta əgər onların bə”ziləri sağlam, bəziləri xəstə; bə”ziləri eybli və bə”ziləri isə eybsiz; bə”ziləri qoca və bə”ziləri cavan olsalar, ehtiyat-vacib budur ki, onların zəkatını sağlam, eybsiz və cavanlardan versin. Məsələ: 1990.Əgər 11-ci ay tamam olmamışdan qabaq qoyun, inək və dəvələrini başqa şeylə dəyişsə, yaxud nisab qədərində olanları həmin cinsdən olan nisab miqdarında dəyişsə (məsələn 40 qoyun verib başqa 40 qoyun alsa) onun zəkatı vacib deyil. Məsələ: 1991.İnək, qoyun, dəvənin zəkatını verməli olan bir kəs onların zəkatını başqa maldan versə, nə qədər ki, onların sayı nisabdan azalmayıb, hər il zəkatını verməlidir. Əgər onların özündən versə və birinci nisabdan azalsa, ona zəkat vacib deyil. Məsələn, bir nəfərin 40 qoyunu olsa və zəkatını başqa malından versə, nə qədər ki, onun qoyunları 40-dan azalmayıb, hər il bir qoyun verməlidir; yox əgər onların özündən versə nə qədər ki, 40-a çatmayıbdır, zəkat ona vacib deyildir. |