|
||||||||||||||||||||
|
ZƏKATA MÜSTƏHƏQ OLAN ŞƏXSLƏRİN ŞƏRTLƏRİMəsələ: 2009.Zəkatı alan şəxs 12 İmam şiəsi olmalıdır. Əgər şər”i yolla bir kəsin şiə olması sübut olunsa, ona zəkat versələr və zəkat tələf olsa, sonradan şiə olmadığı mə”lum olsa, yenidən başqa müstəhəqqə zəkat vermək lazım deyil.Məsələ: 2010.Əgər şiə olan uşaq, yaxud dəli fəqir olsa insan onun qəyyumuna bu məqsədlə zəkat verə bilər ki, o, verdiyini uşağın və ya dəlinin mülkünə keçirtsin. Məsələ: 2011. Əgər uşağın və ya dəlinin qəyyumunu tapa bilməsə özü, yaxud əmanətdar şəxsin vasitəsilə zəkatı uşağa və ya dəliyə xərcləyə bilər. Zəkatı onlara xərcləyəndə zəkat niyyəti etməlidir. Məsələ: 2012.Dilənçilik edən bir fəqirə zəkat vermək olar. Amma zəkatı günah yolunda məsrəf edənə zəkat vermək olmaz. Məsələ: 2013.Böyük günahları aşkar surətdə edənlərə, ehtiyat-vacibə görə zəkat verilməməlidir. Həmçinin, şərab içən də bu qayda ilə. Məsələ: 2014.Borclu olan və borcunu ödəyə bilməyən bir kəsə, onun xərclərinin insana vacib olmasına baxmayaraq, ona zəkat verə bilər ki, borcunu ödəsin. Amma əgər insanın arvadı, yaxud xərcləri ona vacib olan başqa bir kəs öz xərcləri üçün borc etsə, insan onun borcunu zəkatdan verə bilməz. Məsələ: 2015.İnsan, zəkatını xərcləri özünə vacib olan kəslərə (daimi arvad, övlad, nəvə, ata-ana, baba, nənə) verə bilməz. Amma əgər onların xərclərini verməsə başqaları onlara zəkat verə bilərlər. Məsələ: 2016.Əgər insan zəkatı, öz oğluna, həyat yoldaşına, nökərinə və külfətinə xərcləsin deyə, zəkat versə eybi yoxdur. Məsələ: 2017.Əgər oğulun dini-elmi kitablara ehtiyacı olsa ata onları almaq üçün zəkatı ona verə bilər. Məsələ: 2018.Ata zəkatını öz oğluna verə bilər ki, özü üçün arvad alsın, oğul da atasının arvad alması üçün öz zəkatını ona verə bilər. Məsələ: 2019.Bir qadının məxaricini öz əri versə, yaxud xərcini verməsə, lakin xərcini verməyə məcbur etmək mümkün olsa, o qadına zəkat vermək olmaz. Məsələ: 2020.Siyğə olunmuş qadın fəqir olsa əri və başqa şəxslər ona zəkat verə bilərlər. Amma əri əqddə, onun xərclərini verməyi şərt etsə, yaxud başqa səbəblərə görə onun xərcləri ərinə vacib olsa, bu halda əgər o qadının xərclərini verə bilsə, yaxud ərini onları verməyə məcbur etmək mümkün olsa, o qadına zəkat vermək olmaz. Məsələ: 2021.Qadın öz fəqir ərinə zəkat verə bilər. Hətta əgər əri həmin zəkatı qadının və övladlarının xərclərinə sərf etsə də belə. Məsələ: 2022. Seyyid olan şəxs başqa seyyiddən zəkat ala bilər, lakin qeyri-seyyiddən zəkat ala bilməz. Əgər xums və sair vücuhatlar seyyidin xərclərinə kifayət etməsə və nəticədə zəkat almağa məcbur olsa, onda qeyri-seyyiddən də zəkat ala bilər. Amma ehtiyat-vacib budur ki, mümkün olan surətdə gündəlik xərcləri üçün naçar olduğu qədərdən artıq götürməsin. Məsələ: 2023.Seyyid olub-olmaması mə”lum olmayan şəxsə zəkat vermək olar. ZƏKATIN NİYYƏTİMəsələ: 2024.İnsan zəkatı qürbət yə”ni, Allah-Taalanın əmrini yerinə yetirmək niyyəti ilə verməlidir. Niyyətdə malın zəkatı, yaxud fitrə zəkatı olduğunu da müəyyənləşdirməlidir. Amma əgər mis. üçün bir şəxsə buğda və arpa zəkatı vacib olsa verdiklərinin buğdanın, yaxud arpanın zəkatı olmasını müəyyənləşdirməsi lazım deyil.Məsələ: 2025.Bir neçə malın zəkatı vacib olan şəxs müəyyən qədər zəkat verib onlardan heç birini niyyət etməsə, bu halda zəkat kimi verdiyi şey onların biri ilə eyni cinsdən olsa, həmin malın zəkatı hesab olunur. Əgər heç biri ilə həmcins olmasa onda zəkat o malların hamısına bölünür. Məsələn, bir nəfərə 40 qoyunun və 15 misqal qızılın zəkatı vacib olsa və heç birinin niyyətini etmədən bir qoyunu zəkat kimi versə, qoyunların zəkatı hesab olunacaq. Amma əgər bir qədər gümüşü, qoyun və qızıl üçün vacib olan zəkat kimi versə, bu halda verdiyi zəkat o iki mala bölünür. Həmçinin əgər bir qoyunu onların əvəzini, yaxud qiymətinin əvəzi kimi versə, yenə də hər ikisinə bölünməlidir. Məsələ: 2026.Əgər bir nəfər başqasını, malının zəkatını verməyə vəkil etsə və vəkil zəkatı fəqirə verəndə malikin tərəfindən zəkat niyyəti etsə, kifayətdir. Məsələ: 2027.Əgər malik, yaxud onun vəkili qürbət niyyəti etmədən zəkatı fəqirə versə və mal aradan getməmişdən qabaq malikin özü zəkat niyyəti etsə, zəkat hesab olunur. ZƏKATIN MÜXTƏLİF MƏSƏLƏLƏRİMəsələ: 2028.Buğda və arpa samandan ayrılanda; habelə üzüm quruyub kişmiş, yaş xurma quru xurma olanda insan onların zəkatını fəqirə verməli, yaxud öz malından ayırıb bir tərəfə qoymalıdır. Qızıl, gümüş, inək, dəvə və qoyunun zəkatını 11-ci ay tamam olandan sonra fəqirə verməli, yaxud öz malından ayırmalıdır. Əgər müəyyən bir fəqiri gözləsə, yaxud müəyyən cəhətdən üstünlüyü olan fəqirə vermək istəsə, ehtiyat-vacibə görə zəkatı ayırmalıdır ki, sonradan həmin fəqirə çatdırsın.Məsələ: 2029.Zəkatı ayırandan sonra dərhal müstəhəqqə vermək lazım (ilzami) deyil. Amma əgər müstəhəq tapsa ehtiyat-vacib budur ki, zəkat verməyi tə”xirə salmasın. Məsələ: 2030.Əgər zəkatı müstəhəqqə çatdıra bilən bir kəs onu verməsə və səhlənkarlıq nəticəsində tələf olub aradan getsə, əvəzini verməlidir. Məsələ: 2031.Zəkatı müstəhəqqə çatdıra bilən bir kəs, zəkatı verməsə və onu saxlamaqda səhlənkarlıq etmədən tələf olub aradan getsə, bu halda zəkatı verməyi çox tə”xirə salsa və “dərhal veribdir” deyilməsə, onun əvəzini verməlidir. Əgər bu qədər tə”xirə salmasa (məsələn, 2-3 saat tə”xirə salsa və elə həmin vaxt ərzində tələf olsa), bu halda müstəhəq tapa bilməyibsə ona bir şey vacib deyil. Amma əgər müstəhəq tapa bilərdisə, ehtiyat-vacibə görə onun əvəzini verməlidir. Məsələ: 2032.İnsan öz malından ayırdığı zəkatı özü üçün götürüb yerinə başqa şey qoya bilməz. Məsələ: 2033. Əgər zəkat üçün ayırdığı maldan müəyyən qədər mənfəət qazansa (məsələn, zəkat üçün ayırdığı qoyun doğsa), o, fəqirin malıdır. Məsələ: 2034.Əgər zəkatı malından ayırdığı vaxt müstəhəq yanında olsa, yaxşı olar ki, zəkatı ona versin. Amma əgər müəyyən cəhətdən üstünlüyə malik olan bir kəsi nəzərdə tutmuş olsa, bu halda (yanında olana) verməyə bilər. Məsələ: 2035.Əgər zəkat vacib olmamışdan qabaq zəkat kimi müəyyən bir şeyi fəqirə versə, zəkat hesab olunmur. Zəkat vacib olandan sonra, əvvəldə fəqirə verdiyi şey qalmış olsa və həmin fəqir də öz fəqirliyində qalmış olarsa, ona verdiyi şeyi zəkatdan hesab edə bilər. Məsələ: 2036.Müstəhəbdir ki, inək, qoyun və dəvənin zəkatını abırlı, ismətli fəqirlərə versinlər. Habelə, zəkatı verəndə öz qohumlarını başqalarına, elm və kamal əhlini qeyrilərinə, bir şey istəyənləri istəməyənlərdən qabağa salsınlar. Amma əgər zəkatı başqa bir fəqirə vermək bir cəhətdən daha yaxşı olsa, müstəhəbdir ki, zəkatı ona versin. Məsələ: 2037.Daha yaxşı olar ki, zəkat aşkar, müstəhəb sədəqə isə gizli verilsin. Məsələ: 2038.Əgər zəkat vermək istəyən şəxsin yaşadığı şəhərdə müstəhəq tapılmasa və zəkatı müəyyən olunmuş başqa yerlərdə sərf edə bilməsə, bu halda sonradan müstəhəq tapılacağına ümidi olmasa, gərək zəkatı başqa şəhərə aparıb məsrəf olunacağı yerlərə xərcləsin. O şəhərə aparmağın xərcləri həmin zəkatdan olacaq və zəkat tələf olarsa, zamin deyil. Məsələ: 2039.Əgər şəxsin öz şəhərində müstəhəq şəxs tapılsa da zəkatı başqa şəhərə apara bilər, bu halda lazım olan xərcləri özü verməlidir və zəkat tələf olarsa zamindir. Amma əgər hakimi-şər”in icazəsi ilə olsa zamin deyil. Məsələ: 2040.Zəkat kimi verilən buğda, arpa, kişmiş və xurmanın ölçülməsində alınan muzd, (zəkat verənin) özünün öhdəsinədir. Məsələ: 2041.Əgər bir kəsin 2 misqal 15 noxud gümüş, yaxud daha artıq zəkat borcu olsa ehtiyat-müstəhəbə görə bir fəqirə 2 misqal 15 noxuddan az gümüş verməsin. Həmçinin əgər gümüşdən başqa şey də (buğda və arpa kimi) zəkat borcu olsa və onun qiyməti iki misqal 15 noxud gümüşə çatsa, ehtiyat-müstəhəb budur ki, bir fəqirə o miqdardan az verməsin. Məsələ: 2042.İnsanın müstəhəqqə verdiyi zəkatı, onun özünə satmasını xahiş etməsi məkruhdur. Əgər müstəhəq aldığı şeyi satmaq istəsə, qiymət qoyulduqdan sonra, yenə də zəkatı ona verən şəxsin həmin şeyi alması məkruhdur. Məsələ: 2043.Əgər bir kəs vacib olan zəkatı verib-verməməsində şəkk etsə–hərçənd onun şəkki qabaqkı illərin zəkatında da olsa, zəkatı verməlidir. Məsələ: 2044. Fəqir zəkatın qiymətindən az qiymətlə razılaşa, yaxud onun qiymətindən baha bir şeyi (zəkat kimi) qəbul edə, yaxud da zəkatı mal sahibindən alıb yenidən ona bağışlaya bilməz. Amma əgər məsləhət belə olsa, borc kimi qaytara bilər. Çoxlu zəkat borcu olan, fəqir olub zəkatını verə bilməyən, varlanmasına da ümidi olmayan bir kəs tövbə etmək istəsə, fəqir zəkatı ondan alıb yenidən onun özünə bağışlaya bilər. Məsələ: 2045.İnsan zəkatdan Quran, yaxud dini, dua kitabları alıb vəqf edə bilər–hətta öz övladına, yaxud xərci onun özünə vacib olan kəslərə də vəqf etsə də. Həmçinin, vəqfin tovliyətini özü öhdəsinə ala, yaxud övladlarını bu işə tə”yin edə bilər. Məsələ: 2046.İnsan gəlirini öz xərclərinə sərf etsin deyə, zəkatdan müəyyən əmlak alıb öz övladına, yaxud xərclərini verməsi vacib olan sair kəslərə vəqf edə bilməz. Məsələ: 2047.Fəqir həcc, ziyarət və s. kimi yerlərə getmək üçün zəkat ala bilər. Amma əgər illik xərcləri qədərində zəkat almış olsa, ziyarət və bu kimi işlər üçün yenidən zəkat ala bilməz. Ancaq səbilillah payından almasının maneəsi yoxdur. Məsələ: 2048.Əgər malik müəyyən bir fəqiri, onun malının zəkatını verməyə vəkil etsə, bu halda fəqir malikin qəsdinin o fəqirin həmin zəkatdan götürməməsi olduğunu ehtimal versə ondan özü üçün götürə bilməz. Amma malikin məqsədinin bu olmadığına yəqin etsə, özünə götürə bilər. Məsələ: 2049.Əgər fəqir dəvə, inək, qoyun, qızıl və gümüşü zəkat kimi alsa və zəkatın vacib olması şərtləri onda mövcud olsa (yə”ni, nisab həddinə çatsa və təsadüfən bir ildə keçsə) onun zəkatını verməlidir. Məsələ: 2050.Əgər iki nəfər zəkatı vacib olan müəyyən bir malda bir-biri ilə şərik olsalar və onlardan biri öz payının zəkatını verəndən sonra malı bölsələr, bu halda, şərikinin malının zəkatını vermədiyini bilsə onun öz malında da təsərrüf etməsinin işkalı var. Məsələ: 2051.Xums və ya zəkat verməli olan, kəffarə, nəzir və bu kimi şeylər də vacib olan bir şəxsin borcu da olsa, bu halda onların hamısını verə bilməsə və zəkatı, yaxud xumsu olan mal aradan getməmiş olsa, xumsunu və zəkatını verməlidir. Amma əgər aradan getmiş olsa, xumsu və zəkatı verməklə kəffarə, nəzir, borc və s. kimi şeyləri qaytarmaq arasında ixtiyar sahibidir. Amma daha yaxşı olar ki, iki hissəyə bölsün (yə”ni yarısını xums-zəkata, yarısını isə o biri işlərə versin). Məsələ: 2052.Xums və zəkat borcu olan, nəzir və s. kimi şeylər də vacib olan, habelə borcu da olan bir kəs ölsə və onun var-dövləti bunların hamısına kifayət etməsə, bu halda xums-zəkatı vacib olan mal aradan getməmiş olsa, xumsunu və zəkatını verib yerdə qalan malı da vacib olan sair işlərə bölməlidirlər. Əgər xumsu və zəkatı vacib olan mal tələf olub aradan getmiş olsa, onun malını xums, zəkat, borc, nəzir və bu kimi şeylərə mütənasib olaraq bölməlidirlər. Məsələn, əgər 40 tümən xums vacib olsa, 20 tümən də başqa bir kəsə borclu olsa, malının da hamısı 30 tümən olsa, gərək 20 tümən xumsa, 10 tüməni isə borcuna verilsin. Məsələ: 2053.Elm öyrənməyə məşğul olan bir kəs elm öyrənmədiyi təqdirdə öz məişəti üçün kəsb-qazanc əldə edə bilərsə, bu halda o elmi öyrənmək vacib, yaxud müstəhəb olsa ona zəkat vermək olar. Amma o elmin öyrənilməsi vacib və ya müstəhəb olmasa ona zəkat verməyin işkalı var. |