Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

FİTRƏ ZƏKATININ MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ: 2085.İnsan fitrə zəkatını qürbət qəsdi ilə, yə”ni Allah-Taalanın əmrini yerinə yetirmək məqsədilə verməlidir. Onu verdiyi vaxt fitrə niyyəti etməlidir.

Məsələ: 2086.Əgər mübarək Ramazan ayından qabaq fitrəni versə səhih deyil. Ehtiyat-vacib budur ki, Ramazan ayında da fitrəni verməsinlər. Amma əgər Ramazandan əvvəl, yaxud Ramazan ayında fəqirə borc versə və fitrə vacib olandan sonra öz borcunu fitrədən hesab etsə maneəsi yoxdur.

Məsələ: 2087.Fitrə üçün verilən buğda və s. başqa məhsul, yaxud torpaq ilə qarışıq olmamalıdır, yaxud əgər qarışıq olsa da nəzərə çarpmayacaq dərəcədə az olmalıdır. Əgər bu miqdardan artıq olsa, o vaxt səhih olar ki, onun xalisi bir sa” miqdarına çatsın.

Məsələ: 2088. Əgər fitrəni eybli şeydən versə, kifayət deyil. Amma əgər əksər yeməkləri eybli olan bir yerdə olsa, eybi yoxdur.

Məsələ: 2089.Bir neçə nəfərin fitrəsini verən bir kəsin onların hamısını bir növdən verməsi lazım (ilzami) deyil. Belə ki, bə”zilərinin fitrəsini buğdadan, bə”zilərininkini isə arpadan versə, kifayətdir.

Məsələ: 2090.Fitr bayramı namazını qılan bir şəxs ehtiyat-vacibə görə gərək fitrəni bayram namazından qabaq versin. Amma əgər bayram namazı qılmırsa fitrəni zöhrə qədər tə”xirə sala bilər.

Məsələ: 2091.Əgər öz malının bir miqdarını fitrə niyyəti ilə ayırsa və bayram günü zöhrə qədər müstəhəqqə verməsə, (sonradan) hər vaxt versə, fitrə niyyəti etməlidir.

Məsələ: 2092.Əgər fitrə zəkatının vacib olduğu vaxt fitrə verməsə və ayırıb kənara da qoymasa, ehtiyat-vacib budur ki, sonradan əda və qəza niyyəti etmədən, qürbət qəsdi ilə versin.

Məsələ: 2093.Əgər fitrəni ayırıb bir tərəfə qoysa, onu özü üçün götürüb yerinə başqa mal qoya bilməz.

Məsələ: 2094.Əgər insanın, qiyməti fitrədən artıq olan bir malı olsa, bu halda fitrəni verməsə və o malın bir miqdarının fitrə olmasını niyyət etsə işkalı var.

Məsələ: 2095.Əgər fitrə üçün ayırıb kənara qoyduğu mal tələf olub aradan getsə, bu halda fəqir mövcud olduğu halda fitrəni verməyi tə”xirə salıbsa onun əvəzini verməlidir. Amma fəqir tapa bilməyibsə, zamin deyil.

Məsələ: 2096.Əgər bir kəs özünün yaşadığı yerdə müstəhəq tapsa, ehtiyat-vacib budur ki, fitrəni başqa yerlərə aparmasın. Əgər başqa yerə aparsa (və verməzdən qabaq) tələf olsa əvəzini verməlidir.