|
||||||||||||||||||||
|
HƏCCİN HÖKMLƏRİMəsələ: 2097.Həcc Allah Evinin ziyarəti və orada görülməsi əmr olunan, göstəriş verilən əməlləri yerinə yetirməkdir. Bütün ömür boyu aşağıdakı şərtlərə malik olan bir kəsə həcc bir dəfə vacib olur: 1-Həddi-büluğa çatmış olsun; 2-Aqil və azad olsun; 3-Həccə getmək səbəbilə Şəriətdə (tərk olunmasının) əhəmiyyəti həccdən daha artıq olan haram bir işə mürtəkib olmağa, yaxud Həccdən mühüm olan vacib bir əməli tərk etməyə məcbur olmasın; 4-Müstəti” olsun. Müstəti” olmaq da bir neçə şeylədir: a) Yol azuqəsi və öz halına münasib olaraq səfərdə ehtiyaclı olduğu şeylərə (bunlar kitablarda müfəssəl deyilib) malik olsun. Həmçinin, minik vəsaiti, yaxud hazırlaya biləcəyi malı olsun; b) Səhhəti sağlam və Məkkəyə gedib Həcc əməlini yerinə yetirmək üçün qüdrəti olsun; v) Yolda, getməyinə maneə olan bir şey olmasın; (Əgər yol bağlı olsa, yaxud insan yolda canının təhlükəyə düşəcəyindən qorxsa, həcc ona vacib deyil. Əgər başqa yolla gedə bilərsə, hətta uzaq da olsa və çox məşəqqətli, çox qeyri-adi olmasa, o yol ilə getməlidir. q) Həcc əməllərini yerinə yetirə biləcəyi qədər vaxtı olsun; ğ) Xərcləri ona vacib olan şəxslərin (ailə, əhli-əyal), habelə camaatın xərclik verməsini lazım bildikləri şəxslərin xərclərinə də malik olsun; d) Qayıdandan sonra kəsb-ticarət, qazanc, əkin, yaxud mülkün gəliri, yaxud başqa yollarla məişətini, güzəranını tə”min edə bilsin və zəhmətə düşməyə məcbur olmasın.Məsələ: 2098.Şəxsi evi olmadan ehtiyacları tə”min olmayan bir kəsə Həcc o vaxt vacibdir ki, ev almaq üçün də pulu olsun. Məsələ: 2099. Məkkəyə gedə bilən bir qadının, qayıdandan sonra özünün malı olmasa, əri də (misal üçün) fəqir olub onun xərcliyini verə bilməsə və nəticədə güzəranının çətinliyə düşməsinə səbəb olsa, həcc ona vacib deyil. Məsələ: 2100. Əgər bir kəsin yol azuqəsi, minik vasitəsi olmasa və başqası “həccə get, mən sənin və əhli-əyalının, ailənin xərcini səfərdə olduğun müddətdə verəcəyəm” desə həcc ona vacib olur. Məsələ: 2101.Əgər bir kəsə Məkkəyə gedib-qayıtdığı müddətdə yol xərcini və ailəsinin xərcliyini o xərcləri ona bağışlayıb və Həccə getməsini şərt etsələr, hətta borclu olsa da və qayıdan vaxt güzəranı üçün lazımi qədər malı olmasa da, gərək qəbul etsin: həcc ona vacibdir. Məsələ: 2102.Əgər bir kəsin Məkkəyə gedib qayıtdığı müddətdə yol xərclərini və əhli-əyalının xərclərini verib “həccə get” desələr, amma o pulu onun mülkünə keçirməsələr, həcc ona vacib olur. Məsələ: 2103.Əgər həcc üçün kifayət edən qədər malı bir kəsə versələr və onunla Məkkə yolunda malı verən kəsə xidmət etməsini şərt etsələr, həcc ona vacib olmur. Ancaq qəbul etsə və xidmət etməyə həcc əməllərini yerinə yetirməyə maneəsi olmasa, həcc ona vacibdir. Məsələ: 2104.Əgər bir kəsə müəyyən qədər mal versələr və Həcc ona vacib olsa, bu halda həccə getsə, hətta sonradan özünün malı olsa da yenidən həcc ona vacib olmur. Məsələ: 2105.Əgər ticarət və ya başqa məqsədlə Cəddəyə gedib orada mal əldə etsə, belə ki, əgər oradan Məkkəyə gedərsə, müstəti” olacaqsa, habelə sair şərtlər də mövcud olsa, həccə getməlidir. Həcc edərsə və sonradan öz vətənindən Məkkəyə getməsinə kifayət edən qədər mal əldə etsə də daha həcc ona vacib deyil. Məsələ: 2106.Əgər insan başqasının tərəfindən birbaşa Həccə getməyə əcir olunsa, bu halda özü gedə bilməyib başqasını öz tərəfindən göndərmək istəsə, onu əcir edən şəxsdən icazə almalıdır. Məsələ: 2107.Əgər bir kəs müstəti olub Məkkəyə getməsə, sonra fəqir olsa və nəticədə istitaəti (həccə getmək qüdrəti) əlindən çıxsa, hər yolla mümkün olsa–hətta borc almaqla, yaxud əcir olunmaqla belə, həcc əməlini yerinə yetirməlidir. Əgər həccə getməsi məşəqqətə, çətinliyə səbəb olarsa, yenə də ehtiyat-vacibə görə getməlidir. Məsələ: 2108.Əgər müstəti” olduğu birinci ildə süstlük, səhlənkarlıq və tə”xir olmadan Məkkəyə getsə, amma müəyyən olunmuş vaxtda Ərəfata və Məş”ərül-hərama çatmasa, bu halda sonrakı illərdə müstəti” olmasa, həcc ona vacib deyil. Amma əgər əvvəlki illərdən müstəti olduğu halda getməsə gərək mümkün olan hər yolla həcc əməlini yerinə yetirsin. Məsələ: 2109.Əgər müstəti” olduğu birinci ildə Həcc etməsə və sonradan qocalıq, yaxud xəstəlik, yaxud qüdrətsizlik səbəbilə həccə gedə bilməsə və sonradan həcc etməsinə naümid olsa gərək başqasını öz tərəfindən göndərsin ki, onun üçün həcc əməlini (niyabətən) yerinə yetirsin. Hətta əgər həccə getmək qədərində mal tapdığı birinci ildə qocalıq, xəstəlik, yaxud qüdrətsizlik vasitəsilə həccə gedə bilməsə ehtiyata müstəhəb budur ki, bir kəsi həcci yerinə yetirmək üçün öz tərəfindən göndərsin. Məsələ: 2110.Əgər bir kəs başqasının tərəfindən Həcc üçün əcir olunsa Nisa təvafını onun tərəfindən yerinə yetir-məlidir. Əgər yerinə yetirməsə öz qadını ona haram olur. Məsələ: 2111.Əgər Nisa təvafını düzgün yerinə yetirməsə, yaxud unutsa və bir neçə gündən sonra yadına düşsə və yarı yoldan qayıdıb yerinə yetirsə səhihdir. |